Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZƏVVARLARIMIZ HAQDA SON MƏLUMATLAR - yenilənir

[ Aktual / 5292 dəfə baxılıb ]   
|
 
Bu gün Azərislam kollektivi Həcc ziyarətinə gedən zəvvarlarımızı yola salmaq üçün hava limanında oldu. Zəvvarların bir qismi bir neçə gün əvvəl təyyarə ilə birbaşa Səudiyyə Ərəbistanına yola düşmüşdü. Xatırladaq ki, artıq onlardan aldığımız son məlumatda həmyerlilərimizin sağ-salamat Məkkəyə çatdıqları bidirildi. Bu gün isə təyyarə ilə Naxçıvana, oradan da iki gün əvvəl İrandan keçərək Naxçıvan hava limanında zəvvarları gözləyən avtobuslarla zəvvarlarımız Türkiyə sərhəddini keçmək üçün Sədərək gömrük-keçid məntəqəsinə yol düşdülər.




15 Dekabr 2006, saat 19:45: Azerislam əməkdaşının verdiyi son məlumat:
- Hazırda zəvvarlarımız gömrük məntəqəsini keçərək Türkiyə ərazisindədirlər. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Türkiyə ərazisi qalın qar örtüyü ilə əhatə olunub.

Artıq zəvvarlarımız İqdırdan keçərək Ağrıdağ istiqamətində irəliləməlidirlər.
Havaların soyuq olmasını nəzərə alsaq, deməliyik ki, hələ qarşıda -20-25 dərəcə soyuq bir dağ ətəyinin olduğu yollar o qədər də təhlükəsiz deyil...




20:20 - Əməkdaşımızın verdiyi son xəbərdə deyilir ki, Hazırda bir Azərbaycn avtobusundan şübhələnərək Türk gömrükçüləri avtobusu axtarışa başlayıblar.




20:39 - Son xəbərdə zəvvarlarımızın avtobuslarının birində sürücünün əlavə özü ilə sərhəddən qanunsuz keçirmək istədiyi qadizel yanacağı "ehtiyatı" məhz bu poblemi yaradıb.




20:56 Avtobusun birindən tutularaq müsadirə edilən yanacaq çəlləklərini türk gömrükçüləri axtarış zamanı aşkarladılar.

Hələ qarşıda bir neçə avtobusun da yoxlanılması gözlənilir.




16 dekabr, saat 11:33 Əməkdaşımızın verdiyi son xəbərlərə görə dünən gecə baş verən hadisəyə və ondan əlavə avtobuslardan ikisinin istehsal olunduğu tarix kohnə olduğuna görə (biri 1980 və 1983-cü il) avtobusların uzun məsafəyə səyahət etməsi təhlükəli olduğu səbəb gətirilərək zəvvarlarımızdan bir qrup hələ də Türkiyə keçid məntəqəsində saxlanılmışdır.




17:41 Əməkdaşımızın verdiyi son məlumata görə nəhayət ki, zəvvarlara Türkiyə keçid məntəqəsindən keçməyə icazə verilmiş və onlar artıq yollarına davam edirlər.




18:20 Aldığımız son məlumatlara görə Həcc ziyarətinə gedən zəvvarlarımızdan 4 avtobus Gürcüstan sərhədinddə saxlanılıb. Səbəb isə qeyri-qanuni olaraq keçirilməsinə cəhd edilən yanacaq olmuşdur. Hal-hazır ki, saata qədər zəvvarlarımız keçid məntəqəsində gözləyirlər. Onların nə zaman yola düşəcəkləri isə hələ də məlum deyil.




19:56 - Artıq zəvvarlarımız yollarına davam edirlər. Son telefon əlaqəsi zamanı onların İqdır ərazisində olduqları bildirildi.
Qarşıda çətin keçidlərdən biri, Ağrıdağ yolları var.




17 Dekabr, saat 20:00 - Artıq zəvvarlarımız Türkiyə-Suriya sərhəddinə doğru gedirlər. bir neçə saatdan sonra onlar sərhəddə olmalıdırlar.




21:11 - Bakı vaxtı ilə gələn son xəbərdə artıq zəvvarlarımızın Türkiyə gömrüyündən keçərək Suriya keçid məntəqəsində olduqları bildirilir. Onlar hazırda vizalarını alaraq Suriyaya keçməyə hazırlaşırlar.




18 Dekabr 23:00 - Artiq bir neçə dəqiqə bundan əvvəl Azerislam əməkdaşı ilə internet bağlantısında olduq və əmkdaşımız bildirdi ki, hazırda onlar Suriyanın Dəməşq şəhərindədirlər və hər şey qaydasındadır.
Sabah Suriya vaxtı ilə 8-9 radələrində zəvvarlarımız İordaniyaya yola düşəcəklər. Bir gün sonra isə onlar Səudiyyə Ərəbistanının sərhəddinə çatacaqlar inşaAllah.




23:33 - Azərislam əməkdaşı daha sonra bildirdi ki, Suriyada havalar lap Bakının yaz havası kimidir. Həmyerlilərimiz bu arada qədim Dəməşqi gəzməyə də çıxıblar. Hətta Müaviyyənin (r.a) tikdirdiyi "Əməviyyə" məscidində də olublar. Hansı ki, bu məsciddə böyük alimlərdən biri, Şeyxul islam İbn Teymiyyə (r.a) dərslər verib.
Hələ qarşıda zəvvarlarımızı qədim və Allah Rəsulunun (s.a.s) yaşadığı, böyük səhabələrin və Rəsulullahın (s.a.s) məzarı olan Mədinə şəhəri gözləyir. Başdan-başa xatirələrlə dolu olan bir şəhər. Əmin-amanlıq yurdu olan Mədinə...

20 dekabr 15:20 -Azerislam teoloqu Mübariz Qarayevin verdiyi son məlumata görə artıq zəvvarlarımız Mədinə şəhərinin 70 km yaxınlığındadırlar. Təxminın bir saat sonra Mədinə şəhərində olacaqları güman edilir. Allah zəvvarlarımıza kömək olsun. Amin




20 dekabr 21:00 Əməkdaşımızın verdiyi son məlumata görə Zəvvarlarımız artıq Mədinə şəhərindədirlər. Onlar Peyğəmbər (s.a.s) məscidində namaz qılıb, Allaha dualar etmişlər.O məscid ki, bir zamanlar Peyğəmbər (s.a.s) orada namaz qıldırmış və insanları İslama dəvət etmişdir. Zəvvarlarımız bir neçə gündən sonra Məkkə şəhərinə yola düşəcəklər. İnşallah




23 dekabr 11.00 Bu gün zəvvarlarımız Müqəddəs Quba Məscidinə və Uhud dağına ziyarətə gedəcəklər. O, Uhud dağı ki, onu Peyğəmbər (s.a.s) bir hədisdə qeyd etmişdir. Əshabıma söyməyin, sizdən biriniz Uhud dağı qədər belə sədəqə versəniz, onların verdiyi bir ovuc sədəqəyə çatmaz.İki gündən sonra isə Zəvvarlarımız artıq Müqəddəs Məkkə şəhərinə yola düşəcəklər. İnşallah.




28 dekabr 11.20 Bu gün zəvvarlarımız artıq Həcc ziyarətinə başlamışlar. Allah onlara kömək olsun.




12:00 Zəvvarlarımız artıq Minadadlrlar. Allah onlara kömək olsun.



29 dekabr 11.00 Əməkdaşımızın verdiyi məlumata görə Zəvvarlarımız artıq Ərafadadırlar.
Son xəbərləri bizdən oxuyun...




06 yanvar 2007-ci il Əməkdaşımızın verdiyi son məlumata görə artıq zəvvarlarımız həcc ibadətini yerinə yetirib Mədinə şəhərinə gəliblər. Bir neçə gündən sonra isə onlar Bakıya yola düşəcəklər.




10 yanvar 2007-ci il Əməkdaşımızın verdiyi son məlumata görə artıq zəvvarlarımız Türkiyə-Naxçıvan sərhəddindədirlər. Onlar ya bu gün və ya sabah artıq Bakıda olacaqlar. inşallah.




11 yanvar 2007-ci il Artıq zəvvarlarımızdan bir qrupu Bakıdadırlar. Təyyarə ilə gələn zəvvarlarımız isə axşam Bakıya çatacaqlar. İnşallah.




Azerislam.az
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka