Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖVLADLARINIZA AD QOYARKƏN DÜŞÜNÜN!

[ Müxtəlif / 13251 dəfə baxılıb ]   
|
 
Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu gecə isim verildiyi kimi, doğumunun üçüncü və ya yeddinci günündə ad qoyula bilər. Peyğəmbər (s.a.s) oğlu İbrahim dünyaya gəlincə: “Bu gecə bir oğlum doğuldu - ona İbrahim Peyğəmbərin adını verdim”, - buyurmuşdur (Əbu Davud, Cənaiz, 24). Bu hədis adın nə zaman qoyulacağı barəsində önəmli bir dəlildir. Həmçinin, Peyğəmbər (s.a.s) bir kimsəyə birdən artıq ad qoyulmasını da bizə bildirmişdir. (Buxari Mənakib, 17, Müslim, Fəzail, 124)
Mənası İslam əqidəsinə uyğun olmayan, dinin yasaqladığı bir anlam daşımayan adların uşaqlara verilməsi düzgün deyil. Peyğəmbər (s.a.s) yeni müsəlman olanların cahiliyyə dövründəki adlarını dəyişdirməzdi. Ancaq bu adlar arasında mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənlər varsa, məsələ müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkabə və ona bənzər isimləri, xüsusən Allahın qulu mənasındakı Abdullah və ya Rəhmanın qulu mənasında Əbdürrəhman kimi adlarla dəyişdirdi. Kəsmək anlamına gələn Sarim ismindəki bir səhabənin adını da, xoşbəxt mənasına gələn Said, Bərra olan bir qadının adını Zeynəb olaraq dəyişdirmişdir. (Buxari, Ədəb, 108, Əbu Davud, Ədəb, 62) Həmçinin Firon və Qarun kimi zülm və küfr simvolları olan adların da verilməsi dində yasaqdır.

Allah qatında isimlərin ən gözəli Abdullah və Əbdürrəhmandır. (Buxari, Ədəb, 105-106; Müslim, Ədəb, 2; İbn Macə, Ədəb, 2)

Uşaqlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, İslamı qayələrə və insan heysiyyətinə uyğun, çevrəmizdəki insanların, xüsusi ilə də qulağa xoş gələn, İslam böyüklərindən xatirə qalan, mənası gözəl olan isimlərdən hər hansı biri ola bilər. Daha öncədən heç duyulmamış, anlamsız ifadələr daşıyan, İslam toplumunda heç istifadə olunmayan uydurma və müsəlman olmayanlara aid adların uşaqlarımıza isim olaraq verilməsi doğru deyildir. Çünki Peyğəmbər (s.a.s) demişdir: “Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir”. (Əbu Davud, Ədəb, 61; İbn Hənbəl, V, 194)
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka