Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLÜM ALLAHA DÖNÜŞDÜR…

[ Müxtəlif / 5363 dəfə baxılıb ]   
|
 
Hamımızın dönüşü Onadır… [Yunus, 4]


Allahdan gəlmişik… Gələrkən bizə bir ruh üfləmişdi.
Allaha gedəcəyik. Dönərkən bizə əmanət verdiyi ruhu Ona qaytaracağıq.

Bu ruhu tər – təmiz geri qaytara bilmək üçün isə KİTAB oxumaq lazımdır. Bir tamaşada söylənildiyi kimi 'Hellas' deyil. Sözün həqiqi mənasında kitab… Müəllifi Allah olan kitabı oxumaq, Allahı dinləmək, keçirdiyi imtahanlarda uğur əldə etmək, sağ tərəfdən, sağ əllə DİPLOM almaq.

Bu kitabı sadəcə oxumaq azdır. Bu kitabı hərfinə qədər anlamaq, kəlməsinə qədər yaşamaq lazımdır. Kəlmələri hərfi mənada anlayıb yaşamaq deyil… Ayələrin məcazını da anlamaq, dediyi ilə yanaşı demək istədiyini də dərk etmək.
Allah nəyi dedi, necə dedi, niyə dedi… kimə dedi?!

Ayələri tarixin tozlu arxivindən çıxarıb günümüzə daşımaq. Rəvayəti bilərək dirayət etmək…

Talib [tələbə] olduğunu anlayacaq və dərs kitabını əlinə alıb təhsilin ilk mərhələsinə başlayacaqsan. A –dan Z – yə bütün hərfləri öyrənəcəksən;

İlk dərsin Allah olacaq. 'Kimdir Allah?' suallarına cavab axtaracaqsan. Göyün və yerin mülkünə sahib olan, doğmayan və doğulmayan, hakimiyyətində şəriki olmayan, hər şeyi yaradan, yaratdıqları üçün bir qanun qoyan, Rəbb olan, Rəhman olan, Vədud, Rəzzaq… olan Allahı tanıyacaqsan. Yaradanı tanımadan yaradılanları anlamaq mümkün deyil. Allahı tanıyacaqsan ki, Ona şərik qoşmayasan. Buna görə şirki də öyrənəcəksən. Allah, nəyə şirk deyir, nəyi şərik qoşmaq adlandırır.

Sonra axirəti oxuyacaqsan. Hesab verməyin nə olduğunu idrak etməyə çalışacaqsan. Heç kimin şəfaət edə bilməyəcəyi [Bəqərə, 48] bir günün ağırlığını çiynində hiss edəcəksən. Dostun – tanışın sözünün keçmədiyi bir gündə səni Allaha kim tapşıra bilər ki? Dünyada Allahın qanunlarına tərs yaşamış bir adamı kim tapşırmağa cəsarət edə bilər ki?
Hesabda yalnızsan. Sadəcə sən və əməllərin. Bir də şahidlərin. Onlar da özgə deyillər, bir ömür səninlə birlikdə yaşayan bədən üzvülərindir. Əleyhinə şahidlik etmək üçün məhkəməyə çağrılmış şahidlər. O böyük məhkəmənin nə mənaya gəldiyini anlamaq üçün hər gecə yuxudan öncə vicdan məhkəməsində proqon məşq etmək lazımdır. Bütün replikaları əzbərləmək, kitaba baxıb kopya çəkmək…

Sonra qulluğu öyrənəcəksən. Bu sənin üçüncü dərsindir. İlk ikisini bilmədən qulluğu anlamayacaqsan. 'Yalnız Ona qulluq etmək' üçün Onu Rəbb olaraq tanımaq lazımdır. Qulluq nədir? Necə edilir?
Qulluq sadəcə namaz, oruc, həcc deyil. Qulluq insanı namaza, oruca, həccə aparan düşüncədir. Allahın qarşısında düşüncələrinlə əyilməsən namaz qılmaq, əyilib dikəlməkdən başqa bir şey olmayacaq. Allahı həyatında Rəbb olaraq qəbul etdinsə yeyib - içməyin belə qulluq olacaq. Necə?
Düşünəcəksən.
Bu neməti əldə etmək üçün pulu haradan qazandım, halal və təmizdirmi? Allah mənə halal qazanc qapısını açdığı üçün yeyib içdikdən sonra şükür etdimmi? Pulu harada, necə qazanıb, kimə və nəyə xərclədim? Allahdan aldıqlarımı qaytarıb Allahamı borc verdim, ya Allahdan 'gizləyərək' beş günlük dünyanın səfasınamı daldım. Dünya isə beş gün deyilmiş, bir gün və ondan da az imiş…

Dördüncü dərsə gələ bildinsə ölümü oxuyacaqsan. Allaha dönüşün mütləqliyini anlayacaqsan. Qaçış yox… çarəsizcə, ümidsizcə Ona döndəriləcəksən. Əfvinə ümid etsən də yaşamına sənin qədər Onun da şahid olduğunu bilərək başın önündə hüzura çıxacaqsan. O qədər 'kaş ki…' deyəcəksən ki, başqa sözləri unutduğunu sanacaqsan.

Kainatı, təbiəti, bialoğiyanı, kimyanı, fizikanı, anatomiyanı Allahdan öyrənəcəksən. Riyaziyyatın yeni hesab cədvəlini öyrəndiyin gün həyatın dəyişəcək. Orta məktəbdə 40-dan 1 çıxanda 39 qaldığını öyrənmişdin. Allah sənə 40-dan 1 çıxanda 400 qaldığını öyrədəcək. Verdikcə artacağını, sənə artıqlaması ilə geri verəcəyini öyrənincə hesab makinan dəyişəcək. Vurma, toplama əməliyyatları çıxma, bölmə əməliyyatlarını inkar edəcək. Azalmadan necə arta biləcyini sadəcə Allah öyrədə bilər.

Ana bətnində necə döl dəyişməyini, bədən üzvülərinin necə yarandığını da Allahdan öyrənincə qulağa gözdən daha çox dəyər verəcəksən. Hər duyduğunun sorumluluğu, hər gördüyününün sorumluluğundan nə qədər çətin olduğunu biləcəksən.

Hətta tarixi Allahdan öyrənəcəksən. Dəyişən heç nə yoxdur. Adalar, məkanlar, insanlar dəyişir. Ssenari isə eyni ssenaridir. Bir filmi dəfələrlə başqa aktyorların ifasında seyr edəcəksən. Fironu oynayan aktyor dəyişəcək, amma firon obrazı eyni olacaq. Asya da, Nemru da, İbrahim də, Musa da… obrazlar qalacaq, aktyorlar isə dəyişəcək. Sən kimin rolunu oynamaq istəyirsən onu seçib oynayacaqsan. Adın Mehmet, Hanq, Sergey olsa da Musa obrazını boynuna biçdirmiş kimi oynaya bilərsənsə dövrünün firoununu sularda boğacağından əmin olacaqsan.
Al əlinə əsa düş Qızıl dənizin yollarına. Boğazına qədər suya gir. İbrahimi oynamaq istədiyin zaman atəşlərə meydan oxu. Onu gözləyən aqibətin səni də gözləyəcəyindən əmin ol.

Dostu və düşməni oxu. Al əlinə kitabı və tanı insanları. Oxuduqlarını doğru anlamaq üçün sadəcə şeytandan qaçmayacaq, şeytanlaşan düşüncələrindən də Allaha sığınacaqsan. Səni Allahdan uzaqlaşdıran hər bir şey, hər bir düşüncə, əməlin səni şeytana yaxınlaşdırdığını unutmadan oxuyacaqsan.
Bir dostun haqqında pis düşündünmü – Şeytanı sevindirdin...
Bir müsəlman haqqında zənn etdinmi – Şeytanın üzünü güldürdün.
İsraf etdin, günaha yaxınlaşdın, ayələri təhrif etdin, qaçdın, qorxdun, şərik qoşdun... Şeytanlaşdın. Çünki şeytana yaxınlaşmaq insanı sadəcə şeytanla dost etmir, həm də şeytanlaşdırır.

Zalımı və ziyanı öyrən. Allah kimlərə zalım deyir, kimlərin ziyanda olduğunu söyləyir? Ziyandan xilasın yolu nədir?
Böyük tənliyin formulunu əzbərlə; [iman + saleh əməl]
Toplananların yeri dəyişsə də nəticə dəyişmir. Amma ikisindən biri olmazsa tənlik həll edilməz.

A – dan
Z – yə

oxumadan, oxuduqlarından imtahan vermədən məzun olmaq mümkün deyil. Sinifdə qalanlar peşimanlıq və can yaxıcı bir əzaba mübtəla olacaqlar. Nə qədər şansın var, ölüm gəlib çatmadan al əlinə kitabını və başla ilk dərsi oxumağa.

P.S. Ölüm Allaha dönüşdür.
Ölsəm də bir dönsəm…


Rüzgar Kəskin / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:01
MƏĞRİB [ 3 rükət ]19:40
İŞA [ 4 rükət ]21:06
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka