Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRİ (s.a.s) EVİNDƏ QONAQ EDƏN SƏHABƏ

[ Səhabələr / 10750 dəfə baxılıb ]   
|
 
Əbu Əyyub əl-Ənsari Mədinəli müsəlmanlardan və hicrət əsnasında Peyğəmbəri (s.a.s) evində qonaq edən səhabədir.

Əbu Əyyub Xalid b. Zeyd əl-ənsari ən-Nəccari (r.a) Ənsarın Həzrəc qəbiləsinin Nəccaroğulları qoluna mənsub olan, anası Zəhra binti Saddır. Əbdülmüttəlibin validəsi tərəfindən Rəsulullahla qohum olan Əbu Əyyub, ikinci Əqəbə beyətində Peyğəmbərə (s.a.s) iman etmişdir.
(İbn İshaq, İbn Hişam, əs-Sirə, II, 100; İbn Sad, ət-Tabaqat III, 484)

Mədinə müsəlmanlar üçün güvənilən bir yer olduqdan sonra Məkkədə Rəsulullah (s.a.s) ilə bir neçə müsəlman qalmışdı. Rəsulullah (s.a.s) də hicrət səfərinə çıxınca bunu xəbər alan Əbu Əyyub hər gün Mədinəyə yaxın Hirə adı verilən yerdə onun yolunu gözləyirdi. Nəhayət Rəsulullahı görününcə bütün Nəccarlıları toplayaraq Peyğəmbər (s.a.s) qarşıladı. Bütün müsəlmanlar Rəsulullahı evlərinə qonaq etmək istəyirdilər. Buna görə də Peyğəmbər dəvəsini sərbəst buraxdı. Kusva adlı bu dəvə Əbu Əyyubun evinin önündə çökdü və bundan sonra da Rəsulullah orada yaşamağa başladı.

Rəsulullah Ənsar ilə Mühacirlər arasında qardaşlıq hadisəsində Əbu Əyyubu qardaş olaraq Musab b.Umeyri seçmişdir. Əbu Eyyubun evində 7 ay qalan Rəsulullaha Mədinədə ev sahibliyi edən Əbu Əyyub, Bədir, Uhud, Xəndək və digər bütün döyüşlərdə Rəsulullahın yanında digər döyüşlərə qatılmışdır.
(İbn Sad, ət Tabaqat, 485; Hakim, el –Müstərak, III, 458; əz-Zəhəbi, Alamun-Nübəla, 290)

Rəsulullahın vəfatından sonra da bütün döyüşlərdə yer almışdır. Əli (r.a) xilafəti zamanında onunla birlikdə xaricilərə qarşı savaşmışdır. Əli (r.a) Mədinədəki nümayəndəsi olan Əbu Əyyubun Xalid və Məhəmməd adlı iki oğlu, Ümrə adında bir qızı var idi.

Rəsulullah (s.a.s) İstanbulun fəthini əshabələrinə demişdir; İstanbul əlbəttə fəth olunacaqdır; onu fəth edən əsgər nə gözəl əsgərdir. (Əhməd B.Hənbəl, Müsnəd, IV,335) deyə müjdələmişdir.

Hicri 52-ci ilində Müaviyə oğlu Yezid komandasındakı müsəlmanlar İstanbulu mühasirəyə aldılar. İslam əqidəsinin dünyanın dörd bir yanına yayılmasını və İstanbulun İslam dövlətinin sərhədlərinə daxil olmasını şiddətlə arzulayırdılar. Əbu Əyyub əl-Ənsari bu səfərin hazırlanması üçün çox çalışmış və səfərə qarşı çıxanlara öyüd-nəsihət vermişdi. Uzun səfər edən Əbu Əyyub əl-Ənsari yaşının çox olmasına görə İstanbula yaxınlaşdıqları zaman orada xəstələnmiş, Yezidə öldüyü zaman onu ordunun ən irəli gedə biləcəyi yerdə basdırılmasını vəsiyyət etmişdir. İstanbul əshabələr tərəfindən bir neçə dəfə mühasirəyə alınmış, nəhayət bu şəhəri fəth etmək 1453-cü ildə Fateh Sultan Mehmedə nəsib olmuşdur.

Şəxsiyyəti, əxlaqı və fəziləti:
Əbu Əyyubun fəzilət və ağıl etibarı ilə yüksək bir məqamı var idi. Rəsulullahın (s.a.s) elmindən öyrənmiş bir əshabə olaraq, onun sünnətinə çox önəm verir, bir yanlışlıq gördüyündə düzünü başa salır, sünnətin tətbiq olunmasına çalışırdı. İslam ordusu İstanbulu mühasirəyə aldığında xəstələnən Əbu Əyyub, o halı ilə belə Allah rəsulundan bu hədisi nəql etmişdir: Konstantinopol qala divarlarının dibinə saleh bir insan dəfn ediləcəkdir. İstərdim ki o insan mən olum.
(İbn Abd Rabbih əl-İkdul Fərid, II,113)

Ordu komandanı Yezid Əbu Eyyubun tabutunu əsgərlərin ortasına qoymuş, əsgərlərdə döyüşlərdə bu tabutu qoruyaraq irəliləmişdilər. İstanbul qala divarlarını qoruyan Bizans komandanı bu qəribə halı görüncə, bu nədir deyə soruşmuş, Yezid də, Bu bizim peyğəmbərimizin əshabəsidir. Bizə sənin ölkəndə basdırılmasını vəsiyyət etdi. Bizdə onun istəyini yerinə yetirəcəyik. Bizans komandanı dedi: Sən nə ağılsız adamsan. Sən dönüb getdikdən sonra biz onu köpəklərə yem edəcəyik.
Yezid: Əgər onun qəbrini açdığınızı və ya cəsədinə bir şey etdiyinizi eşitsəm, mən də bütün Suriyada sağ bir xristian, yandırılmamış kilsə qoymaram. Bunu eşidən komandan belə demişdir: Mən onun qəbrini əlimdən gələn qədər qoruyacağıma İsa Məsih haqqı söz verirəm. Əbu Əyyub əl-Ənsari Xeybər savaşından dönərkən Rəsulullahın çadırının yanında bütün gecəni növbə tutmuşdur. Peyğəmbər (s.a.s) onun üçün “Allahım məni qoruyaraq gecələdiyi kimi, Sən də Əyyubu qoru” deyə dua etmişdir. (İbn İshaq, İbn Hişam əl-Sira, III 354-355)

Həbib b. Əbi Sabitin nəql etdiyinə görə: Əbu Əyyub əl-Ənsari Müaviyənin yanına gəlib ondan bir az borc istədi. Müaviyə ona kömək etmədi. Əbu Əyyub Müaviyəyə dedi: “Rəsulullahın Məndən sonra iş başındakıların təkəbbürlük etdiyini görəcəksiniz” dediyini eşitdim. Müaviyə dedi: Rəsulullah (s.a.s) bunu söyləyərkən başqa şey de söylədimi sizə? Əbu Əyyub: səbir etməyi tövsiyə etdi, dedi. O halda sizdə səbir edin deyincə Əbu Əyyub ona, Vallahi bundan sonra səndən heç bir istəyim olmayacaq deyərək kömək üçün İbn Abbasa müraciət etmiş o da ona iyirmi min dirhəm vermişdir.
(Kənzul-Ummal, VII, 95)

Əbu Əyyub Peyğəmbərdən (s.a.s) bunları rəvayət etmişdir:
Müsəlmanın qardaşı üzərində yerinə yetirməsi lazım olan altı haqqı vardır. Bunlardan birini etmədiyi zaman, altı haqdan birini yerinə yetirməmiş olur:
1. Ona rast gəldiyində salam verməsi, 2. Onu yeməyə çağırdığı zaman dəvətinə cavab verməsi, 3. Səbir gətirdiyi zaman ona dua etməsi, 4.Xəstələndiyi zaman onu ziyarət etməsi, 4. Öldüyü zaman cənazəsində iştirak etməsi, 6. Ondan nəsihət və yol göstərməsini istədiyi zaman ona yol göstərməsi. (Buxari əl-Ədəb, 134)
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka