Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HİCRİ TƏQVİMİ

[ Müxtəlif / 59132 dəfə baxılıb ]   
|
 
Hicri təqvim Peyğəmbərin (s.a.s) Məkkədən Mədinəyə hicrətini tarix başlanğıcı olaraq qəbul edən təqvimdir . Hicri (Qəməri) təqviminə İslam təqvimi də deylir.

Mədinədə İslam dövlətinin qurulmasından Ömər (r.a) dövrünə qədər müsəlmanlar bəzi önəmli hadisələri tarix başlanğıcı qəbul edib buna görə zamanlarını təyin etməkdə idilər. Məsələn Fil hadisəsi, Ficar savaşı, Zəlzələ ili, Vida Həcci və bəzi önəmli şəxslərin ölümü kimi hadisələr tarix başlanğıcı olaraq qəbul edilməkdə idi. Ancaq bütün bunlar çox qarışıqlıq salırdı. Ömər (r.a) bu qarışıqlığı aradan qaldırmaq üçün mövzunu digər səhabələrlə məsləhətləşdi. Bu zamanlarda da meydana gələn hadisələr bir daha bunun vacibliyini göstərdi. Yəmən valisi Yala b. Ümeyyə Ömərə (r.a) gün, ay və ili bəlli olmayan bir məktub göndərir. Eyni şəkildə ili bəlli olamayan şaban ayı deyə qeyd edilən bir sənəd Bəsrə valisi Əbu Musa əl-Əşariyə gətirilir. Bu sənəddə nəzərdə tutulan şaban ayının bu ilə mi, yoxsa gələcək ilə mi, aid olduğu məsələsi qəti olaraq anlaşılmayınca bu tarix və sənəd ixtilafa səbəb oldu və bu təqvim məsələsinin önəmini ortaya çıxartdı. Səhabələr bu məsələni görüşərək tarix başlanğıcı mövzusunda İran, Yunan və başqa ölkələrin təqvimlərini mənimsəmə təkliflərini irəli sürdülər. Ancaq bu təkliflər qəbul edilməyincə, Əli (r.a) təqvimin hicrətin başlanğıc olması təklifini irəli sürdü. Onun bu görüşü dərhal bəyənildi. Peyğəmbər (s.a.s) rəbiüləvvəl ayında hicrət etmişdir. Ancaq qəməri il məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri çəkilib, Hicri təqvimini başlanğıcı 23 iyul 622 ci il olaraq qəbul edildi.

Miladi tarixi kimi hicri tarixi də on iki ay əsasına dayanır və Məhərrəm ayı ilə başlayır və Zilhiccə ilə sona çatır. Hicri (qəməri) ayları bunlardır: Məhərrəm, səfər, rəbiüləvvəl, rəbiülaxır, cəmaziləvvəl, cəmazilaxır, rəcəb, şaban, ramazan, şəvval, zilqadə, zilhiccə.

İslam təqvimi müsəlmanlara aid olan bir təqvimdir və hətta oxuma-yazma bilməyən bir insan da bu təqvimdən istifadə edə bilər. Bu təqvimin hesablarını etmək, ramazanın nə zaman başlayacağını bilmək, nə zaman namaz qılınacağını müəyyən etmək üçün incə astranomiya biliklərinə ehtiyac yoxdur. Ayın 29-u günü günəşin batdığı tərəfdəki göy üfüqünə diqqətlə baxılır ay görünürsə deməli ay doğmuş və təqvimə görə ertəsi ayın ilk günü başlamış olur: Hilalın bu görüntüsü 5-6 dəqiqə davam edir və sonra da yox olur. Beləki bu görüntü təsbit edilməmişsə ay otuz gün davam edəcəkdir.Ancaq 29-cu günü göyün buludlu olması halı varsa isə o ayın 30 gün davam edən bir ay olduğu qəbul edilir. (Məhəmməd Həmidullah, İslam Peyğəmbəri tərc.S. Tuğ, II,857) Hilalın hərəkətləri də qəti olaraq bəlli deyildir. Bəzən ay bütün hərəkətlərini 29 gündə, bəzənda 30 gündə tamamlayar.

Hicri təqvimi hicrəti, bu günümüzdə istifadə etdiyimiz miladi təqvim isə İsa peyğəmbərin doğum gününü tarix başlanğıcı olaraq əsas alır.

Ömərin (r.a) təsis etdiyi hicri təqvim qərbləşmə dövrünün bir davamı olan inqilabların, islam hüququnun aradan qaldırılmasının nəticəsində ortadan qalxdi va bunula da müsəlmanların İslam dünyası ilə olan bağları qoparıldı.

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! (əl-Maidə 5:51)

Cavid Musayev
İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka