Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏN GÖZƏL QURAN OXUYAN SƏHABƏ - ABDULLAH İBN MƏSUD

[ Səhabələr / 11649 dəfə baxılıb ]   
|
 
Müsəlmanlardan ilk mühəddis, fəqih və müfəssir səhabə Abdullah ibn Məsud idi.

Adı Abdullah, künyəsi Abdurrəhmandır. Atasının adı Məsud, anasının adı Ümmü Abdır. Atası haqqında geniş bir məlumat yoxdur.

Abdullah Məkkənin fəqih ailələrindən birinə mənsubdur. Gəncliyində Ukbə b. Əbi Muaytın qoyunlarını güdərək çobanlıq etmişdir. Abdullah b. Məsud Muhamməd peyğəmbər (s.a.s) ilə ilk görüşünü və necə tanış olmasını belə nəql edir: «Mən Ukbə b. Muaytın qoyunlarını güdürdüm. Bir gün Rəsulullah (s.a.s.) və Hz. Əbu Bəkir (r.a.) yanımdan keçirdilər. Rəsulullah (s.a.s) məndən südümün olub-olmadığını soruşdu. Mən də ona çoban olduğumu və qoyunların da əmanət olduğunu söylədim. Bundan sonra Rəsulullah (s.a.s): "Süd verməyən bir qoyunun varmı? Mənə göstərə bilərsənmi?" – deyə soruşdu. Mən də qoç üzü görməmiş bir qoyun verdim. Rəsulullah (s.a.s) qoyunu sağmağa başladı. Gerçəkdən də balası olmayan, südü olmayan bu qoyundan süd sağıb Əbu-Bəkirə verdi. Əbu Bəkir (r.a) içdi. Sonra qabı Rəsulullah (s.a.s) alıb o da içdikdən sonra qoyunu buraxdı.» (İbn Sad Tabaqat,111, 150-151)

Bu gündən sonra İbn Məsud Peyğəmbərin (s.a.s) yanından ayrılmadı.

İslamı qəbul edənlərin altıncısıdır. İslamı qəbul edəndən sonra həmişə Qurani-kərimi əzbərləmişdir. Əzbərlədiyi 70 surəni Peyğəmbərin (s.a.s) hüzurunda oxumuşdur. Səhabələr arasında da heç kimsə bu mövzuda onunla rəqabətə girməmişdir. Daha sonra Abdullah Quranın əvvəldən sonadək əzbərləmişdir.

İbn Məsud müsəlman olduğu zamanlarda müsəlmanlar Məhəmməd Peyğəmbər (s.a.s) ilə açıq-açığa ibadət edə bilmir, uca səslə Quran oxuya bilmirdilər. Müsəlmanların belə hərəkətləri, müşriklərin bütün cahil duyğularını qabardır, onları müsəlmanlara qarşı şiddətli və amansız hücumlara sövq edirdi. Bu çətin günlərdə Abdullah b. Məsud (r.a) Kəbədə Quran oxumaq istəmişdir. Peyğəmbər (s.a.s) və səhabələr bunun təhlükəli bir hərəkət olduğunu xüsusi ilə də Məkkədə onu himayə edəcək böyük bir ailənin olmadığını, müşriklərin onu işgəncəyə məruz qoyacaqlarını söylədilər. Fəqət ibn Məsudun iman coşqunluğu bütün bunlara qalib gəlmişdir: “Məni onların şərindən Allah qoruyar” demiş və Kəbəyə getmişdi. Bu zamanlarda da Qureyşin böyükləri toplanmış və Hərəmdə bir məsələni müzakirə edirdilər. Onlar danışdıqları zaman yüksək və gözəl bir səs Qurani-Kərimdən Rəhman surəsini oxumağa başlamışdı. Hər kəs heyrət içində idi. Bu cəsur adamın kim olduğunu öyrənmək istədiklərində onun İbn Məsud olduğunu gördülər. Qureyşlilər əsəbiləşərək onun bu hərəkətini cəzalandırmaq qərarına gəldilər. İbn Məsudu isti qumun üzərinə yatırıb İslamı tərk etməyə dəvət etdilər. Fəqat İbn Məsud bu cəzalara o qədər də önəm vermədi. Müşriklər də işgəncələrinin bir fayda verməyəcəyini anlayaraq onu buraxdılar.

Abdullah İbn Məsud (r.a) qureyşlilərin bu xain hərəkətləri üzündən xəstələndi ancaq içində yanan iman atəşi zərrə qədər sönmədi, mənəviyyatı əsla sarsılmadı. O, əlinə düşən ilk fürsətdəcə eyni hərəkəti təkrarladı: «Yenə qureyşlilərin toplandıqları yerlərdə Allah kəlamını ən yüksək səslə oxudu. Peyğəmbərdən (r.a) sonra ilk dəfə Kəbədə Quran oxuyaraq müşriklərə İslamı təbliğ etdi.» (İbnul-Əsir, Üsdul-Ğabə, III, 256, 257)

Abdullah ibn Məsudun (r.a) bu imanı və cəsarəti müşriklərin ona böyük düşmən kəsilməsinə səbəb olmuşdu. Beləliklə İbn Məsud Məkkəni tərk etməyə məcbur oldu. Daha sonra Həbəşistandan Mədinəyə hicrət edərək Muaz b. Cəbalin qonağı oldu.

İbn Məsud (r.a) bütün böyük savaşlara qatılmış və hamısında da böyük fədakarlıqlar göstərmişdir.

İbn Məsud (r.a.) Uhud, Xəndək, Hüdeybiyyə, Xeybər döyüşlərində Rəsulullah (s.a.s) ilə birlikdə iştirak etmişdir. Huneyn savaşında belə Rəsulullahı (s.a.s) tərk etməmişdir. Rəsulullah (s.a.s) onun bu hərəkətlərindən çox razı qalmışdır.

Abdullah ibn Məsud, hər döyüşdə Allah yolunda şəhid olmaq arzusu ilə yaşayan səhabələrdən idi. Ondakı iman qüvvəti, onu daima irəliyə atır, ancaq müsəlmanların zəfəri və müşriklərin məğlubiyyəti gerçəkləşdikdən sonra rahat olurdu. Hz. Peyğəmbərin vəfatından sonra qısa bir müddət kənara çəkildi. Fəqət Hz. Ömərın (r.a) zamanında yeni fəthlərə başlandığı zaman İbn Məsud cihad üçün Suriya cəbhəsinə getdi.

Hz. Ömər (r.a), hicrətin 20-ci ilində İbn Məsudu, Kufə valiliyinə təyin etdi. O, həm də oradakı müsəlmanların dini təhsilinə kömək edəcəkdi. Hz. Ömər (r.a) bununla bağlı olaraq Kufə xalqına göndərdiyi məktubda belə deyir: «Sizə Ammar b. Yasiri Əmir, İbn Məsudu da müəllim olaraq göndərirəm. Beytül-malınıza da İbn Məsudu təyin etdim. Bunların hər ikisi də Bədir əhlindəndirlər. Onları dinləyin və onlara itaət edin. İbn Məsudu yanımda saxlamaq istəyərdim, ancaq sizi daha çox düşündüm».

İbn Məsud (r.a.) üzərinə aldığı bu vəzifəni son dərəcə ləyaqətlə yerinə yetirdi. Kufə məhsullarının çoxluğu və keyfiyyəti ilə tanınmış bir mərkəz idi. Onun üçün buranın Beytül-malı önəmliydi. Çünki buradan minlərlə mücahidin ehtiyacı ödənirdi. Bu vəziyyət İbn Məsudun vəzifəsinin nə qədər çətin olduğunu göstərməyə yetərlidir.

Abdullah ibn Məsud eyni zamanda son dərəcə zahid və müttəqi idi. Dünyəvi heç bir zövq onu çəkməmişdi. Ona verilən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirir: beytül malı qoruyur və hər şeyi ancaq haqqı olana verirdi.

İbn Məsud altmış yaşında ikən xəstələndi. Bir gecə yuxusunda Rəsulullahı (s.a.s) gördü. Peyğəmbər (s.a.s) onu dəvət edirdi.

İbn Məsudun vəfatı yaxınlaşdığı zaman Hz. Zubeyr ilə oğlu Abdullah yanına gəlmişdilər. Hicri otuz ikinci ilində vəfat etdi. Səhih rəvayətlərə görə cənazə namazını Osman (r.a) qıldırdı.

İbn Məsud (r.a) İslam dinini qəbul etdiyi gündən elmlə məşğul olmuşdur. Rəsulullah (s.a.s) ondakı bu marağı görərək: «Sən müəllim olacaqsan» deyə buyurmuşdu. Gerçəkdən İbn Məsud bütün ömrünü elm təhsili ilə keçirmişdir.

İbn Məsud (r.a) Rəsulullahın (s.a.s) ən yaxın və məhrəm dostlarından biri idi. O Rəsulullaha (s.a.s) xidmət etməkdən qürur duyurdu. Bəzən onun misvaqını və əsasını da daşıyırdı. Rəsulullaha (s.a.s) o qədər yaxın idi ki, məclisinə icazəsiz girər, onunla söhbət edər, əmrlərini dinlər və bütün arzularını yerinə yetirərdi. (İbn Sad, Tabakat, 111, 153)

İbn Məsud (r.a) ilahi vəhyi birbaşa onu alan və tələffüz edən Peyğəmbərdən (s.a.s) öyrənmişdir. Buna görə də Qurani Kərimi ən yaxşı bilən və mükəmməl əzbərləyən səhabələrdəndir. Hər kəs onun bu xüsusiyyətini bilir və təqdir edirdi. Səhabələrin hamısı onun bu üstünlüklərini qəbul edirdilər. (Buxari, Fadailul-Ashabin–Nəbi, 37)

İbn Məsud Quranın yayılmasına səy edir, onu Rəsulullahdan aldığı şəkildə öyrətməyə çalışırdı. Bir yandan da təfsir elmində də xidmətləri olmuşdur.

İbn Məsud öz rəyi ilə Quranı təfsir etmə xüsusunda çox ehtiyatla davranardı. O, Qurani-Kərimi Allah elçisindən öyrəndiyinə görə onun qiraətində bir mükəmməllik var idi. Rəsulullah (s.a.s) onun qiraətindən bəhs edər və tərifləyərdi.

Bir gün Məsciddə İbn Məsud gözəl səslə Nisə surəsini oxuyurdu. Rəsulullah (s.a.s), Əbu-Bəkir (r.a) və Ömər (r.a) ilə birlikdə məscidə gəlmiş və onu zövqlə dinlədikdən sonra belə demişdilər: «İbn Məsud, nə diləyirsən dilə, nail olacaqsan istədiyinə».

Gerçəkdən də İbn Məsudun qiraəti son dərəcə gözəl idi. Peyğəmbərimiz (s.a.s) Quranı ona təlim etdikdən sonra, onun səsindən dinləmək istəyərdi. İbn Məsud bir gün Rəsulullaha: «Biz Quranı sizdən oxuyub, öyrənmədik mi?» demiş, Rəsulullah da belə buyurmuşdur: «Düzdür, ancaq mən Quranı başqalarından dinləməyi xoşlayıram».

İbn Məsud (r.a) deyir ki, bir gün Rəsulullahın hüzurunda Nisə surəsindən bir bölüm oxuyurdum. «Hər ümmətdən bir şahid gətirdiyimiz, səni də onların üzərinə şahid gətirdiyimiz zaman, görək onların halı necə olacaqdır.» (ən-Nisə, 4:41) ayəsini oxuduğum zaman Rəsulullahın gözləri dolmuşdu.

İbn Məsudun tələbələrinə olan ən böyük nəsihəti və vəsiyyəti Muhamməd Peyğəmbərdən (s.a.s) hədis rəvayət edərkən son dərəcə diqqətli olmaları idi.

İbn Məsud namazlarını vaxtında qılmağa o qədər adət etmişdi ki, bir gün vali Vəlid b. Ukbə Kufə məscidində xalqı bir qədər gözlətmişdi. İbn Məsud qalxaraq xalqa namazı qıldırmışdı. Vali bundan üzülərək nə üçün belə etdiyini soruşmuş və möminlərin əmirindən belə bir buyruq mu aldın? Yoxsa bir bidət mi icad etdin? demişdir. İbn Məsud ona bu cavabı vermişdir: «Mən mömünlərin əmirindən bir buyruq almadığım kimi bir bidət də icad etmədim. Fəqət sənin bir işin vardır deyə bizim də namazımızı gecikdirməyinə Allah razı olmaz».

İbn Məsud, Ramazandan əlavə başqa günlər də oruc tutar, Aşura günlərini də oruclu keçirərdi. İbn Məsud son dərəcə sadə bir həyat tərzi keçirmişdir və bunu da həyatının düsturu bilirdi. İbn Məsud, illərlə beytül-malı idarə etmiş, bir gün də olsa belə ədalət və insafdan ayrılmamışdır.

Tərcümə: Azerislam.com
«Şamil İslam Ensiklopediası»
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka