Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QAMƏT SÜLEYMANDAN «PAPA»YA SƏRT MESAJ

[ Aktual / 4628 dəfə baxılıb ]   
|
 
“Öz evi şüşədən olan başqasının evinə daş atmaz...!”

Bu həftə cümə namazında Nərimanov rayonu Cümə məscidinin imamı Qamət Süleyman ənənəvi cümə xütbəsini astanasında olduğumuz Ramazan ayına həsr etdi. Bu ayın böyük bir ibadət ayı olduğunu vurğulayan məscid imamı, həmçinin bu ayın günahlardan çəkinməyimiz və tövbə edərək təmizlənməyimiz üçün böyük bir fürsət ayı olduğunu bildirdi. O cümlədən bu ayda tutulacaq oruc, onun şərtləri və əhkamı haqqında müsəlmanlara məlumat verdi.

Qamət Süleyman artıq bu mübarək ayın sabahdan etibarən girməkdə olduğunu və sabahdan başlayaraq bir ay boyunca İşa namazından dərhal sonra təravih namazlarının qılınacağını elan etdi.

Xütbənin sonunda isə son zamanlar İslam peyğəmbərinə (s.a.v.) dil uzadaraq İslam dünyasını hiddətlədirən Roma Papasının çıxışına toxunaraq bu çıxışların bilərəkdən edildiyini və əssasız olduğunu bildirdi. O, son zamanlar Qərbdən – Xristian dünyasından İslam peyğəmbərinə (s.a.v.) olunan bu hücumların əsas səbəbi Avropada və bütün dünyada sürətlə yayılmaqda olan İslam dini olduğunu xatırlatdı. Habelə, məscid imamı bu çıxışların bəşəriyyətin son peyğəmbəri Muhamməd (s.a.v.) haqqında əsassız iftiralar olduğunu vurğulayaraq böhtan sahiblərinin də Onu (s.a.v.) tənqid etməyə layiq olmadığını dedi. Bu cür insanların İslam dini və onu peyğəmbərini tənqid etmədən əvvəl öz dinlərinə və şəxsiyyətlərinə bir daha nəzər salamalrını tövsiyyə edərək:
“Öz evi şüşədən olan başqasının evinə daş atmaz...!” mesajını yolladı.

Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka