Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN İSTİLALARI HAQQINDA HƏQİQƏT VƏ UYDURMALAR

[ Aktual / 3581 dəfə baxılıb ]   
|
 
Bəşər sivilizasiyasının müəyyən inkişaf dövründə fərqləndirici xüsusiyyəti son iki-üç əsrdə insanların əksəriyyətinin düşüncəsinə hakim olmuş rasionalizmdir. Bir çox hallarda buna elmlərin inkişafı imkan yaratmışdır ki, bu inkişaf insanları sübutsuz mülahizələrə inanmamağı öyrətmişdir. Bütün bunlara baxmayaraq, müasir insan hələ də hətta həqiqiliyi haqqında fikirləşməyi belə arzulamadığı əfsanə və inanclar dünyasında yaşayır. Bəlkə də ən geniş yayılmış və eyni zamanda yanlış olan əfsanə islamın zorakılıq yolu ilə yayıldığını iddia edən əfsanədir.

Bu yanlış iddia öz məhşurluğunu islam ilə xristian dünyalarının qarşıdurmasının öz apoqeyinə çatdığı orta əsrlərdə qazanmışdır. Bu, bir çox hallarda belə formada islamın sürətlə yayılmasını izah etməyə və müsəlman düşüncəsinin Qərbə ekspansiya etməsinin qarşısını almağa çalışan qeyri-obyektiv salnaməçilərin səyləri nəticəsində baş vermişdir. Islamın qəddarlıq və zorakılıqda ittiham olunması, onun həqiqi simasının təhrif olunması və hətta islamın bidətçi xristian sektası olması kimi təqdim olunması orta əsrlərdə avropalı hökmdarların "ideoloji silahı" idi. Tirli Giyom özünün xronikasında yazırdı ki, Məhəmmədin ardıcılları "nəsihət və təbliğat yolu ilə deyil, qılınc və zor tətbiq etmək yolu ilə xalqları onun yanlış fikrini qəbul etməyə məcbur etmişlər". Möhtərəm Pyotr "sarasin sektasının əleyhinə" əsərində təsdiq edir ki, Məhəmməd Peyğəmbər (s.a.s) rasional mübahisədənsə müharibəyə üstünlük verirdi. Dominikan rahibi Tripolili Giyom yazır ki, islam sorakılıq dinidir və buna görə də tənəzzül edir. Bunlar avropalı salnaməçilərin islamı necə təsvir etdikləri barədə yalnız bir neçə nümunə idi.

Təəssüflər olsun ki, bəzən belə dünyagörüşünü hətta bizim dövrümüzün bəzi ziyalı nümayəndələri də paylaşırlar. Islam haqqında bu gün Qərbdə hakim olan təsəvvürü Con Buçanın "Yaşıl Plaş" romanından bir sitat ilə xarakterizə etmək olar. Orada deyilir: «İslam döyüşkən bir dünyagörüşüdür. Hələ də mollalar məsciddə bir əllərində Quran və digər əllərində isə qılınc tutaraq dua edirlər.» Şübhəsiz, belə təsəvvürlər müsəlmanlar ilə xristianlar arasında dialoqun inkişafına yardım etmir. Onların əsassız olması nəinki müsəlman xadimləri tərəfindən, hətta əksər Qərb alimləri tərəfindən etiraf olunur. Ayrılıqda, tarixçi De Lasi O’Leri "İslam yol ayrıcında (1923-cü il)" adlı kitabında yazır: «Amma tarıx göstərir ki, dünyaya yayılan və məğlub xalqların başı üzərində qılınc qaldıraraq onları islamı qəbul etməyə məcbur edən fanatik müsəlmanlar haqqında olan əfsanə tarixçilər tərəfindən indiyə qədər qəbul olunmuş ən fantastik absurd əfsanələrdən biridir.»

Müsəlmanlar təxminən 800 il müddətində İspanıyada hökm etmışlər. Bu müddət ərzində yerli xristianlar və yəhudilər nəinki mənv edilməmişlər, əksinə çox firavan yaşamışlar. Xristian və yəhudı icmaları həmçinin Misirdə, Mərakeşdə, Fələstində, Livanda, Suriyada, İordaniyada öz mövcudiyyətlərini qoruyub saxlamışlar. Əgər müsəlmanlar onları islamı qəbul etməyə məcbur etsə idilər, o zaman onların hökmdar olduqları bu qədər müddət ərzində orada digər dinlərin heç bir ardıcılı qalmazdı. Çox əsrlər boyunca müsəlmanlar digər dinlərin xüsusilə Kitab Əhlinin nümayəndələrinə qarşı yüksək səviyyədə tolerantlıq nümayiş etdirmişlər. İslamda Müqəddəs Qurandan əvvəl İlahi Kitab göndərilmiş dinlərin nümayəndələri belə adlandırılır.

Bunun sübutuna biz bəzi avropalı tarixçilərin əsərlərində rast gəlirik. Alman tədqiqatçısı Alberix traufonten müsəlmanların xristian ziyarətgahlarına ehtiramlı münasibət göstərdikləri barədə yazır. Bu haqda həmçinin orta əsr salnaməçiləri Strasburqlu Qerhard və Lübekli Arnold da yazmışlar.

Orta əsrlərdən bizə gəlib çatan əsərlərdən bəlli olur ki, öz sayına görə ərəb istilaçıları məğlub edilmiş xalqlardan geridə qalırdılar, belə ki, yüz ildən az müddət ərzində onlar öz mülklərini Qərbdə İspaniya və Mərakeşə, Şərqdə isə Hindistan və Çinə qədər genişləndirmişdilər. Çətin təsəvvür etmək olar ki belə azsaylı xalq onun fəth etdiyi ərazilərdə yaşayan xalqların əksəriyyətinin öz dinlərindən imtina etmələrinə nail olmuşdur.

Bundan əlavə, müsəlman sivilizasiyası o dərəcədə inkişaf etmişdi ki, onun nümayəndələri bu dinə qulluq etmələri ilə fəxr edirdilər. Müsəlmanların öz inanclarını zor ilə qəbul etdirmədiklərinə inanmaq üçün tək bu fakt kifayətdir. İndoneziya əhalisinin sayına görə ən böyük müsəlman ölkəsidir və maraqlıdır ki, bu adalarda elə bir müharibə olmamışdır ki, orada müsəlman istilaçıları iştirak etsinlər.

Eyni zamanda, islamın yayılmasını digər dünyəvi dinlərin, xüsusi olaraq iudaizm və xristianlığın ardıcıllarının öz inanclarını necə yaymaları ilə müqayisə etmək olar. Musa peyğəmbərin (ə.s) Vasan çarı Oq üzərində qələbəsi barədə Incildə gətirilən rəvayətdə israillilər tərəfindən bütöv bir xalqın məhv edilməsi qeyd olunur:
«Və onlar onu və onun övladlarını və onun xalqını elə məhv etdilər ki, onlardan heç nə qalmadı və onun torpağını zəbt etdilər.» (Saylar, 21:35).
Tövratda göstərilən ənənələrdə Musa peyğəmbərin (ə.s) "vəd olunmuş torpaqda" yaşayan xalqların qılınc gücünə fəth etməsi barədə çox sayda xatırlamalar var.

Latın Amerikasının və Afrikanın müstəmləkəyə çevrilməsi xristianların "xoş müjdəni" digər xalqlara hansı yolla çatdırmalarının əyani nümunəsidir. İspaniyada rekonkistanın qələbəsindən sonra orada olan müsəlmanların və yəhudilərin vəziyyətini yada salmamaq olmaz. Amma demək olar ki, xristian istilaçıları ən qəddar vəhşiliklərini Yaxın Şərqə səlib yürüşləri zamanı göstərmişlər.

1909-cu ildə Yerusəlimin alınmasının şahidlərindən biri olan salnaməçi Şartrlı Fulkeri yazır: «Xilas olmaq istəyən ərəb və həbəşlər qaçaraq Davud peyğəmbərin(ə.s) qülləsinə sığındılar, digərləri isə Xudavəndənin Məzarı və Süleyman kilsələrində gizləndilər. Bu kilsələrin atriyalarında onlara qarşı güclü təzyiq göstərildi. Sarasinlərin qatillərdən qaçmağa yerləri yox idi. Onların çoxu qaçarkən yandırdıqları Süleyman kilsəsinin damında nizələrlə öldürüldü və nəşləri oradan yerə atıldı. Bu kilsədə təxminən on minə yaxın adam öldürüldü. Və əgər siz orada olsa idiniz sizin ayaqlarınız dizə qədər öldürülmüş adamların qanına batardı.»

Avropa mənbələrinin məlumatına əsasən, iki gün ərzində səlibçilər şəhərdə 40 minə yaxın müsəlman öldürdülər. 88 illik xristian hökmdarlığı müddətində Yerusəlim şəhərində orada yaşayan bütün müsəlmanlar məhv edilmişdi. 1187-ci ildə əfsanəvi Səlahəddinin başçılığı altında müsəlman orduları bu özbaşınalığa son qoyanda isə müsəlmanlar növbəti dəfə mərhəmət və alicənablıq göstərdilər. Xristianlara çox da böyük olmayan girov ödəməyə icazə verildi – onların həyatları və əmlaklarının təhlükəsizliyi təmin olundu. Səlahəddinin qərarı ilə şəhəri yalnız özünü səlibçilərə aid edən katoliklər tərk etdi. Pravoslav xristianlara Yerusəlimdə qalmağa icazə verildi və nəticədə onlar müsəlmanlar tərəfindən təzyiqlərə məruz qalmadılar. Ingilis tarixçisi Armstronq müqəddəs şəhərin fəth olunmasından sonra baş verən hadisələri belə təsvir edir: «Bəzi varlı xristianlar şəhəri tərk etməyi qərara aldılar. Bütün sərvətlərini özləri ilə götürərək onlar maneəsiz surətdə şəhəri tərk etdilər, halbuki bu sərvət bütün əsirlərin azad edilməsinə bəs edərdi. Yepiskop İrakli özü üçün girov kimi on min dinar ödəyərək və bütün sərvətini arabalara toplayaraq sakitcə şəhəri tərk etdi.»

Şübhəsiz, islam tarixində də adamlar ilə qeyri-insani davranışların nümunələrinə rast gəlmək olar. Din – istər islam olsun, istər xristianlıq və ya istənilən digər bir dünyəvi din – dəfələrlə müstəbid hökmdarlar üçün özlərinin eybəcər planlarının həyata keçirilməsi üçün pərdə olmuşdur, amma onların bu hərəkətlərini İlahi Vəhylər və Rəhman və Rəhim olan Allahın qanunları ilə eyniləşdirmək olmaz. Həqiqi din həmişə insana hörməti, mərhəməri və bağışlamağı təbliğ edir və Müqəddəs Yazılar özü buna əyani sübutdur:
«Dində məcbiriyyət yoxdur. Düzgün yol artıq yanlış yoldan ayrılmışdır. Yalançı allahlara deyil tək bir olan Allaha inanan kəslər elə bir tutacaqdan yapışmışlar ki, o, heç vaxt qırılmaz.» (əl-Bəqərə, 2:256).

«Allah sizinlə dinə görə savaşmayanlara və sizi evlərinizdən qovmayan şəxslərə qarşı xeyirxah və ədalətli olmağı qadağan etmir. Həqiqətən Allah qərəzsiz olanları sevir» (əl-Mümtaxanə, 60:8).

Müsəlman dövlətlərinin yaranmasının ilkin mərhələsində möminlər həqiqətən silah götürmək məcburiyyətində qaldılar. Amma məgər onlar öz əzəmətlərini qoşunları ilə apardıqları arasıkəsilməyən müharibələr hesabına saxlaya iki imperiyanın – Bizans və İran imperiyalarına qarşı olarkən başqa cür hərəkət edə bilərdilərmi?

Bizans ilə Xilafət arasında müharibə hələ Məhəmməd peyğəmbərin (s.a.s) sağlığı dövründə, 629-cu ildə Həsani hökmdarı Şurahbilin müsəlmanların elçisini öldürdüyü vaxt başlamışdı. Həsanilər Bizans imperiyasının təbəəsi idilər və müsəlmanların ordusu onların sərhədinə yaxınlaşanda onların köməyinə 100-minlik Bizans ordusu gəldi. Müsəlmanlar ilə bizanslılar arasında birinci müharıbə - Mut yaxınlığındakı müharibə tərəflərin qanlı vuruşmalardan sonra geri çəkilməsi ilə nəticələndi. Həmin savaşda Peyğəmbərin (s.a.s) bir çox silahdaşları, o cümlədən onun əmisi oğlu Cəfər və onun şagirdi Zeyd bin Haris həlak oldular.

Xəlifə Ömərin (r.a) dövründə iki dövlət arasında qarşıdurmalar geniş müharıbələr ilə nəticələndi ki, onların gedişində müsəlmanlar bizanslılara sarsıdıcı zərbələr endirdilər. Amma fəth olunmuş torpaqlarda onlar yalnız öz döyüş bacarıqlarına görə möhkəmlənmədilər. Yerli xristianlar istilaçıların onlara qarşı ədalətli münasibətlərini görərək yalnız müsəlmanların onları Bizans zülmündən azad etdiklərinə görə şad oldular. Ərəblərin Kiçik Asiyada uğurlarını analiz edərək avstriyalı tarixçi Q. E. Fon Qrünenbaum yazırdı: «Bizansda ərəblərə ortodoksal yunan əhalisinin monofizit semintlərdən, yunan mədəniyyətli sahil şəhərlərinin Şərqə yönəlmiş daxili kənd rayonlarından ayrılması kömək etdi. Bütün bunları köhnə hakim sinifə xarici hökmranlığa adət etmiş tabe əhalinin laqeydliyi dərinləşdirirdi.»

Müasir tədqiqatçılar yerli əhalinin müsəlmanlara nə üçün yardım etdiklərini bir neçə əsas səbəblə izah edirlər.

Birincisi, istila olunmuş ərazilərdə yaşayan yerli əhali ilə müqavilə imzalamaqla müsəlmanlar onların həyat və əmlaklarının toxunulmazlığına təminat verirdilər. İmam əl-Buxarinin nəql etdiyi hədislərdən birində deyilir ki, Məhəmməd Peyğəmbər(s.a.s) demişdir ki, «Müsəlmanlar ilə müqavilə bağlamış kafiri öldürən kəs qirx illik bir müddəti əhatə etməsinə baxmayaraq Cənnətin ətrini duya bilməyəcək»

Müsəlman salnamələrindən bəllidir ki, xəlifə Əbu Bəkr (r.a) döyüşçüləri savaşa göndərən zaman deyirdi: «Sizi qəbul edən hər hansı xalq və ya şəhər ilə müqavilə bağlayın, onlara verdiyiniz vədə əməl edin və qoy onlar bizdən əvvəl mövcud olmuş qanun və adətlər ilə yaşasınlar. Bir sərhəd olaraq vergi müəyyən edin və qoy onlar öz dinlərinə inansınlar və öz torpaqlarında yaşasınlar. Sizi qəbul etməyənlərə qarşı isə müharibə aparın.»


Ikincisi, fəth olunmuş xalqlar əvvəlki hökmdarlar tərəfindən qoyulmuş ağır vergi əsarətindən xilas olurdular. Müsəlmanların himayəsi altında yaşayan digər dinlərin nümayəndələrindən alınan vergilər müsəlmanlardan alınan məcburi zəkatdan qat-qat aşağı idi.

İmam Əhmədin söylədiyi etibarlı hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) Müəzza bin Camalı Yəmənə göndərərkən ona müsəlman olmayan hər bir yetkinlik yaşına çatmış şəxsdən bir dinar və ya həmin pula yetəcək paltar almağı əmr etmişdir. Aylı, Cerba və Azruxa camaatı ilə bağlanan müqavilədə də hər bir yetkin kişidən ildə bir dinar vergi tələb olunurdu.

İnsanların daha varlı yaşadığı ərazilərdə bu adambaşına verginin (cizyənin) miqdarı 4 dinara qədər olurdu. Bunu onların şəxsiyyəti və əmlaklarının toxunulmazlığı müqabilində həqiqətən simvolik bir ödəniş adlandırmaq olar. Belə ki, müsəlmanlardan hər il malik olduqları qızıl, gümüş və ya pulun 2,5%-i həcmində zəkat tutulurdu.

Adambaşına vergi ödənilməsi taqətsiz qocalar, əlillər, dilənçilər, və qullar istisna olmaqla yetginlik yaşına çatmış bütün kişilərə şamil edilirdi. Islamın yayılmasının ilk illərində bu mükəlləfiyyətdən rahiblər də azad edilirdi.

Daha sonralar Xilafətdə vergiqoyma istər müsəlmanlara, istərsə də digər dinlərin nümayəndələrinə qarşı gücləndirildi. Buna baxmayaraq, hətta XIII əsrdə Misirdə xristianlar və yəhudilər ildə adambaşına 2 dinar vergi verirdilər.


Üçüncüsü, müsəlmanlar onların hakimiyyəti altında olanların dini baxışlarına tolerant yanaşırdılar. Fələstində və Suriyada yaşayan monofizitlər və nestorianlar müsəlmanların himayəsi altına düşdükdən sonra öz dinlərinə maneəsiz olaraq itaət etmək imkanı qazandılar. Rusiyalı tədqiqatçı Juravskinin etirafına görə Yaxın Şərqdə xristianlar "tam assimilyasiyaya məruz qalmadılar, özlərinin ruhani və qismən mədəni xüsusiyyətlərini qoruyub saxladılar." Qeyd etmək yerinə düşərdi ki, Bizans hökmranlığı dövründə onlar həmişə təqiblərə məruz qalırdılar.

Xəlifə Osmanın (r.a) dövründə sərkərdə Həbib bin Maslam ilə Azərbaycan şəhəri Naxçıvanın əhalisi arasında bağlanmış sülh müqaviləsində deyilirdi: «Mən sizin, sizin əmlakınızın, sizin kilsələrinizin və şəhərinizin divarlarının toxunulmazlığına təminat verirəm. Siz təhlükəsizlikdəsiniz və biz bu müqaviləni sizin onu yerinə yetirəcəyiniz və cizyə və xərac ödəyəcəyiniz vaxta qədər gözləməyi öhdəmizə götürürük.»

Müsəlmanlar ilə sülh şəraitində yaşayan digər dinlərin nümayəndələrindən bir neçə şərtin yerinə yetirilməsi tələb olunurdu: Qurana tənə etməmək, Məhəmməd Peyğəmbəri (s.a.s) təhqir etməmək, müsəlmanların dinini və müqəddəs saydıqlarını ləkələməmək, müsəlman qadınları ilə zina etməmək və onlarla nigaha girməmək, müsəlmanları başqa dini qəbul etməyə təhrik etməmək, müsəlmanlarla müharibə edən tərəflərə yardım etməmək və müqaviləyə müvafiq olaraq müəyyən edilmiş vergiləri ödəmək.

Tarixçilərin dəlillərinə görə, "ümumilikdə islam ölkələrində Kitab əhlinin vəziyyəti başqa dinə mənsub olanların orta əsrlər Avropası ölkələrindəki vəziyyətindən daha xoş idi. Bir çox hallarda yəhudilər, və hətta şərqi xristianlar Avropanın xristian hökmdarlarının deyil müsəlman hökmdarlarının tabeliyində yaşamağa üstünlük verirdilər."

Müsəlmanlar ilə digər icmalar arasında qarşılıqlı münasibətlər uzun əsrlər boyunca belə formalaşmışdır. Qərəzsiz tədqiqatçıya aydın olmalıdır ki, Şərqdə və Qərbdə yaşayan müxtəlif xalqlar islamı ölüm və ya məhv olma təhlükəsi qarşısında deyil könüllü surətdə qəbul etmişlər. Və hətta müsəlman dövlətlərinin apardıqları çoxsaylı müharibələr bunu inkar etmir, çünki islam dini müsəlmanları yalnız həqiqəti müdafiə etmək üçün başqa vasitə olmadıqda silah qaldırmağa çağırır.

Müsəlmanlar öz düzgünlüyünü əldə silah müdaifə edən nə birinci, nə də yeganə icmadır. Bizim zəmanəmizdə bəyan etdikləri ideyaların naminə özləri üçün fərqli inkişaf yolu seçmiş ölkələrin daxili işinə qarışan və hətta həmin ölkələrdən bəzilərinə müdaxilə edən demokratiya tərəfdarlarının belə bir mövqe tutduqlarını xatırlatmaq kifayətdir. Amma əgər müsəlman istilaları dövründə fəth olunmuş xalqlar islamı qəbul edirdilərsə, bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq. Iraq və Əfqanıstan xalqları onlara gətirilən demokratiya dərslərini başa düşmədilər və öz "müəllimlərinə" qonaqpərvərlik göstərmədilər. Biz burada bunun səbəblərini müzakirə etməyəcəyik, amma etiraf etmək lazımdır ki, artıq neçəncı dəfədir ki, tarix bütün dünyaya Allahın dinini daşıyan müsəlmanların humanistliyini və yüksək mənəviyyatını sübut edir.



Müəllif: Elmir QULIYEV
Rus dilindən azerbaycan dilinə tərcümə edən: Global Business Service
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka