Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DƏSTƏMAZ

[ Müxtəlif / 5542 dəfə baxılıb ]   
|
 
Namaz, eyni ilə oruc, zəkat kimi bütün dinlərin ortaq ibadətlərindən biridir. Namazla bağlı ayələrə baxsaq bütün nəbi və rəsulların göndərildikləri toplumları namaza çağırdığına şahid olarıq. Bizdən öncəki toplumlarda namaz varsa demək ki, eyni zamanda dəstəmaz da vardır. Rəsuldan (sas) gələn hədislərdən də bunun şahidi oluruq: «Bir gün Rəsulullah (sas) su istədi və dəstamaz orqanlarını bir dəfə yudu. Sonra buyurdu ki: «bu, insanın elə bir dəstəmazıdır ki, onu almazsa Allah heç bir namazını qəbul etməz». Bundan sonra o orqanlarını iki dəfə yuyaraq dəstəmaz aldı və buyurdu ki: «bu elə bir dəstamazdır ki, Allah ona iki qat savab yazır». Sonra o orqanlarını üç dəfə yudu və dedi ki: «bu mənim və məndən öncəki nəbilərin dəstəmazıdır»*
Rəsulun söylədiyindən öyrənirik ki, Məkkə toplumu dəstəmazın nə demək olduğunu bilirdi və ilk günlərdən namazlar dəstamazlı olaraq qılınırdı.
Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Məkkə toplumu dini ritüəllərin davamlı icra olunduğu bir topluluq idi. İslam o torpaqlara 610-cu ildə gəlməmiş, o ildə Abdullah oğlu Muhəmməd Allah tərəfindən seçilərək ona rəsulluq və nəbilik görəvi verilmişdir. Quranla da sabitdir ki, bu toluluğun içində namaz qılanlar, oruc tutanlar, zəkat verənlər, həcc edənlər var idi və olması da gözlənilən bir haldır ki, İbrahim Kəbənin divarlarını ucaldarkən bu diyarda hər zaman ibadət edənlərin olması üçün Rəbbinə dua etmiş, Allah da onun duasını qəbul etmişdir.

Onu da qeyd edək ki, bu dəstəmaz dilimizə digər ibadət kəlmələri, - namaz, oruc, - kimi farscadan keçib. Kəlmə ərəbcədə «gözəllik və təməzlik» mənasına gələn vudu sözü ilə ifadə olunur. Hədislərdə bu şəkildə zikr olunan bu ifadə Qurani Kərimdə keçmir. Fikhdə dəstəmaza təharət-i suğra (kiçik təmizlik), qüsula isə təharət-i kübra (böyük təmizlik) deyilir. Dəstamaz almağı vacib edən hallara hadəs-i asğar (kiçik kirlilik), güsulu vacib edən hallara isə hadəs-i əkbər (böyük kirlilik) deyilir.

Məhzəblərə görə dəstəmaz
1) Hənəfi məhzəbində dəstəmazın fərzləri dörddür. Bunlardan üçü yumaq, biri məsh etmək: əli, üzü və ayaqları yumaq, başı isə məsh etmək. Məhzəb içində əsas ixtilafi mövzu dirsəklərin və ayaq biləyinin sümüklərinin də yuyulub yuyulmamasıdır. Bir çoxu kəsinliklə yuyulmasını iddia edərkən, digərləri də bunun sadəcə bir sınır olduğu qənaətindədir və dəlil olaraq «orucu gecəyə qədər tutun ayəsində» ila kəlməsinin bir sınır olduğunu irəli sürür və onlara məhzəb içindən digər dəlillərlə ila'nın mə anlamına gəldiyini söyləyənlər olmuşdur. Böyük çoxunluğun qənaəti yumaq olduğuna görə Hənəfi məhzəbində dirsəklərin və ayaq biləklərinin sümükləri yumanın içinə daxildir. Başın məshi ilə bağlı hənəfi məzhəbi dəlillərini Rəsulun sünnətinə dayandıraraq başın ön hissəsini, yəni 4/1-ini məsh edildiyi təqdirdə məshi tamamlanmış hesab edirlər. Digər bir dəlillə də Rəsulun başındakı örtünü çıxarmadan məsh etdiyini nəzərə alaraq üç barmaq yeri qədər məsh edildiyi təqdirdə də məshi tamamlanmış qəbul edirlər.
Hənəfi məzhəbində dəstamazın sünnətləri nələrdir? Birinci yerdə yuxudan duran insanın ilk öncə əllərin üç dəfə yuyulması şərti var. Daha sonra bəsmələ çəkməyi də sünnət hesab edənlərin yanında məhzəb içindən bunun sünnət deyil, müstahab olduğunu da söyləyənlər də olmuşdur. Daha sonra dişlərin mısfaklanması, ağıza və buruna su almaq da dəstəmazın sünnətlərindəndir. Dəlil olaraq yenə Rəsuldan hədis nəql edirlər. İki qulağı məsh etməyi də sünnət olaraq qəbul edir və qulaqların da başın bir parçası olduğunu söyləyirlər. Dəstamaz alan saqqallı isə, saqqalların hilallanmasıdır (su ilə ovulması). Yəni saqqaldan üzün dərisi görünürsə suyun üzün görünən qisminə toxunması, gur saqqaldırsa və altındakı dəri görünmürsə saqqalı üzdən hesab edirlər, altına su keçirməyi müstəhəb qəbul edirlər. Dəstamaz orqanlarını üç dəfə yumaq sünnətdir. Başın tamamını yumaq müstəhəbdir, niyyət etmək, ayənin tərtibinə görə yuyunmaq, boynu məsh etmək, sağ tərəfdən başlamaq, araya heç bir fasilə qoymadan ardı-ardına orqanların yuyulması müstəhəblərdəndir.

2) Şafi məhzəbində dəstamazın fərzi altıdıdr: 1. Niyyət. Şafi məhzəbində niyyət önəmlidir və məzhəbin şərtinə görə suya toxunmadan niyyət etmək lazımdır, suya toxunduqdan sonra xatırlansa əlləri yumadan öncə və dəstamaz almanın sonuna qədər bu niyyətlə orqanların yuyulması şərtdir. Şafi məhzəbinə görə dillə iqrar etməyin vacibliyi yoxdur, qəlblə niyyət edilərsə yetərli hesab olunur. Niyyətin özəlliklə yapılacaq əmələ bağlı olmasını şərt qoşmuşlar. Məhzəb alimlərinin ortaq qənaətinə görə əgər Quran oxumaq üçün dəstamaz alınmışsa o dəstamazla namaz qılına bilməz, namaz üçün yeni bir dəstamaz vacibdir. QUrana görə isə sadəcə namaz üçün dəstamaz fərzdir və dəstamaz namazdan başqa heç bir ibadətin rükünlərinə daxil deyil. Quran oxumaq üçün isə Nahl, 98 yeganə bir şərt qoşur; qovulmuş şeytandan Allaha sığınmaq.
2. Üz yumaq. Saç bitimindən çənə altına qədər, eni isə qulaqlara qədər. Qaş, bığ, saqqalın altına su mütləq keçməlidir. Tük nə qədər gur olsa da su üz dərisinə toxunmalıdır. Saqqal çox uzun olarsa onun sadəcə üstünü yumaq yetərlidir. 3. Əlləri yumaq. Məhzəb alimləri dirsəklərin də mütləq yuyulmasını şərt qoşurlar. 4. Başı məsh etmək. Şafilərdə 2 görüş var: birincisi saçın ən azı üç telinin məsh edilməsi, ikincisi isə başdan hər hansı bir tərəfə toxunmaqla o əmrin yerinə yetiriləcəyi hökmüdür. Şafilərdə başın üzərində hər hansı bir örtü varsa, - hicab, sarıq, - onun üzərinə məsh qəbul edilmir. Mütləq saça bir şəkildə barmaqların toxunması şafilərə görə şərtdir, bundan sonra üstəki sarığa məsh etmək müstəhəbdir. 5. Ayaqdakı sümüklərin də yuyulması şərtdir. 6. Anladılan sıraya uyulması. Dəlil olaraq maidə surəsindəki ayəni göstərmişlər. Üzə ən yaxın orqan baş olduğ halda Allah sırlamada onu əllərdən sonra zikr etmişsə demək ki, bu sıralama önəmlidir, demişlər. Halbu ki, ayədə ilk ikisi yumaq, son ikisi məsh olduğu üçün belə bir sıralama olması daha məqbul görünür.
Ağıza buruna su vermək, araya su keçməsini təmin etmək üçün saqqalı hilallamaq, başın tamamını məsh etmək, qulaqları məsh etmək, dəstamaz orqanlarını iki və üç dəfə yumaq (biri dəfə yumaq fərzdir), sağdan başlayaq getmək şafi məzhəbində sünnətlərə daxildir. Bəsmələnin sünnət olub olmaması məzhəb içində ixtilaf mövzusudur. Ağıza və buruna çox su vermək, dəstamaz duaları Şafilərə görə dəstamazın heyyətləri/müstəhəblərindəndir. Boyunu məsh etmək məsələsi də ixtilafi mövzulardandır, məhzəb içində sünnət deyənlərlə yanaşı məkruh deyənlər də olmuşdur.

3) Əhməd b. Hanbəli məhzəbində fərzlər beşə ayrılır. 1. üzü yumaq, ağız və burun üzdən qəbul edildiyi üçün onların da yuyulması (ağıza və buruna su verilməsi) da fərzlərdən hesab olunur. Hanbəlilərin əksinə olaraq Hanəfi məhzəbində ağız və burun üzün xaricindən hesab edilir və dəlil olaraq da orucda ağıza su almağın orucu pozmadığını, su boğazdan aşağı getdiyi təqdirdə orucu pozduğu üçün onları üzdən hesab etməmişlər. 2. Dirsəklər daxil olmaqla qolları yumaq. 3. Başın tamamının məsh ediləcəyini söyləmişlər. Bir qisminin məsh edilməsini doğru qəbul etmirlər. Üzü yuyarkən tamamı nəzərdə tutulduğu kimi, başı da məsh edərkən tamamı nəzərdə tutulmalıdır, demişlər. 4. Ayaqları yumaq da hanbəli məhzəbinə görə fərzdir. 5. Sıralamaya uymaq da fərzlərdən hesab olunur.
Namazda niyyət fərz deyil, lakin şərt hesab edilir. Təyəmmümdə, qüsulda və dəstamazda niyyəti şərt olaraq qəbul edirlər. Saqqalı və barmaqları hilallamaq, bəsmələni, misfaqı, 2 və ya 3 dəfə əzaların yuyulmasını, başı iki əllə arxara və önə iki əllə məsh etməyi sünnət hesab edirlər.

4) Maliki məhzəbində yeddi fərz var. Ayələrdə keçən fərzlərlə yanaşı Malikilər də niyyəti, başın tamamını sonuna qədər məhs etməyi şərt qoşular. Başın öndən arxaya məsh edilməsi fərz, daha sonra əlin arxadan önə gətirilməsi isə sünnətdir. Su qurumadan bütün əzaların yuyulması və ovalanması (hilallama) fərzlərdir. Əllərin dəstamazdan öncə dirsəklərə qədər yuylması sünnətdir. Bundan sonra fərzlər başlamalıdır. Malikilərə görə boyunu məsh etmək məkruhdur, fərzlərin tərtibinə əməl etmək, hər əzanın 3 dəfə yuyulması, qulaqlara məsh, hər dəfə yeni su alıb yuyulması (qabdan su götürüləcəksə) sünnətdir. Bir qabla su tökülərək dəstamaz alınacaqsa qabın soldan verilməsi, su ləyəndən götürülərək dəstamaz alınacaqsa ləyənin sağda olması, dişlərin misfaqlanması müstəhəbdir. Hər bir əzanın yuyulmasına öndən başlamaq lazımdır. Məsələn üz çənədən yuylmaz, alından başlanacaq.

5) Şiə məhzəbinin dəstamaz barəsində Şafilərlə bənzərliyi vardır. Fərz onlarda da yeddi dənədir. Niyyət şiə məhzəbində də fərzdir. Əllərin dəstamazdan öncə yuyulması sünnətdir. Əli yumadan öncə niyyət caizdir, üzü yumadan öncə isə fərzdir. Niyyət dəstamazın sonuna qədər fərzdir. Şiə məhzəbində ayaqları yumaq deyil məsh etmək fərz hesab olunur. Üzün yuyulmasında orta barmaqla baş barmaq arası məsafə fərzdir, üz qulaq dibinə qədər yuyulmasa da olar. Dirsəklərin yuyulması da vacibdir. Başın 3 barmaq qədər məhs edilməsi ilə əmrin yerinə yetirildiyi qəbul edilir, sarıq və ya hicabın üstündən məhs olunmasını şiə məhzəbi doğru hesab etmir. Eyni zamanda corab üzərindən məsh də şiə məhzəbində qəbul olunmur. Məhzəbin qənaətinə görə məsh sadəcə çılpaq ayaqlara olunmalıdır və topuq sümüklərinə qədər deyil ayağın yüksəkliyə qalxan hissəsinə qədər (ortada) məsh edilməsini yetərli hesab edirlər. Tərtib şiə məhzəbində də tərtib önəmlidir. Hər bir əzanı yumağa sağdan başlamaq lazımdır, ayaqların məshində isə sol ayaqdan başlamağa izin verilir. Əzaların bir dəfə yuyulması fərz, iki dəfə yuyulması sünnət, üç dəfə yuyulması isə bidət hesab olunur. Dəlil olaraq biz imamlardan belə gördük demələri və imamlarının əsala yanılmayacağı qənaətindədirlər. Qulaqlarda sırğa varsa onun fırladaraq arasına su keçirmək lazımdır. Özü dəstamaz ala bilərkən qaşqasının yardımı ilə dəstamaz aldırılması məhzəb alimlərinə görə qəbul olunmur. İdrar və yelini tuta bilməyənlərə hər namazda ayrıca dəstamaz alınmasını məsləhət bilmiş, bu mümkün olmadığı zaman (bu bir xəstəlik halı isə) onların dəstamazsız namaz qıla biləcəklərinə şiə məhzəbi izin vermişdir. Orqanların fasilə verilmədən yuyulması da şiə məhzəbində fərz qəbul olunmuşdur.
Bəsmələ çəkmək, ağız və burunu yaxalamaq, ləyənin soldan qoyulması, suyun sağ əllə alınması, əlləri yumaq, hər əzanı yuyarkən dua etmək, dişləri misfaqlamaq sünnətdir. Dəstamaz aldıqdan sonra dəsmalla əzaları qurulamaq şiə məhzəbində məkruhdur.


Qurana görə dəstəmaz.

Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı. Cünüb isəniz qüsl alın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. (Maidə, 6)

Ayəni əsas alaraq və Rəsuldan gələn hədisə də istinad edərək deyə bilərik ki, dəstamaz almaq namazın şərtlərindən biridir.
«Heç bir namaz təharətsiz (qüsül/dəstamaz) qəbul olunmaz»**
«Dəstamazı pozulan biri yenidən dəstamaz almadıqca namazı qəbul olunmaz»***
Rəsulullah əzalarını üç dəfə yudu və belə dedi: «Dəstamaz belə alınır! Kim buna bir əlavə edərsə həddi aşar və zülm edər»****
Ayə və hədislərə baxılarsa dəstamazın 4 fərzi vardır:
1. Üzü yumaq
2. Dirsəklərlə bərabər qolları yumaq
3. Başı məsh etmək
4. Ayaqları yumaq/məsh etmək.

Ayaqların yuyulması yoxsa məsh edilməsi barəsində üləma arasında ixtilaf yaşanmışdır ki, yuxarıda məhzəblərin görüşlərində də bunu söylədik. Ayədə ayaqlarınızı yuyun deyə bir əmr yoxdur. Başın məsh edilməsindən sonra isə "ayaqları da" ifadəsi gəlir. Quranın Rəsuldan bir neçə il sonra kitablaşdığını bilirik. Ayələrə hərəkələr qoyulması isə təxminən hicri 150 -ci ilə təsadüf etdiyindən əldəki kitablarda yuyun əmri kimi oxunur. Rəsuldan gələn bir çox hədislərdə onun məsh etdiyinə dair dəlil vardır. Bəzi üləma çılpaq ayaqların yuyulmasını, corabla olduğu təqdirdə isə məsh edilməsini çıxış yolu olaraq təqdim etmişlər. Doğrusunu təbii ki, Allah bilir. Lakin bizim də qənaətimizə görə burda yumaq deyil məsh əmri vardır.

Belə ki, Rəsul, sarıq üzərindən məhs edilməsində də heç bir beis görməmişdir. Rəsulullahdan gələn bir hədis buna dəlildir: «Rəsulullah (sas) bir səriyyət (əsgəri birlik) göndərmişdir. Onlar şiddətli bir soyuğa tutuldular. Rəsulun yanına gəldiklərində o onlara sarıqlarının və ayaqqabılarının üzərindən məsh etmələrini əmr etdi» (Əbu Davud, Təharət, 58). Bu hədisi dəlil alaraq üləma demiş ki: açıq məkanlarda dəstamaz almaq məcburiyyəti olduğu zaman xanımlar da başlarına hicab üzərindən məsh edə bilərlər.


Ardı var.

*İbn Macə, Təharət, 47: Əhməd b. Hanbəl, 2/297
** Müslim, Təharət, 2/224; Tirmizi, Təharət, 1…
***Buxari, Hiyel, 2; Müslim, Təharət, 2/225
**** Əbu davud, Təharət, 51

Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka