Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HAY'DAN GƏLƏN HU'YA GEDƏR

[ Müxtəlif / 789 dəfə baxılıb ]   
|
 
Atalarımızın mənası çoxları tərəfindən bilinməyən bir sözü var: Haydan gələn Huya gedər. Əlimizdə olanların, malımızın-mülkümüzün, varımızın-yoxumuzun bizim olmadığını bildiyimiz halda işlədirik bu ata sözünü. Əslində mənası çox manidardır: Hayy da Allahın əsmasından bir isimdir, Hu da. Sözün anlamı Alahdan gələnin Allaha da gedəcəyini vurğulamaq üçündür. Biz Allahdan gəlmişik, son duraq, dönüb gedəcəyimiz yer də Allahdır.

Gəldiyimiz yer məlum.
Gedəcəyimiz yer də.
Məhşəri hüzurda hesab sorub, ödül və cəza verəcək ZAT da bəlli.
Önəmli olan bu gəliş gedişin arasında yaşanan HƏYAtdır.
Hayy (əl-Hayy) diri olan, can verən, canlı olan deməkdir. Bir şeyin canı varsa onun həyatda olduğunu anlayırıq.
Həyatdasınızsa canlısınız. Yaşayırsınız. Öldüyünüz zaman «həyatınızı» itirirsiniz. Sizə can verən «hayy»dan məhrum qalırsınız. Həyat kəlməsinin kökü də «hayy»dır.

Əxlaqın da bir canı var. O canın da adı HƏYAdır. Həya sözünün kökü də «hayy»dan alınıb. Buna görə də əxlaqsıza həyasız deyirik və anlayırıq ki, o canını itirib, ölüb artıq. Dirilməsi, yenidən canlı olması bir çox halda imkansızdır, amma mümkündür. İlk öncə həyasız olan «xəstə» olduğunu qəbul etməli, sağalmaq üçün HƏKİMƏ müraciət etməlidir.
Belə birinin üzərində ciddi «tibbi əməliyyat» aparmaq lazımdır. HƏKİMin ilk yazdığı resept «tövbədir». İstifadə qaydası çox asandır. Etdiyin yanlışlıqlardan bir dəfəlik dönmək. Günahları bir-bir xatırlayıb «zamanı geriyə döndərmək». Ruhu fabrika ayarlarına (fitrətə) qaytarmaq üçün "özünü" format etməyin adıdır tövbə. İkinci etabda «dərman» qəbulu var. Bunun da adı «100 qamçıdır». Digər müsəlmanların da şahidliyində bədəni təmizləməkdir, qamçılanmaq. Bir az ağır müalicə növüdür. Effekti isə xərçəng xəstəliyindəki kimya tədavisi kimidir: xəstəliyin kökünü yandırmaq.

Bundan sonra HƏKİMİN məsləhəti ilə «sağlam» HƏYAt sürməyə çalışmaq lazımdır. Bütün zərərli şeylərdən, zinaya yaxınlaşdıran əməllərdən uzaq yaşamaq, ömrün qalanını faydalı keçirmək lazımdır ki, bəlkə yenidən HƏYAya qovuşa biləsən.

Haydan gəlmişik. Gələrkən HƏYATımızı da özümüzlə gətirmişik, HƏYAlı doğulmuşuq. Ruhumuzun da canı, əxlaqımızın da canı vardır biz doğularkən. Gedərkən HƏYATI tərk edib, HƏYAnı özümüzlə aparacağıq.
Huya dönəcəyik. Hayla Hu arasındakı HƏYATI alnı-açıq, üzü-ağ yaşamaq lazımdır ki, həyatı itirsən də həyanı itirməyəsən. Həyatdan gedərkən arxanca haqqında «məhrum çox həyalı biri idi» desinlər. Səni başqalarına örnək göstərsinlər. Cansız bədəninə baxıb canlı əxlaqını görsünlər.

P.S. Xəstəlik yoluxucudur. Ona görə Allah xəstələrdən uzaq olmağı, salehlərlə dostluq etməyimizi tövsiyyə edir. Saleh olan islahedicidir. Gördüyü hər yanlışı düzəldər, qarşısını alar. Saheh qul xəstəliklərin antivirusdur. İnsanı hər an yeniləyər, yaxınlaşan təhlükədən anındaca xəbər verər.
Özünüzü qoruyun.
HƏYATınızı qoruyun.
HƏYAnızı qoruyun.
Çünki bizim cənnət yolçuluğumuzda dənizdəki mayakdır həya.


Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:54
GÜNƏŞ07:24
ZÖHR [ 4 rükət ]13:35
ƏSR [ 4 rükət ]17:03
MƏĞRİB [ 3 rükət ]19:44
İŞA [ 4 rükət ]21:10
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka