Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

[ Müxtəlif / 2872 dəfə baxılıb ]   
|
 
Hər şey bir «lə» (yox) ilə başlamalı. Yoxu idarak etmədən varı anlamaq mümkün deyil. 'ni yaşamayınca İlahın, kimliyi və varlığı anlaşılmaz qalır. "Allah var!" deyə bilərsən. Bu, heç nəyi dəyişmir. Dəyişməsi üçün yoxdan başlamaq lazımdır. Ona görə də ilk öncə 'Lə' deməli olduqlarını tanımalısan. «Yoxdur ilah var yalnız Allah» deməyin üçün yoxları anlamalı, anladıqdan sonra isə bütün «nəfsini» toplayaraq onlara bir sədd çəkməyi bacarmalısan.

Sənə «lə» deməyə mane olan nəfsindir. Yəni nəfsinin istəkləri, arzularıdır. Onları nizamlamadan İbrahimi anlaya, İbrahimi anlamadan tövhidi yaşaya bilməzsən. «Arzum, ibadətim, həyatım, ölümüm Sənə ərmağan olsun ey Rəbbim!» deyə bilməyin üçün arzunu nizamlamalı, içindəki 'ilahlara', 'bütlərə' "lə" deməyi bacarmalısan.

Arzu…
İstək…
Nəfs…
Adəmə, 'mən nəfsimə zülm etdim' dedizdirən nəfsinin arzusunu reallaşdırmaq cəhdi idi. Bu cəhdin yanlışını anlayınca nəfsinə necə zülm etdiyini anladı. Çünki nəfs tərbiyəsiz bir uşaq kimidir. "Dur!" deməyi bacarmadınsa səni hər yola sürükləyəcək. İlk öncə özündən uzaqlaşacaqsan. Fikrin fitrətinə dönük olacaq. Əməlin fitrətinə tərs, firkinə münasib olacaq. Sən işlədiyin əməl olacaqsan. Səni adınla deyil, əməllərinlə tanıyacaqlar.
Nəfsinin əlində bir oyuncağa dönəcəksən.
Nəfsin səninlə oynayacaq.
Sən bu oyunu əyləncə sanacaqsan…

Sadəcə bir tamaşaçın olacaq: Şeytan. Alqışını əsirgəmədən izləyəcək oyununu. Bəzən ayaqda alqışlayacaq, bəzən qarşında «şlyapasını çıxaracaq», bəzən sənə rejissorluq edəcək.
Sən, bu tamaşanın tək ifaçısı, şeytan, bu tamaşanın tək seyircisidir.
Bu oyunu bitirməyin sadəcə bir yolu var. Nəfsinə 'lə' dedizdirmək. Şeytana axra çevirərək səhnə arxasına geri dönmək. Hər şeyi yenidən başlamaq.

Tövbə, dilimizə tərcümədə dönmək deməkdir. Həm də 180 dərəcədə. Şeytana arxa çevirmədən yeni oyuna başlamaq mümkün deyil.
Dönəcəksən. Lap başlanğıca. İlk səhnəyə. Pərdələri yenidən açdıracaqsan. Allahın hüzurunda qulluq vəzifəni icra edirmişcəsinə hayqıracaqsan: Yoxdur ilah var yalnız Allah. Şeskpirin «to be or not to be» frazasını dərk edəcəksən.

Olum və ölümün arasındakı fərqi anlayaraq ölümsüzlüyü seçəcək və ilk replikanı söyləyəcəksən: Lə…
Dünya seyrinə dalacaq. Bir deyil, milyonlar izləyəcək ifanı. Mələklər qeydlər edəcək, oyununu ölümsüzlüyün kamerasına çəkəcəklər. Axirətdə filmini izləmək üçün arxivlər sənin disqlərinlə doldurulacaq. "Lə" deyə bağıra bilən birinin varlığını dünya duyacaq. Hər kəs ondan ibrət almaq, ona bənzəmək, onun kimi olmaq istəyəcək. Və sən qürur duyacaqsan. Hamının bənzəmək istədiyi insan olmağınla öyünəcəksən, lakin bunun nə qədər böyük bir məsuliyyət olduğunu da anlayacaqsan. Pərdələr enənə, son replikanı söyləyənə qədər mübarizədə olduğunu unutmayacaqsan. Sən, səninlə, daha doğrusu nəfsinlə mücadilə edəcəksən. Hər səhnədə nəfsin qarşına yeni oyunlarla çıxacaq, yasaq ağaca meyl edəcək, pislikləri süsləyərək sənə gözəl göstərəcəkdir. Sənsə «lə» eynəyi ilə baxacaqsan nəfsinin hiylələrinə, onun süslü-püslü göstərdiklərinə.
Sən, səni ölümsüzləşdirən replikanı unutmadan lə ilahə illallah deyəcək, nəfsinin hər istəyinə qarşı qalxanını əlində hazır tutacaqsan.
Sən bu tamaşanın baş qəhrəmanı, nəfsin bu tamaşanın antiqəhrəmanıdır. Bu dramda sən özün özünlə, öz nəfsinlə mübarizədəsən. Fikrin hansının yanında olacaqsa, əməlin onun yanında olacaq. Fikrin kimi dəstəkləyəcəksə qalib olan, alqış qazanan o olacaq.
Fikrini yeniləmək, həyatını yenidən format eləmək üçün tuşuna başmanın zamanı çoxdan gəlb.



P.S. İnkar etmədən təsdiq mümkün deyil.
Cahillik bilgisizlikdir. Bir dinə mənsub olduğunu iddia etmək üçün o din haqqında bilgin olmalıdır. Natamam bilgilər səni dinsiz edəcək. Dinsizlik özü də bir din olduğu üçün sən dində olduğunu sanacaqsan.
Birini müşrik edən, Allahı təsdiq etsə belə, bütlərini inkar edə bilməməsidir.
Münafiqlik isə oynamaqdır. Hər kəsin qarşısında fərqli oyun nümayiş etdirmək.
Fasiqlik əməl naqisliyidir.
Müsəlman olmaq isə mücahid olmaqdır. Nəfsi ilə mücadilədə qalib gələ bilənə Allah mömin deyir. Sən qalibsən. Əgər dönə bildinsə…


Rüzgar Kəskin/azerislam.com
Məqalələrdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka