Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AXİRƏTƏ İMAN

[ əqidə / 10693 dəfə baxılıb ]   
|
 
Ərəb qrammatikasında son və sonra olan mənasında işlənən «Axirət» sözü axır kəlməsinin müənnəs (qadın) cinsi şəklidir. İslam ədəbiyyatında bu kəlmə o biri dünya mənasında işlənmişdir. Dünya canlıların yaşadığı əvvəlki aləm, axirət isə son aləmdir.

Allah Təala içində yaşadığımız bu dünyanı və üzərindəki bütün varlıqları keçici bir zaman üçün yaratmışdır. Bir gün dünya və dünyadakı bütün insanlar, canlı və cansız varlıqlar yox olacaqdır. Dağlar, daşlar, yerlər, göylər parçalanacaq (əl-Qaria, 101:4-5), Allahdan başqa bütün aləm sona çatacaqdır. Bu hadisələrin meydana gəldiyi günü Quran Qiyamət günü (əl-Qiyamə, 75:1) deyə adlandırır. Qiyamət günündən sonra Allahın təqdir etdiyi bir zamanda insanlar yenidən həyat taparaq qəbirlərindən qaldırılıcaq və «Məhşər» deyilən düz bir sahədə (əl-Hicr, 12:25) haqq-hesab edən Allahın hüzurunda, dünyada etdiklərinin hesabını vermək üçün toplanacaqlar (əl-Casiyə, 45:26). Hesabların görülməsindən sonra bir qism insanlar yaxşı əməlləri səbəbiylə Cənnətə, digərləri isə inkar və pis əməllərindən dolayı Cəhənnəmə girəcəklər.

Bu yeni həyatın başlayacağı gündən etibarən, bitməz-tükənməz bir halda davam edəcək olan aləmə «Axirət Aləmi» deyilir.

Bütün səmavi dinlərdə olduğu kimi ən son və ən mükəmməl din (əl-Maidə, 5:3) olan İslama görə də meydana gələn ayə və hədislə və bütün ümmətin fikir birliyi ilə qəti olan axirət gününə inanmaq, imanın şərti olaraq fərzdir.

Axirət günü deyilincə:

  1. Bu aləmin tam yox olması və həyatın təmami ilə sona çatması.
  2. Axirət həyatının başlanması.


Axirət həyatı deyilincə də:

  1. Canlılar üçün axirət həyatının başlanğıcı olan ölüm bərzəx Aləmi, qəbir həyatı.
  2. Sura üfürülməsi və hər kəsin təkrar dirilərək qəbirlərindən qalxıb məhşər meydanında toplanması.
  3. Dünyada yaxşılıq və ya pislik cinsindən edilən işlərin qeyd edildiyi əməl dəftərinin sahiblərinə oxudulması.
  4. Yaxşılıq və pisliklərin dartıldığı mizanın (tərəzi) qurulub əməllərin dartılması.
  5. Bütün insanların üzərindən keçmələri məcbur olan Sirat körpüsündən keçiş.
  6. İmanlı və əməli yaxşı olanların gedəcəyi Cənnət.
  7. İmansız və əməli saleh olmayanların gedəcəyi Cəhənnəm.
  8. Peyğəmbərimizin (s.a.s), seçilmiş mömünlərlə birgə başında durduğu Kövsər hovuzu.


Gözdən qeyb olan şeyə qeyb deyildiyi kimi, idraki mümkün olmayan, insan biliyi xaricində qalan şeyə də qeyb deyilir. Bir şeyin qeyb olması Allaha görə deyil, insanlara görədir. Çünki Allahdan gizli qalan heç bir şey yoxdur. O, qeyb və şəhadət aləmini bilir. (Əl-Həşr 59/22) Qurana görə varlıqlar iki qisimdir: Qeyb aləmini meydana gətirən - görülməyən və idrak edilməyən varlıqlar və şəhadət aləmini meydana gətirən - görülüb, idrak edilən varlıqlar.

Qeyb aləminə aid varlıqlar iki qismdir:

  1. Bir qisminin dəlili yoxdur.Varlığını ancaq Allah bilir, duyğu üzvləri ilə idrakı mümkün deyildir. «Qeybin açarları onun yanındadır, onları ondan başqası bilməz» (əl-Ənam, 6:59).
  2. Bir qism varlıqlar da idrak edilə bilməz, ancaq varlıqları dəlillərlə anlaşıla bilər. Allahın sifətləri, Axirət, Cənnət və Mələklər kimi. Bu cür qeyb xəbərlər peyğəmbərlərə vəhy yolu ilə bildirilir. Onlar da ümmətlərinə bildirirlər. Mömünlər özlərinə vəhy yolu ilə bildirilən qeybə aid xəbərlərə inanmaq məcburiyyətindədirlər. Mömün inanan insan deməkdir. Bu xəbərlərə isə inanmamaq küfrdür.


Həyatının başlanğıcı və sonu olmayan ancaq Allahdır. Bu aləmin də bir gün yox olacağı dəqiqdir. Sonradan meydana gəldiyi bilinən bu aləm üzərindəki dəyişikliklər, zamanla insan, heyvan, bitkilər və bütün varlıqların ölməsi və yox olması, zəlzələlər və s. bu aləmin bir gün yox olacağının dəlilləridir. Bu cür hadisələr insan iradəsinin və gücünün xaricində olan hadisələrdir.

Başlanğıc etibariylə yoxdan var olduğunu qəbul etdiyimiz bu aləmin, yox olduqdan sonra təkrar yaradılması məntiqə uyğundur. Çünki onu yoxdan yaradan Allah, onu həlak etdikdən sonra təkrar yaratmağa əlbəttə qadirdir. İnsan da öldükdən sonra təkrar, Allahın izni ilə diriləcəkdir. Quranda təkrar dirilməyə dair bir çox ayə vardır:
«(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!"» (Ya sin, 36:79)

Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir. (əl-Ənam, 6:60)

İnsanın boşuna yaradılmadığını: «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?»(əl-Muminun, 23:115), başıboş buraxılmadığını: «Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!» (əl-Qiyamə, 75:36), hər nəfsin ölümü dadacağını, inanan və yaxşı əməllər edən insanların mükafatlandırılması və kafirlərin də cəzalandırılması üçün təkrar diriləcəklərini bildirən (Ali-imran, 3:185; Yunus, 10:4; əl-Leyl, 92:4) ayələr də axirət həyatının dəlilləridir.

Məxluqatın ölüb yox olduqdan sonra təkrar dirilmələrindəki hikmət, mükəlləflərin bu dünyada iradələriylə qazandıqlarının qarşılığını görmələridir. Çünki bu dünya qazanc və əməl dünyasıdır. O, biri dünya isə edilənlərin qarşılığının görüləcəyi yerdir.

«Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir» (Ali-İmran, 3:185).

İnsanlar bu dünyada ruzi axtarışlarında, işlərində, əcəllərində, xoşbəxtlik və bədbəxtliklərində çox fərqli bir yaşayış içindədirlər.

Axirətə iman kainatta meydana gələcək olan qorxunc inqilabın qəti olduğunu qəbul etməkdir. Bu dünya həyatı tamamilə sona çatıb, başqa bir həyat başlayacaqdır.

Əli ibn Abu Talib (r.a) axirəti inkar edən birisinə belə demişdir: «Mənim dediyim olarsa sonunda sən zərər görərsən. Fəqət sənin dediyin olarsa, mən zərər görməyəcəyəm».

Axirət inancı, insana irililəmə və inkişaf etmə yolunda böyük bir güc qazandıran mükəmməl bir inanc növüdür. Allah Təala buyurur: «Hər kim inanaraq axirət həyatı istər və onun üçün lazımi şəkildə çalışarsa, onun əməyi mükafatla qarşılanar» (əl-İsra, 17:19)

İnsan həyatı ilə dünyanın varlığı, ancaq sonunda bütün edilənlərin sorğu-sual ediləcəyi bir axirət həyatının olması ilə anlam qazanır. Əks halda həyatın və dünyanın heç bir mənası olmayacaqdır. Bu da insanları ümidsizliyə, inamsızlığa sürükləyər. Ölüm yeni bir həyatın başlanğıcı deməkdir. Axirət inancı ilə insanın bu dünyadakı həyatına bir anlam verilir. Beləki insanın yaşayışı da böyük bir nizam ilə tənzimlənir. Axirətə iman insana sonsuzluğun yolunu açarkən ölümü də ən incə təfərrüatına qədər açıqlayaraq bir son olmadığını bildirməkdədir. İnsan dünya həyatında etdiyi bütün əməllərinin qarşılığını o gün görəcəkdir. «Kim zərrə qədər yaxşılıq edərsə onu görəcək və Kim zərrə miqdarı pislik edərsə qarşılığını görəcəkdir» (əz-Zilzal, 99:7-8)

Beləcə axirətə iman insana böyük bir ümid qaynağı olduğu kimi onu ədalətə və sonsuzluğa inandırır. Bu da adil, dürüst və sağlam bir toplumun meydana gəlməsinə səbəb olur.

Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]12:51
ƏSR [ 4 rükət ]15:23
MƏĞRİB [ 3 rükət ]17:42
İŞA [ 4 rükət ]19:13
GECƏYARI00:03
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka