Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TUTUQUŞU QURAN OXUYUR, BƏS SƏN?

[ Aktual / 8500 dəfə baxılıb ]   
|
 
Şüur cəhətindən bütün məxluqatdan öndə olan insan çox vaxt Yaradanın ona göstərdiyi ibrətlərin yanından ötür-keçir və onun üçün verilmiş bu mesajı dərk etməyə çalıışmır. Bəlkə də edə bilmir. Doğrusunu Allah bilir. Fitrətimiz də bunu təsdiq edir ki, Allah heç nəyi əbəs yaratmayıb.
İndi Quran ayı olan Ramazandayıq. Çoxumuz Allahın kitabı, kitabların şahı sayılan Quranı oxumaq üçün cəhd belə göstərmirik, ola bilsin də ki, bu ayda quran oxumanın fəzilətini dərk etmirik, bir qism müsəlman isə həm iş yerində, həm yolda və ya evdə müqəddəs kitabını əlindən yerə qoymur. O, oxuduğu Allah kəlamlarından qəlb rahatlığı tapır və mənəvi dünyasını zənginləşdirmək üçün hər vaxt çalışır. Məhz belələri bu ayda böyük bir xeyrə nail olurlar inşaAllah.

Elm əhli çox vaxt öz danışıqlarında "öz kitabını, Quranı oxuya bilməyən müsəlmana ayıb olmalıdır" deyir. Haqlıdırlar... Müvvəqəti olan bir dünyada xeyir əldə etmək məqsədi ilə bir çoxumuz əcnəbi dilləri (müsəlmanlara yuxarıdan aşağı və geridəqalmış kimi baxan qeyri müsəlmanıların) öyrənirik, hətta gecəni-gündüzə qataraq qısa vaxt ərzində bu dilə yiyələnib fəxarət hissi duyuruq ki, biz artıq öndəgedən bir insan olduq. Gülməlidir deyilmi? İnsan müvəqqəti olan üçün nə dərəcə çalışır.

Bəs əbədi həyat haqqında bu qədər düşünüb onu qazanmağı istəyirikmi?
Bəşəriyyətin şərəflisi Allah Rəsulunun (s.a.s) dilində olan, axirət dili sayılan və bəlağətli bir ərəb dilində nazil olan Quranı oxuyub onu həyatımızın mayakına çevirməyi sonuncu dəfə nə zaman düşündük. Allah bilir…

Fürsəti əldən vermək olmaz. Neçə ki, gec deyil Allahın kitabını bu şərəfli bir ayda oxumağa başlayaq. Ən azından özümüzə müsəlman deyiriksə müqəddəs kitabımızı hər gün öyrənmək üçün çəhd edək və bu ayın bərəkətindən faydalanaq.
Allah bu işdə bütün bacı və qardaşlarımıza yardım etsin. Amin!

Sonunda qəribə də olsa bir sualla Quran oxuya bilməyənlərə səslənmək istərdik.

Əgər bir gün səndən dəfələrcə geri qalmış və şüursuz hesab etdiyin bir Tutuquşunun Quran oxuduğunun şahidi olsan xəcalət çəkərsənmi?

Elə isə bu video görüntüyə diqqətlə bax.

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka