Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AZƏRBAYCANDA DONUZ ƏTİ QATILMAYAN KOLBASA VARMI?

[ Aktual / 21231 dəfə baxılıb ]   
|
 
Son zamanlar kütləvi informasiya vasitələrində halal məhsulları ilə bağlı müxtəlif ziddiyyətli fikirlər söylənilir. 2007-ci ilin donuz üzərində təhvil olmasını düşünənlər və bunu qəbul edənlər yadımıza düşdü. Hətta televiziya kanallarının birində dövlət rəsmilərimizin donuza bəh-bəhlə bəy tərifi yağdırması da çoxlarınızın yadındadır. Aparıcı isə donuz balasını elə qucaqlamışdı ki, sanki əziz adamını görmüşdü. Heyrət! O zaman bəzi iş adamlarının “kolbasanın tərkibində 50% donuz əti olmasa o qalmaz” kimi fikirləri halal məhsul istehsalçılarının imicinə zərbə oldu və demək olar həmin zamandan bir qığılcım yarandı. Həmin qığılcım da, təəssüf ki, bəzi KİV-lərimiz vasitəsilə alova dönür...
Ölkənin SAB halal kolbasa məmulatları istehsalçılarından olan “Zəhmət-Ruzi” şirkətinə üz tutmaqda məqsədimiz bu məsələyə aydınlıq gətirmək idi. Şirkətin rəhbərliyinin “həmişə qapılarımız istənilən istehlakçının üzünə açıqdır. Gəlin, hallalığı gözlərinizlə görün”, - ifadəsini eşitmişdik. Oraya qəfil getməyimiz də həmsöhbətimiz olacaq şirkətin direktor müavini Elşən Abdullayevi təəccübləndirmədi.


-SAB nə zamandan fəaliyyətə başlayıb?

-Halal məhsul istehsal edən şirkət kimi 2005-ci ilin sentyabr ayından fəaliyyətə başlamışıq.

-Deyilənə görə, əti Hindistandan alırsınız...
-Bir qismini – 50-60%. O da mövsümdən asılıdır. Yəni bəzən təchizetmə ilə bağlı gecikmələr olur, məcbur olub qalan qismini yerli ət alırıq. Hazırda, hələ ki, 30-35% əti yerli bazardan alırıq. Amma bu günlərdə mətbuatdan da izlədiyimizə görə, deyəsən Hindistandan gələn ətlərlə bəzi problemlər var. Müxtəlif çıxışlar da səslənib bu barədə. Lakin qeyd etmək istəyirəm ki, görünür onların Hindistandan bizim necə ət almağımızdan xəbərləri yoxdur. Şükür Allaha, müsəlman olduğumuz üçün İslam qayda-qanunlarına əməl edirik. Dörd şirkət adı çəkə bilərəm ki, onalrla biz işləyirik: Sebako, Premyera, Allana və Alnur. Bunlar Hindistandakı müsəlman şirkətləridir və heyvanları da İslam qaydalarına uyğun kəsirlər. Oraya nümayəndələrimiz gedib baxış da keçiriblər.
(Diqqətimi kompüterdə gedən film çəkdi. Orada Hindistandakı müsəlman şirkətində heyvanı kəsərkən “Allahın adı ilə” (Bismilləh) kəlməsi aydın eşidilirdi. – red).

-Müşahidələrimiz deməyə əsas verir ki, şirkətiniz qısa müddətdə böyük uğur qazanıb. Alıcıların etimadını və arxayınlığını qazandıran səbəblərdən əsası isə, məhsulların üzərində “Qafqaz Müsəlmanları İdarəsi təminat verir – HALAL” etiketi olub. Yəni bu təminatı başqaları ala bilməzmi?

-Niyə almırlar ki?.. Ala bilərlər, sadəcə bütün müsəlman qayda-qanunlarına riayət etsələr...

-Cəmiyyətdə belə bir fikir var ki, hər hansı halal işin görülməsi baha başa gəlir. Yəni məhsula nə isə qatılmalıdır ki, maliyyəti ucuz olsun... Bu barədə fikrinizi bilmək istərdik...
-Ümumiyyətlə, məhsullarımızın qiyməti başqa şirkətlərə nisbətən bahadır. İzah edim... Kolbasa dedikdə, ilk növbədə ət deyil, ət məhsulu başa düşürük. Camaat deyir ki, ətin 1 kilosunun qiyməti 4 manatdır, necə olur kolbasa 2 manat 40 qəpiyə satılır? Xeyir, elə deyil. Əgər kiməsə ət lazımdırsa, gedib ət alır, kolbasa yox. Yəni bu məhsulun tərkibində ət var, amma 100% deyil. Kolbasanın mayesi, ədviyyatı, yağı və s. kimi tərkib hissəsi var, hansı ki, qiyməti ətlə nisbətdə xeyli ucuzdur. Yəni adicə riyaziyyatdır – qiyməti hesablayıb nisbətdə tutuşdurursan, ucuz alınır.

-Camaatın əksəriyyətinə belə təlqin ediblər ki, kolbasaya donuz əti vurulmasa, o, kolbasa olmaz. Bu, nə dərəcədə doğru fikirdir?
-Yalnış fikirdir. Misal üçün, Türkiyədir, İrandır... müsəlman dövlətləridir və hamı da inanır ki, bunların istehsal etdiyi kolbasalara, inşa Allah, donuz əti qatılmır. Digər tərəfdən – donuz kolbasa məmulatlarına xüsusi dad, əsasən kərə yağına bənzər dad verməklə yağlılıq yükünü daşıyır. Biz də həmin dadı təmiz kərə, bitki yağları ilə əvəz etmişik. Bizim kolbasaların bəzi çeşidlərində də yağlar var. Heç kəs şübhəyə düşməsin, o mal piyidir. Xüsusi emal edilmiş mal piyi – daha maldan kəsilən kimi birbaşa ora qatılmır. Bunlar hamısı çoxlu proseslər keçir.

-Bayaq dediniz ki, halal şirkət kimi 2005-ci ildən başlamısınız. Deməli əvvəl halal olmayan məhsullar buraxmısınız...
-Əlbəttə. Tam halala keçməmişdən əvvəl işimizin 80%-dən çoxu halal, təqribən 10% isə qeyri-halal məhsullar olub. Yəni tərkibində donuz piyi olan, hisə verilmiş kolbasalar istehsal etmişik.

-Bes necə oldu, qərara gəldiniz ki, yalnız halala keçmək lazımdır. Axı o birinin qazancı çox olur... Sizi nə məcbur etdi?
-Allah qorxusu. Əgər hər bir istehsalçının qəlbində, inşa Allah, bu hiss oyansa, həmin adam bu dünyasındakı xeyri buraxıb, Haqq yoluna keçərdi və bu onun üçün daha xeyrli olardı. Allah Təala Qurani kərimdə buyurur: “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.” (əl-Bəqərə «İnək» surəsi, 168-ci ayə).
”Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!” (əl-Bəqərə «İnək» surəsi, 172-ci ayə).
”Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur...” (ən-Nəhl «Bal arısı» surəsi, 115-ci ayə)


-Halala keçməmişdən əvvəl qazancınız çox olub, yoxsa indi?
-Belə deyərdim... O vaxt istehsal və satış miqdarı çox olub, indi isə qazancımız. Allaha həmd olsun, indi satış miqdarımız çox olmasa da, bərəkəti hiss edirik. Bunu tam səmimi deyirəm. Hətta halala keçməyimiz, sanki qəfildən oldu. Elə bil hansısa bir qüvvə bizi buna itələdi. İdarə heyətimizin böyük əksəriyyəti də dinə çox yaxın olduğundan razılıq əldə etdik və tam halal yolunu seçdik.

-SAB şirkətinin İslam Universitetinin rektoru Hacı Sabirə məxsus olması barədə söhbətlər çoxdan var. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçirdiyi bir tədbirdə ona yaxınlaşıb bu barədə soruşanda bizə bildirdi ki, bu mən deyiləm, ola bilər Sabir adlı başqa bir müsəlman qardaş olsun... Elə kolbasa üzərindəki etiketin də Hacı Sabirin vasitəsi ilə sizə verildiyi dillərdən düşmür...
-Bunların heç biri, əlbəttə ki, həqiqətə uyğun deyil. Hacı Sabirin bizim şirkətə heç bir aidiyyatı yoxdur. Yeganə düzgünlük odur ki, bizim şirkətin sahibi də hacıdır və adı da Sabirdir – adaşdırlar.
Bəzi insanlar, hətta deyirdilər ki, guya biz QMİ ilə danışmışıq, onlara nəsə təklif etmişik... Əstağfirullah! Bunlar hamısı yalandır. Fikirləşirlər ki, nəsə təklif olunmasa bu mümkün ola bilməz... Ay qardaş niyə ola bilməz? Qanunu pozmuruq axı. Hər hansı şirkət bir medal və ya nəsə qazanırsa, onu öz məhsulunun uzərindəki qabda əks etdirir. Biz də bu cür etmişik. Amma bunu etməmişdən əvvəl, yəni müqaviləni bağlamamışdan qabaq biz QMİ-yə müraciət etmişik ki, məhsulumuzun həqiqətən də halal olmasını təsdiq etsinlər. Çunki Azərbaycanda bunu təsdiq edən başqa bir qurum yoxdur. Məncə heç Türkiyədə də yoxdur. Çünki biz Türkiyədən xammal alırıq – toyuq. İlk dəfə biz bu məhsulun halal kəsimli olması barədə rəy istədik. Onlar da bizə Qazilər Şurasının çıxarışını göndərmişdilər ki, həqiqətən bu toyuqlar elektrik vasitəsi ilə öldürülmürlər. Halal yolla kəsilir. Biz də öz dini qurumumuza müraciətdə bildirdik ki, istəyirik müəssisəmizin istehsalını tamamilə halal edək və bundan ötrü bizə nə lazımdır? Qurum da öz tövsiyyələrini verdi. Yəni hansı şərtlərə əməl etməliyik, hansı qanunla işləməliyik. Yalnız bütün qaydalara əməl etdikdən sonra bu təminatı ala bilərik. Bu prosedurları keçmək üçün bizə 5-6 ay vaxt lazım oldu.

-Yəni qaydalar belə sərt idi?
-Sərt deyəndə ki, şəriət nəyi əmr edir – odur. Təbii ki, ən başlıca şərt hər bir heyvanın üzü qibləyə və Allahın adi ilə (“Bismilləh” deyərək) kəsilməsidir. Sonra ən çətin prosedurlardan biri kolbasa məhsullarının, belə desək, “qabığı”. Çunki bu məhsulun istehsalında donuzun dərisindən istifadə olunur. Bunun digər şeylə əvəz olunması, həmçinin, tərkib hissədəki ədviyyat, maye, yağ və s. də halal məhsullarla əvəz olunub. Uyğunluq sertifikatlarımızı da gördünüz – hamısının texniki şərtləri var. Texniki şərtlər də Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub.
Kim nədənsə şübhələnibsə, gəlib öz gözlərilə hər şeyi görüb. İndi də qapımız hər zaman açıqdır, kim istəsə buyurub gələ bilər.
Yeri gəlmişkən, qeyd edim ki, hətta Sovetlər vaxtında da donuz əti olmayan kolbasalar istehsal olunub.
Buyurun baxın:
(ГОСТ 23670) Колбаса вареная говяжья высшего сорта
Гов. выс. сорта 40, Гов 1 сорта 35, мозги говяжьи 20, яйца куриные 5 =100

(ГОСТ 23670) Сосиски говяжьи 1 сорта
Гов. 1, сорта 80 кг, жир говяжий, 20 кг = 100 кг

Колбаса вареная таганская ТУ 10 РСФСР 598
Гов. жилованая 57, гов. жирная 30, соевый белок 2, мука 3, лед или вода 8 = 100

Мясной хлеб говяжий 1 сорта ГОСТ 23670
Гов. Жилованая 73, гов. жирная 25, крахмал 2 = 100

Колбаса варено-копченая говяжья высшего сорта ТУ 49 РСФСР 364
Гов. жилованая 20, гов. жирная 80 = 100

Колбаса варено-копченая баранья 1 сорта ГОСТ 16290
Гов. жилованая 15, баранина жилованая 75, бараний курдюк 10 = 100

Колбаса Суджук высшего сорта ГОСТ 16131
Гов. жилованая 1 сорта 90, жир говяжий 10 = 100

"Сборник рецептур мясных изделий и колбас",
Издательство "ПРОФЕССИЯ" САНКТ-ПЕТЕРБУРГ 2001 ГОД
Составитель К,П,Юхневич


-Halal məhsul istehsalçısı kimi digər şirkətlərə tövsiyyəniz nə olardı?
-Mən onlara Allah Təalanın kəlamlarını xatırladardım, çünki ən gözəl söz Allah kəlamıdır:
“Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-Maidə «Süfrə» surəsi, 16-cı ayə).
Allahdan həmin adamlara hidayət diləyirəm. Dünya malı fikrlərini kənara qoyub Allah yolunu seçsələr, halallıqla işləsələr, Uca Yaradan onlara elə bərəkət, ruzi yetirər ki, əvvəl qazandıqlarından da bərəkətli, bol olar.

Sonda biz də halal çalışan bir şirkətə Allahdan bərəkət diləyir və digər şirkətlərə də bu cür olmağı arzu edirik.
SAB yaxşı deyib ki, HALALLIQLA XİDMƏTİMİZDƏ!
Hər bir kəs, hər bir şirkət Azərbaycanımızın gələcəyini xoşbəxt görmək istəyirsə yolunu halallıqdan salsın!
Bu vətən hamımızındır...
Vətənimizi haramlardan qoruyaq!


P.S. SAB-da olarkən apardığımız fotoreportajımıza baxmağı unutmayın.

FOTOREPORTAJI BURADAN İZLƏYİN

Müsahibəni təqdim etdi: AZƏRİSLAM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka