Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SORULARLA İSLAM 1

[ Müxtəlif / 4119 dəfə baxılıb ]   
|
 
İslam və müsəlman nə deməkdir?

İslam, inanc sisteminin adı, müslim/müsəlman isə İslam inanc sisteminə bağlı olan insana verilən addır. Başqa sözlə müslim/müsəlman, şüurlu bir seçimlə özünü Allaha təslim edən insandır.
İslam, - “Allaha qeyri şərtsiz təslim olanların dini“ deməkdir. İslam kəlməsi üç kökdən törədilir;
1. Silm - Barış.
2. Təslimiyyət – Allaha qeyri şərtsiz təslim olmaq.
3. Səlamət – Əbədi qurtuluş.
Bu üçünü birlikdə ehtiva edən tərif: İslam, dünyada barışı/silmi və axirətdə əbədi qurtuluşu/səlaməti təmin etmək üçün Allaha qeyri şərtsiz təslimiyyət yoludur.

İslam, sözün əsl mənasında 'barış'; müslim isə, bu barışı içində yaşayan və çölündə yaşadan bir 'barış könüllüsü' deməkdir.
İslam, həqiqəti təslim alanların deyil, həqiqətə təslim olanların yoludur.
İslam, insanlığın dəyişməz dəyərlərinə verilən ad; insanlığın bütün zamanlardakı ortaq doğrularını içində ehtiva edən yol; Allahın qatında məqbul həyat tərzi (3-19), Allahın razı olduğu dindir (5-3).
İslam, əxlaq, inanc, ibadət və insan münasibətlərinə dair qanunları ilə bütöv bir sistemin adıdır (2-208). Hər mömin İslamı bütöv bir həyat tərzi olaraq tətbiq etmək durumundadır (2-85).
İslam, yaradıcını insan şüurunun mərkəzinə qoyar. İslam yaradıcıdan insana ağıl, iradə və vicdan verdiyini öngörən, insanın yaxşılığı və pisliyi hür olaraq seçmək iradəsinin olduğunu qəbul edənlərin yoludur.
İslam, dinlərdən bir din deyil, bütün peyğəmbərlərin təbliğ etdiyi insanlıqla yaşıd ortaq dəyərlər və doğrular sisteminin adıdır (22-78).
İslam, ən geniş mənası ilə, Allahın kainatı yönətdiyi sistemin adıdır (41-11). Kainatda 'xaos' deyil, 'kosmos' hakimsə, bu kainatdakı möhtəşəm nizam və sistemin göstərişidir. Kosmosdan və sistemdən söz edilən bir yerdə deməli 'uyum'dan da söz edilir. Kosmik varlıqların uyumu, onların İslami təslimiyyəti olaraq anlaşılır (55-6).

Müslim, həm öz daxilində barış və hüzuru, həm də ətrafında barış və hüzuru yaratmaq üçün, şüurlu və hür iradəsi ilə özünü Allaha təslim edən insandır.
Müslim, tək Allaha iman edən və Onun əmrlərini şərtsiz tətbiq edən insandır.
Müslim olmaq, 'ürəyinin istədiyinin' yerinə 'Allahın istədiyini' qoymaq deməkdir.
Müslim olmaq, bir yerə getmək deyil, özünə gəlməkdir.
Allaha qeyri şərtsiz təslim olmağın yolu olan İslamı həyat tərzi edən hər kəs müslim/müsəlman olaraq adlandırılır. Allah, bütün dövrlərdə Ona səmimi olaraq inanaları və əmrlərini yerinə yetirənləri 'müslimin' deyə adlandırmışdır (22-78).
İnsanın müsəlman olması, onun Allaha bir lütfü deyil, əksinə Allahın ona lütfüdür (49-17).


Hazırladı; Əlif
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka