Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANA GÖRƏ NAMAZ

[ Müxtəlif / 4029 dəfə baxılıb ]   
|
 
Bu gün İslamla bağlı olan bir çox yanlış düşüncə, yanlış fikir mövcuddur. Bəzi uydurulmuş xurafatlar dinin yerini almış, İslam olaraq qəbul olunmuşdur. Halbuki bir çoxlarının yaşadığı uydurulmuş İslamla, Allahın endirdiyi dinin arasında heç bir bənzərlik yoxdur.
Allah bizim üçün hansı dini göndərib?
Muhəmməd ümmətindən öncə başqa ümmətlərə fərqli dinlərmi göndərilmişdi?
Suallar çox, cavab isə bir dənədir: «İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar» (Ali İmran 85)

Təbii ki, din nədir sualının ən sadə tərifi «həyat tərzi» cavabıdır. Unutmayaq ki, biz söylədiyimiz deyil, yaşadığımız dindənik. Mən müsəlmanam deyib, namazdan, orucdan, zəkatdan xəbəri olmayan o qədər çox insan var ki, onlara nə üçün ibadət etmədiklərini soruşsanız verəcək yeganə cavabları: «qəlbim təmizdir» bəhanəsidir. Onların cavabını dinlədikdən sonra əcaba «Allah Rəsulunun qəlbi kirli imiş ki, bu qədər ibadət etmiş, günahlarda boğulmuş ki, gündə 70 dəfə istiğfar etmişdir?» deyə sual vermək istəyirsiniz. Amma bir az düşünüb sonunda o sualı verməkdən vaz keçirsiniz. Nə üçün?
Çünki əminsiniz ki, onlar qəlbləri ilə bərabər ağıllarını da «yumuşlar». Verəcəyiniz sualı ya anlamayacaq, ya da anlamaq istəməyib əvəzinə yenə bəhanələr tapmağa çalışacaqlar. Biz isə onların «təmiz qəlbinə» kinayə ilə baxıb öz yanlışlarınızı düzəltməyə çalışaq.

Biz nələri yanlış bilirik?
Toplumun yanlış bildiyi həqiqətlərdən biri də İslamın başlanğıc tarixidir. Mən müsəlmanam deyənlərdən İslam tarixini soruşsanız bir çoxu «610 – cu ilin, Ramazan ayı» cavabını verəcəklər.
Bu müsəlman qardaş və bacılarımız haqsız olduqlarını Quran söyləyir. Çünki İslam insanlıqla yaşıd olan bir din, bir həyat tərzidir. Adəmlə başlayıb qiyamətə qədər davam edəcək dini yaşayan hər kəs İslam dinindədir. Bunu bizə Quran söyləyir: Adəmin oğlanlarının qurban hekayəsi, Nuhun tövhid dəvəti, İbrahimin Kəbəni bərpası, digər nəbilərin namaz, oruc və zəkatları…
Dəyişən bir din, dəyişən bir ibadət yoxdur. Yeni göndərilən kitabda bir ayənin öncədən göndərilən digər kitabdakı ayəni nəhy etməsi (ya eynisi ilə, ya da daha gözəli ilə əvəz olunması) isə ibadətlərlə deyil, cəzalarla bağlıdır.

«Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?...» (Hud, 87)
«(Ey Musa!) Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!» (Taha, 14)
«Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni nəbi seçdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi» (Məryəm, 30-31)

Quranda bu səpkidə bir çox ayə var. Məryəmə ruku edənlərlə birlikdə əyilməsi gərəkdiyini də Quran söyləyir bizə, İbrahimin təvaf və namaz üçün Kəbəni təmizləməsinin vacibliyini də…

Bu ayələrdən çıxış edərək həcc, oruc, namaz kimi bir çox ibadətin mütəvatir tətbiqatla kəsintisiz olaraq davam etdiyini söyləyə bilərik. Bir çoxlarımız Quranda namazın qılınış şəkli yoxdur deyir, elmi-hallardakı namazın xaricdən 6 və daxildən 6 olmaq üzrə 12 fərzindən danışırıq. Halbuki bir şeyə fərz demək üçün onun ayə ilə zikri vacibdir. Deməli elmi-hallara fərz olaraq keçənlər əslində Quranın ayəsidir və namazı Qurandan öyrənmək istəyən hər bir kəs namazın qılınış şəklini də, nə üçünlüyünü də, vaxtını və bir çox məqamları da Qurana baxaraq öyrənə bilər.
Çünki, Allah «sizin üçün dininizi tamamladım» (Maidə, 3), «Düşünüb ibrət alasınız deyə Quranda hər şeyi açıqladıq» (İsra, 41), deyir.

Quranda namaz
Quranı Kərimdə namaz ilə bağlı bütün detallarını olduğunu söylədik. Namazın vaxtları ilə bağlı saytımızda olan «Namaz vaxtları məqaləsinə (http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2222) və İsra 78, Bəqərə 238, Hud 114, Rum, 17-18, Taha 130, Əhzab 41-42, Qaf, 39, Tur, 49 ayələrinə baxa bilərsiniz.
Əslində biz elmi-hal kitablarımızda qeyd olunduğu kimi namazın sadəcə 12 fərzdən ibadət olduğunu düşünmürük. Belə ki, biz Quranın fərqli ayələrində «sərxoşkən, nə dediyini anlayana qədər namaza yaxınlaşma» (Nisa, 43), «huşu ilə namaz qılmaq» (Muminun, 2), "namazda səs tonu və Quranda fatihənin oxunmasına dair (İsra 110-111), "möminlərin duaları" (Yunus, 10), Rəbbini həmd ilə təsbih et və səcdə et (Hicr 98) kimi xəbərdarlıqların da fərzlərdən olduğu qənaətindəyik. Elmi-hal kitablarımızda özünə yer etmiş o 12 fərzin də ayələrlə zikri vardır:
Namazın Xaricindəki Fərzlər (Şərtləri):
1. Hadəsdən təharət.
2. Nəcasətdən təharət.
3. Sətri-övrət.
4. İstiqbali-qiblə.
5. Vaxt.
6. Niyyət.

Namazın İçindəki Fərzlər (Rüknləri):
1.Tahrimə təkbiri.
2. Qiyam.
3. Qiraət.
4. Rükü.
5. Səcdə.
6. Qadəi axirə*

Yuxarıda söylədiyimiz fərzlərlə bağlı Quranda bir çox ayə var və bu ayələrdən bu fərzlərin sadəcə Muhəmməd ümmətinə xas olmadığına dair də dəlillər. Məslən Ali İmran surəsinin 43-cü ayəsində Allah Məryəmə «Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!» əmrini verərək onu rükü edib, səcdə edən, başqa sözlə namaz qılan bir topluluğa yönəltmiş, camaat – ümmət anlayışını ona aşılamışdır. Ortada namazı dost-doğru iqamə edən bir topluluq varsa və sən o topluluğa uyarsansa doğru bir şəkildə namaz qılacaq, qılınış şəklini onlardan öyrənəcəksən. Çünki Allah «Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!» deyərək bizi camaat olmağa səsləyir.

Öncəki ümmətlərin namazı
Namaz da bir çox ibadət kimi mütavatir tətbiqatla gəldiyini söylədik. Bu gün biz namazın qılınış şəklində «Rəsulun sünnəti»ni əsas alır, namazımızı onun qıldığ kimi qılmağa çalışırıq. O zaman ortaya belə bir sual çıxır. İlk namaz ayələri və qılınış formasını bildirən ayələr yox ikən Allah Rəslu namazı necə qılıb, nələr söyləyib, hansı vaxtları əsas alıb? Əlimizdə səhabədən heç bir rəvayət yoxdur ki, onlar Allah Rəsulundan namazın nə olduğunu soruşsunlar. Məkkə toplumun tarixinə baxsaq Allah Rəsulunun nübüvətindən öncə də sadəcə Allaha ibadət edən az sayda olsa da hənif bir topluluğun da olduğunu görürük. Deməli insanlar namazın nə demək olduğunu, necə qılındığını bilirdilər. Yanlış olan qılınış şəkili deyil, vaxt, say məsələləri idi ki, bu da ayələrin gəlişi ilə nizamlanaraq gerçək halına döndürüldü. Nəbilərin göndərilməsinin bir başqa səbəbi də yanlışları düzəltmək idi. Ənam 90 ayədən də Allah Rəsulunun öncəki şəriətlərə uyduğunu görürük. Bu Allahın bir əmri idi. Yanlış olanlar isə ayələrlər ya nəhy edilir, ya da düzəldilirdi. «Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu, )mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun» (Nəhl, 64).

Öncəki şəriətlərdə namaz necə qılınırdı?
Musanın gətirdiyi İslam dini də, İsanın təbliğ etdiyi İslam da məzhəblərə ayrılaraq parçalandı və bu parçalara hərə bir ad verdi. Bu məzhəblərdən biri də Rəbbanilik Yəhudiləridir. Digər məzhəblərdə 3 və 7 vaxtda fərz namaz olduğu halda bu məzhəb nümayəndələri namazı 5 vaxtda və bizim qıldığımız şəkildə qılırlar. Allah Muhəmməd ümmətini namazda mütavatir olana yönəltmiş, Allah Rəsulu da bildiyi bu namaz şəkil və formaları içindən ayələrin enişi ilə doğru hesab etdiyini seçmişdir. İlk illər 5 fərz namaz olmadığı üçün say və vaxt məsələsi zamanla yerinə oturmuşdu. Ayələr nazil olduqca isə namazın şəkili bu gün qıldığımız formanı almışdır. Rəbbanilik Yəhudilərində eyni zamanda Məsih – yeni bir Nəbi gözləntisi var idi. Onlar yeni bir nəbinin gələcəyinə inanır və onu gözləyirdilər.
Parçalanmış məzhəblərdə daha çox Xristian və Suryanilər gündə 7 fərz namazın olduğunu söyləyənlər də vardır və onlar da əllərində olan kitaba istinad edirdilər. Belə ki, Məzmurların 119 bölümündə (164 pasaj) yer alan «Bizə doğru sözü gətirən Allaha həmd etmək üçün gündə 7 dəfə Allaha yönələrik» ayəsi vardır.
Öncəki ümmətlərdən Rəbbanilik dediyimiz məzhəbə baxsaq: sübh namazı, 2; söhr və əsr vaxtlarında qıldıqları namaz 4, məğrib namazları 3 dür. Aradakı yeganə fərq onların son namazlarının sadəcə 1 rükət olmasıdır. Bundan başqa onlar namazı əliaçıq halda qılırlar. Rəsulun da ilk dönəmlər elə qıldığını, lakin Bəqərə 238 dəki "Allah qarşısında mütiliklə durun" ayəsinə istinad edərək əllərini bağladığını düşünürük. Doğrusunu Allah bilir.

Quranın nazil olmağa başladığı ilk dövrlərdə namazın beş vaxtda qılınmadığını bilirik. Vaxt daha sonra ayələrlə tənzimlənmişdir. (Bax: Hud 114) Yeddi vaxtlı namazlarda 3 gündüz, 4 gecə namazı, Üç vaxtlı namazlarda gündüz bir, gecə isə iki namaz vardır. Allah «Gündüzün iki bölümü, gecənin gündüzə yaxın bölümlərində ən azı 3 namaz»ın olduğunu söylədiyi üçün Allah Rəsulu 5 namaz formasının doğru olduğu qənaətinə varmışdır.*

İlk dənəmlərdən namazın qılınış forması da öncəki ümmətlərlə eyni idi. Ben Abraham adlı Yəhudi hahamın hazırladığı «Rəsimli namaz müəllim» kitabına baxsanız Yəhudilərin namaz şəklinin bizim qıldığımız formada ilə bənzər olduğunu görəcəksiniz. Aradakı fərq onların ilk öncə sola, daha sonra sağa salam vermələridir ki, bizim ümmətdə bu əksinədir. Və bizə görə Allah Rəsulu burada ayələrdə ilk öncə sağın zikr olunmasını (Qaf, 17) əsas almışdır.

Mədinədə yaşayan Yəhudilərin ilk dövrlərdə (qiblə dəyişikliyinə qədər) Allah Rəsulunun arxasında namaz qıldığını bilirik. Namazın şəkli və vaxtı onların dininə uyduğu üçün heç bir etirazları olmadan namazı Rəsulla bərabər qılmışlar. Qiblə dəyişikliyində sonra isə qəlblərində mərəz olanlar Allah Rəsulundan ayrılmışlar. Qiblə ayəsinin də Mədinə endiyini tarixlə sabitdir. Deməli Allah Rəsulu «qiblə dəyişdirən» ayənin nüzulundan öncə öncəki ümmətləri əsas alaraq Qüdüsə yönəlmişdir. Dəstamaz ayəsi kimi bildiyimiz Maidə surəsi, 6-cı ayə də Mədinədə nazil olmuşdu. Bu ayədən öncə səhabələr dəstamaz almadanmı namaz qılırdılar? Təbii ki, xeyir. Əslində o ayə dəstamaz deyil, təharət ayəsidir və namaz qılan hər bir səhabə də namazdan öncə dəstamaz almaq lazım olduğunu bilirdi. Çünki öncəki ümmətlər də namazdan öncə dəstamaz almış, dəstamazı namazın olmazsa olmazı saymışdılar. (bax: Dəstamaz http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2219)

Beləliklə əminliklə söyləyə bilərik ki, Şura, 13-də söyləndiyi kimi: «Nuha bildirilən din nədirsə, bizə bildirilən də hökm odur». Bir əhkam nəsh edilmədiyi müddətcə öncəki şəriətlərdə var olan bütün əmrlər bizə də verilmişdir. Quran nazil olduğu müddət ərzində isə forma, şəkil və zamanlamadakı xətaları düzəltmiş, bəzi ayələri nəsh edərək daha gözəli ilə əvəz etmişdir.
Son olaraq qeyd etmək istəyirik ki, Quranda namazın qılınış şəkli, vaxtı yoxdur deyənlər yanılır. Allah son Kitabında hər şeyi detallı olaraq açıqladığını bəyan etdiyi halda o Kitabda nəyinsə olmadığını söyləmək Allaha atılmış iftiradır (bax: İsra 41, 89; Ənam 38,98, 105, 114, 125-126; Əraf 174; Hud 1 və bunlara bənzər bir çox ayə var). Öyrənmək istəyən və ixtilaflar arasında doğrunu tapmaq istəyən istədiyi zaman bunu Kitabda tapa biləcək. Önəmli olan ağlını istiazə edərək Kitaba yönəlməkdir. Bildiyin bir yanlışı doğru olaraq qəbul edirsənsə təbii ki, onun əksini isbat edən ayələri görə bilməyəcək, daha doğrusu görmək istəməyəcəksən.

P.S. İslam insanlığın dinidir. İnsanlar bu dində ixtilafı Kitaba baxaraq düzəltdiyi müddətcə doğru dinin doğru təqibçiləri ola biləcək, məzhəblərə parçalandıqları kimi dinə də parçalanaraq bir – birindən qopmayacaqlar. Ortaq bir dinin ortaq mənsublarıyıq. Allah bizim üçün din olaraq İslamı seçib. Biz özümüz üçün yeni bir seçməyək.




*Maidə 6, Nisa 43 - Dəstamaz;
Nud 114, Bəqərə 238, İsra 78 və s. Namazın vaxtları;
Bəqərə 144 və 150 Niyyət və Kəbəyə yönəlmə
Əraf 26 və 31 Örtünməni əmr edən ayələr
İsra 110-111 Təkbiri əmr edən ayələr
Qiyam, qiraət, rükü. səcdə, qadəi axirəni əmr edən ayələr üçün baxın: Bəqərə 43, Ali İmran 191, Həcc 77, Zümər 9, Fəht29 , Ənkəbut 45, Müzzəmil 20 kimi ayələrə baxa bilərsiniz. Rəsulullah bu ayələrə istinad edərək namaz qılmış və biz də onun mütavatir sünnətinə tabe olaraq, başqa sözlə desək bu ayələrə uyaraq namaz qılırıq.
* Daha ətraflı saytdakı Namaz vaxtları məqaləsini oxuyun

Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka