Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

FƏLƏQ SURƏSİ

[ Təfsir / 5248 dəfə baxılıb ]   
|
 
Fələq və Nas surələri 'sığındırma' vurğusuna görə Muavvizətəyn adlandırılan surələrdir. Hər iki surə Məkkə surəsidir. Hz. Osman tərtibində də surələr Fil surəsindən sonraya yerləşdirilmişlər ki, bu da təxminən nübuvətin 3-cü ilinə təsadüf edir. Bu surələr həm nüzul sıralamasında, həm də Musaf sıralamasında bir – birinin ardına yerləşdirilmişlər. Üslub baxımından da bir – birini tamamlayan surələrdir.

İbn Abbasdan Əbu Saleh yolu ilə gələn bir rəvayətdə Mədinə surələri olduğu nəql edilsə də Kürəyb yenə eyni qaynaqdan bunun Məkkə surələrindən olduğunu nəql edir. Başda İbn Abbasın tələbəsi İkrimə olmaq üzrə Ata və Həsən Əl - Bəsri də surənin Məkkə surələrindən olduğunu söyləyirlər. Surənin bəlağəti, qısalığı, mövzu bütünlüyü də bunu dəstəkləyir.
Mədinədə bir Yəhudinin qızlarının Rəsulullaha cadu etmək istəməsini surənin nüzul səbəbi saymaq, surənin Mədinədə nazil olduğunu idda edən yanlış qənaətə yol açmışdır. Surələrin nazil olması üçün mütləq bir nüzul səbəbi axtarılacaqsa o zaman müşriklərin Rəsulullah üçün söylədikləri 'sehirlənmiş bir adama uyursunuz' (İsra, 47) iftirasının bir bənzəri olmalıdır. Və Quran, bu cür istinadları rədd etmişdir.

Hər iki surə (Fələq və Nas) Allahın, görünən və görünməyən, bilinən və bilinməyən bütün varlıqların da Rəbbi olduğunu dilə gətirir. Muxatabından bütün varlıqların şərindən Rəbbinə sığınmasını istəyir, görünməyən və bilinməyənin qarşısında Allahdan başqasına sığınmanı rədd edir. Cin surəsindən də öyrənirik ki, müşriklər cinlərə sığınırdılar (Cin, 6).
Bu surələr, iman edən insana, yalnız cin və şeytan kimi görünməyən və bilinməyən dünyalara dair qorxulardan deyil, eyni zamanda 'həsədçinin həsədi' kimi zərərli duyğulara qarşı da Rəbbə sığınmağı öyrədir. Çünki Allah, möminin ən böyük sığınağıdır.

MƏAL
Rəhman və Rəhim olan Allahın adı ilə

1. De ki: «Mən (qaranlığı) yararaq varlığı çıxaran sübhün Rəbbinə sığınıram;
2. Onun yaratdığı hər şeyin şərindən!
3. Zülmətə bürünməkdə olan gecənin şərindən;
4. Və düyünlərə üfürənlərin şərindən;
5. Və həsəd etdiyində həsədçinin şərindən.


TƏFSİR
1. De ki: «(qaranlığı) yararaq varlığı çıxaran sübhün Rəbbinə sığınıram; Sığınılacaq yeganə varlıq Allahdır. Surənin «de ki»(قُلْ) əmri ilə başlamasından Rəsulullahdan bəzi suallara cavab istənildiyini, cavab olaraq da bu surələrin nazil olduğunu anlayırıq. Surə sanki verilən suala cavabdır.
Nəhl, 98-ci ayədə də bildirildiyi kimi, Quran oxunduğu zaman qovulmuş şeytandan Allaha sığınmaq (istiazə) Allahın bir əmridir. Demək ki, düşüncə də kirlənə bilirmiş. Düşüncənin kirlənməməsi üçün də 'istiazə' lazımdır. Başqa bir sığınmaq əmri də Muminun suəsinin 97-ci ayəsidir; "şeytanın vəsvəsəsindən sığınmaq". Hər iki ayədə də sığınılacaq məqam yenə də Allahdır. Quran oxumaq kimi xeyirli bir işdə şeytandan Allaha sığınmaq əmr edildiyinə görə, qorxu anında və qorxulan şeylərdən də Allaha sığınmaq vacibdir. Qurandan hər hansısa bir bölüm oxunarkən 'istiazə' insanın ağlının pis düşüncələrdən uzaqlaşmasını təmin etməyə dair bir tədbir olduğu kimi, görünən və görünməyən fərqli təhlükələrə qarşı da Allaha sığınmaq bənzər şəkildə vücudun qorunmasını ehtiva edir. Buna görə həm Fələq, həm də Nas surəsində qorunulacaq şeylərin sayı bir tək varlıq ilə, yəni sadəcə şeytan ilə məhdudlaşmır.

Ayədə keçən və surəyə isim olan əl – fələq (الْفَلَقِ) kəlməsi, «bir şeydən bir şey çıxarmaq üçün yaran, cəhənnəmdə qapalı bir yer, cəhənnəmdə bir ev, quyu, cəhənnəmin adlarından biri, sübh və sübhün aydınlığı» mənalarına gəlməkdədir. Bundan başqa bu kəlmə «yarılıb çıxmaq, şəfəq, dan, iki təpə arasındakı alçaq ərazi, düz yer, günahkarın ayağına vurulan qandal, çanaq dibindəki süd» kimi mənalarda da işlədilir. Kəlmənin Fələq surəsindəki mənasını Ənam surəsinin 6 - cı ayəsində istifadə edildiyi kimi «sübhün aydınlığı» mənasında anlamaq daha doğru görünür.

Fələq kəlməsinin, məxluqatın yoxdan yaradılmasında, xüsusi ilə göylərin və yerin başlanğıcda bir – birinə bitişik olub sonradan ayrılmasında yaşanan partlamaya işarət etməsi də mümkündür. Məhşərdə varlıqların yenidən meydana gətirilməsi üçün yaşanacaq şəkillənməni də ifadə edə bilər. Fələq, "infilaq" kimi yarılıb yeni bir şəkil almağı da ehtiva edir. Bu zaman ayədə nəzərdə tutulan mesaj: Allahın bütün bu həqiqətin sahibi olduğu mesajını vemək də ola bilər.

Məkkədə yaşanan qaranlıq və ruhdan sıxıcı şərtlərin ardından aydınlıq bir sabahın gələcəyi müjdələnməkdə və müsəlmanlar ruhlandırılmaqdadır. Fələq kəlməsi Rəbb kəlməsi ilə birlikdə istifadə edilincə «Sabahın sahibi olan Allahın müsəlmanların da sahibi olduğu və onları yardımsız buraxmayacağı» dolayı yolla ifadə edilmişdir. Zatən sığınma istəyi, müsəlmanların daima sığınacaqları bir məqamın varlığını dilə gətirir.

Kəlmənin «cəhənnəmdə bir yer və ya cəhənnəm' şəklindəki anlamları bənzər şəkildə müsəlmanları rahatlamağa, düşmənləri isə qorxutmağa yönəlikdir. Müsəlmanlara həyatı zindan edənlərə, axirəti zindan ediləcəyi bəyan edilir.

2. «Yaratdıqlarının şərindən» Ayədəki şər ( شَرِّ) kəlməsi pislik, mə hələka (مَا خَلَقَ) feli isə «yaratdığı şey deməkdir». Allah şər olan heç bir şey yaratmamışdır. Yaradılan şey yerində və düzgün işlədilməyəndə şərə dönür. Buna görə şər Allaha istinad edilməz. Yaradılana istinad edilər. Elə onun üçün də Allah, burada yaratdığı varlıqların şərindən Ona sığınmağımızı istəyir və dolayı yolla bunu söyləyir: şərin qaynağı O deyil, yaradılanlardır. Şəri Allah istəməz və yaratmaz, məxluqat istəyər və işləyər. Burada sözü gedən məxluq ilk öncə İblisdir. Çünki ən çox şər işləyən və aşılayan varlıq odur. Buna görə də onun etdiyi və aşıladığı şərdən və pisliklərdən Allaha sığınılması əmr edilir.

Ayədə nəzərdə tutulan yaradılanlardan biri də «cəhənnəm' ola bilər. Bu halda da cəhənnəmin şərindən və ya fəlakətindən yenə də Allaha sığınılması gərəkdiyi anlaşılır. Bu fələq kəlməsinin 'cəhənnəm' mənası ilə də uyğun gəlir. Təbii ki, bunu sadəcə 'İblis və ya cəhənnəm' olaraq anlamaq da doğru deyildir. Bu minvalla, insana zərəri toxunan, görünən – görünməyən, hiss edilən – hiss edilməyən, maddi – mənəvi və nə qədər zərərli varlıq və zərər növü varsa hamısından uzaq durmağa və onlardan qorunmağa çalışmaq insanın xislətində vardır. Burada xatırladılan məqam, sığınılacaq yerin sadəcə Allah olması gerçəyidir.
Bəqərə, 102 də xatırlatıldığı kimi Allah izin vermədikcə heç kim, heç kimə zərər verə bilməz.

3. «Zülmətə bürünməkdə olan gecənin şərindən» Ayədəki ğasiq ( غَاسِقٍ) kəlməsi «zifri qaranlıq, axmaq, tökülmək, soyuqluq və dolmaq, qorxunc qaranlıq, buz kimi qaranlıq, zəhərlilik, qorxuncluq, qoxumuşluq», vəqabə (إِذَا وَقَبَ) feli də «basdırmaq, getmək» deməkdir. İlk ayədəki fələq kəlməsi sübhün aydınlığı mənasına gəldiyi kimi bu ifadədə də onun ziddi olaraq «zifri qaranlığın basdırılması, qaranlığın dərinliyi» mənasına gəlir. Ğasiq kəlməsinin 'içilməyəcək dərəcədəki soyuq və pis qoxulu su' mənasına Nəbə surəsinin 25-ci ayəsində rast gəlirik: «yalnız qaynar su və irin (içərlər).

Kurtubinin də bildirdiyi kimi gecə, bilinməyən və görünməyəndən duyulan qorxu və narahatçılığı artıran ünsürdür. Əslində hər qaranlıq bir növ qorxu səbəbi olaraq görülür. Önünü görməmək insanı narahat edir. İlk muxatablar gecəni 'şər ilahı' olaraq görür və onu Allaha rəqib hesab edirdilər. İstirahət vaxtı olaraq insana Allahın ikram etdiyi gecəyə "şər ilahı" rolunu yükləmək, heç şübhə yoxdur ki, ağıl və iradəni örtən cəhalət qaranlığının şərinə məruz qalmaqdır. Buna görə qaranlıqları sadəcə gündüzün ziddi olan gecə olaraq qəbul etmək ayənin mənasını məhdudlaşdırmaqdır. Həyatı qaraldan hər şey, öncəliklə və özəlliklə cəhalət qaranlıqları, insana şər olaraq yetər.
Vəqabə (وَقَبَ) felindəki 'getmək' mənası ilə, ayədə sadəcə 'qaranlığın basırması' deyil də 'bitib getməsi' anlamı da vardır.

Ayədəki bir digər məna isə cəhalət qaranlığı ola bilər ki, ardınca gələn 'düyünlərə üfürənlər' ifadəsi də cəhalət qaranlığını sürdürmək istəyənlərdir.

4. «Və düyünlərə üfürənlərin şərindən» Ayədəki ən nəffasat (النَّفَّاثَاتِ) kəliməsi 'tüpürcəklə birlikdə üfürmək' əl ukad kəlməsi isə 'düyünlər' deməkdir. ən-nəffasat kəlməsi qadın cinsində gəldiyi üçün "düyünlərə üfürən qadınlar" olaraq anlaşılmışdır. halbuki, ərəb dilində bu qəlbdəki bir çox sözlər sadəcə kişi və qadın cinsində deyil, mücərrəd halda da istifadə edilir. Əllamə - nəffasənin çoxudur. Əllamə qadın üçün söylənilməz, kişi üçün istifadə olunur. Kəlməni mütləq mənada qadın cinsində ələ alası olsaq kəlməyə "cinsəlliyindən istifadə edərək əks cinsi yoldan çıxaranlar" mənasını da verə bilərik ki, bunu söyləyən müfəssirlərimiz olmuşdur. Yəni ən-nəffəsat kəliməsi 'kişiləri yoldan çıxaran qadınlar' mənasını da ehtiva edir. Əbu Müslim, Təğabun surəsinin 14 və Yusuf surəsinin 28-ci ayələrinin dəstəyi ilə bu fikri irəli sürmüş, Razi də bunu nəql etmişdir.

Başqa bir qənaət isə ayədə nəzərdə tutulan hadisənin, yəhudi Ləbid Asamın Rəsulullaha cadu edən qızları ilə bağlı olduğudur. Surə Məkkədə nazil olduğu üçün bu rəvayətin güvənliyi mübahisəlidir. Nəffəsə kəliməsi, kəharət, cadu işləri ilə məşğul olan qadın və kişi hər kəsi, yəni bu işi edən topluluqları da ehtiva edir.

əl-Uqad (الْعُقَدِ) kəlməsi 'düyün, yönətim, anlaşma, bol ağaclı yer, ərazi, ac heyvanlar, bağ, kin, övkə, bəlli niyyət' kimi mənalara gəlir (Razi). Bəqərə, 235-ci ayədə bu kəlmə '(nigah) bağı' mənasındadır. Belə aydın olur ki, sözü gedən kəlmə məhz 'cadu üçün üfürülən düyünlər' mənası ilə məhdudlaşdırıla bilməz. Bu kəlməni "Cəbrayıl, Ruhu'l qüds ruhuma üflədi"* hədisinin dəstəyi ilə qəlbə edilən 'müdaxilələr' mənasında da anlaya bilərik. Yəni məqsəd, düyünlərə edilən üfürmələr deyil, insan beyninə və ya bilincinə olunan sözlü və yazılı, görünən - görünməyən, bilinən-bilinməyən, hiss edilən – hiss edilməyən, insan və ya şeytan qaynaqlı hər cür mənfi və pis müdaxilələr olaraq qəbul olunmalıdır.

Ənam surəsinin 112 və Nas surəsinin 5-ci ayələrinin dəstəyi ilə də bu düyünlər nəfsin bitməyən istəkləri, onlara üfləyərək qızışdıranlar, duyğu və düşüncə dünyasındakı düyünləri və problemləri həll etmək iddiası ilə insanları aldadan ümid tacirləri və saxtakarlarıdır; ya da insanın şəxsiyyət və qürurunu zədələmə cəhdidir. Buna, əks cinslərin bir – birilərinin duyğularını, cinsəlliklərindən istifadə edərək kirlətmələri də daxildir. Qısacası, bu, insanın duyğularını qarışdırma cəhdinin hər növünü ehtiva edir. Duyğu kirlənməsi bunun nəticəsidir.

6. «Həsədçinin şərindən» qısqanclıq duyğularından, qısqancın şərindən (sübhün aydınlığının Rəbbinə sığınıram). Ayədəki hasid/həsədə (حَاسِدٍ) kəlməsi 'qısqanclıq' deməkdir. Həsəd, «başqasına aid olan bir nemətin nemət sahibindən alınıb ona verilməsini istəmək» şəklində tərif edilir. Bu ayədə insan mənliyində olan həsəddən deyil, aktiv hala girən və ya fəaliyyət göstərməyə başlayan həsəddən Allaha sığınılması əmr edilməkdədir. Yəni həsədçi həsəd etmədiyi zaman zərərli olmur. Həsəd xəstəliyinin dərmanı həsəd edilən şey üçün dua etməkdir.



* İsmail b. Muhəmməd əl-Acluni, Kəşful, Hafa və Müzilul Libas amma iştətəra minəl Əhadis ala Əlsinətin Nas, Beyrut, 1981, s. 268



Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:45
GÜNƏŞ07:16
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]16:01
MƏĞRİB [ 3 rükət ]18:31
İŞA [ 4 rükət ]19:57
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka