Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KİTAB ƏHLİ

[ Müxtəlif / 2487 dəfə baxılıb ]   
|
 
Qurani Kərimdə sıx-sıx rastladığımız «kitab əhli» kəlməsi yəhudi və xristian kimi kitab verilənlər üçün istifadə edilir və bir çox ayədə onların yeni göndərilən nəbini qəbul etmədikləri, Allahın qanunlarını heçə saydıqları vurğulanaraq tənqid edilirlər. Lakin ayələrdən kitab əhlindən az bir qrupun iman edənlərdən olduğunu da öyrənirik (Maidə, 66; Ali İmran, 110). Demək ki, kitab əhli içində həm mömin olanlar, həm cahil və kafir olanlar, həm də münafiq və fasiq olanlar da vardır.

Quran tamamlanmış, din İslam olaraq birlənmişdir. Bu gün artıq biz də kitab əhliyik. Bizim də bir kitabımız, bu kitabı təbliğ edən bir Rəsulumuz vardır. Bu gün yəhudi və xiristianların düşüdüyü tələyə biz də düşürük. İçimizdən çox az bir qismi iman etmiş, geridə qalanlar özlərini müsəlman hesab etsələr də islamın önə sürdüyü qanunlara əməl etmədən yaşayır, kitab əhlinin qınandığı halları tətbiq edirlər. Artıq aramızda heç bir fərq qalmayıb. Biz eyni yoldan getdiyimiz halda yolumuzun başqa, fərqli olduğunu zənn edərək sadəcə və sadəcə özümüzü azdırırıq.

Onlar Allah yerinə din adamlarını Rəbb hesab etdilər. Biz şeyxlərimizi, mürşidlərimizi, hocalarımızı…
«Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır». (Tövbə, 31)
Aramızda nə fərq var ki?

Onlar iman etmək üçün möcüzə görmək istədilər. Eynisini biz də istəmirikmi? (İsra, 89-93)
Olmayan möcüzələri Rəsula istinad edir, onu «möcüzəsi» ilə qəbul edirik. «Möcüzə göstərə bilməyən bir Rəsula» inanmırıq, inanmadığımız üçün də qəlbini yarıb 4 yaşındakı bir uşağın qəlbində kir axtarırıq. Ayı ikiyə bölür, bölünmüş ayı dinin isbatı hesab edirik. Dilindən qeyb xəbərləri uydurur, uydurduğumuz xəbərlərə özümüz də inanırıq.
Aramızda nə fərq var ki?

Onlar Allahın ayələrini inkar edər, onu qəbul etmək istəməzlər. Biz də nəfsimizə xoş gələn ayəni qəbul edir, cənnət xəyalı ilə yaşayır, nəfsimizin ağır gəldiyi ayələri görməzdən gələrək, Allahın bağışlayan olmasına ümid edirik.
Aramızda nə fərq var ki?

Onlar bir – birilərinə qarşı duyduqları kin və nifrətə görə qardaş qanı axıtmaqdan çəkinməzlər (Bəqərə, 84-85) Biz də eynizsini etmirikmi? Məzhəb davası əsrlərdi davam edir. Hələ də Cəməl və Sıffın döyüşlərində ölür və öldürürük. Bitməyən bir savaşımız var və o savaşda qardaş qatili olduğumuzu unudaraq savaşırıq.
Aramızda nə fərq var ki?

P. S. Biz də artıq bir kitabın əhliyik. Lakin nədənsə hər birimiz eyni kitabı oxuyub fərqli qənaətlərə varırıq. Allah, «kitab əhli» olsa da kitabın sahibi olmayana «kitab yüklü eşşək» (Cuma, 5) deyir. İnsan olmaq istəyən sırtında nə daşıdığını biləcək. Beli kitabın ağırlığından deyil, daşıdığ yükün məsuliyyətinin ağırlığından büküləcək. Kitabı sadəcə belində deyil, eyni zamanda qəlbində də daşıyacaq, ayələrə daşınması ağır bir yük kimi deyil, bir nicat kimi baxacaq. Yükünü deyil, özünü cənnətə daşıyacaq. Bir kitaba sarılaraq uyumağı, bir kitabı yaşayaraq oyanmağa tərcih edəcək. Öpüb gözünün üstünə qoyduğu kitabı rəflərdən endirərək həyatına qatacaq. Ya insan olacaq, ya da Allahın Cuma surəsi 5-ci ayəsindəki tərifinə uyacaq.
Etdiyi seçimlə aradakı fərqi ortaya qoyacaq və aramızda mütləq bir fərq olacaq
.


Rügar Kəskin/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:50
GÜNƏŞ07:20
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:59
MƏĞRİB [ 3 rükət ]18:28
İŞA [ 4 rükət ]19:53
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka