Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QƏFLƏT YUXUSU – İMANIMIZ ÜÇÜN ƏN TƏHLÜKƏLİ

[ Aktual / 983 dəfə baxılıb ]   
|
 
Qəflət – insanı toruna sala biləcək ən təhlükəli şeytan hiyləsidir. O qəflət ki, dünya sevgisini insanların qəlbində yaxşıca yerləşdirir, dünya, qəlblərinin maliki olur. Onlar artıq buna qarşı heç cür müqavimət göstərə bilmirlər və hətta dünya xəstəliyinə ruhlarının tənbəlliyinə və günahlarına qarşı çıxa bilmirlər. Beləcə günlər keçir, zaman uzanır, onlar isə bu halları ilə razılaşırlar və hər şeyə təslim olurlar. Zamanın daşıdığı müsibət və bədbəxtliklərlə özlərini xoşbəxt sayırlar. O nöqtəyə çatırlar ki, onlar hətta doğru-dürüst hərəkət etdiklərini hesab edirlər.


Heç başınıza gəlməyibmi?

Dəfələrlə olub ki, oturub düşünmüşük; gör nə hala düşmüşük, nələr etmişik və yavaş-yavaş Allahdan uzaqlaşmışıq. Beləcə sanki bir anlıq ayılırıq, amma görürük ki, məsafə çox uzaqdır, ibadətdən və əsl itaətdən çox uzaqlaşmışıq və bu yolu yenidən qət etmək dəhşət dərəcədə çətindir. Yenə də bu fikirləri kənara qoyub, unutqanlıqla həyatımıza davam edirik. Hətta keçmişdə itaətkar olduğumuz hallar belə, sonradan bizə qəribə gəlməyə başlayır. İtirdiyimiz xeyrə ağlamaq deyil, heç təəssüflənmirik də. Çünki biz düşdüyümüz şərri və müsibəti hiss edə bilmirik, biz geriyə qayıdıb özümüzü doğrultmağa bir addım da atmırıq və biz olduğumuz vəziyyətlə qane oluruq. Biz düzgün iş gördüyümüzü və savab qazandığımızı düşünürük. Elə hesab edirik ki, elə doğru yol belə olmalıdır. Beləcə şeytan, bizimlə tövbə arasında olan bütün qapıları bağlamağa nail olur və o, bizim tövbəyə olan umid və arzularımızın işığın da söndürür.
«... Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.» (ən-Nəml, 27:24).

Allahu Təala qafil olan bəndələrini Qurani Kərimdə məhz bu cür vəsf edib və onların sifətlərini də bəyan edib:
«Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər və (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanlar ayələrimizdən qafil olanlardır.» (Yunus, 10:9).

Qəflət bir xəstəlik kimidir. İnsan, spirtli içkilərə və narkotikə vərdiş etdiyi kimi dünyaya da vərdiş edir və ondan əl çəkə bilmir. İnsan ağlını itirir və dərk etməyə malik olmur. Belə halda, onun halını dəqiqliyi ilə vəsf edən və ona münasib bir müalicə yazan mahir bir həkim lazımdır. Bu xəstəlik insanın ruhunu yoluxdurur, nəfsini və mənəviyyatını çökdürür. İnsan alçalmağa və daim günah içində yaşamağa razı olur, onun gözü həmişə dünyada qalır. Dünyadan və içindəkilərdən qeyrisini görə bilmir. Onun zehnində və fikrində Axirət günü üçün nə yer, nə də qiymət qalır.

Çox qısa bir sorğu və baxış ilə halımıza nəzər yetirək:

  • Həftədə və yaxud ayda neçə dəfə gecə namazını xatırlayırıq?
  • Neçə dəfə vaxt ayırmışıq ki, oturub günahlarımızı bir-bir xatırlayaq və ağlayaq?
  • Neçə dəfə evdəkiləri bir yerə yığıb Quran oxumuşuq?
  • Neçə dəfə səmimi olaraq ürəyimizdən itaətkarlıq, cənnətə sidq ürəkdən sevgi keçib?

Yaxud başqa cür soruşaq;

  • Neçə dəfə fikirləşmişik ki, dərs ili gəldi, uşaqlara yeni paltar, yeni çanta lazımdır?
  • Neçə dəfə düşünmüşük ki, bizə əlavə iş lazımdır ki, məvacibimizi artıraq və ehtiyaclarımızı ödəyək?
  • Neçə dəfə xatırlamışıq ki, hansısa qida evdə azalıb, tez gedib onu almaq lazımdır?
  • Neçə dəfə oturub yadımıza salmışıq ki, hansısa yeməyi çoxdandır yemirik, bundan yemək lazımdır?

Dünyanı xatırlayarkən ürəyi titrəyən şəxsin, Axirəti təhlükədədir. Diqqət işiqları çoxdan yanır, ağlı olan insanlar bunu düşünməlidirlər. Hanzala (r.a) Peyğəmbərimizin (s.a.s) səhabələrindən olub. Bu insan ruhunun yanından əsən yeldən qorxmuşdu və hətta özünün münafiq və ikiüzlü olduğunu düşünmüşdü. Bir anlıq Axirəti unudub dünya həyatı haqqında düşündüyünə görə ürəyinə bir vahimə düşmüşdü və tez gedib öz halını Peyğəmbərə (s.a.s) ərz eləmişdi. Peyğəmbər (s.a.s) isə ona, dünyanı fikirləşməyin eyib olmadığını, dünyanı sevib ona bağlanmağın qəbahət olduğunu anlatmışdı.

Qəflətdə olan insan, içib keflənmiş insana bənzəyir. Nə ayıla bilir, nə də əlindəki badəni yerə qoya bilir, doymur. O, həyatını boş-boş arzular, xəyallar və xülyalar içində sürür. Amma elə bilir ki, o, düzgün insanlar kimi hərəkət edir. Lakin bilmir ki, o, gecənin qaranlığında içmiş və keflənmiş insan kimi atdığı addımlarının hara getdiyini bilmir. Qəflətdə olan elə bilir ki, o bacardığını və əlindən gələni edir və buna görə də o, sonunda qurtuluşa çatanlardan olacaqdır. Ancaq bilmir ki, o, dünya həyatını badələrlə içmiş və içinə çəkmiş, keflənmiş və həqiqi həyat olan Axirəti görə bilmir.

Ey müsəlman! Dünya həyatının ləzzəti və kefi ilə nəşələnmək, qəlbi Allahın nurundan ləzzət almaqdan uzaqlaşdırır. O nur ki, yalnız Allaha ibadət edən sadiq qulların ürəyindədir.

Necə ki, mütəmadi olaraq spirtli içki qəbul edən bir şəxsin bədən üzvlərindən hansısa dayanır və yaxud onu ağıl xəstəxanasına aparırlar, dünyaya uyan insanın da ruhu, bir gün şikəst olur və heç cür itaətə və ibadətə tab gətirə bilmir. İbadət ləzzəti onun qəlbindən uzaqlaşdırılır.
«Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.» (əl-Mutəffifin, 83:14).


Qəflətin nəticələri

Qəflətdə olan şəxs təbii ki, yalnız bədəninin istək və tələbatlarını ödəməyə can atır, ruhi və mənəvi dəyərlər isə onun qəlbindən yox olur. Əksinə, yaralanmış ruhunu elə qan içində tərk edir və ruhunun yaraları getdikcə böyüyür və sağalmaz hala gəlir. Bəlkə də qafil insan ruhunun yaralı olduğunu hiss edir, amma təəssüf ki, o, kefli olduğundan heç nə edə bilmir.

O ağrılarını unutduran kefindən əl çəkə bilmir və onu gözləyən təhlükəni dərk etmir.
«(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?» (əl-Casiyə, 45:23).

Qafil insanın daxilində təkəbbürlük və özündən razılıq yaranır. Mənəvi boşluğunu doldurmaq üçün, o bu vasitədən istifadə edir və özünü böyük və əhəmiyyəli bir şəxsiyyət kimi aparır. O insan özünü müdrik saysa da, bir bəşər oğlu və zəif bir məxluq olduğunu dərk etmə iqtidarında olmur. Axı şeytan onu elə öz gözündə elə böyüdüb ki, o insan daim haqlı olduğunu hesab edir.
«(Ya Rəsulum!) De: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?" O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.» (əl-Kəhf, 18:103-104).

Qafil insanın getdikcə maddi şəhvətləri və rəğbətlər çoxalır və o bunları ödəməkdən doymur. Hər bir rəğbət və istəyini həyata keçirərək, günahlarını belinə yığır. Buna görə də Əli bin Əbu Talib (r.a) öz-özlüyündə dünyaya xitab edərək, məndən əl çək, mən səni boşamışam, deyib. Qəflətin ən sonuncu və təhlükəli nəticəsi odur ki, müsəlman olan şəxs sonunda heç bir itaətə, ibadətə və ya zikrə həvəs göstərmir və onun itaət fəaliyyəti dayanır. O, artıq ibadətə gündəlik yerinə yetirilən mənasız hərəkətlər kimi baxır. O hərəkətlər ki, həmin insanın ruhuna və əxlaqına təsir göstərmir. İbadət isə insanın əxlaqına və rəftarına təsir göstərmirsə, o, ibadət deyil. İbadət isə həyatın bütün hallarını şamil etməlidir.
«De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!» (əl-Ən'am, 162).


Boşa getsin dünyanı

İslam, fərz buyurulan əməllərin bizə ruhi və maddi təsirini həmişə qoruyub. Tənbəllikdən qurtulmaq üçün bizi həmişə dəstəmaz almağa və təmizlənməyə çağırıb. Daim Quran oxuyub və Allahi zikr etməyi tövsiyə edib. Başımıza gələn bəla və müsibətlər isə bizim üçün ibrət dərsləridir ki, bəlkə ayılaq və ciddi addımlar ataq.

Qafil insan qəlbini ibadət və itaətlə yeniləməlidir. İbadətlərinə diqqətlə fikir verməlidir, daima Allahı xatırlamalıdır. Bunu demək asan olsa da, etmək çətindir. Ona görə də, bu əməllərə səbr və çalışqanlıq lazımdır. Allahın mükafatından və qarşılığından ümid kəsmək olmaz.
«Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!» (əl-Fəth, 48:10).

Necəki, insan bir balığı tutmaq üçün, balığı cəlb edən yem hazırlayır, sonra tam hazırlıqlı formada gedib oturur balıq tutulan yerdə. Bəlkə də saatlar keçir və adam bir balığı tuta bilmir. Amma sonun da bir balıq da olsa tutub evə qayıdır. Bax beləcə insan öz ruhunu və iradəsini əlində tutub saxlamaq üçün uzun müddət səbr etməlidir, dözməlidir və hər şeyə hazır olmalıdır.
«Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!» (əz-Zumər, 39:10)

Mənbə, www.islam-online.net saytından tərcümə olunub.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka