Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XXI ƏSRİN QLOBAL PROBLEMLƏR MÜSƏLMANLARIN MÜQƏDDƏS YAZILARINDA

[ Aktual / 91 dəfə baxılıb ]   
|
 
Bəşəriyyət bizim sivilizasiyamızın tarixində cürətlə həlledici adlandırıla biləcək XXI əsrə qədəm qoymuşdur. Ötən yüzilliyin çoxsaylı nailiyyətləri ilə yanaşı biz yeni əsrə həll olunması lazım olan problem paketini gətirmişik. Və əgər əvvəllər insanlar yerli münaqişələr və problemlərin həlli ilə məşğul olmaq zərurəti ilə qarşılaşırdılarsa, indi onlar bütün bəşəriyyətə aidiyyatı olan və həll olunmasında dünyanın bütün xalqlarının iştirak etməsi tələb olunan qllobal problemlər ilə qarşılaşırlar. Bax, bu səbəbdən bu gün dünyanın aparıcı siyasətçiləri yorulmadan "qloballaşma", "dezinteqrasiya" və "sosial və ekoloji fəlakətlər" kimi sözləri təkrar edirlər. Hələ 1989-cu ilin yayında "böyük yeddilərin" başçılarının toplantısında gündəliyə ətraf mühitin problemləri və iqlim fəlakətləri kimi məsələlər daxil edildi. Və insanlar bu suallara cavabı yalnız onları qlobal miqyasda nəzərdən keçirəcəkləri halda tapa bilərlər. 2000-ci il sentyabr ayının 7-də Minillik sammiti zamanı dövlət başçıları qarşısında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: «İndiki mərhələdə beynəlxalq inkişafın əsas tendensiyası qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşünməyə məcbur edir.»

Qloballaşma nəinki cəmiyyətin qarşısında əməyin yüksək məhsuldarlığını təmin edən geniş imkanlar açır, həmçinin sənayenin ən müasir texnologiyaların bazasında yenidən təchiz edilməsi və vahid dünya bazar sisteminin formalaşmasına yardım edən müasir yüksək sürətli kommunikasiya sistemi və rabitə vasitələrinin inkişafı üçün bütün zəruri şərtləri yaradır. Elmi-texniki proqresin bu körpəsi müasir dünya bazarının kəskin problemlərini ortaya çıxarır, əhalinin sosial baxımdan daha az müdafiə olunmuş təbəqələrinin yaşayış vəziyyətini pisləşdirir və insanın ekoloji yaşam mühitinə çox mənfi təsir edir. Qlobal rəqabətin təzyiqi isə bir çox siyasətçilərə və monopolistlərə gələcəkdə planetin ekoloji sağlamlığının ağırlaşması təhlükəsini düzgün qiymətləndirməyə imkan vermir.

Qloballaşmanın bizim həyatımızın bəzi sahələrinə aşkar mənfi təsirinə baxmayaraq, bu proses müasir cəmiyyət üçün qaçılmazdır və buna görə də o, Məhəmməd peyğəmbərdən (s.a.s) bizə gəlib çatan müqəddəs müsəlman hədislərində öz əksini tapmışdır. Bir çox hədislər mövcuddur ki, orada İslamın peyğəmbəri (s.a.s) insan cəmiyyətinin inkişaf perspektivləri və onun qarşılaşacağı problemlərin bəziləri haqda qabaqcadan məlumat vermişdir. Bu gün biz Onun bəşəriyyətin hal-hazırda üzləşdiyi ekoloji və sosial təlatümlər ilə bağlı peyğəmbərcəsinə xəbər verdiyi məlumatların doğruluğunun şahidi oluruq və bu müqəddəs yazılar nəinki bizi bu qlobal problemlərin yaranma səbəbləri barədə düşünməyə məcbur edir, həmçinin bizə onların həll edilməsi üçün amerikalı tarixçi, riyaziyyatçı və astronom Maykll Xart tərəfindən əsaslı olaraq tarixdə ən böyük şəxsiyyət adlandırılan Məhəmməd peyğəmbər (s.a.s) tərəfindən təklif olunmuş effektiv üsulları göstərir.

Amma biz hansı problemləri qlobal hesab etməliyik? İctimai, milli və regional problemləri qlobal problemlər ilə qarışdırmamaq üçün biz problemin qloballığını mühakimə etmək üçün kriteriyaları müəyyən etməliyik. Birincisi, bu problemlərin bütün bəşəriyyətin və ayrılıqda hər bir fərdin həyati maraqlarına aidiyyatı olmalıdır. İkincisi, onlar kəskin və aktual olmalı və müasir sivilizasiyanın mövcudiyyətinin obyektiv amili kimi çıxış etməlidir. Üçüncüsü, onlar özlərində sosial və təbii təzahürləri birləşdirməli və ictimai-təbii, və biososial münasıbətləri əks etdirməlidir. Dördüncüsü, onlar bütün dövlətlərin və xalqların maraqlarına toxunmalıdır. Burada qeyd etmək lazımdır ki, bu kriteriyalar yalnız məcmu halda problemin qloballığını göstərir, belə ki, onların hər biri ayrı-ayrılıqda həlledici amil ola bilməz, baxmayaraq ku, bu barədə alimlər arasında müəyyən fikir ayrılığı mövcuddur.

Bu kriteriyaların qiymətləndirilməsi daha aydın başa düşməyə imkan verir ki, qlobal problemlərə laqeyd münasibət göstərilməsi bütövlükdə bəşəriyyətin, ayrılıqda hər bir fərdin mövcud olmasında özünü göstərə bilən düzəldilməsi mümkün olmayan nəticələrə aparıb çıxara bilər. Buna görə də bəşəriyyətə dünya dinini gətirmiş Məhəmməd peyğəmbər (s.a.s) belə problemlərin yaranması barədə xəbərdarlıq etmiş, onların səbəblərini göstərmiş, onların daha aydin ifadə olunacağı şəraiti vurğulayaraq insanların onlardan necə yayına və həll edə biləcəklərini izah etmişdir.

Qədim müsəlman yazılarında təsvir olunan və bütün dünyada qloballaşma prosesini əks etdirən ictimai hadisələrdən biri urbanizasiyadır. Bəşəriyyət çoxdan şəhərlər dövrünə keçmişdir, amma XX əsrin ikinci yarısından insanlar "konurbasiya" adlandırılmış şəhərkənarı yaşayış məskənləri olan iri şəhərlərə daha çox üstünlük verməyə başladılar. "Şpiqel" jurnalının redaktorunun fikrincə, ücüncü minilliyin başlanmasından sonra dünyada hər birinin əhalisi 8-25 milyon olan, bir-biri ilə elektron şəbəkələr, rəqəmli peyk telefonları və yüksək buraxma qabiliyyəti olan aeroportların sıx toru ilə birləşən təxminən 30-a yaxın kosmopoilitik konurbasiyalar olacaqdır. Bu meqapolislərin ayrılmaz hissəsi hal-hazırda artıq təkcə Nyu-York, Çikaqo, London və Moskva kimi şəhərləri bəzəməyən göydələnlər olacaqdır. Asiya şəhərləri artıq əvvəllər Avropa və Amerika şəhərləri arasında bölüşdürülmüş rollar uğrunda rəqabətə başlayıblar və göydələnlər yeni kommersant və biznesmenlərin cəlb olunması rolunu oynayan tərəqqi və rifahın simvoluna çevrilmişdir. Və bunun təsdiqi kimi bir faktı göstərmək olar ki, 1996-cı ildən bəri dünyada ən hündür bina Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin küçələrini bəzəyir. Yüksək binaların tikintisində bu yarış barədə xəbərdarlıq İslamın peyğəmbəri (s.a.s) tərəfindən hələ VII əsrdə edilmişdi. Əl-Buxarinin "əs-Səhih" əsərində verilmiş Əbu Hüreyradan nəql edilmiş hədisdə Məhəmməd peyğəmbər (s.a.s) demişdir: «İnsanlar hündür evlərin tikintisində yarışmağa başlayanda ... Qiyamət günü yetişəcək». Əl-Buxari və Müslüm tərəfindən göstərilmiş digər bir məşhur hədisdə isə deyilir ki, "dəvə otaran yalınayaq, çılpaq və kasıb çobanlar hündür evlərin tikintisində bir-biri ilə yarışacaqlar."

Bu deyilənlərdən belə nəticə hasil olur ki, qədim müsəlman yazılarında belə bir hala işarə edilir ki, insanlar hündür binalarda məskunlaşacaqlar və hündür binalar tərəqqinin və rifahın simvolu olacaq və müxtəlif regionlar arasında qlobal iqtisadi və mədəni əlaqələr yaranacaq ki, həmin əlaqələr əvvəllər kasıb və savadsız olan xalqlara qisa müddət ərzində onların mülklərində gizli qalmış var-dövlətdən istifadə edərək varlanmaq və özlərinin hündür binalarının tikintisində digər xalqların intellektual resurslarından istifadə etmək imkanı yaradacaqdır. Bəşəriyyət əhalisi əsasən heyvandarlıq ilə məşğul olan iqtisadı baxımdan geridə qalmış ərəb ölkələrində dünyada ən zəngin neft yataqları tapilanda belə bir iqtisadi inqilabın şahıdi olmuşdur.

İndi ən sıx sürətdə qlobalizasiya ilə əlaqədar olan digər bir müsəlman yazısına keçək. Imam Əhmədin "əl-Müsnad" əsərində verilmiş hədisdə deyilir: Əbu Hüreyra rəvayət edir ki, Məhəmməd peyğəmbər (s.a.s) demişdir: «Hərc-mərclik yarananda, yalan yayılanda və bazarlar yaxınlaşan zaman Qiyamət günü yetişəcək». Müsəlman alimləri qeyd edirlər ki, bu hədisin bir neçə şərhi vardır. Birincisi, bazarlar ona görə yaxınlaşır ki, müxtəlif qitələrdə olan adamlar qiymətlərin enib-qalxması barədə daha tez xəbər tuturlar. İkincisi, biznesmenlər və kommersantlar hətta məsafənin kifayət qədər çox olmasına baxmayaraq öz mallarını bir bazardan digər bazara daha tez çatdırırlar. Üçüncüsü, hətta dünyanın müxtəlif hissələrində malların qiymətləri arasındakı fərq bir o qədər böyük deyil, keçmişdə bunu heç varlı tacirlər də özlərinə rəva görə bilməzdilər.

Bütün bunlar bu gün qlobal kommunikasiya sisteminin və rabitə vasitələrinin mövcud olması və beynəlxalq bazar sisteminin formalaşması sayəsində baş verir. Yer kürəsinin ətrafında 500-dən artıq işlək peyk fırlanır və güclü informasiya axınlarını dünyanın bir hissəsindən digərinə ötürür. Yüz milyondan artıq adam internetdən istifadə edir və hər gün onlara daha yarım milyon əlavə adam qoşulur və alman jurnalı "Şpiqelin" redaktorunun dediyi kimi, London birjasında işləyən maklerə onun Honkonqdakı həmkarı daha yaxındır, nəinki Sauthemptonda bankda işləyən işçi.

Imam Əhmədin "əl-Müsnad" əsərində və ət-Timirizinin "əs-Sünan" əsərində göstərilmiş hədisdə deyilir: Ənəs ibn Malik nəql edir ki, Allahın elçisi (s.a.s) demişdir: «Qiyamət günü o zaman yetişəcək ki, vaxt sürətlənəcək. İl aya bərabər olacaq, ay həftəyə bərabər olacaq, həftə günə bərabər olacaq, gün saata bərabər olacaq, saat isə kösövün yanmasına bərabər olacaq.»

Ötən əsrdə müsəlman dininin tanınmış biliciləri olan əs-Seyid Sabiq və Hamud ət-Tüveycri hesab edirdilər ki, bu sözlərdə insanlara dünyanın bir hissəsindən digər hissəsinə məlumat ötürmək və qısa müddət ərzində uzun məsafələri aşmaq imkanı verən rabitə vasitələrinin və sürətli nəqliyyat vasitələrinin yaranmasına işarə edilir. Şübhəsiz, burada avtomobili qeyd etməmək olmaz: artıq avtomobil cah-cəlal deyil və ən genış yayılmış müasir nəqliyyat vasitəsinə çevrilmişdir. Avtomobil yer kürəsinin böyük bir hissəsində digər nəqliyyat vasitələrini sixişdırıb çıxarmışdır. Vaşinqtondan olan nəqliyyat üzrə ekspert Odil Tunalinin sözlərinə görə, "bu gün hətta Çində belə velosipedə geridəqalmışlığın nişanəsi kimi baxırlar." Amerikanın, Yaponiyanın və Avropanın aparıcı avtomobil konsernləri Çinin avtomobil bazarı uğrunda qızıl qızdırmasını xatırladan mübarizə aparırlar. Hindistan, İndoneziya və Tailand bu göstəricidə Çindən azca geridə qalırlar. "Tezliklə Asiya bazarı ildə avtomobil satışı həcmini 20 milyona çatdıraraq Avropa və Amerika bazarlarının birlikdə götürülmüş ölçüsünə bərabər olacaqdır." – deyə Tokio Universitetində avtomobil sənayesi üzrə ekspert Takaxiro Fudzimoto bildirir. Ekspertlər tərəfindən avtomobilqayırmanın inkişafının sürətli tempi Şərqi Avropa və Latın Amerikası ölkələrində də qeyd olunur.
Bu hadisə öz əksini Abdullah ibn Əmrin Imam Əhmədin "əl-Müsnad" əsərində verilmiş hədisində tapmışdır. Orada nəql olunur ki, Məhəmməd peyğəmbər (s.a.s) demişdir: «Dünyanın sonunun gəlməsindən əvvəl mənim ardıcıllarımın arasında elə adamlar peyda olacaq ki, onlar sizin dəri ilə örtülmüş böyük yəhərlərinizə bənzəyən yəhərlərdə gəzəcəklər. Onlar məscidlərin qapılarının qarşısında dayanacaqlar». Müsəlman alimləri hesab edirlər ki, bu hədisdə söhbət avtomobildən gedir. Avtomobil insanların gündəlik həyatında elə möhkəm yer tutmuşdur ki, onlar hətta onunla müsəlman ölkələrinin əksəriyyətində demək olar ki, hər bir məhəllədə olan məscidlərə də gedəcəklər.

Amma sürətlə inkişaf edən sənayesi, çoxlu sayda avtomobili və ən yeni kommunikasiyanın sıx şəbəkələri olan qlobal iqtisadiyyat "adalarının" yaranması sivilizasiyanın Yer kürəsinin ekosisteminə aktiv və eyni zamanda zərərli təsiri ilə müşaiyət olunur. Gözlənilir ki, 2020-ci ildə dünyada enerji istehlakı 1996-cı il ilə müqayisədə iki dəfə artacaq ki, bu da parnik effektində 45-90 faiz iştirak edən qazların ayrilmasını artıracaq. Mütəxəssislərin proqnozlarına görə 2020-ci ildə qlobal çirklənməyə öz payını artıq heç kəsin nəzarətində olmayan milyard ədəd avtomobilin atmosferə buraxılan işlənmiş qazlari verəcək. Amma ciddi ekoloji problemlərin olacağını gözləmək lazım gəlmir. Artıq tufanlar, daşqınlar və qasırğalar qlobal istiləşmənin və iqlim dəyişikliyinin nəticəsi olan obyektiv reallığın bir hissəsi olmuşlar. Və əgər 1980-ci illərdə sığorta şirkətləri orta hesabla 50 təbii fəlakətə görə kompensasiya ödəyirdilərsə, 1990-cı illərin ortalarında bu rəqəm 125-ə çatmışdı.

Belə ekoloji problemlərə həmçinin qədim müsəlman yazılarında toxunulur. Əbu Hüreyranın imam Əhmədin "əl-Müsnad" əsərində verilmiş hədisində xəbər verilir ki, Məhəmməd peyğəmbər (s.a.s) demişdir: «Hər tərəfdə güclü yağışlar yağanda və onun nəticəsində insanlar torpaq evlərində gizlənə bilməyəndə Qiyamət günü yetişəcək» Hədislərdə həmçinin iqlimin dəyişməsinin də qlobal xarakterli olacağı bildirilir. Ənəs ibn Malikin, Əhməd Əbu Yaloy və Əl-Bazzari tərəfindən söylənilən hədisində deyilir ki, İslamın peyğəmbəri (s.a.s) demişdir: «Hər tərəfdə güclü yağışlar yağanda və onun nəticəsində yer üzündə bitkilər yoxa çıxanda Qiyamət günü yetişəcək». Və baxmayaraq artıq dünya ictimaiyyəti bir dəfə 1998-cı ildə qlobal əpzaq böhranının ilkin şərtləri ilə qarşılaşmışdır (o zaman bütün dünyada taxıl anbarlarında cəmi 49 günlük taxıl, düyü, qarğıdalı və digər taxıl bitkiləri ehtiyatı var idi) deyə bilmərik ki, axırıncı hədisdə xatırladılmış dəhşətli xəbərdarlıq artıq baş vermişdir.

Amma əgər nəzərə alsaq ki, Yer kürəsinin müxtəlif məntəqələrində illik yağıntı norması zaman-zaman bir gündə yağır, dünya okeanının səviyyəsi ildən-ilə qalxır və Alp dağlarında qışda qar yerdə qalmır o zaman əsassız olmayaraq hesab etmək olar ki, yaxın gələcəkdə bir çox sahil şəhərləri "Venetsia"ya çevriləcəklər. Və əgər nəzərə alsaq ki, inkişaf etməkdə olan ölkələr hansı səylərlə yüksək məhsuldarlıqlı torpaqlarını zavodların, yaşayış massivlərinin və avtomagistralların tikintisinə ayıraraq qurban verirlər onda demək olar ki, bəşəriyyəti həqiqətən qlobal ərzaq böhranı təhdid edir. 1960-cı ildən bəri Yaponiyada, Cənubi Koreyada və Tayvanda taxıl bitkiləri əkilən sahələrin 40 faizi qurban verilmişdir. Indoneziyada təkcə Yava adasında 20000 hektar əkin sahəsi məhv edilmişdir ki, bu sahə ölkə əhalisinin 360000 nəfərini yedizdirə bilərdi. Digər inkişaf etməkdə olan ölkələr də onlardan geri qalmamağa çalışır. Bununla yanaşı quraqlıq, duzlaşma və havanın çirklənməsi qalan əkin sahələrinin məhsuldarlığına öldürücü təsir göstərir. Və bütün bu deyilənlərdən sonra heç nə bizə bu yüzilliyin ortalarında adını çəkdiyimiz xəbərdarlığın artıq baş verəcəyini ehtimal etməyə nə mane ola bilər? Ətraf mühitin qlobal çirklənməsi elmi-texniki inqilabın bəşəriyyətin qarşısına çıxardığı problemlərdən biridir. Şübhəsiz, "ətraf mühitin çirklənməsi" ifadəsi problemin mahiyyətini heç də tam əks etdirmir, belə ki, əgər ekosistem sabit olsa "çırklənmə"nin elə də bir nəticəsi olmaya bilər və sistem öz-özünü müalicə edəcək. Amma bu gün biz ekosistemdə özünü suyun səviyyəsinin qalxmasında, günəş radiasiyasında və hətta məsələn, Avstraliyada kroliklər kimi introduksion orqanizmlərin yaranmasında göstərən dəyişikliklərin şahidi oluruq. Qlobal çirklənmənin digər bir nəticəsi də eybəcərliyin və digər anadangəlmə xəstəliklərin yaranmasıdır. İbn Məcid tərəfindən "əs-Sünan" əsərində verilmiş hədisdə məlumat verilir ki, Səhl ibn Saad nəql edir ki, Məhəmməd peyğəmbər (s.a.s) demişdir: «"Dünyanın sonu yaxınlaşmazdan əvvəl yıxılmalar, düşmələr və eybəcərliklər tez-tez baş verəcək" Ondan soruşdular: "Ey Allahın elçisi, bu nə vaxt baş verəcək?" O cavab vermişdi: "Çoxlu musiqi alətləri və müğənni olanda və insanlar şərab içməyi icazə verilmiş hesab edəndə"».

Artıq dünyaya eybəcər və anadangəlmə xəstəlikləri olan uşaqlar gəldikdə həkimlər təəccublənmirlər, amma buna baxmayaraq qəzet və jurnalların səhifələrindən oxucuları qorxudan kabus-şəhərlərin sayı daima artır. Misal üçün Nyu Dehlini göstərmək olar: bu şəhərin küçələri gündüzlər üç metr enində, 100 metr hündürlükdə tüstü tunelinə çevrilir. Hələ 1970-ci illərdə bağ ilə müqayisə edilən bu şəhər bu gün ölkənin nazirlərindən biri tərəfindən "yaşamaq üçün tamamilə yararsız olan "Asiyanın ekoloji qara deşiyidir". Və çirkləndiricilər ekosistemin abiotik mühitinin antropogen komponenti olduğundan və onun dəyişməsinə səbəb olduqlarından bu dəyişikliyə əks-tədbir də insanın məqsədli fəaliyyətindən yaranmalıdır. Bu isə o deməkdir ki, insan özünün təbiətə təsirini kompensasiya etmək üçün ekosistemin homeostatik funksiyasının bir hissəsini öz üzərinə götürməlidir.

Amma müsəlman yazılarında yalnız sosial və təbiət problemlərinə dair göstərişlərə rast gəlinmir. Onlarda intersosial problemlərin hərtərəfli yayılmasına da geniş yer ayrılır. Onlardan biri yerli müharibələrdir ki, onlar XX əsrdə hərbi əməliyyatların özünün yerli olmasına baxmayaraq qlobal xarakter almağa başladı. Əbu Musa əl-Aşarinin imam Əhmədin "əl-Müsnad" və İbn Məcidin "əs-Sünan" əsərində verilmiş hədisində deyilir ki, Məhəmməd peyğəmbər (s.a.s) demişdir: «"Qiyamət günü yetişməzdən əvvəl xərc başlanacaq" Ondan soruşdular: "Xərc nədir?" O, cavab vermişdir: "Qətl" Sonra O, bu qətllərin xarakterini açıqlamış və onlara demişdir: "Bu müşriklər (Allaha şərik qoşanlar) ilə müharibə olmayacaq. Siz bir-birinizi öldürəcəksiniz" Adamlar Ondan soruşdular: "Biz sağlam düşüncəli olacağıqmı?" O, cavab vermişdir: "Həmin vaxt adamların əksəriyyəti ağlını itirəcək və yalnız bəziləri sağlam düşüncəyə malik olacaqlar. Çoxları hesab edəcək ki, onlar doğrudurlar, amma həqiqətdə onlar gercəklikdən uzaq olacaqlar."»

İmam Müslüm tərəfindən "əs-Səhih" əsərində verilən hədisdə deyilir ki, Əbu Hüreyra nəql edir ki, İslamın peyğəmbəri (s.a.s) demişdir: «"Ruhum əllərində olana and olsun! Qiyamət günü o zaman yetişəcək ki, qatil bilməyəcək o, nə üçün öldürür, qətl olunan bilməyəcək onu nə üçün öldürdülər." Ondan soruşdular: "Bu necə baş verəcək" O, cavab vermişdir: "Bunlar elə qətllər olacaq ki, öldürən də ölən də cəhənnəmə gedəcək"» Müasir cəmiyyətdə hərbi münaqişələrin statistikası təsəlliverici deyildir. Təkcə 1995-ci ildə adamlar müxtılif qitələrdə 50-yə qədər silahlı münaqışəni müşahidə edə bilərdilər. Oxşar faktlar bir çox ölkələrdə barışmaz millətçilik və regional şovinizmin artan təsiri ilə daha dərinləşən bu problemin qloballışına heç bir şübhə yeri qoymur.

Qədim müsəlman yazılarında müasir cəmiyyətdə baş verən digər qlobal problemlər barədə də göstərişlər vardır. Onların bəziləri bəşəriyyətin obyektiv nailiyyətləridir, digərləri isə beynəlxalq ictimaiyyətin bu yüzillikdə həll etməsi lazım olan problemləri ifadə edir. Sosial-təbii proseslər dünyada bütün vaxtlarda baş vermişdir və Məhəmməd peyğəmbər (s.a.s) sadəcə olaraq özünün ardıcıllarına xəbərdarlıq etmişdir ki, gələcəkdə bu proseslər qlobal xarakter daşıyacaq və hətta ətraf mühitin ekoloji sağlamlığına da təsir edəcək. Məhz buna görə Quran və Sünnə planetin və orada yaşayan canlı varlıqların bütövlüyü və vəhdəti barədə düşünməyə çağırır və insanın yer üzündə baş verən bütün hadisələrə görə məsuliyyət daşıdığını vurğulayaraq diqqəti insanın mövcudiyyətinin fundamental prinsiplərinə yönəldir.


Müəllif: Elmir QULIYEV
Rus dilindən azerbaycan dilinə tərcümə edən: Global Business Service
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka