Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DÜNYALIQ OLMAQ

[ Müxtəlif / 756 dəfə baxılıb ]   
|
 
Dünyadayıq, dünyalığıq.
Burada doğulmuşuq, burada ölüb, buradan da həşr olunacağıq. Bütün həyatımız bu kiçik vətəndə keçir. Yaşasaq da, ölsək də dünyadan çıxa bilmirik. Dünyanı gəzə bilir, dünyanı sevə bilirik, amma nə dünyadan köçə bilir, nə də dünyanı tərk edib gedə bilirik. Hara getsək, hara dönsək gedişimiz dünyanı təvafdan başqa bir şey deyil. Dönüb dolaşıb dünyanın başına dolanırıq.

Dünyadayıq.
Torpaqdan yaranıb torpağa da qayıdacağıq. Ruhumuz da, cismimiz də bu torpağa bağlıdır. Sağ ikən biz torpaqdan bəslənirik. Ölüncə toprpaq bizdən faydalanır. Dünyanın işi belədir: sənə verdiklərini səndən almayınca rahatlanmaz.

Dünyadayıq.
Problemlərin çox olduğu, heç bitmədiyi, birinin bitincə o birinin başladığı bir yerdə. Bəzən yoxluqla sınanırıq, bəzən varlıqla. Yoxluğun daha asan imtahan olduğu, varlığın daha çətin imtahan olduğu bir yerdəyik. Olmasını arzuladıqlarımız olmayanca, üzülər, ağlayar və ağladıqca sakitləşib yoxluğuna alışarıq. Yoxa çarə yoxdur deyib, həyatımıza qaldığımız yerdən davam edərik.
İmtahanın ən ağırı var olanlarımızladır. Var olduğu üçün bir çox şey başımızın bəlasına çevrilir.

Evin yoxdursa bir kərə ağlarsan, sızlarsan və onun yoxluğuna alışarsan.
Evin varsa… təmiri, əşyaları, gündən günə yenilənən modası, kommunal xərcləri ilə uğraşar durarsan. Bitmək bilməyən ev qayğıları səni dünyaya elə bağlayar ki, ölümü düşünməyə fürsət tapa bilməzsən. Evin varsa evlisən demək. Evin haqqını vermək, evsizə sahib çıxmaq, müsafirlərə qucaq açmaq, gələni qarşılayıb, gedəni yola salamaq… Allahın haqqı, qulun haqqı… Qonşu haqqı, qohum haqqı. Bitmək bilməyən imtahanlar silsiləsi.
Maşının yoxsa maşın almağı xəyal edərsən. Yuxuda son model maşınlardan sürər, ayılınca xəyalındakı həyatınla mutlu olarsan. Maşın almağı özünə dərd edərsən, amma onu da alınca dərdin bitməz ki. Benzini, baxımı, yağı, suyu bir başqa dərd. Amma ən əsası haqqını verməkdir. Yolda qalanın, yağışda, qarda dayanacaqda qalıb üşüyənin haqqını vermək. Bütün bunlarla yanaşı həm də var olanınla qane olmazsan, ola bilməzsən. Daha yaxşı, daha komfortlu maşın arzulayar, onu da özünə bir dərd edərsən.

Ailən varsa üzərində böyük bir yük vardır demək. Əhli əyalını oduncağı insanlar və daşlar olan atəşdən qoruya bilmək hər baba igidin bacardığı iş deyil. Sən Allahlı bir həyat yaşamalısan ki, onlara da örnək olub, haqqı və səbri tövsiyə edə biləsən.

Övladın var. Loğman olmalısan. Həm ruhunu, həm cismini tədavi etməyi bacarmalısan. Onu bir fidan kimi yetişdirib salehlərdən olması üçün əlindən gələni etməli, valideyinlik haqqını verməlisən. Məktəbini, universitetini, seçdiyi sənətini, yaşadığı həyat tərzini, evliliyini, subaylığını düşünməlisən. Var olanın haqqını vermək üçün.

Dünyadayıq.
Bir dinin təmsilçisiyik. Təmsil etdiyimiz din sadəcə rituallardan ibarət deyil. Eyni zamanda daxili bir hüzurun dəvətçisiyik. Olmayan dinini təbliğ etmə ehtiyacın da yoxdur. Çünki dinsiz həyat tərzi ilə zatən dinsizliyini təbliğ edir. Biz bir dinə mənsub olduğumuzu iddia ediriksə demək ki, «iman»ımız var. Və o imanın haqqını vermək lazımdır. Varsa bir şey onu isbat etmək, onu göstərmək və onu qorumaq lazımdır. Evimizi təmir edib, bəzədiyimiz, qoruduğumuz kimi. Son model maşın arzuladığımız kimi «son model» imanın da arzusunda olmaqla mükəlləfik. Ailəmizi cəhənnəm atəşindən qoruduğumuz kimi imanımızı da şeytanın vəsvəsəsindən qorumalıyıq. Övladımızın istiqbalını düşündüyümüz kimi imanımızın da istiqbalını düşünməliyik. Olanın haqqını vermək lazım. Olmayanlarla imtahan olunmağa nə var ki?

P.S. Dünyadayıq. Hara getsək, hara dönsək imtahanı bitməyəcək bir məkandayıq. Olanın haqqını vermək, olmayana səbr etməklə mükəlləfik. Şükrün dillə deyil, əməllə icra olunan bir ibadət olduğunu unutmamalıyıq. Evin haqqı müsafiri qarşılamaqsa imanın haqqı nəfsə uymamaqdır. Evin içindəki düşmən kimidir nəfs. Hər an səninlə, hər an yanında. Zərbəni nə zaman, haradan vuracağı bəlli deyil. Nəfs var olanlarlarla yetinməz, daha yaxşısını, bir model üstününü arzu edər. Olanların hamısına sahib olmaq istəyər. Cənnətdəki bütün ağaclar nəfsi tətmin etmədiyi üçün yasaq olan bir tək ağaca da göz dikmişdi o nəfs. Bitməyən, tükənməyən arzular edər, xəyallar qurar. Varlar çoxaldıqca onun arzuları da çoxalar. O tək ağac da «mənim oluncaya qədər» deyər və o ağaca doğru yola çıxar. Onu susdurmaq bəzən «bir tək yoxa» bağlı olar. Yoxdur deyib səsini kəsərsən. O ağac da yoxdur. Ağaca tərəf gedən yol da yoxdur…
Nəfsin də bir az ağlar,bir az sızlar, sonunda sakitləşib oturar. Yoxa çarə yoxdur axı…


Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:21
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:58
İŞA [ 4 rükət ]22:47
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka