Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NAMAZ YOXSA SALAT?

[ Müxtəlif / 3122 dəfə baxılıb ]   
|
 
Namaz kəlməsi dilimizə Fars dilindən keçmiş bir sözdür, eyni ilə oruc, peyğəmbər kəlmələri kimi. Fars dilində işlədilən namaz ifadəsi Zərdüşlərin ibadətlərinin bir bölümünə verdikləri addır. Ərəb dilində namazın qarşılığı «Salat» kəlməsidir ki, dilimizdə çox işlədilmir, bir çoxları tərəfindən isə heç bilinmir. Lakin bu da danılmaz fakdır ki, Qurani qavramları əsli ilə bilmək lazımdır ki, harada nə mənada işlədildiyi aydın olsun. Salat kəlməsi tək başına işlədiləndə 19 yaxın mənaya gəlir: dua, dəstək, ibadət, ibadət edilən yer, Allahın rəhməti və s. Qurandakı «iqamə» kəlməsi də tək başına gəldiyi zaman yerinə görə fərqli mənalar qazanır. Lakin iqamə və salat ikisi bir yerdə gəldiyi zaman biz bu əmr namazı iqamə etmək olaraq anlayırıq. (bax: http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2185) Namaz əmri bir də «əs'salat» kəlməsi ilə ifadə olunur ki, bunun "namaz qıl!" ifadəsindən başqa tərcüməsi yoxdur.

Əhzab surəsinin 56 –cı ayəsində «Şübhə yoxdur ki, Allah və mələkləri nəbini dəstəkləyərlər (salat) edərlər. Ey iman edənlər! Siz də onu dəstəkləyin (salat edin) və onu ən gözəl şəkildə salamlayın» əmrində iki yerdə salat kəlməsi keçir ki, hər iki halda da bu ifadə dəstəkləmək mənasına gəlir. Burdakı salat kəlməsinə namaz qılmaq, ibadət etmək, dua etmək və s. mənalarını vermək doğru deyildir. Məhz burda dəstəkləmək mənası yerində işlədilmiş bir mənadır.

Bu yazımızda salat kəlməsinin dilimizdə ən yayğın olduğu mənası olan namaz üzərində dayanmaq istəyirik. Nədənsə toplumda keçmişi olmayan, tarixdən qoparılmış bir peyğəmbər təssəvvürü yayğındır. İslam deyilincə ağlımıza gələn 1400 il öncə başlamış bir tarixdir. Halbuki İslam insanlıqla yaşıddır və namaz bütün peyğəmbərlərin ümmətlərinə xasdır. Rəsula namaz əmri gəldiyi zaman o namaz nədir, necə bir ibadətdir deyə sual vermir. Dəstəmaz ayəsi kimi bildiyimiz Maidə surəsinin 6-cı ayəsi isə Mədinədə nazil olmuş bir ayədir. Deməli Məkkədə namaz qılınarkən Muhəmməd ümməti namaz üçün dəstəmaz almaq lazım olduğunu öncəki ümmətlərin namazlarından bilirdilər. Çünki Quranda zəkat qavramı da açıqlanmır: hansı maldan, nə qədər zəkat verilməsi gərəkdiyini heç bir ayədə görmürük. Oruc ayəsində də "sizdən öncəkilərə fərz olduğu kimi" ifadəsinə rast gəlirik. Həcdən danışarkən Allah 'bəlli aylda" ifadəsini işlədir. Hər kəs bəlli ayın Zülhiccə olduğunu öncəki ibadətlərdən bilir. İslamın tarixini 610 - ilindən sonra "başlatdığımız" üçün bir çox ayənin mənasını anlamaqda çətinlik çəkirik. Halbuki Allah bizə "sizdən öncəkilərə baxın" deyir. Biz öncəkilərlə əlaqəni kəsdiyimiz üçün onların da bizimlə əlaqəsinə mane olmuşuq. Bir Yəhudinin, bir Xristianın din anlayışından, ibadət anlayışından xəbərsiz yaşayırıq. Qurana öncəkiləri təsdiq edən kitab və tamamlanmış din kodeksi olaraq baxa bilmirik.

Qurani Kərimdən də bilirik ki, Rəsul öncəki vəhyləri təsdiq edən biri olaraq göndərilmişdir. Deməli öncəki dinlərdə olan təməl əsaslar bu din də öz əksini tapmalı idi və tapdı. Bu namaz sadəcə Muhəmməd ümmətinə xas olan bir ibadət deyil. Təhrif olunmuş digər dinlərə də baxsaq dəstamaz, namaz, oruc, təvaf və s. ibadətlərin onların dinində də olduğuna şahid olaraq. Yəhudi və buddistlərin ibadətdən/namazdan öncə əllərini və ayaqlarını yuduqlarını, bunu bir ibadət olaraq etdiklərini, xristianların bənzər hazırlıq keçdiklərinə şahid olarıq. Rüku, səcdə, dua kimi namazın rükünlarına digər dinlərdə də rast gəlirik. Zərdüşlərin gündə 5 vaxtda bizim namaz vaxtları ilə eyni zamanda atəşin kənarına düzülmüş narların ətrafına toplanaraq ibadət etdiklərini də tarixdən bilirik. Nar kəlməsinin ərəbcədə cəhənnəmin adlarından biri olduğunu, atəş mənasına gəldiyini də unutmamaq lazımdır.

Namazın tarixinin Adəmlə başladığını, qurban verən oğullarının qissəsisindən də anlayırıq. Özünü İbrahim peyğəmbərə nisbət edən bütün din mənsublarının isə mütləq bir şəkildə namaz qıldığını həm tarixdən, həm də Qurandan öyrənirik. İbrahimin bunun üçün dua etdiyini və duasını qəbul edən Allahın da Kəbənin bərpasından sonra oranın təmizlənməsinin xüsusi vurğulandığını da nəzərə almalıyır.
«Evimi təvaf edənlər, itiqafa girənlər, rükü və səcdə edənlər üçün təmizləyin» (Bəqərə, 125)
Eyni zamandan Beyyinə surəsi 1 - ci ayədə «Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər» dedikdən sonra 5-ci ayədə kitab əhlindən Allahın əslində nə istədiyi açıqlanır: «Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq (وَيُقِيمُوا الصَّلَاةَ) və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!».
Bəqərə, 3-cü ayədə də müttəqilərin özəlliklərinindən biri də namazı iqamə etmələridir. Bəqərə, 43 – cü ayəsində İsrailoğullarına xitabən də eyni əmri verir: namazı iqamə (وَيُقِيمُوا الصَّلَاةَ) edin…
Dindən bəhs edərkən 3 məvhumu unutmamalıyıq: tövhid, namaz və zəkat. Bunları bir - birindən ayırınca din Allaha xas olmur. Allahın din tərifi bu üçünün bir yerdə həyata təzahür etməsidir.


Quranda tez-tez rast gəldiyimiz hər salat kəlməsini namaz qılın olaraq anlamadığımız kimi, namazı iqamə edin ayəsini də "dua edin!" olaraq anlamamalıyıq. Allaha dua etmək bir ibadət olduğu kimi, namaz qılmaq da başqa bir ibadətdir və bu ibadətlər bir - birindən fərqlənir. Doğrudur namazda oxuduğumuz Fatihə surəsi bizə necə dua etməyimizi öyrətdiyi kimi, özü də başqan sona bir duadır. Kimdən və nə istəməyi öyrədən bir dua. Namaz isə bu dualın felə çevrilmiş halıdır.



Həvva Səlim /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka