Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAMA GÖRƏ FAL, CADU, KƏHANƏT

[ Aktual / 5279 dəfə baxılıb ]   
|
 
Qeyb nədir?
Qeyb, lüğətdə 'gizli qalmaq, gözdən qeyb olmaq' felinin məstəridir. Termin olaraq isə ağıl və duyğular yolu ilə haqqında bilgi əldə edə bilməyəcəyimiz varlıq sahəsidir. Bu barədə yeganə və dəqiq bilgi qaynağımız vəhydir.

Qeyb, mütləq və izafi olmaq üzrə ikiyə ayrılır.
Mütləq qeyb – yalnız Allahın bildikləridir. Qeybin Allaha nisbət edildiyi yerlərdə qeybin bu növü nəzərdə tutulur. Qiyamətin nə zaman qopacağı və istiqbala dair xəbərlər buna misaldır.

"Heç şübhəniz olmasın ki, qiyamətin gəlib çatacağı vaxtı yalnız Allah bilir, yağışı yağdıran Odur. Ana bətnindəkiləri də bilən Odur. Heç kim sabah nə əldə edəcəyini və nə ilə qarşılaşacağını bilməz. Amma Allah, bütün hər şeyi əksiksiz bilir və hər şeydən xəbərdardır" (Loğman, 34)

Allah, elm və qeyb kəlmələrini birlikdə Özünə nisbət edir.
a) Allamu'l quyub:
«O münafiqlər bilməzlərmi ki, Allah onların bütün sirlərini, gizli danışıqlarını da bilir. Yenə onlar bilməzlərmi ki, Allah gizli olan hər şey ən gözəl şəkildə bilir» (Tövbə, 78)

«De ki: Mənim Rəbbim haqq və həqiqəti ortaya qoyar. O bilinməz və görünməz olan hər şeyi haqqı ilə bilər (Səba, 48)

b) Alimu'l qaybi və'ş şəhadəti:

«O göyləri və yeri haqq (və hikmət) ilə yaradandır. «Ol!» dediyi gün hər şey olmağa başlayır. Onun sözü gerçəkdir. Sura üfləndiyi gün də hökmranlıq Onundur. Gizlini və açığı biləndir və O, hikmət sahibidir, hər şeydən xəbərdardır» (əl-Ənam, 73)

İzafi qeyb isə Allahdan başqa bəzi insanların da bildiyi şeylərdir.
«…Bununla birlikdə Allah kimin münafiq olduğunu sizə bildirən deyil. Lakin o bu bilgini rəsul (elçi) olaraq seçdiyi qullarına verər. O halda Allaha və rəsuluna iman edin. Əgər iman edər və təqva sahibi olarsanızsa sizin üçün çox böyük mükafat vardır» (Ali İmran, 179) və buna bənzər Cin surəsinin 26-27 –ci ayələrini misal göstərmək olar.

Qeybin bilinməsi
İslam düşüncəsində məlumat əldə etməyin yolları:
a) Duyğular
b) Doğru xəbər
1. Mütəvatir xəbər
2. Xəbər – i Rəsul
c) Ağıl
Bunlar içində qeyb haqqında bilgi əldə etmək üsulumuz xəbər-i rəsuldur, yani vəhydir. Bu rəsulun isə nəbi olması lazımdır*. İslam düşüncəsində qeybə açılan yeganə pəncərə vəhydir. Allahdan başqa heç kim bəşəri imkanları ilə qeybdən xəbərdar ola bilməz. Bunun yeganə istisnası Allahın elçilərindən dilədiyinə bəzi şeylərin bildirilməsidir.

«De ki; «Mən, Allahın dilədiyindən başqa özümə hər hansısa bir fayda və ya zərər verəcək gücə sahib deyiləm»(Əraf, 188).

Cahiliyyədə olduğu kimi günümüzdə də qeybi bildiyini iddia edən kimsələr çıxmışdır. İslam nəzərində şəxsi görüş, tərcih və təxminlərdən başqa heç bir dəyəri olamayan bu iddiaları bele sıralamaq mümkündür:

a) Kəhanət
Lüğətdə «qeybdən xəbər vermək, falçılıq etmək» kimi mənalara gəlir. Termin olaraq isə şəxsi qabiliyyətlərindən istifadə edərək bəzi alətlərdən və ya varlıqlardan yardım alaraq gələcəkdə baş verəcək gizli şeylərdən və qeybdən xəbər verməkdir.
Quranda, iki ayədə kahin kəlməsi keçir və bu, vəhyi etibarsızlaşdırmaq üçün istinad edilən kahinlik iddiasına cavabdır (Tur, 29; Əl-Haqq, 42)
Cahiliyə dönəmində kahinlər, cinlərdən istifadə edərək gələcəklə bağlı bəzi xəbərlər alırdılar. Lakin İslamın gəlməsindən etibarən cinlərin göy üzündən xəbər oğurlamasının önünə keçilmişdir. (Cin, 8-9)
Rəsulullah kahinlərin verdikləri xəbərlərin heç bir dəyərinin olmadığını, onların bəzən cinlər vasitəsi ilə qeybdən xəbər versələr belə bunların çoxunun yanlış sözlər olduğunu dilə gətirmişdi (Buxari, Tövhid, 58; Müslim, Salam, 122-123)

Kahinlərdən yardım istəmək və onların verdiyi bilgilərə dəyər vermək İslam dininin təməli olan tövhid inancı baxımından da son dərəcə təhlükəlidir. Çünki Allahın edə biləcəyi işləri başqa bir varlıqdan gözləmək tövhid əqidəsinin ziddidir. İslam inancına görə kahinlərin xəbər verdiklərini iddia etdikləri xüsusları bilmək sadəcə Allaha məxsusdur (Yunus, 20; ən-Nəml, 65) Lakin Allah, bəzi gizli bilgiləri və gələcəyə dair xəbərləri rəsullarına bildirmişdir (Ali İmran, 179, ən-Cin, 25-27)
Rəsulullah da, kahinlərə inanan və onların sözlərinə etibar edənləri Allahın endirdiyi vəhyi inkar etmiş olacağını və onların qıldıqları namazların qəbul edilməyəcəyini bildirmişdir. (Müslim, “Salam”, 125; Əbu Davud, 21; İbn Macə, “Təharət”, 122).

Fal
Lüğətdə «uğur, uğurlu şeyləri göstərən simvol” anlamına gəlir. Termin olaraq isə “fərqli üsullardan istifadə edərək qeybdən xəbər vermək, sirləri aşkara çıxartmaq» olaraq tərif edilir.
Quranı Kərimdə «fal' kəlməsi keçməyib. Lakin cahiliyyə adətlərindən olan şans oxları (əzlam) ilə fala baxıb qismət axtarmaqdan söz edilir və Allahın bunu qadağan etdiyi dilə gətirilir (Maidə, 3, 90).

Fal ikiyə ayrılır. Xeyri ifadə edəninə təfə'ul, uğursuzluqları ifadə edəninə isə tiyərə və ya təşə'um deyilir.
Falçılığın fərqli növləri vardır. Bu istifadə olunan əşyalara görə dəyişir.
1.Qum falı, 2. Quşların hərəkətindən nəticə çıxartmaq (zəcr), 3. Quşları uçuraraq təxminlər etmək (iyafə), 4. Göz, əl və başqa orqanlara baxaraq psixoloji vəziyyəti təyin etmək (ihtilac), 5. Çay daşları ilə fala baxmaq (tark), 6. İz araşdırmaq, ayaq izindən xarakter analizi etmək (kiyafə) və s.

Orta əsrlərdə Avropa dünyasında kristal kürə və kartlarla fala baxmaq çox məhşur idi. Bu gün isə göy cisimlərinə istinad edən astrologiya, hərf və sayların təsir etdiyinə istinad edilən numerologiya, xətti araşdıran qrafologiya fal növləri çox yayğındır.
Quranın inzalından öncə Ərəblər önəmli bir işə başlamazdan əvvəl üzərində «bu işi et və ya etmə» yazılı kəlmələrin olduğu 'fal oxları' (əzlam) deyilən çubuqlar hazırladar və onları bir torbaya qoyardılar. Sonra da bu oxlardan birini alaraq çəkilən oxun üstündə nə yazılardısa ona uyğun hərəkət edərdilər. Bundan başqa onlar bunu etməzdən əvvəl onlar üçün gələcəkdə nəyin xeyirli, nəzyin ziyanlı bildiyinə inandıqları bütlərindən yardım istəyərdilər. Allah, Ondan başqa bilinməyən işləri bilmək qabiliyyətinə sahib varlıqların olduğu inancını və bütlərə belə bir keyfiyyəti yükləməyi «şeytan işi pislik» aldandıraraq qadağan etmişdir (Maidə, 90). Rəsulullah bunun əvəzinə istixarəni tövsiyyə etmişdir. (Buhari, “Təhəccüd”, 25). Fal baxdırmağı isə şirk adlandırmışdır (Ebû Davud, 25).
Çünki, bunun kimi işlərdə insanın başına gələn yaxşı və ya pis hadisələrin Allahdan deyil, başqalarından gəldiyinə və falçıların bilinməyən şeyləri, eləcə də gələcəyi bildiyinə dair bir inanc formalaşır. Bu isə qeyb bilgisinin sadəcə Allaha aid olmadığı, Allahdan başqa bəzi insanların da bunu biləcəklərini iddia etməkdir ki, bu da İslamın təməli olan tövhidə ziddir.

Nücum elmi/Astrologiya

Nücum, lüğətdə “nəcm” kəlməsinin cəmi olub, ulduz deməkdir. Nucum elmi – ulduzlar elmidir. Termin olaraq isə ulduzların insanları və yer üzündəki hadisələrə təsir etdiyinə inanılan elm deməkdir. Dilimizdə bu, ulduz falçılığı və münəccimlik adlandırılmışdır. ərəb dilindəki nucum elmi (elmi nucum) ilə astralogiya nəzərdə tutulur.
İslam alimləri ulduzlardan, onların mövqe və mənzillərindən bəhs edən ayələri dəlil gətirərək astranomiya mənasında şərh etmişlər. Göy cisimlərinin bəlkə də insan həyatına təsiri vardır. Onların yer üzünə hər hansısa bir təsirinin olmasını mümkündür. Lakin bunları şərh edərək gələcəkdən xəbər vermək, hadisələri öncədən gördüyünü iddia etmək, bundan qazanc əldə etmək doğru deyildir. Çünki verilən məlumatlar çox halda ümumi məlumatlar olur və həqiqət olmurlar. İstənilən bürcün ulduz falını oxusanın orda özünüzə bənzər xarakterlərə rast gələcəksiniz.

Cadu/sehir
Lügətdə “bir şeyi olduğundan fərqli göztərmək, aldatmaq” mənalarına gəlir. Termin olaraq isə özəl qabiliyyətlərdən istifadə edərək və ya ruhani yardımlardan kömək alaraq edildiyi iddia edilən işdir.
Sehir kəlməsi Quranda altmış dəfə keçir və inkarcıların Rəsulullaha sehirbaz dedikləri dilə gətirilir. Quranda Misirlilərin, babillilərin və cahiliyyə Ərəblərinin sehrlərindən danışılır.
İslam alimlərinə görə sehr əl çevikliyi, göz boyama (illuziya) və bəlağətli kəlmələr istifadə edilərək meydana gələn hiylə və altama vasitəsi ola bildiyi kimi şeytan və pis ruhlu varlıqların yardımı ilə də gerçəkləşə bilir. Dilimizdə sehr əvəzinə cadu istifadə olunur; cadu əsas ruhani varlıqlara istinadən edildiyi halda, sehr hoqqabazlıq, əl çevikliyi və illüziyanı kimi qailiyyətləri ehtiva edir.
Bu növdən hadisələr Quranda qadağan edilmişdir və bunların şərrindən Allaha sığınılması istənilmişdir (Fələq, 4) Sehr və cadu insanlar arasındakı münasibətləri pozan və savadsız insanların istismarına zəmin hazırlayan hadisələrdir.

Nəzər
Gözəl olan şeylərin başqalarını təsiri altına alması və ona maddi, mənəvi baxımdan zərər verilməsi mənasına gələn nəzər dini lüğətdə ayn və ya da isabət-i ayn olaraq bilinir.
Bəzi insanların baxışları ilə başqalarına ziyan vura bildiyinə, onları yox etdiyinə inanan Ərəblərin İslam öncəsi həyatlarında nəzərin böyük bir önəmi var idi. Nəzərdən qorunmaq üçün ruqyə azaim ve teaviz adı verilən həmayıl və gözmüncuqlara baş vururdular. Quran, Ərəb mədəniyyətində xəstələri müalicə edən 'oxuyucuların' (Qıyamə 27) və ipə düyün ataraq üfləyənlərin (Fələq 4) olduğunu söyləyir. Hədislərdə yer alan rəvayətlərin bir qismində ruqyənin cevazına, bir qismində isə qadağan edildiyinə yer verilir. Quranda nəzər barəsində açıq bir ayə yoxdur. Sadəcə Rəsulullahın təbliğin zamanı ona həlqəsindən çıxan gözlərlə baxanlardan, o baxışları ilə onu yox etmək istəyənlərdən (Qələm, 51) danışılır. Rəsulullah nəzərdən Allaha sığınılmasını tövsiyə etmişdir (İbn Macə, 32-34).
Quran, sünnət və sahəblərdən həmayıl yazılmasına cəvaz verən güvənilən bir dəlil yoxdur.

Qaynaq:
İlyas Çelebi, Gayb Âlemi ve Gaybi Varlıklar, Kelam El Kitabı s. 529-541.
İlyas Çelebi, Diyanet islam Ansiklopedisi, “Fal, Kâhin, Nazar ve Rukye” maddeleri.

•Saytdakı Rəsul və nəbi, yoxsa peyğəmbər məqaləsinə baxa bilərsiniz

Doç.Dr. Osman DEMİR
Hazırladı: Əlif
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:23
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:26
MƏĞRİB [ 3 rükət ]17:46
İŞA [ 4 rükət ]19:16
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka