Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ATƏŞİN PROQON MƏŞQİ

[ Aktual / 2969 dəfə baxılıb ]   
|
 
Yaz fəslini yaşayırıq. Günəşin ilk şüaları əvvəlcə insana xoş hərarət yaşadır, onun göz qamaşdırıcı gözəlliyini görüb həzz alırsan. Sonra birdən – birə yanmağa başlayırsan…
Günəş məşq edir. Sönəcəyi günə hazırlaşır. Bütün enerjisini tükətmək istəyir. Həm də insana məşq elətdirir; yanmağın proqon məşqini… Bəzən o qədər isti olur ki, dənizin sərinliyi belə bu atəşi söndürə bilmir. Yanan evi söndürməyə qadir olan su, bu atəşin qarşısında aciz olur. Çünki özü də isinməyə, özü də yanmağa başlayır. Dəniz də, qaynamağı məqş edir. Qiyamət öncəsi qaynayacağını bilərək hazırlıq görür o zamana…

İsti bəzən elə həddə çatır ki, bitməyəcək sanırsan. Amma bitir. Gecənin sərinliyi bir az xəfiflədir, o atəşi. Səhər açılınca hər şey yenidən təkrarlanır. Sanki bir dirijor, əlindəki çubuqla hər kəsi məşqə səsləyir və təbiət öz simfoniyasını oxumağa başlayır. Günəş də, asta - asta yandırmağa…

Bu istinin hərarətindən insanların bəziləri soyunur… Nə qədər çox soyunsalar o qədər az yanacaqlarını düşünərək soyunurlar. Amma yanılırlar və daha çox yanmağa başlayırlar. Çünki bu istidə atəşdən qoruyacaq olan yeganə libas ‘təqva əlbisəsidir’. Bədən üzvlərini bildirməyəcək, zinətlərini gizlyəcək bir təqva əlbisəsi. İmansız geyilən heç bir geyim təsəttür ola bilməyəcəyi kimi, zinəti gizləməyən heç bir libas da ‘təqva əlbisəsi’ ola bilməyəcək və yandıracaq. Ya bu dünyada, ya da axirətdə. Bəzən elə ikisində də...

İnsan çılpaqlığını dərk etmədikcə təqva əlbisəsinə sarıla bilməyəcək. İman, çılpaqlığını fərq elətdirir insana. Çılpaq olmanın yanmaqla bir başa əlaqəsi olduğunu pıçıldayır. Həm də sadəcə bu dünyada deyil, axirətdə də…

Bəzən insan çılpaqlığını daha çox təsəttürlü insanların yanında hiss edir. Siz heç vaxt dənizdə çılpaq olduğunu dərk edən və bundan utanan birinə rast gəlməzsiniz. Orada dəyərlər dəyişir və orada geyimli olmaq təəccüb doğurur.
Alt paltarında qonşunun qapısını döyüb ondan bir şey istəmək ayıb olduğu halda dənizdə o qonşu ilə rastlaşanda hal - əhval tutmaq, bərabər dənizin ‘keyfini çıxarmaq’ normal qarşılanır. Halbuki hər ikisində alt paltarında olursan. Sadəcə paltarın adı bir az dəyişir. Mahiyyəti isə eyni ilə qalır. Hər ikisi çılpaqlığı simvolizə edir. Bəzən bu simvolu sadəcə məkan dəyişincə anlaya bilir insanoğlu.

Bir gün bütün məşqlər bütəcək. Tamaşanı son dəfə oynaya bilmək, son alıqış sədaları eşitmək üçün qiyamət gerçəkləşəcək. Qiyamətin qopuşu kainatın bu tamaşaya ‘çəpik çalması’dır. Hər kəs o alqış sədaları altında səhnədəki yerini tutacaq. Rolunu gözəl oynayanlar cənnətə mələklərin alqış sədaları altında girəcəklər. Hər kəsin üzündə sevinc, sağ əlində əməl dəftərindən hörülmüş bir dəmət çiçək olacaq. O çiçəyi onlara Rəbləri təqdim edəcək.
Bu dünyanın nə istisinə, nə səfasına, nə faniliyinə aldanmayıb, Onun hüzuruna qürurun verdiyi bir sevinclə başları öndə gəldikləri üçün Allah onları mükafatlandıracaq.
İmanları onları dünya atəşinindən qoruduğu üçün, Allah da onları gül atəşinə tutacaq.
Başlarında Allahın ayəsini daşıdıqları üçün Allah da onların başını uca edəcək. Gözləri sadəcə halala baxdığı üçün müjdələnəcəklər.

Bu səhnədən kulisə qayıtmaq istəyənlər də olacaq. Yenidən, yeni bir tamaşada oynamaq üçün israr edəcəklər. Amma artıq gec olacaq. Kainat yeni missiyasına başlamaq üçün qiyam edərək yenilənmiş, tamaşa sona çatmış, mükafatlar və cəzalar müəyyənləşmişdir.
Günahkar insanlara yazığınız gəlsin. Yanacaqlarını bilmirlər. Bu dünyada məşqdə olduqlarını da. Günəşin onları daha böyük atəşə hazırladıqlarını da, cəhənnəmdə kölgənin olmayacağını da. Onlara dua edin; ‘başınıza ayə düşsün!’ deyin.

P.S. Nə qədər müsəlman qadın başının üstündə qürurla Ən – Nur 31-ci ayəni, nə qədər müsəlman kişi gözünün üstündə Ən – Nur 30-cu ayəni daşıya bilir?


Rüzgar Kəskin / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka