Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HAMI XOŞBƏXTLİK AXTARIR

[ Aktual / 8985 dəfə baxılıb ]   
|
 
Mərhəmətli və rəhmli Allahın adı ilə.
Çoxları vaxtlarını və günlərini sərf edib, xoşbəxtlik, böyüklük, liderlik, başçılıq və sairə kimi mövzularda kitablar yazır. Bu kitablarda çox sayda faydalı və lazımi məsləhətlər, çıxış və həll yolları, siyasi yanaşma, müxtəlif fəndlər barədə yazılar tapmaq mümkündür. Həmin yazıçılar hətta sadaladıqları halların müvəffəqiyyətli olduğunu göstərmək üçün, tanınmış və görkəmli insanların həyatlarından misallar da gətirirlər. Bu cür kitabları biz adətən belə ünvalarla tapa bilərik: “Düşmənlərə qarşı
hiylə”, “Zəfər”, “Məğlubların çarəsi”, “Böyük və kiçiklə ünsiyyət”, “Əlaqələrin dəyişdirilməsi” və sairə.
Bütün o yazarlar və onların yazdıqlarını oxuyanlar səadət, xoşbəxtlik və rahatlıq axtarırlar. Lakin onların çox az hissəsi xoşbəxtliyə nail olublar. Onların həyatlarını və yaşadıqlarını araşdırsaq görərik ki;

-Kim ki, Allahdan diləməyib və yalnız Ona yönəlməyibsə, özləri üçün faydalı hesab etdiklərində yanıldıqlarının şahidi olublar.
“Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədricən məhvə yaxınlaşdıracağıq!” (əl-Əraf, 182)

-Dolaşıq, çətin və zor yollarla axtarıb tapmaq istədikləri səadət, Məhəmmədin (s.a.s) gətirdiyi Allah təala şəriətilə daha asan və daha yaxındır. O səadət ki, həm dünya həm də axirət səadətidir.
“Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı.” (ən-Nisa, 66)

-Çoxları doğru hərəkət etdiklərini düşünərək dünya və axirətlərini itirdilər. Allah təalanın buyurduğu kimi yalnız haqq tələb etməyib və sadiq olmadıqları üçün nə dünya səadəti nə də axirət xoşbəxtliyinə nail oldular.
“(Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!” (əl-Ənam 115)

Ey müsəlman bacım və qardaşım! Sən bilirsən ki, sənin Rəbbin ən uca, ən ali, ən ədalətli, və hər şeyə qadirdir. Allah vədinə xilaf çıxmaz və istədiyini edəndir. Sən bunları bilirsənsə, səndən rahat, səndən sakit və səndən xoşbəxt kim ola bilər?! Susuzluqdan yanan itə bir içim su verən qadına cənnət, pişiyi həbs edib buraxmayan qadına cəhənnəm yazan Rəbbin hər şeyi görür və eşidir. Daxilən tam əmin və ürəyin buz kimi olmalıdır ki, Rəbbin ən kiçik yaxşılığını və ən kiçik pisliyini qarşılıqsız qoymayacaq.
“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zilzal, 7-8)

Bir də Rəbbinin kəlamını unutma ki, “Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.”(Hud, 114).

Dara düşənə yardım et, məhrum olana əl uzat, məzlumu qurtar, acı yedir, su ver, xəstəyə baş çək, müsibətə uğramışa kömək et, kor və şikəstə yol göstər, yol axtarana ünvanını tap, qonağına yaxşı bax, qonşuna hörmət et, böyük və kiçiyə ehtiramla yanaş, sədəqə ver, gözəl söz söylə, incitməkdən çəkin və daim yaxşılıqlar axtar. Xeyir yolları çoxdur. Yaxşılıqlar axtaran, axtardığı xoşbəxtliyə çatar. Yaxşılıqlar isə Allah təalanın haqq yolundadır!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:14
GÜNƏŞ06:53
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:35
İŞA [ 4 rükət ]22:09
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka