Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TORPAQ KİMİNDİR?

[ Aktual / 3973 dəfə baxılıb ]   
|
 
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü… [H.Cavid]



Torpaq da, Vətən də sadəcə bir əmanətdir. Yaradanın yaradılana verdiyi minlərlə əmanətlərdən sadəcə biri. Vətən, yaşadığın və ya doğulduğun məkan deyil.
Vətən, DÜNYADIR.

Əmanət varsa orada xəyanət də olacaq.
Kiminlə başladı ilk xəyanət? Adəmləmi? Yasaq ağac bir əmanət idisə, ona toxunmaqmı başlatdı xəyanəti? Ya daha öncə İblisləmi? İblis, əmrə qarşı çıxmaqla başladı ilk xəyanəti və vədlərlə davam etdirdi. İnsanlara vəd verərək aldatdı; MÜLKİYYƏT VƏDİ. Yəni 'Sahib olmaq' duyğusunu fısıldadı insanlığın qulaqlarına. 'Yaxınlaşacaqsan və sənin olacaq'… Halbuki Allah yaxınlaşmağı yasaqlamışdı. Meyvəni yemək deyil, ağaca yaxınlaşmaq pozdu Allaha verilən əhdi…

Kimdir ilk xain? Kim başlatdı bu oyunu? Bunu axtarmaq bizə heç bir fayda verməyəcək. Əksinə günahı bizə mümkün göstərəcək. Başqalarının günahını araşdırmaqla öz günahsızlığımıza inanaraq yaşayacaq, özümüzü və günahımızı unudacağıq.
Əsl axtarılmalı olan xilaskardır. Bizi düşündürəcək sual; 'Kimdir son xilaskar?' olmalıdır. Bu, bir xilaskar gözləmək, gözləyərək də yatmaqla deyil, əksinə xilasın yollarını axtararaq yuxunu itirməklə mümkün ola bilər. Xilas nədə və necə olmalıdır? İnsanlığı ortaq düşmən üzərində, - İblis, - necə səfərbər etmək lazımdır. İnsan insanın düşməni deyil, mesajını daha gözəl necə anlatmaq olar? İnsanı insana düşmən edən səbəbləri necə aradan qaldırmaq lazımdır?

Bütün sərhədlərin tikanlı məftillərini kəssək insanlar bir – birini sevərmi? Sevgiyə mane olan sərhəddəki tikanlı məftildirmi, ya qəlbdəki niftət toxumlarımı? Məftillərmi ayırdı insanları, ayrılınca da bir – birinə nifrət etməyi öyrəndilər, yoxsa nifrət edib ayrıldıqları üçün aralarına tikanlı məftillər qoydular?

Sorun kimdə və nədədir, bimirəm. Amma gündəmdəki ən böyük sorun İNSANdır. İnsanlıq sorundadır. Son günlər sosial şəbəkərədə yayılan şəkillər də bunu isbat edir. Əlində kəsik baş tutan qatilin fotoqrafa verdiyi poz, körpə uşaqların təcavüzə uğramış kütləvi cəsədləri, döyüşdən öncə toya gedirmişcəsinə gülə-əylənə əsgərlərin çəkdirdikləri şəkillər, atılan mərmilər, toplar, güllələr…
Fərqindəsiniz ya yox İNSANLIQ ÖLÜR.

Bu ölümdə hikməti anlamağa çalışırsan. Arif olub acizliyini dilə gətirirsən “İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət?"

İnsanlar öldükcə insanlıq da ölür, ölümlərə biganələşir.
Ölüm haqqıdr və hər kəs bir gün mütləq öləcək. Amma öldürmək zülmdür. Kim öldürürsə öldürsün, kimi öldürürsə öldürsün zülm işləyir. Hitler də zalımdır, Hitleri öldürən də… Hər ikisi Allahın verdiyi cana qıyır.
Bu zülm dayanmalı, dayandırılmalıdır. Qatili öldürüncə zülm dayanmır, taun xəstəliyi kimi artır və yayılır. Səbəbi dəyişmək lazımdır ki, nəticə dəyişsin. Zalıma deyil, zülmə qarşı vuruşmaq, insanlığın və millətin kökünü kəsmək yox, zülmün kökünü kəsmək lazımdır.

Bunu silahlı mübarizə ilə həll etmək mümkün deyil. Çünki müharibənin silahı 'zülm'dür. 'Sapı' özündən olan bir 'xilaskar' kimi xilas edə bilər ki?

Bütün savaşların başlanğıc nöqtəsi var. Daha doğrusu başlama 'SƏBƏBİ'… O da SAHİB olmaq arzusudur. Bir qadına sahib olmaq, bir parça torpağa sahib olmaq, bir əşyaya sahib olmaq...
Əgər insan sahib olmaq üçün yaradılmadığını anlayarsa İblisin bu vəsvəsəsinə uymaz və İblis sə insanın öz əli ilə insanlığı öldürtdürməz…

Torpaq kimindir? O insana və insanlığa nə üçün verilib? Kimə və nə zaman verilib? Tarix müharibələrlə, müharibə xəritələri ilə doludur. Bu gün birinin olan torpaqlar sabah başqasının olur. Bu gün hökmranlıq edən biri sabah mühakimə olunur. Ölən də öldürən də, hökm verən də, məhkum olan da özünü haqlı sanır. Mənim olan bir şeyi qorudum, deyir. MƏNİM OLAN… Mülkiyyət haqqını nə zaman və kimdən alırıq?

Hansı dövlət hansı əraziyə sahibdir? Və niyə o əraziyə sahib olmalıdır? Atamızdan qaldımı, deyə varisi bizik? Atamıza kimdən qalıb? Ondan əvvəl kimin atasının imiş? Suallar çox, cavab isə bir dənədir. Torpaq atamızın bizə mirasıdır. Adəm atamızın. Hamımızın atası olan Adəmin varisləriyik. Bütün miras davalarında olduğu kimi qardaşlarımızla anlaşa bilmirik. Bir az artıq pay istəyirik. Özümüz üçün deyil, varislərimiz üçün…

'Torpağı əkmədinsə qorumağına, qorumadınsa əkməyinə dəyməzmiş'. Nə əkirik o torpaqda? Nə ilə sulayırıq o torpağı? Qardaş cəsədini qardaş qanı ilə sulayıb hansı meyvənin yetişməsini gözləyirik?!

Torpaq əmanətdir. Mülk sahibi sadəcə Allahdır. Biz müvəqəti əmanətçilərik. Əmanətimizdə olandan sorumluyuq. Bir parça torpaqda nə əkdik, nə biçdik? Bunu hesabını vermək üçün yaşayırıq. Ölən körpələrimiz, ölən gənclərimiz, ölən insanlığımızdır. Öldürüncə və öldürülüncə nifrətə hamilə qalırıq. Hər ölən insanlıqla bir nifrət doğulur. Ölənlərin yeri boş qalmır, yerini 'körpə nifətlər' doldurur. Bu nifrətlər beşikdə boğulmazsa o zaman qocalan insanlığımız olmayacaq. Hamımız bu dünyadan gənc və nakam gedəcəyik: sahib çıxmadan…

Mülkə sahib olmaq deyil, əmanətə sahib çıxmaq lazımdır. Onu qorumaq varislərə ötürmək gərəkdir. Sevgi ilə əkib, məhəbbətlə sulayıb, şəfqətlə qorumaq lazımdır.

Üstündə gəzdiyimiz zaman həm də son mənzilimiz olacağını unutmadan o torpağı sevmək və qorumaq lazımdır. İnsandan və insanlıqdan deyil, zülmdən və nifrətdən qorumaq. Zülmün və nifrətin əlində silaha çevrilməkdən qorumaq. Əks halda ölən bədənimiz deyil, insanlığımız, ruhumuz, hisslərimiz olacaq. 'Ruhu öldürmək isə bədəni öldürməkdən daha böyük cinayətdir'.

P.S. Ölümə sevinən insanlığın halına üzülürəm. Biri dini və ya etnik düşmənimizdirsə insanlıqda qardaşımızdır. Ölən bizdən biridir. Yəni insanlardan biri. Öldürəni qatil edən İBLİSDİR. O iblisin adı nə olursa olsun, Hitler, Stalin, Səddam… və ya onların yaşayan sələfləri. Hədəf insanlıqdır. Hər bir qətildə ilk axtarılan dəlil motivdir. İblisin motivi bəllidir. Onun Allahın hüzurundan qovulmasına səbəb olanları Allahın hüzurundan qovdurmaq. Sən insan ol, bu oyuna gəlmə…


/RÜZGAR KƏSKİN

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka