Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YENİ İLİ QEYD ETMƏLİYİKMİ?

[ Aktual / 133 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim



Hamının yeni il keçirməsinin şahidiyik. Xristian, yəhudi və ya müsəlman, hamı bu bayramı keçirir. Qərbdən gələn adətlərin müsəlmanlarda da olması heç də təəccüblü hal deyil, bundan daha dəhşətlisi odur ki, qərbin keçirtdiyi dini bayram və mərasimləri müsəlmanlar da qeyd edirlər. Buna görə də yeni ildən əlavə, Dekabrın 25-də Kristmas bayramının da müsəlmanlar tərəfindən qeyd edildiyini görmək mümkündür. Bu hal ən çox cavanlarda müşahidə olunur. Çalıb-oynamağı, şənlənməyi, kef çəkməyi və sair kimi əməllərlə boş vaxt keçirməyi xoşlayan cavanlar bu cür bayramları bəhanə edərək öz əməllərinə bəraət qazandırırlar.

Cəmiyyətimizdə bu bayramı müxtəlif formalarda qeyd edirlər, məhz bir yerə yığılıb toplantı etməsələr də. Məsələn: təbriklər, təbrik kartları göndərmək, hədiyyələr almaq, balaca məclislər və toplantılar etmək, çay süfrəsinə yığılmaq, xüsusi olaraq yeməklər hazırlamaq, uşaqlara oyuncaq almaq, uşaqların odlu oyuncaqlardan istifadə etməsi, məktəblərin tətilə çıxması, iş yerlərinin bağlanması, bayram münasibəti ilə televizorda müxtəlif proqramlar keçirmək, radioda mahnılar sifariş etmək, yeni il gecəsi oyaq qalmaq və s. Əlbəttə çoxları hətta buna 1 ay qabaqcadan hazırlaşır, böyük bayram edirlər, xüsusi paltarlar alırlar, bəziləri hətta xaricə səfər edirlər. Bütün bunları bizim Azərbaycanda müşahidə etmək olar.

Ey müsəlman bacım və qardaşım! Bu yeni il gecəsi insanlar günah edərkən, barlara və disko-klublara gedərkən, bayram gecəsi şeytan məclisləri qurarkən, yeyib-içərkən, sən nə edəcəksən? Onlar şeytanların yığışdığı evlərə yığılarkən, sən harada olacaqsan?

Belə bir gecəni xüsusiləşdirmək olmaz, istər şənliklə, istər ibadətlə. Çünki bunu bizə nə Allah Təala buyurub, nə Peyğəmbərimizin (Allahın salamı və salatı onun üzərinə olsun!), nə də səhabələrin həyatından görmüşük. Lakin bu bayramın, bu günün müsəlman ümməti və Azərbaycan cəmiyyəti üçün necə təhlükəli olduğunu açıqlamaq üçün sizlərə kiçik nəsihətlər vermək istərdik.

Yeni il gecəsini insanlar şeytan məclislərinə və şeytanların yığışdığı evlərə toplanarkən, biz isə Allah Təalanın evinə gedək, məscidə gedək. Çünki məscid müttəqilərin (Allahdan qorxanların) getdiyi və toplaşdığı bir yerdir. İnsanlar facirlik və günah dolu gün keçirərkən, biz Allaha sığınaq, biz Ondan mərhəmət diləyək və bu cür insanların etdiyi günahların bəlasından Ona pənah gətirək. Bəlkə əzəmətli Rəbbimiz bizə rəhm edər və onlara hidayət edər.

Məscidlərdə müsəlmanlar namaz qılmağa gəlir və mələklər orada toplanırlar. Əbu Hureyrədən rəvayət olunduğuna görə Peyğəmbərimiz (Allahın salamı və salatı onun üzərinə olsun!) belə buyurub: "Allahın hər hansı evlərindən (məscidlərindən) birində bir toplum insan yığışıb Qur'an oxuyarlarsa və Qur'anı öyrənərlərsə, onlara sükunət nazil olar, onları rəhmət bürüyər, mələklər onları əhatəyə alar və Allahu Təala öz yanındakılarla onları yad edər" (Müslim və Əbu Davud).

İnsanlar Krismas və ya Yeni il bayramlarını gecə keçirirlər. Bu cür bayram gecələri rəqs və içki məclisləri olarkən, qoy bizim gecəmiz Allah Təalaya ibadət etməklə keçsin. Bu gecənin əsas saatını insanlar bu cür əməllərlə keçirirlərsə, qoy biz Allahu Təalanın itaətində keçirək. Ey müsəlman bacı və qardaşlarım, hər sevgili öz sevgilisini yad edər, ona mesaj göndərərsə, sən Allahını çağır və Allahınla əlaqədə ol! İnsanlar bayramın ləzzətini hiss edərkən, sən Allah Təalanın hüzurunda durmağın ləzzətini hiss et! İnsanlar yaxınları ilə ünsiyyətdə olmaqdan həzz alarkən, sən Allah Təala ilə ünsiyyətdən həzz al! İnsanlar bu gecə bir-birini çağırarkən və həmin gecəni xoşbəxt keçirib bütün ili xoşbəxt keçirmək arzusunda olarkən, sən Allahdan dinində sabit olmağı dilə, Onun hüzurunda durmaqdan məhrum olmamağını istə! Həqiqi imanını Ona səcdə etməklə göstər! Allah Təala əs-Səcdə surəsinin 15-17-ci ayələrində buyurub ki: “Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.

Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”.
Həmçinin Peyğəmbərimiz (Allahın salamı və salatı onun üzərinə olsun!) deyib ki: "Cənnətdə otaqlar var ki, daxili xaricdən və xarici daxildən görsənir. Allahu Təala bunu (otaqları), xoş (yumşaq) söz söyləyənlərə, (imkansızları) yedizdirənlərə, oruc tutanlara, insanlar yatarkən gece namaz qılanlara vəd edib"

Ey müsəlman qardaşım və bacım! İnsanlar bayram gecəsi etdikləri günahlarla xoşbəxtliklərini qazandıqlarına görə sevinirlərsə, sən Allahu Təalanın cənnətini qazandığın ilə sevin. Allahu Təala buyurub ki: “Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar” (əz-Zəriyat surəsi, 15-17 ayələr).

Hər sevgili öz sevgilisinin sözünü və söhbətini dinləməyə can atarkən, sən Allah Təalanın sözlərinə can at, Qur'ani Kərim oxu! Bu gecəni hamı bir-birinə xoş davranarkən, inciyənlər bir-birindən üzr istəyərkən, sən Allah Təalaya daha çox yaxınlaşmağa çalış, günahlarından Ona tövbə et və əfv dilə!

Müsəlman bacım və qardaşım! Bu bayramın niyə qadağan olduğunu bilmək istəyirsənsə, Peyğəmbərimizin (Allahın salamı və salatı onun üzərinə olsun!) həyatı, Qur'ani Kərim və alimlərin rəyləri sənə kifayətdir. Burada bircə hədisi xatırlatmaq istərdik. Peyğəmbərimiz (Allahın salamı və salatı onun üzərinə olsun!) buyurub: "Kim özünü hansı qövmə oxşadarsa, o artıq onlardandır". Yəni hər hansı bir millətin, dinin və ya başqa bir cəmiyyətin etdiklərini biz də təkrar ediriksə, bizimlə onların arasında nə fərq olacaq?

Allah bütün müsəlmanlara hidayət versin və ümmətimizdə yayılan səhv və dinə zidd olan adətləri silsin götürsün!


Azerislam.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:20
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]12:37
ƏSR [ 4 rükət ]14:58
MƏĞRİB [ 3 rükət ]17:16
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka