Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DİN NƏDİR?

[ Aktual / 4688 dəfə baxılıb ]   
|
 
Dinin lüğət mənasına baxsaq onun yol, şəriət, millət, hesab, cəza, adət, itaət, hal və şəxsiyyət kimi mənalara gəldiyini görərik. Başqa sözlə «hər din bir həyat tərzidir və hər həyat tərzi bir dindir».

İslami düşüncə tərzində dinin tərifini versək deyə bilərik ki, din Yaradıcı ilə insanların və insanlar ilə bütün yaradılmışların münasibətlərini tənzimləyən sistemdir. Bu sistem sadəcə qul və Allah arasındakı münasibəti tənzimləmir. Bu sistem, insanın dünyada yaşadığı müddət ərzindəki həyatını, - insanlarla, toplumlarla, müsəlman və qeyri müsəlmanlarla, təbiətlə, nəfs və şeytanla, qanun və hökmlərlə, - nizamlamaqla yanaşı onu başqa bir dünyaya, oradakı həyata hazırlayır.

Din bir həyat tərzidir. Allahın hökmlərinə görə formalaşdırılan həyat tərzi təbii olaraq Allahın razı olacağı dindir.
Hər hansı bir toplumun,
Hər hansı bir camaatın
Və ya hər hansı bir fərdin dünya görüşü, getdiyi yol və həyat tərzi Allahın hökmlərinə görə formalaşırsa, bu toplum, bu camaat və ya bu fərd İslam dini üzərindədir.

İslamın hakim olduğu ölkələrdə İslamın sosial və iqtisadi ədaləti hər şeyi ehtiva edir. Allahın razı olacağı dini yaşayan toplumlarda Allahın hökmləri qarşısında hər kəs bərabərdir. Bu hökmlərdən azad olan, bu hökmlər qarşısında özəl və ya toxunulmaz olan şəxs və qruplar yoxdur.

Allahın qoyduğu qanunlardan narazı olanlar, insanları aldatmaq üçün Allah adına yalan uydurub, yeni qanunlar qoyanlar tarixin hər dönəmində olmuş, hər zaman da olacaqdır. Aləmlərin Rəbbi olan Allahın müəyyən zamanlarda rəsullar və nəbilər göndərməsinin də səbəbi budur. Parçalanmış, tərhif olunmuş, dəyişdirilmiş qanunları yenidən xatırlatmaq, yenidən bir sistem üzrə sabit tutmaq...

İnsanların haqq dini təhrif edərək və ya parçalara ayıraraq, hökmlər qoyaraq ortaya çıxardıqları bütün dinlər Haqq olan İslama görə batildir. Dünyada yaşanan və yaşayan yeganə din İslam deyil. Lakin Allah qatında qəbul olunan yeganə din İslamdır (Ali İmran, 19) Deməli, İslam yeganə din deyil, lakin yeganə haqq dindir.
İslam, sadəcə bütünlüklə qəbul olunduğunda və bütünlüklə yaşandığında haqq din olur. Qurandan bəzi ayəni yaşamaq, bəzilərini yaşayırmış kimi davranmaq insana haqq din üzrə olduğunu söyləməyə əsas verməz. Hocalarını, şeyxlərini və ya ustadlarını ilahlaşdırmağa çalışan, onların hər sözünü ayə, hər hərəkətini kəramət qəbul edənlərin yaşadıqları din batil bir dindir.
Xilası sadəcə İslmada olan insanlara, İslamın ziddi olan bir dünya görüşü, bir həyat tərzi təklif edən hər ideologiya, hər «izim» batil bir dindir.
İslamdan başqa din axtaran, islamdan başqa dinlərə yönələn hər kəs İslamdan uzaqdır və onlar ziyana uğrayanlardır (Ali İmran, 85)
İslam, tək haqq dindir və İslamla yanaşı başqa dini yaşamaq İslamdan uzaqlaşmaqdır.

Çünki,
İslam dinində
Zülmə riza göstərmək yoxdur.
Axirət üçün Allaha, dünya üçün tağuta qulluq etmək yoxdur.
Göylərin hakimiyyətini Yaradana, yerlərin hakimiyyətini yaradılmışa buraxmaq yoxdur.
Bu dində
«Mən həm müsəlmanam, həm kapitalistəm»,
«Mən həm müsəlmanam, həm sosiolistəm»… demək,
İslam dini ilə yanaşı başqa bir dini, başqa bir ideologiyanı, başqa bir «izmi» qəbul etmək yoxdur.


Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka