Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DONUZ ƏTİ VƏ ONUN ZƏRƏRLƏRİ

[ Müxtəlif / 11739 dəfə baxılıb ]   
|
 
İslam dini bir çox heyvanların ətlərini yeməyi sərbəst buraxarkən, bəzilərini isə yeməyi yasaq etmişdir. Qadağan olunmuş heyvanların ətini incələdikdə aydın olur ki, həqiqətən də onların insan həyatı üçün bir çox zərərləri vardır. Beləliklə donuz əti görünüşü etibarı ilə insanı diksindirən, ətini yeyənlərə keçə bilən trişin və başqa zərərli ünsürləri daşıması səbəbi ilə yasaqlanmışdır.
Qurani Kərimdə beş ayədə donuzdan bəhs edilir:
O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! (əl-Bəqərə 2/173)

Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (ən-Nəhl 16/115)

Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. (əl-Maidə 5/3)

(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir! (əl-ənam 6/145)

Aşağıdakı ayədə də donuzun çirkin halına işarə edilmişdir.
De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! (əl-maidə 6/60)

Cabir b. Abdullahdan, Allah Rəsulunun Məkkənin fəthi ilində Məkkədə ikən belə buyurduğu nəql edilir: Şübhəsiz Allah və Rəsulu (s.a.s) şərabın, ölü heyvan ətinin, donuzun və bütlərin alım-satınını haram qılmışdır. (Buxari, Sehr, 112, Təcridi Sarih tərcüməsi VI, 537, 538)

Donuz əti bir çox dinlərdə də yasaqdır. Məsələn yəhudilərin kitabı Tövratda Təsniyə bölümündə yeyilməsi yasaq olan heyvanlar sıralanarkən donuz ətinin də adı qeyd olunur. “O, sizə murdardır, bunların ətindən yeməyəcəksiniz və leşlərinə toxunmayacaqsınız. (Tövrat, Təsniyə, bab, 14/8) deyilməkdədir.

Allah insanlara ruzilərin gözəl və təmiz olanlarından yeməyi və buna qarşılıq olaraq da şükür etməyi əmr etmişdir. Halal yemək duanın və ibadətin qəbuluna səbəbdir. Haram yemək isə bunların geri çevrilməsinə səbəb olur. Allah Rəsulu (s.a.s) belə buyurmuşdur; Ey İnsanlar şübhəsiz ki, Allah təmizdir, ancaq təmiz olanı qəbul edər. Şübhəsiz Allah möminlərə, peyğəmbərlərə əmr etdiyi şeyləri əmr etmişdir. Allah belə buyurmuşdur: Ey peyğəmbərlər, gözəl ruzilərdən yeyin, saleh əməl görün, Mən sizin etdiklərinizdən xəbardaram. (Mömunun 23/51) yenə buyurdu:
Ey iman edənlər sizə ruzi olaraq verilənlərin təmiz olanlarından yeyin. (Taha 20/81)

Sonra Peyğəmbər (s.a.s), uzun bir səfərə çıxmış, saçı-başı ağarmış, toza batmış, əllərini göyə qaldırıb Ey Rəbbim, Ey Rəbbim deyə dua edən bir adamı zikr etdi: Bu adamın yediyi, içdiyi haram, geydiyi haram. Haramla bəslənmiş bir adamın duası necə qəbul oluna bilər. (Müslim Tirmizi, Əhməd b. Hənbəl)
Donuz ətinin zərərli olmasını tibb də sübut etmişdir. Doktor Glen Shepherd “Washington Post” qəzetinin 31 may 1952-ci il tarixli nüsxəsində yazdığı bir məqalədə bu mövzuda bunları yazmışdır: ABŞ və Kanada da yaşayan insanların 1/6-nin əzələlərində, trişinli donuz əti yedikləri üçün trişin qurdları vardır. Bunların çoxunda xəstəlik tez bir zamanda büruzə verməz. Yavaş-yavaş yaxşılaşar, bəziləri də ölər. Bir qisim insanın sol tərəfi şikəst olar. Bu xəstəliklərin müalicəsi yoxdur. Nə antibiotiklər, nə də digər maddələr bu kiçik və öldürücü qurda təsir etməz. Tək çarə bu mikrobdan uzaq durmaqdır. Donuz ətini duzlama və hisə vermə kimi metodlar da trişinləri öldürməz.

Bu mövzuda bir çox alimlərin rəyinə görə də donuz əti yeməyə davam edən insandakı qısqanclıq duyğusu da aradan qalxır. Çünki heyvanlar arasında dişisinin qısqanmayan tək heyvan donuzdur. Digər yandan da hər cür zir-zibili yediyi üçün, çevrəyə xoş olmayan bir qoxu yayar və əti kimyəvi maddələr baxımından aşağı səviyyədədir. Donuz ətinin trişin qurdundan təmizlənməsi elmi baxımdan da imkansız görülmüşdür. Görkəmli alimlərdən olan professor Hirş bunu açıqca bildirmişdir.
Beləliklə də tibbin də zərərlərini ortaya qoyduğu donuz ətini yemək öncəki bəzi dinlərdə də yasaqlandığı kimi İslamda da yasaqlanmışdır. (Təcridi Sarih, 537, Yusif əl-Kardavi İslamda halal və haram)

Cavid Musayev
İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka