Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QÜSUL, TƏHARƏT, TƏYƏMMÜM

[ Müxtəlif / 3129 dəfə baxılıb ]   
|
 
Namazın rükün və şərtləri fıkh alımləri tərəfindən 12-ə ayrılır. Bunlardan 6-sı namazın şərti, 6- isə rükünü hesab olunur. Namazın ilk şərti hadəstən təharətdir. Hadəstdən təharət deyiləndə dəstəmaz, qüsul və ya təyəmmüm nəzərdə tutulur. Bu, sonradan yaranmış maddı kirliliyin təmizlənməsi mənasına gəlir.

Quran bu barədə belə deyir:
«Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cunub olduğunuz halda, – yolda olan (müsafirlər) istisna olmaqla, – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır» (Nisa, 43).

«Ey iman edənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza. Cunub isəniz, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara yaxınlıq etdiyiniz zaman, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz» (Maidə, 6).

Allah Rəsulundan nəql edilən hədislərdə mövzu ilə bağlı bunları oxuyuruq:
«Heç bir namaz təharətsiz (qüsul/dəstamaz) qəbul olunmaz…» (Müslim, Təhatət 2 (224); Tirmizi, Təharət 1)
«Dəstamazı pozulan yenidən dəstamaz almadıqca namazı qəbul olunmaz» (Müslim Təharət 2 (225); Buxari, Hiyəl 2)

Nəcasətdən təharət
Nəcasətdən təharət maddi kirliliyi təmizləmək deməkdir. Namaz qılınacaq yer və paltarların təmiz olması Allahın əmr etdiyi şərtlərdəndir. Allah elçisi İbrahimə bunu əmr edərkən bizləri də o əmrə muxatab tutmuşdur:
«Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik» (Bəqərə, 125)
«Bir zaman Biz İbrahimə Beytullahın yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”(– demişdik.) (Həcc, 26)

Müddəsir surəsinin 4-cü ayəsi isə sadəcə namazda deyil hər zaman əlbisənin təmiz tutulması gərdəkdiyini söyləyir. Ayə Allah Rəsulunu muxatab alsa da ona əmr edilən hər əmr və yasaqlar kimi bu əmr də bütün möminləri ehtiva edir. Rəsulun dilində nəql edilən «təmizlik imanın şərtidir» (Müslim, Təharət 1 (223)) hədisi də onun dilindən təmizliyin vacibliyinə diqqətimizi yönəldir.

Qüsul
Qüsul kəlməsi ərəb dilində məsdər olaraq: «bir şeyin üzərindən suyun axıdılması və ya suyun axması» mənasına gəlir. İsim olaraq isə «yuyunmaq» və ya «yuyunurkən istifadə olunan su» mənalarını ehtiva edir. Fıkıhda cunub ikən, eləcə də heyz və nifas kimi hökmü kirlilikdən təmizlənmək niyyəti ilə bütün vücudun su ilə yuyulması mənasında istifadə olunur.
Fıkh elmi hallarında dəstəmaz «təharət-i suğra» (kiçik təmizlik), qüsul isə «təharət-i kübra» (böyük təmizlik) adlandırılır. Dəstamazı vacib edən hallar «hadəs-i asğar» (kiçik kirlilik), qüsulu vacib edən hallar da (hadəs-i əkbər) (böyük kirlilik) hesab olunur.
Quranı Kərimdə bir ayədə «qüsul» (iğtisal), iki ayədə isə təharət (tətahhur) kökündən törəyən kəlmələrə rast gəlirik (Nisa, 43 və Bəqərə 222, Maidə 6)

Nisa 43 və Maidə 6-cı ayədə «cunub isəniz yuyununcaya qədər» ifadəsi namazdan öncə cunub halından təmizlənmək üçün qüsulu gündəmə gətirir. Qüsul bütün vücudun yuyulmasıdır. Qüsulda ağız və burunu da su ilə yumaq Hənəfi və Hanbəli məhzəbinə görə fərz, Şafi, Maliki Cəfəri məzhəblərinə görə isə sünnətdir. Bu ixtilafın səbəbi ağız və burunun bədənin içdənmi, yoxsa xaricindənmi hesab edilməsindən qaynaqlanır. Hənəfi və Hanbəli bu orqanları bədənin xaricindən saymış və onların da ayrıca yuyulması gərəkdiyi hökmünü çıxarmışdır, adını zikr etdiyimiz digər məhzəblər isə bu orqanları bədənin daxili üzvü hesab etdikləri üçün ayrıca yuyulması şərtini fərzlərdən hesab etməmişlər. Üzünü yu deyilərkən ayrıca bir də «burununu yudunmu? və ya «ağzını da yudunmu?» deyilmədiyinə görə bu əzaların bədənin iç qismindən hesab edilməsi daha məntiqlidir.

Qüsulda əsas şərt bütün vücudun yuyulmasıdır. Qüsuldan öncə dəstamaz almaq isə bəzi məzhəblərə görə sünnət, bəzilərinə görə isə müstəhabdır. Digər ibadətlər üçün olduğu kimi qüsul və dəstamazda da niyyət şərti vardır. Niyyət əslində nəyin nə üçün edildiyini bilməkdir. Yuyunmaq və ya dəstamaz üçün gedərkən bir də bunun səsli söylənilməsinə ehtiyac olmasa da məhzəb imamlarından bəziləri bu niyyətin dillə iqrarını da vacib hesab etmişlər.

Rəsuldan (sas) nəql edilən hədislər:
«Aişə (ra): «Rəsul (sas) cunub ikən yuyunacağı zaman ilk öncə əllərini yuyardı. Sonra namaz üçün dəstamaz alırmış kimi dəstəmaz alardı. Sonra barmaqlarını suya vuraraq onunla saçlarının diblərini ovxalayardı (hilallamaq), sonra da iki əli ilə başının üstündən iki ovuc su tökər və qalan suyu bütün bədəni üzərindən axıdardı» (Buxari, Qüsul 1)

«Meymunə (ra): «Rəsul (sas) yalnız ayaqlarını yumadan namaz üçün dəstamaz alırmış kimi dəstamaz aldı. Övrət yerini yudu. Sonra üzərinə su tökdü. Sonra ayaqlarını yudu. Onun cunub ikən qüsul alması belə idi» (Buxari, Qüsul 1)

Qüsul alarkən hörülmüş saçların açılmasına ehtiyac yoxdur. Bununla bağlı əlimizdəki rəvayətlərə baxaq:
«Ümmi Sələmə (ra) rəvayətə görə o belə demişdir: «Rəsulullah (sas) «Ey Allahın Rəsulu! Qüsul almaq üçün saçlarımın hörüyünü açımmı?» deyə soruşdum, o isə cavabında: «Xeyir, başından üç dəfə su axıtman yetərlidir, sonra bütün vücudunu yuyarsan, beləcə təmizlənmiş olacaqsan»*

Aişə anamız səhabədən Abdullah b. Amrın qadınların yuyunacağı zaman hörüklərini açmaları gərəkdiyini əmr etdiyini duymuş və bunun üzərinə demiş ki: «Bu, İbn Amra məəttəl qalıram. Qadınlara yuyunacaqları zaman hörüklərini açmalarını əmr etmiş, yaxşı ki, saçlarını dibdən qırxdırmalarını əmr etməmiş! Vallahi mən və Rəsulullahla eyni qabdan yuyunduq. Başıma üç dəfə su tökməkdən başqa bir şey etmədim (Rəsulullah da müdaxilə edib hörüklərini aç demədi)» dedi.**

Bəzi elmi – hal kitablarında qulaqlardakı sırqa üçün deşilmiş dəliklərində ayrıca yuyulmasının vacibliyi dilə gətirilir ki, əlimizdə bunun istinad etdiyi heç bir dəlil yoxdur.

Qüsul aldıqdan sonra dəstamazı pozan heç bir halın baş vermədiyi müddət ərzində namaz üçün yeni bir dəstamaz almağa ehtiyac yoxdur. Aişə (ra) anamızdan belə rəvayət edilmişdir:
«Rəsulullah (sas) iki rükət (sünnəti) və sübh namazının fərzini qılardı. Onun qüsul etdikdən sonra dəstamazı yenilədiyini xatırlamıram (Əbu Davud, Təharət, 98)

Təyəmmüm

Təyəmmüm (yemm) kökündən törəmiş və «yönəlmək» mənasına gəlir.
Fıkıhdakı mənası isə su tapılmadığı zaman torpaq cinsindən təmiz bir şeylə namaz üçün dəstamaz və ya qüsul almaqdır. Dəstəmaz və qüsul normal halın maddi təmizliyi, təyəmmüm isə istisna halın mənəvi təmizliyidir.
Təyəmmümlə bağlı Nisa 43 və Maidə 6 ayələrinə baxa bilərsiniz.

Təyəmmüm nə zaman alınır?
1. Mukim və ya səfəri ikən «su tapılmadığında»
2. «Su» tapılmış olsa da xəstəlik və ya başqa bir səbəbdən «istifadə edilməyəcəyi» zaman.

«Təmiz torpağa təyəmmüm edin: onunla üzünüzü və əllərinizi məsh edin…» ayəsindən də anlaşıldığı kimi təyəmmüm təmiz torpaqla üzün və əllərin məsh edilməsidir. Dəstəmaz zamanı qolların dirsəklərə qədər yuyulması əmr edilərkən, təyəmmümdə bu şərt yoxdur və sadəcə əllər məsh edilir. Bununla belə Hənəfilər dəstamaza qiyasla (müqaisə) təyəmmümdə də qolların dirsəklərlə bərabər məsh edilməsinin vacibliyini söyləyirlər, halbuki onların özünün də qəbul ediyi bir qaydaya görə «ibadətdə qiyas olmaz».
Amr b. Yasir belə nəql edir: Mən Rəsuldan (sas) təyəmmümün necə alınacağını soruşdum. O da belə cavab verdi: «Üz və əllər üçün torpağa tək bir dəfə əllərini vur və təyəmmüm al» (Əbu Davud, Təharət, 123)
Ayə və hədislərdən də anlaşıldığı kimi təyəmmüm, dəstamaz və qüsul namazın şərtidir. Bunlar namazın olmazsa olmazlarındandır.
Qsul sadəcə qüsulu gərəkli edən hallar üçün: heyz, nifas, cunub, ihtilam hallarında alınır.
Təyəmmüm təmiz torpaq və ya torpaq türündən olanlarla alınır. Təyəmmümdən sonra su tapılarsa namazı yenidən qılmağa ehtiyac yoxdur.

* Müslim, Heyz 58 (330); Əbu Davud, Təharət 99: Tirmizi, Təharət 77
** Müslim, Heyz 59 (331)


Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka