Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NAS SURƏSİ

[ Müqəddəs quran / 5094 dəfə baxılıb ]   
|
 
Surə adını ilk ayəsindən alır. Musaf və təfsirlərin çoxunda bu adla anılır. Fələq surəsi ilə birlikdə Muavvizəteyn (sığındırma) olaraq adlandırılmışdır və hər iki surədə mövzu bütünlüyü var.
Rəsmi Musaf tərtibində son surə olaraq 114-cü sırada yer alır. Buna görə Allahın adı ilə başlayan Musaf (bi ismi Allah) nas (insanlar) surəsi ilə sona çatır. Allah, vəhyin qaynağı, nas vəhyin hədəfidir. Zatən vəhyin iki hədəfi vardır: tövhid və ədalət. Birincisi quldan Allaha, ikincisi quldan insana yönəlikdir. İlahi xitab buna görə başı göylərdə ayaqları yerdə bir xitabdır. Onun ayaqlarını insanlıq təmsil edir.

Surə, əkizi olan Fələq kimi inşa edici bir surədir. Fələq surəsində «fəlaq»ın Rəbbinə sığınma təlqin edilərkən, burada insanlığın Rəbbinə sığnma təlqin edilir. Fələq surəsində 4 şeydən bir tək Allaha sınğınılarkən, burada bir şeydən Allahın 3 sifətinə sığınılır. Son ayədən də öyrənirik ki, Şeytan yalnız görünməyən varlıqlar deyil, eyni zamanda insanlardan da olur. İnsanların şeytanlaşması isə daha təhlükəlidir. Allaha sığınanlar əmniyyət içində olarlar. Allah bizi sadəcə görünməyən, bilinməyənlərin şərindən deyil, eyni zamanda öz cinsimizin (insan) şərindən də qoruyar.

MƏAL
Rəhman və Rəhim olan Allahın adı ilə

1. De ki: «insanlığın Rəbbinə sığınıram»
2. İnsanlığın Sahibinə (Məlik);
3. İnsanlığın İlahına;
4. Sinsi vəsvəsə qaynağının şərindən;
5. O ki, davamlı şəkildə insanların qəlblərinə fısıldayır.
6. Görünməyən və görünən türündən (cin və insan)

TƏFSİR

Muavvizəteynin Ortaq nöqtələri
Fələq surəsində olduğu kimi, bu surədə də insanları rahatsız edən bəzi qorxulardan sığınmanın ünvanı göstərilir. İnsana, nələrdən kimə sığınacağı öyrədilir.
Allah, Fələq surəsində Özünü 'sübhün Rəbbi' olaraq təqdim edərkən burada insanların Rəbbi, Məliki və İlahı olaraq təqdim edir.
Surənin ilk üç ayəsində Allah Özünü üç sifəti ilə tanıdıt və Ona sığınmağımızı əmr edir. Ayədəki məlik (مَلِكِ) kəlməsi «hökmdar, sahib, yönətici» ən nas (النَّاسِ) isə «insanlar» deməkdir.

Rəbb – «sahib, idarə edən, yetişdirən, tərbiyə edən, böyüdən», Məlik «hökmdar, padışah, hökmü altında tutan, gücünü xeyir üzrə istifadə edən, sahib», İlah isə «üstün güc» kimi mənalara gəlir. Allah, bu üç sifətini xatırlatmaqla insanların timsalında bütün məxluqatın sahibi və yaradıcısı olduğunu dilə gətirir.
Rəbb, Məlik və İlah kəlmələrinin hər üçü bir birini açıqlayır. İnsanlığın Rəbbi insanlığın hakimidir, insanlığın hakimi insanlığın İlahıdır. İnsanoğlu birinə sığınacaqsa O varlığın Rəbb, Məlik, İlah sifətlərini daşıması gərəkdir ki, ona sığınanı qoruya bilsin. Ayədəki məna «De ki: İnsanların Rəbbinə, yəni Məlikinə, yəni İlahına sığınıram» şəklini alır. Ayələrdə 'insan' kəlməsi təkrardan daha çox bir xatırlatmadır. İnsan niyə Allaha sığınmalıdır? Çünki O, insanlığın Rəbbidir, insanlığın Malikdir, insanlığın İlahıdır.

Bundan başqa ilk üç ayədə təkrarlanan «ən nas» kəlməsi həm bəyan, həm də insanın dəyərli olmasına, şərəfli olmasına bir işarədir. İsra, 70 ayədə «insanoğlu çox dəyərli bir varlıqdır», Tin, 4 ayədə də «ən gözəl şəkildə yaradılan» ayələrinə istinadən də bu qənaətə gəlmək mümkündür.

Allah, sığınılacaq yeganə varlıq olduğunu bəyan etdikdən sonra sığınılması vacib olan şərin qaynağına diqqət çəkir:
«Vəsvəsə verən sinsi vəsvəsəcinin şərindən» . Ayədəki əl vəsvas (الْوَسْوَاسِ) kəlməsi 'vəsvəsə verə biləcək hər cür vəsvəsə qaynağı' əl-hannas (الْخَنَّاسِ) kəlməsi isə «sinmək, geri qalmaq» deməkdir. Əl-vəsvas kəlməsin 'bilinən bilinməyən, xəyal edilən xəyal edilməyən, şüuraltı və ya bilincli, duyğular, vəhim, narahatlıq, insan qaynaqlı və ya cin qaynaqlı…» kimi ünsürləri ehtiva edir. Ayəni təsvir edən Tabəri bunun «şeytan» olduğunu söyləyir və davamlı vəsvəsə verməyin onun özəlliyi olduğunu bildirir.

Şeytanın vəsvəsəsindən xilas olmaq üçün Allaha sığınmaq lazımdır. Ona sığınmayanlar şeytanın oyuncağına çevrilərlər. İnsanoğlunun bu vəsvəsəcidən uzaq durmasındakı qazancı öz mənfəətifir. Allaha sığınmayanlar, sığınılacaq başqa birini axtararlar. Və beləcə azarlar.

Əl - hannas kəlməsi isə yuxarıda söylədiyimiz kimi 'sinmək, geri qalmaq' deməkdir. Təkvir, 15-ci ayədə 'planetlərin sinməsi və görünməməsi' mənasında işlədilən bu kəlmə burada şeytanın sinsiliyinə işarə edir. Said b. Cubeyr İbn Abbasın belə dediyini nəql edir: «İnsan, Rəbbini xatırladığı zaman şeytan geri çəkilir və qaçır (sinər), amma Rəbbini unutduğu zaman ona vəsvəsə verər». Bu rəvayətdən anlaşılır ki, əl-hannas kəlməsi şeytanın sinməsi və ya geri durması mənasına gəlir. Bu hal, bu çəkingənlik və gücsüzlük səbəbi ilə üstün güc olan Allahın hüzurunda həddini bilməkdir.

Vəsvəsəci varlıq insan da ola bilər cin də. Ayədəki yuvəsvisu (يُوَسْوِسُ فِي ) feli 'vəsvəsə vermək', sudur (صُدُورِ) kəlməsi 'qəlblər', əl-cinnət (الْجِنَّةِ) kəlməsi 'cinlər', ən-nas (لنَّاسِ) kəlməsi isə 'insanlar' deməkdir.
Burada sinsicə vəsvəsə verərək insanları hüzursuz edən iki qaynağa diqqət çəkilir. Bunlardan birincisi cinlərdən olan vəsvəsəcidir, yani şeytan, ikincisi isə insanlardır.

Şeytanın vəsvəsəsi haqqında Quranda bir çox ifadələr var. Şeytanın vəsvəsə verməsi mənasında Quranı kərimdəki kəlmələri belə sırlamaq mümkündür: Ali İmran, 155-də istizal/istəzəllə (yoldan çıxartmaq, büdrətmək), Ali İmran, 175-də tahvif/yuhavvifu (qorxutmaq), Nisa, 60-da tadlil/yudillu (azdırmaq), Nisa, 76 keyd (tələ), Əraf, 200; Fusullət, 35 nəzğ (yoldan çıxartmaq), Əraf, 201 taif (vəsvəsə, mənfi müdaxilə) və Muminun, 97 həməzat (qıcıqlandırmaq). İnsanların bunlardan xilas olması üçün Allahı xatırlamaları və Ona sığınmaları əmr edilir.

'Şeytan açıq düşməndir və insanlara davamlı olaraq pisliyi və çirkin olanı əmr edir' (Bəqərə, 168-169; Nur, 21). 'Səxavətli olanları kasıbçılıqla qorxudur' (Bəqərə, 268), 'İnsanların etdikləri səhvləri onlara süslü və gözəl göstərir' (Ənam, 43; Ənfal, 48; Nəhl, 63; Nəml, 24; Ənkabut, 38), 'İnsanlara vəzifələrini unutdurur' (Ənam, 68; Yusuf, 42; Kəhf, 63), 'Vəhyi pozmaq və ona bir şeylər qarışdırmaq istəyir' (Həcc, 52), 'İnsanları atəş əzabına çağırır' (Loğman, 21) və s.

Quran, şeytan qavramını sadəcə cinlərdən ibarət saymaz, insanlardan da şeytanlar olduğunu xəbər verir. Məsələn Ənam, 112-ci ayədə həm insan, həm də cin şeytanların peyğəmbərlərə düşmən olduqlarından söz edilir. Nas surəsinin bu ayəsi də söylədiyimizə bir dəlildir.
Qaf surəsinin 16-cı ayəsində Allah insanı yaratdığını və nəfsinin ona nələri vəsvəsə verdiyini bildiyini söyləyir, çünki insana şah damarından daha yaxındır. Deməli insana vəsvəsə verən sadəcə şeytan deyil, eyni zamanda nəfsi də vəsvəsə verir. Yusuf surəsində (53) Züleyxanın etiraf etdiyi kimi 'pislik əmr edən nəfis' şeytanın insandakı təzahürüdür. İnsan bununla şeytanlaşır, şeytani işlər edir, azır, çaşır və ətrafındakıları azdırır.

Bütün bunların şərindən Allaha sığınmaq başqa nəbi olmaq üzrə hər kəsə əmr edilmişdir.

Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:00
GÜNƏŞ06:33
ZÖHR [ 4 rükət ]12:46
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]19:00
İŞA [ 4 rükət ]20:27
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka