Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZUBEYR bin ƏVVAM

[ Səhabələr / 10509 dəfə baxılıb ]   
|
 
Zubeyr b. Əl-Əvvam b.Huveylid b. Əsəd b. Abdul-Uzza b.Kusay b. Kilab b. Mürrə b. Kab b.Lüeyy əl-Quraşi əl-Əsədi. Peyğəmbər (s.a.s) dostu və köməkçisi, eyni zamanda Safiyyə binti Əbdülmüttalibin oğludur.

Cənnətlə müjdələnən on səhabədən biridir. Ömər (r.a) vəfatından sonra, xəlifə seçimini gerçəkləşdirən Əshabuş-şura üzvlərindən biri. Anası onu Əbu Tahir deyə çağırırdı. Fəqət Zubeyr (r.a) özünü oğlu Abdullahın adı ilə adlandırmış və bu künyə ilə tanınmışdır. (Buxari, Fədailu Ashabin-Nəbi,13, İbn Abdil-Bərr, Əl-İstiab fi Marifətil-Əshab, II, 510)

Zubeyr Əbu Bəkrin İslamı qəbul etməsindən qısa bir müddət sonra müsəlman olmuşdur. İlk müsəlmanların dördüncüsü və ya beşincisidir. Ancaq nə doğum tarixi, nə də neçə yaşında olduqda İslamı qəbul etməsi məlum deyil. Müxtəlif qaynaqlar onun müsəlman olduğu zaman 8-16 yaş arasında olduğunu söyləsə də bu fikir o qədər də dəqiq deyil. Bəzi qaynaqlarda isə Zubeyr (r.a) ın Əli (r.a) , Talha və Sad b. Əbi Vəqqas ilə eyni ildə doğulduğu ifadə edilir. (İbn Kuteybə, əl-Marif, 96, İbnul-Əsir, Üsdül-Ğabə fi Maifəti –Səhabə, II, 250)

Zubeyrin atası vəfat edincə əmisi Nevfəl onun vəlayətini öz üzərinə götürmüşdü. Kiçik yaşda yetim qalan Zubeyri anası çox döyərdi. Əmisi isə onu həmişə müdafiə edərdi. Ancaq Zubeyr böyüyüb müsəlman olduqdan sonra, ona qarşı olan məhəbbəti nifrətə çevrildi. Belə ki onun İslamdan dönməsi üçün bir həsirə bağlayaraq asır və onu tüstü ilə ona işgəncə verirdi. (əl-Əsqalani, əl-İsabə fi Təmyizis Səhabə, III, 101)

Zubeyr 615-ci ildə Məkkəli müsəlmanlarla Həbəşistana hicrət etmişdir. Mədinəyə hicrətdən sonra mühacirlərlə ənsar qardaş elan edildiyi zaman, Zubeyr ilə Sələmə b.Sələmə b.Vəqş qardaş elan edilmişdir. (İbn Abdil Bərr, əl-İstiab fi Marifətil-Ashab, III,102)

Bədr günü müsəlmanların bir neçə atı var idi. Bunlardan biri də Zubeyrin Yasub adlı atı idi. Zubeyr o gün bir çox müşrik öldürmüşdür ki, bulardan da biri “Qureyşin aslanı” əmisi Nəvfəl idi. (İbn Hişam a.ç.ə, I, 666)

Yərmuk savaşı günündə Peyğəmbərin əshabələri Zubeyrə xitabən demişdilər: “Ey Zubeyr! Romalılara şiddətli bir zərbə vur ki, bizdə səninlə bir yerdə hücum edək. Zubeyr (r.a) romalılar üzərinə şiddətli hücuma keçdi və bu döyüşdə Zubeyr kürəyindən iki zərbə aldı. Bundan öncə də Bədir döyüşündə kürəyindən dərin bir yara almışdı. Bu barədə oğlu Urvə demişdir: “Mən uşaq olarkən bu zərbənin yerinə barmaqlarımı salar, oynayardım demişdir. (Buxari, Fədailu-Əshabin-Nəbi, 13)

Zubeyr Misir fəthində də önəmli bir rol oynamışdır. Belə ki Ömər (r.a 642-ci ildə Misirin Babil qalasını mühasirəyə alan Əmr İbnul-Asa kömək üçün on min nəfərlik bir qüvvə ilə göndərmişdir. Misirin o zamankı hökuməti mərkəzi olan Heliopolis də Zubeyr (r.a) tərəfindən alınmışdır. (İbnul-Əsir, əl-Kamil, İstanbul 1985, II, 515, İslam Ensklopediyası, XIII, 635)

Osman (r.a) şəhid edilməsindən sonra, əshabın böyük bir hissəsi Əli (r.a) beyət etmişdilər. Zubeyr və Talhada beyət edənlər arasında idilər. Bəzi rəvayətlərə görə onlar istəməyərək beyət etmişdilər.

Rəvayət edildiyinə görə Zubeyr ilə Talha beyət işi bitdikdən sonra Əli (r.a) yanına gələrək sənə niyə beyət etdiyimizi bilirsən? Əli (r.a) Əbu Bəkirə, Ömərə və Osmana nəyə görə beyət etdinizsə mənə də ona görə beyət etmisiniz. Onlar isə: Xeyr biz sənə bizimlə işdə ortaq olasan deyə beyət etdik. Əli (r.a) onların istəklərini rədd etdi. Onlar da camaata onun haqqında xoşa gəlməyən sözlər söylədilər. Bu dedi-qoduları duyan Əli (r.a) Abdullah bin Məsudu çağırtdıraraq onun bu barədə fikrini soruşdu. Abdullah: Görürəm ki valilik istəyirlər.Səndə Zubeyrə Bəsrə valiliyini, Talhaya isə Kufə valiliyini ver deyərək Əli (r.a) tövsiyyə etdi. Zubeyr və Talha Əli (r.a)-ın yanına gələrək Ümrə etmək üçün Məkkəyə getmələrinə izin istədilər. Əli (r.a) onların əsl məqsədlərini bildikləri halda onlara izin verir. (İbn Quteybə əl-imaməti vəs-siyasə, 51)

Bundan sonra isə Zubeyr, Talha və Ayişə (r.a) Siffin savaşında Əli (r.a) qarşı mübarizə apardığını görürük. Əli (r.a) onlar ilə döyüşmək istəmədiyindən barışıq yolu axtarırdı. Zubeyrlə qarşılaşınca ona: Ey Abdullahın atası səni buraya gətirən nədir? deyə soruşdu. Zubeyr Osmanın qanını istəməyə gəldim dedi. Əli (r.a): Osmanın qatilini mi istəyirsən? Allah Osmanı öldürənin cəzasını versin. Ey Zubeyr Rəsulullahın sənə: Sən haqqsız olduğun halda Əli ilə savaşacaqsan dediyini xatırlayırmısan deyincə, Zubeyr; Allah şahidimdir ki bu doğrudur dedi. Əli (r.a); o halda mənimlə niyə döyüşürsən? deyə soruşduqda Zubeyr vallahi mən bunu unutmuşam, fəqət xatırlasaydım sənə qarşı çıxmazdım, səninlə savaşmazdım, dedi. (İbn Quteybə a.ç.ə, 68)

Bu söhbətdən sonra Zubeyr savaşdan geri çəkildi. Mədinə yolunda Təmim qəbiləsinə aid bir yerə çatdığında orada olan Amr b. Cürümüz onu təqib etməyə başladı. Vadis-Siba deyilən yerdə ona çataraq Zubeyri şəhid etdi. (h.36) (ibn Quteybə a.ç.ə, 69)

Şəhid olunduğu zaman təxminən 66-70 arasında idi. (İbn Hişam, 1, 251)
Zubeyr şəhid edildiyi zaman miras olaraq geriyə bir çox var-dövlət qoymuşdur. Mirası təxminən əlli iki milyona yaxın idi.

Zubeyr rəvayətlərə görə uzun boylu, ağbəniz seyrək saqqallı idi. (İbn Sad a.ç.ə, III, 107)
Əshabələrdən ən çox fətva verənlər yeddi nəfərdir. Bunlar Ömər, Əli, İbn Məsud, İbn Ömər, İbn Abbas, Zeyd b. Sabit və Ayişədir. Bunlardan sonra ikinci dərəcədə yer alan iyirmi əshabədən biri də Zubeyr (r.a) idi.

Zubeyrin iyirmi uşağı var idi. Abdullah, Urvə, Münzir, Asim, Muhacir,Ümmül-Hasan və Ayşə xanımı Əsma bint Əbu Bəkirdən, Xalid, Əmr, Həbibə, Sevda və Hind adlı uşaqları Ümmü Xalid adındakı xanımından dünyaya gəlmişdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka