Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QİSSƏDƏN HİSSƏLƏR

[ Müxtəlif / 1725 dəfə baxılıb ]   
|
 
Allah, son kitabında bizə nəbilərin həyatından bəzi qissələr danışır. Örnək alaq deyə, ümid edək deyə, yeri gəldiyi zaman onlar kimi davranaq deyə…
Məsələn düşmənin iki addımlığında Musaya əsanı suya vur, dənizi ikiyə böl, deyir. Düşmən həmin düşməndir. Bəlkə adı Firoun deyil, Nemrud deyil. Amma düşmənliyi dəyişməzdir. Dənizin sahilinə vardınsa boğazına qədər suya girib əlindəki əsa ilə sulara meydan oxuyacaqsan. Amma öncə…
Öncə sən Musa olacaqsan.
Sonra əlinə aldığın taxta parçası «əsa» olacaq. Yeri gəldiyi zaman dənizi böləcək, yeri gəldiyi zaman əjdaha olub ilanları udacaq. Bəzən sadəcə sənin söykənəcəyin bir dayağın olacaq, bəzən ruzini onunla qazanacaqsan, bəzən daşdan su çıxaracaqsan… Onun «əsa» olması üçün Musanın əlində olması lazımdır. Çünki
Dənizi ikiyə bölən əsa deyildir, Musa idi.

Ya da bizə Nuhdan danışır. Dağ başında gəmi tikən Nuhdan. Bütün təhqirlərə, bütün tənələrə rəğmən durmadan usanmadan gəmi inşa edən bir nəbidən danışır. Nuhun xilası əli ilə tikdiyi o gəmidə idi. Sadəcə o deyil, bütün iman edilənlər xilas oldu o gəmi ilə. Hətta… hətta heyvanlar da. Çünki
Bəzən heyvan 'insandan' daha dəyərli olur. Onun xilası insanın xilasından daha önəmli olur.

Bəzən atəşə gedən İbrahimdən danışır. Ölümə gedərkən dua edən bir nəbidən: Mənə qatından bir vəli ver deyə nida edən o atadan. O elə bir nida idi ki, nəbinin deyil, nəbilərin atası etdi qoca İbrahimi. Atası Azərin düzəltdiyi bütləri dağıtmışdı oğlu İbrahim. O da əli ilə etdiyinin «çörəyini yeyirdi» öncə bütləri dağıdacaqsan sonra vəlilərə ata olacaqsan…

Bəzən də Sərvin təpəsinə çıxan Muhəmməddən danışır. Bittim nöqtəsində yetdim dediyi qulundan. Məkkənin haqqını verib Yəsribi Mədinə etmək üçün hicrət yolçuluğuna çıxan nəbisindən danışır bizlərə.

Bəzən İsanı örnək verir. Onun ölünü dirildə bilmək məharətindən danışır. Bizə gələnlər bizimlə dirilsin deyə bizə İsanı anladır.

Sultan olub səltənət yaratmayan Davuddan, Süleymandan danışır. Bir qarışqanın önəmini anladır o qissədə. Çünki yaratdığına dəyər verir Allah… Yaradılan qarışqa olsa belə sultan Süleyman qədər o da dəyərlidir Onun qatında.

Loğmanın nəsihətlərindən danışır.
Zulkarneynin gördüklərindən…
İsmayılın təslimiyyətindən, İsaqın həyasından danışır.
Yusufun ismətindən, Yaqubun səbrindən,
Zəkəriyyanın duasından, Yəhyanın mərhəmətindən danışır…

Niyə?
Biz örnək alaq, deyə.
Bir ağaca baxarkən ondakı potensialı dəyərləndirək deyə. O ağac bizə bəzən gəmi olmalı, bəzən əsa, bəzən balta olmalı, bəzən isə taxt-tac olmalıdır...
Amma öncə biz Adam olmalıyıq. Öncə Adəmoğlu olub günahımızdan sıyrılmalı, tövbə edib əfv olunmalıyıq. Öncə biz dəyişməliyik. Öncə biz…

P.S. Allah bizə nəbilərindən danışır. Biz örnək alaq deyə. Allah bizə bir ağacın dəyişim potensialından danışır. Adəmə günah olan ağac Musaya "əsa" oldu, İbrahimə "balta", Nuha "gəmi". Bizim üçün o ağac hələ də Adəmin yasağıdırmı? Ya "yasaq acağa yaxınlaşma!" əmrinə tabe olub bütün ağaclardan üz döndərmişik? Ona görəmi dənizləri bölüb keçə bilmirik? Ona görəmi Firounlara boyun əyirik?
Gəmi tikmək lazımdır. Sərvin təpəsinə çıxıb dua etmək, yəsribləri mədəniləşdirmək lazımdır. Amma öncə içimizdən başlamalıyıq.

Sərvə çıxmaq diləyi ilə...


Rüzgar Kəskin /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:52
GÜNƏŞ07:23
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:25
İŞA [ 4 rükət ]19:51
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka