Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLÜNCƏ MÜSƏLMAN OLMAQ

[ Müxtəlif / 2278 dəfə baxılıb ]   
|
 

Bizim toplumun qəribə bir adəti var: Firoun kimi yaşayb, müsəlman kimi ölmək. Nədənsə insan öləndən sonra onun «müsəlman» olduğu xatırlanır, həmən çadırlar qurulur, qazanlar asılır, molla adlandırılan adamlar dəvət olunur və məclis başlayır. Ölən üçün ömründə qılmadığı cənazə namazı qılınır, bəlkə həyatında heç bir dəfə də dinləmədiyi Yasin oxunur, rəhmətdən payı olmasa da gələn - gedən «Allah rəhmət eləsin!» deyib, inanmadıqları cənnətə gedəcəyini murad edir, ruhuna bir Fatihə verib evlərinə dağılışırlar. Ölənin 3-ü,7-si, 40-ı və cüməaxşamları da eyni məclisi davam etdirərək ölənə «savab» qazandırır, yerini şirin edirlər.

Halbuki Allahın dinində müsəlman olmaq və müsəlman kimi yaşamaq tamamən fərqlidir. İnsan öldükdən sonra deyil, ölənə qədər müsəlman olmalı, öldükdən sonra deyil, ölüm döşəyində Yasini Şərifi dinləməlidir. İslam dininin qaydalarına görə ölənin yaxınları gələn müsafirlərinə ehsan verməz, əksinə qohum-əqraba, qonum-qonşu öz arasında danışıb ev sahibi üçün yemək hazırlayarlar. Ehsan deyilən, İslama görə budur. Və birdə İslam şərtlərinə görə məclis sadəcə 3 gün olur. 7, 40, cüməaxşamları isə xurafatçıların uydurmasıdır.
İslam qaydalarına görə isə məclisdəki din xadimi, alim və s. gələn qonaqlara anlamadığı dildə, özünün də anlamadığı şeyləri oxumaz, ölümün bir nəsihət olduğunu anladığı üçün zamanı fürsət bilərək haqq dinə dəvət edər, məclisdəkilərlə anladıqları dildən danışar. Allahın rəhmətini qazanmaq üçün necə yaşamaq gərəkdiyini, nələrin savab, nələrin günah olduğunu anladar və cənnətə həqiqi mənada insan qazandırar. Tarixdən danışdıqları uydurma rəvayət olmaz, dərs alınması gərəkən bir nəsihət olar. Günün nəbzini tutaraq problemlərə tarixi çözüm tapmağa çalışar, Allahın dinin Allahdan öyrənib başqalarına da öyrədər.

Bu gün mən müsəlmanam deyənlərdən neçəsi bu dini Allahdan, Onun kitabından öyrənir? Qulaqdan dolma bilgiləri din zənn edənlərimiz, o bilgilərlə yaşayanlarımız, həyatında heç bir dəfə də Siyəri oxuyub araşdırmayanlarımız, Quranı anlayaraq xətim etməyənlərimiz İslamın «təmsilçiləri»nə çevrilib. Təbliğ üçün pul (əvəz) alınmamasını Allah Öz nəbilərinə şərt qoşarkən onlar Allahın kitabını pulla oxuyur, oxuduqlarını da «ölünün ruhuna!» bağışlayırlar. Bu dinin ən böyük təbliğçisi Allahın Rəsulu deyilmi? Onun hansısa ölünün ruhuna nə isə oxuyub üflədiyini nəql edən səhihini demirəm, uydurma da olsa bir rəvayət varmı? Dində hədis uyduranlar belə bunu uydurmağı «ağıl etməmişlər», amma bizim «mollalar» ağıl edir, höcələyə-höcələyə Yasini oxuyur və ürək açıqlığı ilə ölünün ruhuna bağışlayır. Oxuduğunu özü anlasaydı Yasin surəsinin 69-70-ci ayəsini anlayar və bir daha heç vaxt dinləmə iqtiradı olmayan, dinlədiyini anlamayan, anladığı ilə əməl edə bilməyən «ölüyə» Yasin oxumazdı.

Biz, bu dini, Allahdan öyrənmədikcə Yasini də anlamayacağıq.
Biz, bu dini, Allahın söylədiyi şəkildə yaşamadıqca ölüdən fərqimiz olmayacaq.
Biz, Allah Rəsulunun həyatını bilmədən onu örnək ala bilməyəcək, onu örnək almadıqca isə yaşadığımız xurafati İslam zənn edəcəyik. Allah Rəsulunu 23 il mübarizə edib ortadan qaldırdığı batilə onun ümmətindən olduğunu iddia edənlərin çoxu din deməyə başlayıb. Bu gün taxta parçasını bütləşdirməsə belə, cəmiyyəti bütləşdirib, dünyanı bütləşdirib, məhzəbini, məktəbini, alimini, şeyxini bütləşdirib tapanlara «o bütünüzü qırın, Allahın və Rəsulunun çağırdığı dinə gəlin» desəniz 14 əsr öncəyə qayıdacaq Rəsul və əsabının yaşadıqlarının canlı iştirakçısına, şahidinə çevriləcəksiniz. Bu dəvətinizin qarşılığında sizə ilk daş atan heç şübhəsiz ki, Əbu Cəhillər, Əbu Ləhəblər olacaq. Unutmayın ki, Əbu Cəhl də Allaha inanan biri idi. Axirətə də inandığı üçün Lat, Menat, Uzannın 'könlünün alır», axirətdə ona şəfaət edəcəklərinə inanırdı. Allah və Rəsulu onun inancına şirk dedi, onu müşrik adlandırdı...
Şirk, içində haqq olan batildir. Batilin içindəki haqq sizi azdırmasın. Çünki bir haqqa batil qarışmışsa o haqqın varlığının heç bir əhəmiyyəti yoxdur. Allah onu şirk, onu yaşayanı isə müşrik adlandırır.

P.S. Ölüncə müsəlman olmaq deyil, ölənədək müsəlman olmaq lazımdır. Çünki Firoun kimi yaşayanlar Musanın getdiyi yerə gedə bilməzlər.


Rüzgar Kəskin/azerislam.com
Məqalədən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:06
GÜNƏŞ06:48
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:05
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka