Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

EV'LİZİNİZMİ?

[ Müxtəlif / 2281 dəfə baxılıb ]   
|
 
«Evli olmaq» əslində evi olmaq deməkdir. Əvvəllər insanlar ev alar, evli – eşikli olar, sonra ailə qurardılar. Qız istəməyə gedəndə oğlan «evlidir» deyrədilər. Qız evi də oğlanın evi olduğunu anlayardı.

Evi olmaq
Bu çox önəmlidir. O qədər önəmlidir ki, Allah ilk məbədə «Evim» dedi. Kəbədəki məbədi Beytullah adlandırdı. Bizi evinə çağırdı. Bizi evində topladı. Orada bizə əmin-amanlıq vəd verdi. Evini ziyarət etməyi insanlıq üzərindəki haqqı bildi. İbadətin mərkəzinə evi qoydu. Uzaqda olanlara ibadət edərkən üzünüzü Evə çevirin dedi. Evini ziyarətə gələnləri evin ətrafına təvaf etdirdi. Evin başına dönmədən ibadət tamamlanmaz deyə bir qanun da qoydu.
O Evin ətrafına dönən öz evinin qədrini bildi, evindəkilərin haqqını anladı. Evli olmağın hüzurunu yaşadı.

Bir evin yoxsa, sığınacaq məbədin də yoxdur.
Bir evin yoxsa, gedəcək yerin də yoxdur.
Bir evin yoxsa, evsizsən deməli.

Allah, o evin içində deyil. Amma ora «Mənim evim» deyir. Evindəki əmin-amanlığı dönə-dönə dilə gətirir. Bizdən də evimizə sahib çıxmağımızı, içində əmin-amanlığı qorumağımızı istəyir. Allah mərhəməti ilə, rəhməti ilə, sevgisi ilə örnək olduğu kimi «evli» olmağı ilə də örnəkdir. Dolayısı ilə ev alanlar evlə necə davranılacağını da Məndən öyrənsin demək istəyir.

İçində ibadət edilməyən evin xarabalıqdan fərqi yoxdur. İstər imarət olsun.
İçində hüzur olmayan evin məhbəsdən fərqi yoxdur. İstər saray olsun.
İçində yaşayanların ortaq bir dəyəri yoxdursa o evin küçədən fərqi yoxdur. İstər aşılmaz bir qala olsun. O evin çöküşü içindən başlayar.

Bir ev varsa o evdə mütləq ana da vardır. Anasız ev susuz dəyirman kimidir. Kimsə anasız evə getmək istəməz. Kimsə anası olmadan o evdə hüzur tapmaz. Ona görə Məkkə də üzərinə düşən vəzifəni bilir və layiqi ilə yerinə yetirir. Bütün şəhərlərə ana olur, bütün müsafirlərinə qucaq açır. Məkkəni Ummu'l-Kura (şəhərlərin anası) edən də içindəki evdir. Anasız ev olmadığı kimi, evsiz də ana olmaz. Aqil olanımız həyat yoldaşına «bizim evin anası» demiş, qadınını evi ilə bir zikr etmişdi.

Allah Rəsulu vəhyi alır almaz evinə getmiş, Xədicəsinə sığınmışdı. Allahın onunla danışıb, onu seçdiyini ilk öncə «evinin anası»na söyləmişdi.

İnsan hər şeyi anasına söyləmək istəyər. Ondan bir rahatlıq duyar, onda hüzur tapar. Evinizin anası varsa deməli siz xoşbəxtsiniz. Çünki dərdinizi danışacaq, sevincinizi paylaşacaq biri var. Dərdləndə evinə sığınar insanlar. Qürbətdə olanlar ev həsrəti çəkər.

Mərkəzində ev olan bir din yıxılmaz. Çünki heç kim evini yıxmaz. Evi yıxılanın əslində dünyası da yıxılar.

Allaha yönələnlərin ən böyük hədəflərindən biri o evi ziyarət oldu. Bir gedən, bir də gedim dedi. Gedən dönmək istəmədi. Dönən həsrət çəkdi. Yatıb yuxusunda ev görənlər də oldu, gecələri təəccüdə qalxıb «Allahım! Bizi evimizə həsrət qoyma» deyə yalvaranlar da.
Evi olan ev qədri bilər. Evi olan dönər-dolanar o evin ətrafını təvaf edər. Evi olan evi olduğu üçün şükür edər.
Çünki gedəcək yeri var.
Çünki onu çağıran Biri var.
Çünki Evi var...

Allah insanları Evinə çağırır. İnsan olan da çağrışa icabət (qəbul) etmək istəyir. Allah içində yaşadığı üçün yox. İnsanlar orda olduğu üçün. Çağırışa gələnlər əmin - amanlıq vədi verdikləri üçün. Tanımadığı, bilmədiyi, amma ortaq evi olduğu qardaşlarını görmək üçün gedər ora İnsan.


P.S. Eviniz varmı, eviniz? Ev'lisinizmi? Allahın evi hammımızın evi deyilmi? Ey insanlar evimizə gəlin. Evimizdə toplanaq. Evli olub, ev qədri bilək. Evimizi ibadət yeri edək. Evimizdə toplanıb Allahı zikr edək. Nə yaxşı ki, bizə Ev verib deyə dua edib, evli olaq...

Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:06
GÜNƏŞ06:48
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:05
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka