Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHIN SEÇİMİ DAHA UYĞUNDUR

[ Zikrin fəziləti / 6690 dəfə baxılıb ]   
|
 
Bismilləhirrəhmanirrəhim.
Hər birimiz yaradılmış, aciz, zəif və möhtac qul olduğumuzu bilirik. Hamımız hər şeyə qadir olan Allaha inanırıq və yalnız Ondan diləmək üçün əllərimizi açıb dua edirik. İnsan acizliyini və möhtaçlığını etiraf edərək əlini açır və hər şeyi yalnız Allahın verə biləcəyinə inanaraq Ona dua edir. Lakin mömin bir bəndə Allaha tam inanaraq və güvənərək dua etməlidir. Duadan sonra nə vaxt qəbul olduğu barədə şübhələnməməlidir. Darlığa və zorluğa düşən mömin Allaha dua edibsə, qəlbində qəbulun gecikməsi və ya rədd edilməsi barədə şəkk etməməlidir. İnsan yalnız dua etməlidir, dua olunan və rica edilən isə hər şeyin maliki, ən hikmətlidir. Əgər qəbul etməzsə, öz mülkündə istədiyini edib. Yaxud qəbulu gecikdirərsə, hikməti ilə etmişdir. Əgər bunları daxilində inkar edən varsa, Allahın bəndəsi sifətini itirmiş sayılır. Həm də bilsin ki, Allahın seçdiyi, onun özünün özünə seçdiyindən daha xeyirlidir.

İnsan bilmir, qeybi görmür, çox şeyi dərk etmir. Dua edər, sel istəyər, sel gəlib aparar. Özünə ziyan verən şeyləri ayırd etməyə bilər.

Əgər mömin bəndə tam olaraq Allahın hikməti və hökmü ilə razı olarsa, hər şeyi bu minvalla Ona təslim edərsə, istədiyi olsa da olmasa da qəlbi rahat olar.

Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə deyilir ki; “Hər hansı bir müsəlman Allaha dua edərsə, mütləq Allah onu qəbul edər. Ya tezliklə, ya gec, ya da Axirət gününə saxlayar”. Həqiqətən də bir təsəvvür edin ki, qiyamət günü, sorğu-sual və hesab zamanı, dünyadan axirətə saxlanılan duaları insan gördükdə arzu edəcək ki, kaş heç bir duası dünyada qəbul olunmayaydı.

Gəlin dua edərkən, hər şeyin sahibi Allah olduğunu xatırlayaq və nə edirsə hikməti ilə etdiyinə inanaraq, bununla hər şeyi Ona təslim edək. Duanın gec və ya tez, hansı zamanda qəbul olacağını heç düşünməyək, qəlbimizdə zərrə qədər də şübhə olmasın!

Allah hamımızın duasını qəbul etsin!
Amin.

AZƏRİSLAM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka