Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜNAFİQ

[ Müxtəlif / 2624 dəfə baxılıb ]   
|
 
Qurani Kərim inanc baımından insanları bir neçə qrupa ayırır: cahillər, fasiqlər, münafiqlər, müşriklər, kafirlər, müsəlmanlar, möminlər… Hər bir qrup haqqında Allah detallı məlumat verir, cahili kafirlə, münafiqi müşriklər eyni tutmağımızı istəmir. Bu qrupdakılar hər birinin özünü necə «adlandırmasının» əhəmiyyəti yoxdur. Önəmli olan Allahın onu necə adlandırmasıdır. Allah isə əməllərə və qəlbdəki hallara baxaraq bizə ad qoyur. Allahın bu ad verməsi ilə də axirətdəki məqanımız müəyyənləşir.
Bu məqalədə münafiqlərdən danışmaq istəyirik. Çünki kafirlər, müşriklər, cahillər qrupu içərisində ən təhlükəli olanı münafiqlərdir. Nədən deyə sormayacaqsınız hər halda. Amma mən yenə də cavab verim. Çünki onlar mömin kimi görünür, bir çox halda ibadət edir, lakin şeytanı ilə təkbətək qalanda gerçək kimliyi üzə çıxır. O şeytanı ilə tək qalanda onu yalnız Allah görür. Çünki O «Göylərdə və yerdə olanların hamısını bilir; sizin gizlətdiklərinizi də, açığa çıxardıqlarınızı da bilir. Allah qəlblərdə gizli olanları biləndir» (Təğabun, 4).
Münafiqlər əslində imanında problem olan insanlardır. Belə ki, onlar «Biz Allaha və axirət gününə iman etdik» deyərlər, halbuki inanmış deyillər». (Bəqərə, 8) İnanmaq inandığ ilə əməl etməyi tələb edir. Allaha iman eyni zamanda axirətə inanmağı da bərabərində gətirir. Biz sadəcə Allaha inanmaqla mükəlləf deyilik, eyni zamanda Ona bir hesab verəcəyimizə də iman gətirməli, zalımın zülmünün məzlumda qalmayacağına inanaraq zülmdən çəkinməliyik. Münafiqlər iman ediklərini sadəcə söyləyirlər:
«Bir surə endirildiyində onlardan bəzisi «bu, hansınızın imanını artırdı?» deyərlər…» (Tövbə, 124)
«İman edənlərlə qarşılaşdıqları zaman: «İman etdik» deyərlər. Şeytanları ilə baş-başa qaldıqda isə deyərlər ki: «Şübhəsiz sizinlə bərabərik. Biz sadəcə onları lazğa qaoyuruq» (Bəqərə, 14)
əslində isə onlar «…O böyük Allaha iman etmirlər» (Haqqa, 33).
və iman etmədikləri halda isə «mömin» kimi görünməyə çalışırlar: «insanlardan elələri vardır ki, «Biz Allaha və axirət gününə iman etdik» deyərlər, halbuki inanmış deyillər». (Bəqərə, 8); «Münafiqlər sənə gəldikləri zaman: «Biz həqiqətən sənin Allahın rəsulu olduğuna şahidlik edirik» dedilər. Allah bilir ki, sən əlbəttə Onun elçisisən. Allah, şübhəsiz münafiqlərin yalan söylədiklərinə şahidlik edər» (Münafiqun, 1)
çünki onlar «Allahı və iman edənləri aldatmağa çalışarlar. Halbuki onlar sadəcə özlərini aldadırlar və bunu idrak belə etmirlər» (Bəqərə, 9)
halbuki onlar möminlərin düşmənləridir. «Onlardan çoxunun inkar edənlərlə dost olduğunu görərsən…» (Maidə, 80); «Onlar möminləri buraxıb kafirlərlə dost olarlar…» (Nisa, 139)
və onlar şeytanın təsirinə düşənlərdir: «Şeytan onları ehtiva etmişdir: beləcə onlar Allahın zikrini unutmuşlar. Onlar şeytanın qövmüdürlər…» (Mücadilər, 19)
ən əsası isə Allahdan deyil insanlardan qorxarlar: «…onlardan bir qrup insanlardan Allahdan qorxan kimi, hətta daha şiddətli bir qorxu ilə qorxarlar…» (Nisa, 77)
Allahı deyil insanları razı salmaq istəyərlər: «Onlardan razı qalmağınız üçün Allaha and içərlər…» (Tövbə, 62)
Allah yolunda mücadilə etməz (Nisa, 66; Tövbə, 81; Ali İmaran, 167…);
Allahı çox az zikr edər (Nisa, 142; Mücadilə, 19);
Allahın bəyəndiklərini bəyənməz (Zuhruf, 78; Muhəmməd, 28; Tövbə, 81);
İstəksiz bir halda ibadət edərlər (Tövbə, 54; Nisa, 142)…

Münafiqlik bir tərcihdir, yəni bir həyat tərzi, bir dünyagörüşüdür. Münafiq olan özünü münafiq deyil, mömin zənn edər, imanını heç bir zaman sorğulamaz, Allahı düşünmədiyi kimi, axirəti də düşünməz. İbadət ritualdan başqa bir məna kəsb etməz. İbadəti ritual olaraq gördüyü üçün də onu rahatlıqla tərk edə bilər.
Nəticəsi?
Cəhənnəmin ən aşağı təbəqəsində olmaları. Allah münafiqi kafirdən daha çox cəzalandıracaq. Çünki kafir küfr etdiyini görür və göstərir. İman etdiyi həyat tərzini yaşayır, münafiq isə Allaha iman etdiyini iddia etdiyi halda kafir kimi yaşayır və bunu dindənmiş kimi təbliğ edir.
«Həqiqətən münafiqlər atəşin ən alçaq təbəqəsindədirlər. Onlara yardım edən tapa bilməzsən» (Nisa, 145)
«Münafiqlər üçün müjdə ver: Onlar üçün həqiqətən dəhşətli bir əzab var» ( Nisa, 138)


Əlif / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka