Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜMMƏTİ MUHƏMMƏDİ DƏVƏT

[ Aktual / 3661 dəfə baxılıb ]   
|
 
Yaşadığımız dünyada iki ümmət var, daha doğrusu iki ümmət olmalıdır: ümməti Muhəmməd, ümməti dəvət. Ümməti Muhəmməd olanlar ümməti dəvət olanları da öz yollarına, öz cığırlarına və ən nəhayət cənnətə dəvət etmək üçün əzm göstərir, Allah yolunda bir çaba sərf etmək istəyirlər. Bu çox gözəl, çox xoş bir hissdir. Bu dünyada Allaha dəvətdən gözəl nə ola bilər ki?
Amma…

Amma bu işin çox böyük sorunu, problemi var. Çünki görünən odur ki, ilk öncə ümməti Muhəmmədin özünə dəvət edilməlidir. Onun özünü gerçəklərə, haqqa və Qurana dəvət etmək lazımdır. Toplumda Qurandan xəbərsiz, Quranın söylədiklərindən uzaq bir ümmət daha var. Özlərini ümməti Muhəmməd sayanlar, lakin Muhəmmədin təbliğ etdiyi dindən uzaq olanlar: İslama Quran qapısından deyil, qaçaq yoldan, divardan aşaraq pəncərədən girənlər…
Bu dini bizə Allah öyrətdi, indi Allahın özünə din öyrədənlər var.

Allah haramları saydı, halala haram deməyi yasaqladı. Onlar haramı hallalaşdırıb, halalı haram elan etdilər. Yox, yanlış anlamayın Allahın haram dediyi yeyəcəklərə halal demədilər. Allahın halalı haram etməyin əmrini görməzdən gəlib yeni fətvalar ürətdilər. Allah ibadətin şərtini, səbəbini açıqladı. Onlar sadəcə necəliyi ilə uğraşıb, əlin-ayağın namazdakı şəklini müzakirə etdilər. Allah orucun fərzliyini bizi təqvaya yaxınlaşdıra bilməyi ilə izah edərkən onlar oruc tutmamağın yollarını, üsullarını, bəhanələrini uydurdular. Allah həccin bir hicrət olduğunu söylədi, onlar həcci imkanların göstəriş məkanına çevirdilər. «Endirilən din» beləcə «uydurulan dinə» çevrildi. Hər kəs bir fətva verdi, hər kəs birinə qarşı çıxmaq üçün din uydurdu. Allahın dedikləri unuduldu, insanların dedikləri şüara çevrildi…

Gerçək ümməti Muhəmmədin ən böyük problemi, ən böyük çabası əslində ümməti bu saxtakarlardan xilas etmək, onlardan təmizləməkdir. Onların din deyə təbliğ etdiyi xurafatdan təmizləmək 14 əsr öncə Məkkə toplumda yaşamış kafir və cahillərdən təmizləməkdən daha çətindir. Çünki Məkkəli sələfləri özlərinin başqa dini olduğunu qəbul edirdilər. «Atalarımızın, babalarımızın» dini üzrəyik deyərkən özlərini islama nisbət etmirdilər, indiki varisləri «ataları, babaları» hesab etdiklərini Allahın önünə keçirdilər.
Gerçək ümməti Muhəmməd ilk öncə Quranı oxuyur, anlayır, sonra qəbul edərək yaşayır. Saxta ümməti Muhəmməd ilk öncə İslamı qəbul etdiyini bəyan edir, özünü bir məzhəbə, bir təriqətə, bir alimə bağlayır, sonra o alimin, o təriqətin, o məzhəbin dediklərini koru-koruna icra edir, həyatında bir dəfə də olsun Quran oxumaq zəhmətinə qatlaşmır. Çünki o təriqət, o məzhəb, o alim onları inandırmış ki, «siz oxuya bilməzsiniz, siz anlamazsınız…» Bir sözlə onlar, «ağılsız» olduqlarına iman etmişlər. Ağılsız olduqları üçün də heç bir ağıllı sözü dinləyə bilmirlər, anlaya bilmirlər. Anlamaq, dinləmək, yaşamaq üçün ağılları çatmır və öz pisliklərinin içində boğulurlar (Yunus, 100).
Gerçək ümməti Muhəmməd ümməti dəvət olan qardaşlarını artıq unudub. Onun dərdi indi bu toplumu saxta ümməti Muhəmməddən təmizləməkdir. Quranı anlatmaq, Allahın söylədiklərini xatırlatmaq, doğruya, haqqa çağırmaq o qədər çətin olub ki. Ona Allahın nə dediyini söyləyirsən o aliminin, şeyxinin, mürşidinin nə dediyini soruşur. Sən Allah deyirsən, o Buxari, Müslim, Cəfəri deyir. Sən Allahın kitabını dəlil gətirirsən o hədis kitablarındakı mürsəl, saz, məğzi hədislərdən danışır. Sən səhih hədisin sadəcə Quranla anlaşıla biləcəyini bəyan edirsən o sənin gözünə hədis kitablarının üstündəki «səhih» kəlməsini soxur. Buxarinin kitabını kim yazdı deyə soruşursan, cavabını bilmədiyi üçün səni ittiham edərək tərk edir…

Bu saxtakar ümməti Muhəmməd sadəcə evində otursa öz saxta dinini özü üçün yaşasa bəlkə də dərd olmaz, unudulub gedərlər. Lakin yox, onlar öz saxta dinlərinin təbliğinə o qədər alüdə olublar ki, zavallı ümməti dəvəti də azdırırlar.
Məkkəli sələfləri kafir idi, cahil idi, çarpışdı, vuruşdu ən sonunda tuləka oldu.
Münafiqlərsə heç bir zaman dəyişmədi. Danışığı xoş gəldi, namaz qılınışı aldatdı, şeytanı ilə təkbətək qalanda isə ən əzazil düşmən oldu. Namazın içini boşaldıb, gündə beş vaxt feli ibadətdən gündə beş qəqiqə zikri ibadətə çevirdi. Təsəttürü təqva libasından uzaqlaşdırıb bir parça bez səviyyəsinə endirdi. Bağlayan niyə bağladığını anlamadı. Açan nə üçün açdığını bilmədi. Din də, dindarlıq da sadəcə bir oyun oldu. Bu gün «dindarlıq» oynandı, sabah «qəlbim təmizdir» havası çalındı. Bu gün İslam üçün bədəl verildi, sabah «mən Allahı dərk etdim» havalarına girildi. Səbəb? Quranı anlamadan, dinləmədən, öyrənmədən müsəlman olduğunu sanmaq…
Saxta ümməti Muhəmmədin saxta alimləri də çoxaldı. Əli qələm tutan özünə «fikir və düşüncə yazıçısı» dedi. Fikirləşmədən, düşünmədən arxasına düşüb gedənlər artdıqca o «salih əməl» sahibi olduğuna inandı. Allah cənnətə dəvət etdi, o cənnət adı altında cəhənnəm sundu. Allah geyindirdikcə, o soyundurdu. «Çılpaqlar» Allahın kitabını oxuyaraq geyindi, «geyinmişlər» onların kitabını oxuyaraq soyundu. Onlar Allahla bir oyun oynadı, bu oyunda mağdur olan «ümməti dəvət» oldu.

P.S. Gələn nə üçün gəldiyini bilməli, gedən nə üçün getdiyini bilməli. Gələrkən düşünməyənlər, gedərkən də düşünməzlər. Emosiyaları onlara «oyun» oynadar. Hansı hava çalınırsa çalınsın onlar yenə «heyvagülü» rəqsinin ritminə oynarlar.


Rüzgar Kəskin /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:38
GÜNƏŞ06:30
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:04
İŞA [ 4 rükət ]22:50
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka