Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HARA GEDİRİK?

[ Aktual / 3009 dəfə baxılıb ]   
|
 
Allah bizimlə danışır. Bizə xitab edir, bizi muxatab alır…
Qulluğa, ibadətə, haqqa, ədalətə… səsləyir.
Namaza, oruca, həccə, zəkata dəvət edir.

Başqa bir dəvəti də şeytan edir. O da danışır, vəsvəsə verir…
Qulluqdan, ibadətdən, haqdan, ədalətdən… uzaqlaşdırır.
Namazdan, orucdan, həcdən, zəkatdan üz çevirməyimizi istəyir.

Allah da bizimlə danışır, şeytan da…
Biz, kimi muxatab alırıq, biz, kimi dinləyirik?

Allahı dinləsək şeytandan qorunacağıq,
Allaha arxa çevirsək şeytanla dostlaşacağıq (Zuhruf, 36-37)

Allah bizə çox şey deyir…
Amma biz eşidirikmi?

Kimi dinləyir, kimi özümüzə Tanrı edirik?
Nəfsinə qul olanlar, eyni zamanda şeytanın qulları deyillərmi?
Özümüzə hansı dəyəri veririk? Şeytanının bizim İlahımız olmasını özümüzə layiq bilirikmi?
Kimin kitabını oxuyuruq?
Allahdan böyük müəllif, Allahdan doğru yazan yoxdursa, sorumlu olduğumuz başqa bir kitab da yoxdur. Allaha Allahın kitabından hesab verəcəyik. O kitabda yazılanlarla mükəlləfik. O kitab, anlayacağımız şəkildə, yaşaya biləcəyimiz düsturlarla yazılıb. Kitabda heç bir qüsur yoxdur.

Amma Allahla aldadanlar, Onun kitabındakıları yanlış anladanlar var.
Belə ki,
Dinə ən böyük ziyanı 'dindar' kimi görünənlər vurur. Allah, kitabında onları «münafiqlər» adlandırır. Tiplərini, xarakterlərini açıqlayır: danışıqları xoşunuza gələcək, sizi Allahla aldadacaqlar…
Bu tiplər heç bir zaman dəyişmirlər. Bütün zamanlarda, bütün məkanlarda eynidirlər. Bəlkə gözəl natiq ola bilər, bəlkə gözəl ibadət edirmiş kimi də görünə bilərlər. Amma əsil simaları şeytanları ilə yalnız qaldıqda üzə çıxır.
Bu tiplər kafirlərdən daha təhlükəldirlər. Çünki bir müsəlman dinini kafirdən öyrənməz. Amma bir "dindar" kimi görünən münafiq, fikirləri, düşüncələri, Allahın dininə atdığı iftiraları ilə insanları əsl həqiqətdən uzaqlaşdıra bilər.

Onları tanımaq istəyirsinizsə danışıqlarına qulaq asın. Sözlərinin bir çoxunun elmi və məntiqi açıqlaması olmayacaq. Sadəcə boş və içi bəzədilmiş söz yığını ilə sizi sizdən, sizi Allahdan uzaqlaşdıracaq. İlk əvvəl qulağınıza xoş gələn bu sözlər sonra içinizdə böyük bir boşluq yaradacaq, yavaş - yavaş imandan da uzaqlaşacaqsınız...Dəlalətə düşənlərələ birlikdə dəlalətə düşəcəksiniz. İçinizdəki boşluğu dünyalıqlar doldurmağa başlayacaq.

Çünki,
Şeytanın bu dostları Allahı tanımadan Allahdan danışır. Ərəb dilini, rəvayəti və dirayəti bilmədən ayələri təfsir edir, onlara yeni, həm də əlaqəsiz mənalar verirlər. Sanki yeni bir din icad edirlər. Belə «hocalar» bu meydanda at oynatmağa başlayınca müsəlmanlar dindən uzaqlaşmağa başlayır.

At dedim yadıma «at» sözünün ərəbcə tərcüməsi düşdü. At, ərəbcə «FƏRƏS» deməkdir. Fərasət də bu kəlmədən törədilib və müsəlmanın şəxsiyyət vəsiqəsidir. Bir müsəlman fərasəti ilə pisi yaxşıdan ayırd edə bilir. At arxaya baxmaq üçün başını çevirməyə ehtiyac duymur. Çünki 180 dərəcədə ətrafı görür. Fərasətli olmaq da 'at kimi görə bilməkdir'. Arxaya baxmadan arxadakalırı görmək, arxanda qoyub gəldiklərinə baxmaq, arxayın olmaqdır. Bir yerdə dursan da bütün məkanı nəzarətində saxlamağı bacarmaqdır.

«At gözlüyü»nü yəqin ki, görmüsünüz. Atın baxışını bir istiqamətə yönləndirmək, başqa sözlə məhdudlaşdırmaq üçün taxırlar. Sadəcə bir yeri görsün, sadəcə ona göstərilən yolda yürüsün deyə…
Müsəlmanı fərasətsiz etmək üçün də ona at gözlyü taxmaq lazımdır. Bu qədər sadə bir üsul… O gözlük şüşədən də ola bilər qızıldan, gümüşdən də. Əhəmiyyətli olan onun materialı deyil, funksiyasıdır. Bir müsəlman niyə 'at gözlüyü' taxmaq istəsin ki?

Çünki şeytanla dost olmaq istəyir.
Ona görə həqiqətlərə arxa çevirir.
Namaza "ritual" deyərək ilk əvvəl onu dindən bir rükun olmaqdan çıxarır. Namazı dinin dirəyi deyil, gözünə batmış bir tikan olaraq görür.
Namaz bir ritualdırsa Allah Rəsulu niyə bu ritualı ən ağır döyüşlərində belə tərk eləmədi? Nəinki tərk etmədi, Uhudda namazı vaxtında qıla bilmədikləri üçün ilk və son bəd duasını elədi: «Allahım bizə namazı unutdurduqları üçün Sən onları cəzalandır»…
Bu gün namazı unutduranlar unutmasın ki, Rəsulun o bəd duasının muxatabıdırlar.
Ölərkən cənazələrində qılınacaq namaza belə möhtacdırlar…

Hicabı bir örtüdən çox bir parça olaraq görənlər, ölərkən büründüyünüz kəfən də sadəcə bir parçadır. Parçanın harada və nə üçün işlədilməsi onun missiyasını dəyişdiyi kimi, adını da dəyişir. Yataq örtüsü olan bir bez parçası kəfənə dönüşəndə insan kim və nə olduğunu düşünür. Bir parça bez ya altında mələfə, ya üstündə kəfən olur.
Örtünmək, bir əmrdir. Amma hamını muxatab almaz. Sadəcə mömin xanımları muxatab alar. Mömin olmaq istəyənlərə fərzdir. O bir parça bezə dəyər qatan parçanın özəlliyi deyil, örtülən başın dəyəridir. Başın dəyərsizsə örtü artıqdır. Həqiqətən sadəcə bir parçadır…


P.S. Dindar görünən dinsizləri siz həyatınızdan çıxatrmasanız onlar sizi cənnətdən çıxaracaq…

P.S. Deistləşən müsəlmanlara ithaf edirəm. Allah bizi sizdən, nəfsimizdən və şeytandan qorusun.



RÜZGAR KESKİN
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka