Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DƏMİR PLANETİMİZƏ NƏ ÜÇÜN ENDİRİLMİŞDİR?

[ Elm / 13746 dəfə baxılıb ]   
|
 
«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz, həddindən artıq möhkəm olan dəmiri də (inzal) endirdik ki, onda böyük qüvvət və insanlar üçün faydalar vardır. Allah (Özünü) görmədən Ona (Onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!»
Əl-Hədid surəsi, ayə 25.


Bu günə kimi dəmirin Yer kürəsinə haradan gəlməsi haqqında hamı tərəfindən qəbul olunmuş bir fikir yoxdur. Maraqlıdır ki, yuxarı da göstərilən Quran ayəsində (əl-Hədid surəsi, ayə 25) dəmirin Yer kürəsinə səmadan endirilməsi birmənalı şəkildə bildirilir.
İlk öncə onu qeyd edək ki, dəmir kimyəvi elementinin Günəş tipli ulduzlarda istilik nüvə reaksiyaları nəticəsində əmələ gəlməsi fizikanın və eləcə də astrofizikanın qanunları baxımından mümkün deyildir. Yəni dəmir Günəş sistemində yad elementdir (Koçarov Q.E. SOJ. 1996, № 10, səh. 99-105).
Başqa nəhəng ulduzlardan gəlmə bir kimyəvi elementdir. Ona görə ki, Günəşin nüvəsində yalnız hidrogenin heliuma çevrilməsi istilik nüvə reaksiyaları baş verə bilər. Günəşin mərkəzi oblastlarında mövcud olan hərarət daha ağır kimyəvi elementlərin əmələ gəlməsinə kifayət etmir.
Qeyd etmək lazımdır ki, ulduzun kütləsi böyüdükcə onun temperaturuda artır və onun təkamülü prosesi də bir o qədər sürətli gedir. Astronomiya və geologiya elmlərinin müasir baxışlarına görə dəmir kimyəvi elementinin yeraltı filiz yataqları kosmosdan gəlmə xarakterə malikdir. Yəni, dəmir Günəşdən daha böyük kütləli ulduzlarda sintez oluna bilər. İstilik nüvə reaksiyaları hesabına dəmirin sintez olunması üçün ulduzun kütləsi 90 Cünəş kütləsinə bərabər olmalıdır. Hərarət isə yüz milyon dərəcə tərtibində olmalıdır. Günəşin istilik nüvə reaksiyaları gedən mərkəzi oblastlarında hərarət 12-14 milyon dərəcə tərtibindədir.

Kütləsi 90 Günəş kütləsinə bərabər olan ulduz təkamülünün son mərhələsində, dəmirdən ibarət nüvəyə malik olur. Sonda həmin ulduz bu «ağır yükü» daşıya bilmədiyindən Yeni və ya ifratyeni ulduz kimi partlayır. Belə partlayışdan yaranan dəmirdən ibarət səma cismləri kosmik fəzaya dağılır. Həmin qəlpələr hansısa səma cisminin cazibə sahəsinə düşdükdə, onun orbitində bövr edərək sonda onun səthinə düşürlər.

İndi gəlin yuxarıda verilmiş əl -Hədid (Dəmir) surəsinin 25 -ci ayəsinə müxtəlif müəlliflər tərəfindən verilən izaha diqqət yetirək. Məsələn, Dr. Harun Yəhyanın «Düşünən insanlar için» kitabının 193-cü səhifəsində bu ayəyə belə şərh verilir: «Bu ayətdə olduqca maraqlı iki riyazi şifrə yer alır. Əl-Hədid (bəlirli dəmir) Quranın 57-ci surəsidir. «Əl-Hədid» kəlməsinin hərflərinin sayı əbcəd üsulu ilə hesaplandıqda da 57 alınır. Sadəcə «Hədid» kəlməsinin əbcəd dəyəri isə 26-dır. 26 isə dəmirin atom nömrəsidir.»

Dr.Celal Yeniçerinin «Uzay ayetleri tefsiri» kitabının 418-ci səhifəsində bu ayəyə verdiyi izah isə belədir: «Bu enmə olayı, onun arzın üzərindən mərkəzinə enməsini də ifadə edə bilər.»

Dr.Haluk Nurbaki «Kuranın harika mesajları -2» səh. 108-110, həmin ayənin mənasını belə açıqlayır: «Dəmir insanlar üçün faydalı elementdir, maqnitlənə bilir, elektrik enerjisinin istehsalında istifadə olunur, Qanda dəmir ionu vardır, dünyada dəmirin olması ilə yaranan maqnit sahəsi Yeri meteorlardan qoruyur və s.». Halbu ki, əksinə dəmirin yaratdığı maqnit sahəsi meteorları cəzb edib Yerə tərəf yönəldir.
Gördüyümüz kimi hər üç müəllif müəyyən izah verməyə çalışsalarda, bizə belə gəlir ki, ayənin əsil mənasını aça bilməmişlər.

Professor V.Məmmədəliyevin «Elm və iman» adlı kitabının 57-səhifəsində Hədid surəsinin 25 ayəsinə müxtəlif təfsirçilərin münasibəti öz əksini tapmışdır: «Seyid Qütb bu ayənin təfsirində qeyd edir ki, bu günkü bəşər mədəniyyəti dəmir üzərində qurulmuhdur. Fəxrəddin Razi isə belə hesab edir ki, dəmirin insanlığa xidməti qızıldan çoxdur. Demək olar ki, qızıl olmasa, dünya mənfəətlərində böyük bir əskiklik olmaz. Lakin dəmir olmasa, dünya işləri dərhal pozular».
Məlum olduğu kimi Qurani Kərimdə insanların inanması üçün ilk öncə dəlillər gətirilmiş, sonra inanması istənilmişdir. Bir sıra ayələrdə, dəlillər söylənmiş, sonra bəlkə imana gələsiniz? İfadəsi işlədilir. Biz bu ayəyə belə izah vermək istərdik. İlk öncə gəlin ayəti kərimin birinci hissəsinə diqqət yetirək: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik.»

Bu hissəni belə başa düşmək məqsədə daha uyğundur. Biz peyğəmbərlərimizi böyük dəllillərlə göndərdik. Məhəmməd peyğəmbərə də (S.a.s) dəlil verdik ki, siz onun həqiqətən peyğəmbər olmasına inanasınız.
Ayənin ikinci hissəsinə baxaq: «Biz, həddindən artıq möhkəm olan dəmiri də (inzal) endirdik ki, onda böyük qüvvət və insanlar üçün faydalar vardır. Allah (Özünü) görmədən Ona (Onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibir!»
Bizə belə gəlir ki, burada dəmirin Yerə kənardan endirilməsindən xəbər verilir. Yəni, Allah öz peyğəmbərinə möcüzə cöstərmək üçün, ona dəmirin Yerə göylərdən endirilməsi dəlilini bildirir. Yuxarıda qeyd etdiyimiz kimi astrofizika qanunları baxımından dəmir planetimizdə yad (kənardan endirilən) bir elementdir. Dəmirin Yerdə mövcudluğunu hazırda alimlər belə izah edirlər ki, dəmir yerə meteorit və ya asteroid şəklində düşmüşdür. Qurani-Kərimdə endirmək feli – bəzən «inzal», bəzən də –«tənzil» formasında işlədilir. Söhbət Quranın bütöv halda endirilməsindən gedəndə «inzal» feli işlədilir. Bu o deməkdir ki, Quran Rəbbimiz tərəfindən Qədr gecəsində Lövhi Məhfuzdan dünya səmasına bütöv şəkildə endirilmişdir. «Tənzil» forması isə onun ehtiyac olduqca hissə-hissə 23 il ərzində Yer üzünə endirilməsini nəzərdə tutur. Söhbət dəmirin endirilməsindən gedəndə isə «inzal» feli işlədilib. Burada bütöv və bir dəfəyə endirmə nəzərdə tutulur. Bu da o deməkdir ki, dəmir kimyəvi elementi Yer kürəsinə meteorit şəklində deyil, asteroid şəklində endirilmişdir. Ona görə də iddia etmək olar ki, Quranda dəmirin Yerə asteroid şəklində endirilməsinə bir işarə vardır. Meteoritlər 10 kiloqrama qədər olan cismlərə deyilir. Asteroidlər isə daha iri kütləli və diametri 1000 metrə qədər olan səma cismləridir.

Indiyə kimi islam aləmində «...həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad etdik... » şəklində edilən tçrcümələrdən dəmirin materyal olaraq möhkəm olmasi, dəmirdən düzəldilmiş silahlardan istifadə etməklə açiqlamağa çalişmişlar. Ayətdə keçən ( fihi bə`sun hədidun) kəlməsinin hərfi tərcüməsi, əslində, «onda (dəmirdə) həddindən artıq qüvvət (güc) vardır» şəklində olmalıdır. Belə olan halda, Allahın yerə endirdiyi dəmirdə böyük qravitasiya cazibə qüvvəsi olmasına bir işarə olduğunu iddia etmək olar.


Dəmirin endirilməsi ilə insanlara verilən faydalar

Allah dəmiri Yer Kürəmizə endirməklə bir çox işləri tənzimləyərək yoluna qomuşdur. Onlardan bizə məəlum olanlarını sadalayaq:
1. Məlum olduğu kimi Yerin nüvəsi də dəmirdən ibarətdir. Cənabı Allah dəmiri göylərdən Yerə endirmiş və onun müəyyən hissəsini planetimizin nüvəsində yerləşdirməklə ona kifayət qədər cazibə qüvvəsi yaratmağa şərait yaratmışdır;
2. Planetimizin cazibə qüvvəsi ilahi qüdrət və elmin sayəsində elə tənzimlənmişdir ki, biz onun səthində sərbəst hərəkət edə, yeyə və su içə bilək;
3. Həmin cazibə qüvvəsi Yerin atmosferinin (hava örtüyünün) və hidrosferinin (su örtüyünün) qorunub saxlanmasında mühüm rol oynamışdır.

Baxaq görək Yer kürəmizin cazibə qüvvəsi mövcud olandan bir az kiçik olsaydı nə baş verərdi. Yerin hava və su örtüyü bir andaca yoxa çıxardı. Su içərkən və yemək yeyərkən, onlar qarnımıza deyil, Ayda olduğu kimi havaya uçub gedərdi. Allah dəmiri dünyamıza endirməklə görün nə qədər böyük işləri tənzimləyib yoluna qoymuşdur. Bu cür böyük dəqiqliklə tənzimləməyə isə yalnız Allahın elmi və qüdrəti çata bilər.

«Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.» ət-Talaq surəsi, ayə 12.

Talaq surəsi ayə 12-dən göründüyü kimi Allah bütün işləri Öz əzəli və əbədi elmi ilə çox böyük dəqiqliklə yoluna qoyur və ona bir nizam verir. Möhtərəm oxucu bu da sizə Məhəmməd peyğəmbərin (s.a.s.) həqiqi peyğəmbər olmasına və Qurani-Kərimin səmavi kitab olmasına sübut. Bundan böyük dəlilmi istəyirsiniz???
Hələ müsəlman dünyasının məşhur alimi Əbu Reyhan Biruni (973-1048) astronomiya tarixinə dair əsərində Yer kürəsinə düşən dəmir meteor yağışı haqqında yazmışdır. Bütün deyilənlər dəmirin Yer kürəsinə kənardan gəlməsini sübut edir.

Bizim bildiyimiz bu qədər. Daha yaxşısını və doğrusunu Allah bilir.

Şamaxı Astrofizika Rəsədxanasının
böyük elmi işçisi f-r. elmləri namizədi
Nazim Hüseynov

İlahiyyatçı
Loğman Halvaçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:08
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka