Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BƏZİ HƏDİS TERMİNLƏRİNİN MÜXTƏSƏR MƏNALARI

[ Elm / 9306 dəfə baxılıb ]   
|
 
Uca Allahdan bu risaləni onu oxuyanlar üçün faydalı olmasını diləyir və hamımızın əxlaqını Peyğəmbərimizin (s.a.s) əxlaqı kimi gözəl olmasını arzulayırıq.

Bu yazını oxumaqla siz, hədis terminalogiyasında tez-tez rastlaşdığınız, çox vaxt isə mənalarını bilmək istədiyiniz və hədislərin sonunda qeyd olunan ərəb dililndəki hədis istilahlarının-terminlərinin mənalarını anlayacaqsınız.

İsnad: Bu kəlmə lüğətdə istinad, mənbə, dəlil-sübut, dayaq və s. mənaları ifadə edir. İstilahi mənada isə bu kəlmənin iki mənası var:
– Hədisi istinad edərək rəvayət edənə aid etmək;
– Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mənada o, «sənəd»in sinonimi hesab olunur.

Həsən: Bu kəlmə lüğətdə yaxşı, çox gözəl, və s. mənaları ifadə edir. İstilahi mənada - İbn Həcərin tərifinə əsaslanıb belə demək olar: «Həsən hədis, isnadının əvvəlindən axırına qədər [mühafizə, yaxud yazdıqlarını qorumaq baxımından] dəqiqliyi az olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [«illə»siz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir».

Həsən li-ğeyrihi: «Həsən» kəlməsinin lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. «Li-ğeyrihi» kəlməsinə gəlincə, bu ərəbcə «li»- ön qoşmasından, «ğeyrun»- ismindən və «hu»- bitişən əvəzliyindən əmələ gəlmiş kəlmədir. Ayrı-ayrılıqda «li»- aidiyyət, mənsubiyyət bildirir. «Ğeyrun»- kəlməsi özgə, başqa və qeyri mənalarını, «hu»- əvəzliyi isə onun, ona və onu mənalarını ifadə edir. İstilahi mənada isə - bu, bir çox yollarla [isnadlarla] rəvayət olunmuş «daif» hədisdir ki, onun zəifliyinin səbəbi ravinin yalançı və ya fasiq olmasıyla əlaqəli deyildir. Bu növ hədis dərəcə etibarilə «həsən»dən aşağı hesab olunur.

Həsən-Səhih: «Həsən» dərəcə etibarı ilə «səhih»dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizinin bu ifadəsində olan məqsədini müxtəlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Həcərin izahıdır. Bunu da Suyuti təqdirə layiq hesab etmişdir. Xülasə budur:
– Əgər hədisin iki və daha çox isnadı varsa bu ifadə: «Bu hədis bir isnadla «həsən», digər isnadla isə «səhih»dir – mənasını ifadə edir.
– Əgər hədisin yalnız bir isnadı varsa bu ifadə: «Bu hədis bir qrup alimin rəyinə görə «həsən», digərlərinə görə isə «səhih»dir!- mənasını ifadə edir.

Münqəti: Bu kəlmə ərəbcə «məqtu» felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da kəsilmiş, ayrılmış və s. Mənaları ifadə edir. İstilahi mənada isə - isnadının hər hansı bir yerində [ya əvvəlində, ya ortasında, ya da sonunda] bağlılıq olmayan sənəd «məqtu» adlanır.

Münkər: Bu kəlmə ərəbcə «ənkərə» felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da inkar olunmuş, hamı tərəfindən qəbul edilməmiş və s. mənaları ifadə edir. İstilahi mənada isə - etibarsız ravinin etibarlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis «münkər» adlanır.

Səhih: Bu kəlmə lüğətdə müxtəlif mənalarda istifadə olunur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah və s. İstilahi mənada isə – səhih hədis, isnadının əvvəlindən axırına qədər dəqiq olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [müəlləlsiz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir».


Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:

a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ravidən bilavasitə götürmüş [eşitmiş] olsun;

b) ravinin insaflı olması: yəni hədisin ravilərindən hər biri müəyyən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır;

v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yazdıqlarını qorumaqda dəqiq olmalıdır;

q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti «məqbul» [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.

d) müəlləl olmaması: Hədisdə [sənəddə və ya mətndə] «illə» olmamalıdır. «İllə» hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.

Səhih li-ğeyrihi: «Səhih» və «Li-ğeyrihi» kəlmələrinin ayrı-ayrılıqda lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. İstilahi mənada isə - bu, özünün mislində və ya özündəndə qüvvətli bir başqa yolla [isnadla] rəvayət olunmuş «həsən» hədisdir. Bu növ hədis dərəcə etibarilə «səhih»dən aşağı hesab olunur.

Şazz: Bu kəlmə ərəbcə «şəzzə» felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana çəkilmiş mənaları ifadə edir. İstilahi mənada isə - rəvayəti məqbul [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rəvayət etdiyi hədis şazz adlanır.

Zəif: Bu kəlmə lüğətdə zəif, gücsüz, qeyriqənaətbəxş və s. Mənaları ifadə edir. İstilahi mənada isə - nəql etdiyi hədisə etimad olunmayan, etibarsız raviyə «daif»- deyilir. Hədislə bağlı terminə gəlincə, onun da özünə məxsus istilahi mənası vardır. Belə ki, hədis alimləri hədisə «daif» dedikdə, həsən hədisdən aşağı dərəcədə yerləşən, yaxud özündə həsən hədisin vəsfini cəm etməyən, hər hansı şərtlərindən biri olmayan hədisi qəsd edirlər.

Əlixan Musayev
Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka