Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QALAKTİKAMIZDA GÜNƏŞİN YERİ

[ Elm / 22557 dəfə baxılıb ]   
|
 
«Ulduzların mənzillərinə (yaxud doğub batma yerlərinə) and olsun. Kaş bunun nə qədər böyük bir And olduğunu biləydiniz.» (əl-Vaqiə, 56:75-76)

Günəşdən Qalaktikanın mərkəzinə qədər olan məsafə təxminən 28-32 min işıq ili, yaxud 8-10 kiloparsek (kilo – min deməkdir) tərtibindədir. Bu o deməkdir ki, Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qeyd etmək lazımdır ki, hələlik Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə çox da böyük dəqiqliklə təyin edilməmişdir. Bu baxımdan müxtəlif mənbələrdə fərqli qiymətlərə təsadüf etmək mümkündür.

Bizim Qalaktika spiral quruluşa malikdir. Ümumiyyətlə qalaktikalar müxtəlif quruluş və formaya malikdirlər. Qalaktikalar quruluşuna görə elliptik, spiral və heç bir formaya malik olmayan formalara malikdirlər. Bu geniş bir mövzunun söhbətidir. Biz bu məsələyə qalaktikalar haqqında yazımızda ətraflı toxunacağıq.

Günəş ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8-10 kiloparseklik məsafədə 200-220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik ildə adlandırırlar. Deməli Yer bütün mövcud olduğu 4,5 milyard il ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir. Bu hesabla belə çıxır ki, bizim Qalaktikanın cəmi 40 qalaktik il qədər yaşı vardır.

Qalaktika mərkəzi ətrafında Günəşin hərəkət sürəti, spiral qolları əmələ gətirən sıxılma dalğalarının həmin ərazidəki qiyməti ilə faktiki olaraq üst-üstə düşür. Belə hal ümumilikdə Qalaktika üçün normal hal deyildir. Ona görə ki, spiral qollar sabit bucaq sürəti ilə fırlanırlar, ulduzların hərəkəti isə tamam başqa qanunauyğunluqla baş verir. Bu baxımdan bizim Qalaktikanın diskində yeləşən bütün ulduzlar gah spiral qolların daxilində, gah da ondan kənarda yerləşirlər. Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer - korotasiya dairəsi adlanan (korotasiya – sürətlərin bərabərləşdiyi dairə) məkandır. Günəş də həmin dairənin çox yaxınlığında yerləşir!

Bizim səthində yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyrd illər ərzində heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə həyat qorunub saxlanıla bilmişdir. Qeyd etmək lazımdır ki, göründüyü kimi Yer planetinin mövqeyi hətta Qalaktikada belə, Günəş sistemində olduğu kimi elə bil məxsusi olaraq seçilmişdir.

Uzun müddət Günəşin bizim Qalaktikanın ulduzları arasında vəziyyəti adi bir yer hesab olunmuşdur. Hazırda biz bilirik ki, bu belə deyildir. Məlum mənada Günəş üstün və seçilmiş mövqeyə malik məkanda yerləşir. Bizim Qalaktikanın başqa yerində də həyatın mümkünlüyü barədə fikir yürüdəndə, bu üstün mövqeni nəzərə almaq lazımdır. Əgər Günəşin yerləşdiyi bu üstün mövqeli ərazini nəzərə almasaq yanlış nəticələrə gətirib çıxarar.



Göründüyü kimi Günəş sisteminin bizim Qalaktikadakı yeri Allah tərəfindən elə seçilmişdir ki, burada yaşayış mümkün olsun. Əgər Günəş sistemi Qalaktikanın mərkəzində yerləşsə idi, orada ulduzların sıxlığı böyük olduğundan biz göydə bir neçə «günəş» görərdik. Bu baxımdan bu ərazi çox isti olardı. Məlum olduğu kimi bizim Qalaktikanın mərkəzində dörd güclü «qamma» alışma mənbəyi yerləşir. Onlarda baş verən alışmalar Yer kürəsi Qalaktikanın mərkəzində yerləşsə idi, oradakı həyatı bir andaca məhv edərdi.

«Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.» (ət-Talaq, 65:12).

Əgər Günəş sistemi Bizim Qalaktikanın kənarında yerləşsə idi, onda sistemin kənar hissələrində titrəmə və müəyyən qanunauyğunluqdan kənara çıxmalar çox olardı. Belə olan halda Yerdə həyat uzun müddət qorunub saxlanıla bilməzdi. Bizə belə gəlir ki, Günəşin bizim Qalaktikadakı yerinə Qurani Kərimin əl-Vaqiə surəsinin 75-76 ayəsində bir işarə vardır. Doğrudur bir sıra müəlliflər bu ayəni qara çuxurlara bir işarə kimi yozurlar. Qeyd etmək lazımdır ki, Qurani Kərimdə qara çuxurlara uyğun gələn bir çox ayələr vardır. Biz gələcək işlərimizdə qara çuxurlarla bağlı məsələyə toxunacağıq.

«Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer,sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılışı altı gün ərzində başa çatdı). O, hər bir göyün işini vəhy edib özünə bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu hər cür bəladan) hifz etdik. Bu yenilməz qüvvət sahibi olan, (hər şeyi bilə) Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!» (Fussilət, 41:12).

Ayətdən göründüyü kimi «O, hər bir göyün işini vəhy edib özünə bildirdi» ifadəsi Günəşin Qalaktikadakı yerinin təsadüfi olmadığını göstərir. Bu cür böyük dəqiqliklə tənzimləməni həyata keçirməyə isə Allahdan başqasının qüdrəti və elmi çatmazdı. Bizə belə gəlir ki, belə bir dəqiqlik təsadüfi proseslər nəticəsində yarana bilməz. Bu hər şeyi yerli-yerində və bacarıqla edən Allahın əzəli hökmünün nəticəsidir. İbrət götürüb düz yola qayıtmaq üçün bundan böyük dəlilmi istəyirsiniz.

Bizim bildiyimiz bu qədər. Ən yaxşısını və doğrusunu Allah bilər.

Nazim Hüseynov Əli oğlu
Fizika – riyaziyyat elmləri namizədi
Şamaxı astrofizika rəsədxanasının böyük elmi işçisi

Loğman Halvaçı
İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]12:55
ƏSR [ 4 rükət ]15:56
MƏĞRİB [ 3 rükət ]18:23
İŞA [ 4 rükət ]19:49
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka