Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHA ƏN YAXIN OLAN KİMDİR?

[ əqidə / 9837 dəfə baxılıb ]   
|
 
Bismillahirrəhmanirrəhim

Hamımız bilirik ki, Peyğəmbərimiz (s.a.s) Allah təalaya ən yaxın, Allah təalanı ən çox sevən, Ona daha çox inanan bəndə idi. Həmçinin bəşəriyyət içindən seçilmiş və Allahın ən sevimli bəndəsi idi Muhamməd (s.a.s). Bununla belə yenə Allaha ən çox ibadət və itaət edən də o idi. Hər bir işində hərəkətində, istəyində və arzusunda yalnız Ona üz tutardı. Peyğəmbər (s.a.s) və Onun (s.a.s) səhabələri, həyatlarını daim Allahla ünsiyyətdə olaraq yaşayırdılar. Onlar Allahın razılığını, rəhmətini və qəzəbini hiss edirdilər.

Möminlərin anası Aişədən (r.a) rəvayət olunur ki, belə deyib: Camaat yağış yağmamasını (quraqlığı) şikayət edərək Peyğəmbərə (s.a.s) gəldilər. Namaz qılınan yerdə (məsciddə) bir minbər qoyulmasını istədi. Minbər qoyuldu, camaat çıxdı (yığışdı) və Rəsulullah (s.a.s) də çıxıb minbərdə oturdu. Allaha təkbir və həmd etdikdən sonra belə dedi: “Yağışın öz vaxtına gecikməsini və yurdunuzun quraqlığını şikayət etdiniz. Allah təala Ona dua etmənizi əmr etmiş və dualarınızı qəbul edəcəyini vəd etmişdir.” Sonra belə davam etdi; “Həmd olsun aləmlərin Rəbbi olan Allaha, O Rəhman və Rəhimdir, Din (qiyamət ) gününün malikidir. Allahdan başqa ilah yoxdur, O istədiyini edir. Allahım Sən Allahsan, Səndən başqa ilah yoxdur. Sən ehtiyacsızsan, biz fəqirik (möhtacıq). Bizə yağmur endir və endirdiyini lazım olan vaxta qədər həm kifayət, həm də (bizə) qüvvət et!” Sonra əllərini daha yuxarı qaldırdı və hətta qolunun altı göründü. Sonra arxasını camaata tərəf çevirdi, əlləri yuxarı vəziyyətdə əyninə geydiyi paltarı çevirdi (düzəltdi). Sonra yenidən camaata tərəf dönüb minbərdən endi və iki rükət namaz qıldı (qıldırdı). Allah təala bir topa bulud yaratdı, şimşək və ildırım çaxdı, sonra Allahın izniylə yağış yağdı. Bundan sonra Rəsulullah (s.a.s); “Şahidəm ki, Allah təala hər şeyə qadirdir və mən Allahın qulu və elçisiyəm.”-dedi.

Bu hadisə, Allaha bağlılığın və Onun qayğısını hiss edərək yaşamağın bir nümunəsidir.

Alim Məhəmməd əl-Ğəzali deyir ki: Bir dəfə, özündən çox razı və qürurlu bir gənc məndən soruşdu; “Allahı, ağıllı bir dəlilləmi tanıyırsan?” Mən isə gülərək: “Mən Onu hiss etdiyim təcrübəmlə tanıyıram.” Dedi ki; “Hiss edilən təcrübə nə deməkdir? Dedim: Valideynləri tərəfindən atılmış uşaq ağlı ilə bilir ki, onun atası var, onu görməsə belə. Atası ilə yaşayan uşaq isə heç bir dəlilə möhtac deyil. Çünki o, atasının qayğısını və yaxşılığını səhər-axşam hiss edir. Sənə dediyim kimi, o, atasını hiss etdiyi təcrübəsilə tanıyır. Mən elə şeylər istəmişəm ki, onları etməyə yalnız O qadirdir. O əzəmətli Allah tələbimi yerinə yetirib. Artıq Onu necə tanımaya bilərəm? Yaxşılığı qudurmuş it belə anlayır, insan bunu ujnecə hiss etməsin ?!”

Peyğəmbərin (s.a.s), səhabələrinin həyatından və həmçinin Ğəzalinin yazdıqlarından görürük ki, onlar həyatlarında hər bir şeyə görə Allaha yönələrdilər. Birinci uca Allahdan istəyib, sonra addım atmaq lazımdır. Allaha tam ürəklə inanan və yalnız Ondan yardım diləyən kəs heç bir zaman peşman olmaz.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:45
GÜNƏŞ07:16
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]16:01
MƏĞRİB [ 3 rükət ]18:31
İŞA [ 4 rükət ]19:57
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka