Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RAMAZAN TƏQVİMLƏRİ BİR-BİRİNƏ UYĞUN GƏLMİR

[ Aktual / 28731 dəfə baxılıb ]   
|
 
Azərbaycan müsəlmanları oruclarını çox ciddi şəkildə tuturlar, amma hərdən ortaya anlaşılmaz problemlər də çıxır. Orucluğun girməsi ilə bağlı Azərbaycanda çoxlu Ramazan təqvimi yayılıb. Müxtəlif internet saytlarında yerləşdirilən, KİV-də çap olunan bu təqvimlər bir-birindən xeyli fərqlənir. Ən böyük fərq daha çox imsakla bağlıdır. Yəni müsəlman sübh namazınacan qidasını qəbul edib sonra namazını qılmalıdır. Burda böyük vaxt fərqinin olması isə çətinlik yaradır. Məsələn, Bürc FM radiostansiyasının məlumatına görə, sübh namazı sentyabrın 25-i səhər saat 5.54-də, «Azerislam.com» saytına görə, saat 6.01-də, «İslam.az» saytına görə, 6.10-da, ANS telekanalının və «Azəri-Press» Agentliyinin Qafqaz Müsəlmanları İdarəsinə istinadən yaydığı məlumata görə isə 6.22-də başlayır.

Belə qarışıqlıqdan mömin müsəlmanlar əziyyət çəkirlər. Çünki islam dininin tələbinə görə, ağzında qida olan müsəlman azan səsini eşidən kimi tikəni geri qaytarmalı və oruca başlamalıdır. Bəzi hallarda Bakıda məscidlərdən azan səsləri də fərqli vaxtlarda (adətən bu fərq 5-10 dəqiqə intervalında olur) eşidilir. Özünü günahdan qorumağa çalışan müsəlman vaxtından tez durub yeməyini yeyə bilər, amma namazı qıla bilməz, çünki vaxtından əvvəl qılınan namaz qəbul edilmir. Beləliklə, yeməyini, deyək ki, saat 5.50-də bitirən müsəlman ehtiyat üçün yarım saat gözləməlidir ki, günaha batmasın. Əslində vaxtını beləcə boş-boşuna gözləməklə keçirən insan da günaha batır, çünki vaxtın israfına yol verir.

Ramazan təqvimlərindəki fərqlər nədən irəli gəlir? Oruc tutan azərbaycanlı bu təqvimlərdən hansını əsas götürməlidir? Bu suallarla «Media forum» Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Akifə, «Əbu-Bəkr» məscidinin axundu Hacı Qamət Süleymanova, «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğluna və «Azerislam.com» saytının redaktoru Ceyhun Abdullaya müraciət edib.

Hacı Akifin sözlərinə görə, ölkədə vahid dini mərkəz Qafqaz Müsəlmanları İdarəsidir və idarə Ramazan ayı ilə bağlı təqvimi kitabça formasında dərc edib: «Bütün lazımi məlumatlar orda göstərib. Əsas kimi də bizim dərc etdiymiz kitabça götürülməlidir».

Hacı Akif təqvimi Şamaxı rəsədxanasının əməkdaşları ilə birgə tərtib etdiklərini deyir və vurğulaır ki, bu cür təqvimlər tərtib olunanda islamdakı hüquqi məktəblərin yanaşmasına deyil, günün çıxan və batan vaxtlarına əsaslanmaq lazımdır. «Gün çıxanda bizdən soruşmur ki, sən hənəfisən, ya cəfəri. Gün öz vaxtında çıxır. Ona görə biz təqvimi Şamaxı rəsədxanasının alimləri ilə birgə işləmişik. Biz namazın və iftarın vaxtını günün çıxdığı və batdığı dəqiqələrə uyğun göstərmişik».

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqvimini hazırlayanda Azərbaycanın hansı zaman qurşağında yerləşdiyinin nəzərə alındığını deyən Hacı Akif «bizdən 1000 kilometr uzaqda olan şəxslərin» bizdən ötrü cədvəl tərtib etməsini mümkün və düzgün saymır.

Hacı Qamət Süleymanov bildirir ki, təqvimlərdəki fərqlər dini məktəblər arasındakı fərqlərdən doğur: «Müxtəlif məktəblər olduğu üçün təqvimlər də müxtəlifdir. Amma burda elə bir problem yoxdur. Kim hansı məktəbin təqviminə əməl edərək oruc tutubsa, onun orucu müstəhəbdir. Mən burda bir problem görmürəm».

«Əbu-Bəkr» məscidinin axundu bütün təqvimlərin birləşdirilməsinə tərəfdar olduğunu deyir, amma onun fikrincə, buna nail olmaq üçün ümumi yığıncaq keçirilməldir. «Vahid təqvim yaratmaq üçün gərək bir məclis çağırıla və biz də yığışıb bu məsələni müzakirə edək. Bütün təqvimləri birləşdirmək yaxşı olardı, amma yenə də deyirəm ki, burda böyük bir fərq olmadığı kimi, böyük bir problem də yoxdur».

Hacı Qamət «Əbu-Bəkr» məscidinin təqviminin Qafqaz Müsəlmanları İdarəsinin təqviminə yaxın olduğunu deyir.

Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, təqvimlərdə iki fərq var: biri özünü ramazan ayındakı günlərdə, digəri isə imsak və iftar vaxtında göstərir. «İslamda belə bir meyar var ki, müsəlman ayı ay dönəndə başlayır. Bir neçə gün əvvəl təqvim vermək islamın qəbul etdiyi meyara uyğun deyil. Öncədən buraxılmış təqvimlərlə bağlı problem də buna görə yaranır».

Şaban ayı qurtarmamış Ramazan ayı ilə bağlı təqvimlərin yayılmasını islamdakı standartlara uyğun saymayan «Cümə» məscidinin imam-camaatı bildirir: «Müsəlman ayı 29 və ya 30 gün də ola bilər. Bəzi müsəlmanlar Ramazan ayının birinci günü kimi ötən həftənin bazar gününü, bəziləri isə bazar ertəsini götürürlər. Bu da ayın çıxması ilə bağlı məsələdir. Ayın çıxıb-çıxmamsı ayın görünməsi ilə əlaqədardır. Ona görə təqvim buraxanlar haqlı olaraq qeyd ediblər ki, ayda gün fərqi ola bilər».

Ramazan təqvimləri arasındakı saat fərqinə gəlincə, Hacı İlqar İbrahimoğlu bunu islamdakı müxtəlif hüquqi məktəblərin olması ilə izah edir: «İslamda müxtəlif hüquqi məktəblər var: Cəfəri, Hənəfi, Şəfai, Maliki və s. Azərbaycanda əhalinin böyük əksəriyyəti Cəfəri hüquqi məktəbi ilə gedir, bizdə əsrlər boyu belə olub. Həmvətənlərimizin bəziləri isə Hənəfi məktəbini rəhbər tutur. Bu hüquqi təlimlərin yanaşması əsasında da müəyyən fərqlər ortaya çıxır. Belə fərqlər uzun əsrlərdir davam edir və buna da normal hal kimi baxmaq lazımdır».

Ceyhun Abdullanın fikrincə, təqvimlər arasındakı fərqlər mərkəzləşdirilmiş təqvim sisteminin olamaması ilə bağlıdır. «Artıq beş ildir bizim saytda Ramazan təqvimi yerləşdirilir. Bildiyiniz kimi, «Azerislam.com» Azərbaycanda islamdan bəhs edən ilk azərbaycandilli saytdır. Hər il Ramazan gəlməmişdən 5-10 gün əvvəl biz təqvimi hazırlayıb sayta qoyuruq. Bu da oruc tutan insanların işini asanlaşdırır. Amma bu iş mərkəzləşmiş bir qaydada həyata keçirilmədiyindən saytda təqvim yerləşdirmək vaxtı çatanda müxtəlif çətinliklərlə üzləşirik».

«Azerislam.com» saytının redaktoru bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi gec tərpənir, Ramazana bir-iki gün qalmış təqvim dərc edir və ya elanlar verməyə başlayır. «Ona görə də biz məcbur olub başqa mənblərə istinad edirik. Əsasən www.islamicfinder.org saytından yararlanırıq. Həmin saytda dünyanın, o cümlədən də Azərbaycanın, Bakının bütün məscidləri üçün Ramazan təqvimləri təqdim olunub. Qafqaz Müsəlmanları İdarəsi ya bu cür təqvim tərtib etmir, ya da tərtib edəndə imsak və iftar vaxtları fərqli olur».

Ceyhun Abdullanın sözlərinə görə, bir müddət əvvəl Şamaxı rəsədxanasının əməkdaşlarından biri onlara müraciət edib. «O, birgə təqvim hazırlayıb bizim sayt vasitəsilə yaymağı təklif etdi. Rəsədxananın həmin əməkdaşı bizə onu da dedi ki, onlar Azərbaycan təqvimləri ilə Türkiyə təqvimlərinin eyni olması üçün Türkiyənin Diyanət İşləri Bakanlığı ilə danışıqılar aparıblar».

Sonda «Media forum» saytı üç fərqli təqvimi oxucuların diqqətinə çatdırır.

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqvimi

«Azerislam.com» saytındakı Ramazan təqvimi

«İslam.az» saytındakı Ramazan təqvimi

Mediaforum
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka