Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KİNİNİZDƏ BOĞULASINIZ, PAPALAR!

[ Aktual / 4246 dəfə baxılıb ]   
|
 
Son günlərdə bütün dünyada müsəlmanları hiddətləndirən Roma Papası XVI Benediktin İslama qarayaxan çıxışı çoxsaylı “Azərislam” oxucularının da hiddətinə səbəb olub. Saytımıza öz peyğəmbərini sevən və Ona dil uzatmaqdan hiddətlənən onlarla oxucunun məktubu gəlib. Onlardan birirnin məzmununu diqqətinizə çatdırırıq. Oxuyaq və bir qədər düşünək …

- Roma katolik kilsəsinin ruhani lideri Papa XVI Benediktin Almaniyaya səfəri əsnasında Regensburg İlahiyyat fakultəsində etdiyi çıxışında İslama və onun Peyğəmbərinə dil uzatması İslam dünyasında hiddətlə qarşılandı. Bu çıxışıyla Roma papası özünün İslam dini və onun peyğəmbərinə qarşı olan kinini və bu din haqqında ən sadə məlumata belə sahib olamadığını büruzə verdi.

Papa öz çıxışında Bizans İmperatoru Paleologusdan sitat gətirərək -“Muhamməd ancaq pis və qeyri-insani prinsiplər gətirmişdir” -“İslamdakı cihad ağıla və Tanrıya qarşıdır”. “(Dində məcburiyyət (zorakılıq) yoxdur. Qurani-Kərim 2:256.), sözü Muhammədin güçsüz və təhdit altında olduğu ilk dövrlərdə söylənmişdir. Sonradan İslam qılınc yolu ilə yayılmışdır” – deyərək savadsız çıxışları ilə bir daha alovlanmaqda olan ocağa yeni bir yanacaq tökdü.

Hər halda Roma papasına xristianliğın barbar və vəhşi tarixini xatırlatmaq yerinə düşərdi.
Birinci Xaçlı-Səlib səfərlərində iştirak edən Raol de Caen tarixi mənbələrdə belə yazır:

“Bizimkilər (səlibçilər) Maarada bütpərəstlərin (onlar müsəlmanları belə adlandırırdılar) cavanlarını qazanlarda qaynadır, uşaqlarını isə şişə keçirərək qızardıb yeyirdilər.”
Xiristianlıq adına döyüşən və müsəlmanları iştahla yeyən bu barbarlar o dövrün papası II Urbanın “bunu Tanrı istəyir” sözünü təkrarlamağı unutmurdular. Onlar bu vəhşiliyi papanın Tanrıdan aldığı “icazə” ilə edirdilər. Onlar bütün dinlərin müqəddəs bildiyi Qüdsdə müsəlmanları məscidlərə, yəhudiləri isə havralara (sinagoglara) həbs edərək yandıranda, Şərqi Bizansdakı Ortodoks Pravaslavlarını alçaldaraq işgəncə etmək üçün müqəddəs məbədləri Ayasofiyada əxlaqsız seks məclisləri qurduqlarında da “bunu Tanrı istəyir” deyirdilər. İnsanın ürəyindən özlərindən olamayan heç insana yaşamaq haqqı verməyən vəhşi Səlib- Xaçlı sürülərinin zülümlərini və bu zülümlərin “Tanrı istəyi” olduğu iddiasını deyil, bizimlə müsəlman olduğumuzdan ötrü döyüşən və bizi torpaqlarımızdan didərgin salan zalımlara qarşı İslami cihadı “Tanrıya və ağla zidd” görən Papa XVI Benediktin ağlına tüpürmək keçir könlümdən.

Güya qeyri-müsəlmanları cihadla, zorla müsəlman etmişik!.. Və güya “dində məcburiyyət yoxdur” sözü Muhammədin (s.a.v.) zəif və hakimiyyətə sahib olamadığı bir dövrdə deyilib!... Məhz ona görə Rəsulullahın (s.a.v.) vəfatından 80 il sonra Hindistanın fatehi Muhamməd b.Qasım Xəlifədən hindu və budistlərə qarşı necə davranacağını soruşduğunda -“İslam dövlətinə qarşı vuruşmadıqları və vergilərini ödədikləri müddədətdə onlara toxunmayın. İbadətlərini sərbəst edə bilərlər və həyatlarını dinlərinə əsasən yaşaya bilərlər.” cavabını almışdı. İslam xilafətinin min ildən artıq hökm sürdüyü torpaqlarda, Osmanlının beş yüz ildən artıq idarə etdiyi Balkan yarımadasında hələ xristian qaynamaqdadır. Hələ Yaxın Şərqin xristian marunilərini, qiptilərini, kotliklərini və digər xristian məzhəblərini demirəm!!!

Müsəlman fatehlərin fəth etdikləri xristian torpaqlarında – Kordovada, Antakyada, Qüdsdə, Suriyada, Türkiyədə xristian məbədləri hələ də durur. İki yüz ildən çox müsəlmanın yaşadığı və hökm etdikləri İspaniyada Müsəlmanların və yəhudilərin ucaltdıqları Məscidlər, Sinagolar bəs hardadır? Lap yaxın keçmişə dönsək Qarabağımızda yerlə yeksan edilmiş və tarixdən silinmiş məscidlərimizi də unutmayaq.

Müsəlman cəngavərlərin soyundan gələn İberiya xristianlarından, İspaniyadakı xristian ərəblərdən atalarının necə xristian olduqlarını-xristianlaşdırıldıqlarını soruşun !

Son peyğəmbər Muhamməd (s.a.v.) “qeyri-insani prinsiplər” gətirsə idi, xristianlar, yəhudilər və başqaları müsəlman torpaqlarında əmin-amanlıq içində yaşaya bilərdilərmi?

Unutmayaq ki, Amerika prezidenti George W. Buşun İslam dünyasına qarşı elan etdiyi yeni “Xaç döyüşlərinə” mənəvi dəstək verən Vatikan və XVI Benedikt tarixdəki xaç döyüşlərində yəhudilərə və pravaslara etdiyi zülümlərini etiraf edərək onlardan üzr istəyir. Ancaq ən çox zülm etdikləri müsəlmanlardan isə hələ də üzr istəmək niyyətində deyil. Çünki Papa hələ də bütün bunları “tanrının istəyi” ilə etdiyinə inanır…hələ yeni xaçlı döyüşlərində Qarabağda, Fələstində, Bosniyada, Kosovada, İraqda, Əfqanıstanda, Livanda etdiklərini demirəm…

Mən heç də Roma Papasının işlətdiyi bi əsassız və iyrənc sözləri üçün onun üzr istəməsini heç gözləmirəm də! Çünki bu sözlər bütün Papaların qəlblərində yanıb tutşduqları, İslama qarşı bəslədiləri kinin çox zəif bir nümunəsidir!

Kininizdə boğulasınız inşaallah!!!

Daimi oxucunuz…
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka