Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Boşanma - sosial problem kimi

[ Müxtəlif / 2738 dəfə baxılıb ]   
|
 
“Boşanma (talaq) Allahın ən sevmədiyi halaldır” (Əbu Davud, Talaq, 3).
İslamda talaq (boşanma) hüququ ilk növbədə kişiyə verilmişdir. Ancaq bununla belə, qadına da ərinə müəyyən miqdar vəsait ödəyərək, onu boşamasını tələb etməsi, bu məqsədlə məhkəməyə müraciət etməsi kimi haqqlar da tanınmışdır. Ümumiyyətlə dörd cür talaq vardır:
a- Sünni talaq (Peyğəmbərin sünnəsinə uyğun şəkildə boşama;
b. Bidi talaq;
c. Rici talaq;
d. Bain talaq.
Talaq mövzusunun genişliyindən dolayı məsələyə müasir dövrdə Azərbaycanda boşanma hallarının başlıca səbəblərinə nəzər salaraq, aşağıdakı xüsusları qeyd etməliyik:
1. Gənclərin istəmədən və öz razılıqları alınmadan, evliliyə hazır olmadıqları nəzərə alınmadan evləndirilmələri;
2. Valideynlərin razılığı alınmadan ailə qurulması halları; Gizli tanışlıq, ünsiyyət, yad insanların şahidliyi ilə kəsilən kəbinlər, nəticədə isə arzuolunmaz son...
3. Peyğəmbərin hədisində bildirilən 4 xüsusa biganə yanaşaraq, varlı oğlanın həddən artıq kasıb qızla, xüsusilə də kasıb oğlanın varlı qızla ailə qurmasının heç də həmişə dini həssaslıqlarından asılı olmayaraq, Məhəmməd peyğəmbər (Ona Allahın salamı və xeyir-duası yetişsin!) ilə Həzrəti Xədicənin (Allah ondan razı qalsın!) nümunəsində olduğu kimi xoşbəxlik və uğurlu ailə həyatını verə bilməməsi;
4. Ehtiyac, düşüncə, məsələlərə fərqli yanaşma və bu kimi hallardan irəli gələn boşanma halları.
Müxtəlif məzhəblərin mənsubları arasında evlilik, ali təhsil almış qızın daha aşağı təhsil səviyyəli oğlanla ailə qurması, əsasən dünya həyatına daha çox diqqət ayıran kəslə məqsədi Allahın razılığını qazanmaq olan qızın evlənməsi... İstisnalar mövcud olsa da ümumilikdə yuxarıdakı qeyd edilən xüsuslarla hüzurlu ailənin qurulması və sonadək davam etdirilməsi olduqca çətindir. Bu səbəbdən, həm qız, həm də oğlan hər bir cəhətdən özünə müvafiq kəslə evlənməyə səy göstərməlidir.
5. Cinsi tələbatın ödənilməsi: Bəzi boşanma hallarına isə evli tərəflərdən birinin cinsi münasibətdən zövq almamasının səbəb olduğu məlumdur.
6. Tərəflər arasında qarşılıqlı anlayış, hörmət-ehtiram və sevginin formalaşması üçün tərəflərin bir-birilərinin qüsurlarını şişirtməməsi və hər kiçik nöqsanı qabartmamaları əhəmiyyət kəsb edir.
7. Bəzən qızın və oğlanın ailə qurduqdan sonra məhrəm söhbətlərini və problemlərini yaxın əqrəbalarına danışması nəticəsində xoşagəlməz vəziyyətin yaranması... Şübhəsiz ki, tərəflərin öz səhvlərini düzəltmələri üçün böyükləri ilə məsləhətləşmələri təqdirəlayiqdir. Ancaq hər bir kiçik problem qabardılaraq, böyüklərin ailədaxili kiçik problemlərə müdaxiləsinə şərait yaradılmamalıdır.
8. Mİllətindən asılı olmayaraq, digər cəmiyyətlərdəki ailə sistemi və prinsiplərini olduğu kimi mənimsəmək də evliliyin uzunmüddətli olmamasının səbəblərindəndir. Burada xüsusilə insanların digər ölkələrin televiziya seriallarındakı həyat tərzini öz evliliklərində tətbiq etmə cəhdləri və nəticədə üzləşilən uğursuzluq qeyd olunmalıdır. Dinimizdə ədalətlə davranılması şərtilə 4 qadınla evliliyə icazə verilsə belə bunu həyata keçirməyə çalışan müsəlman kişilərin ədalətli və 4 qadını da maddi baxımdan təmin edəcək imkana sahib olmaları mühümdür.
9. Müxtəlif xəyal və arzularla qurulan evlilik, xüsusilə gənc qızların ağ atlı oğlan kimi hər baxımdan mükəmməl və qüsursuz oğlan axtarışı, oğlanların isə gözəlliyin bütün tələblərinə müvafiq zərif cinsin nümayəndələri ilə evlənmə arzusu... Bu cür xəyallarla qurulan evlilik arzular reallaşmadığı təqdirdə aradan bir müddət keçdikdən sonra başlayan narazılıqlar nəticəsində dağılar.
10. Sosial medya v’ mətbuat vasitəsilə - qarşısındakı insanı görmədən, yazdıqlarına inanan, mesajlarla özünü ən ideal tərəfdən tanıdan şəxslərin evlənməsi... Bu cür evliliyin davam etdirilməsi bir çox hallarda virtual aləmdən real dünya həyatına keçdikdə tərəflərin əvvəlcədən bildirdikləri xüsusiyyət və xasiyyətdə olmamaları aşkara çıxdıqda acı sonla yekunlaşır.
11. Gənclərin evlənərkən real hədəflər, ailə həyatından gözlədikləri və gələcəyi düzgün təhlil etməmələri...
Uca Rəbbim gənclərimizə qurduqları ailənin mahiyyətini, əhəmiyyətini və Onun nəzdində dəyərini dərk etməyi nəsib etsin.

Sənan ƏZİMOV - İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:50
GÜNƏŞ07:20
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:59
MƏĞRİB [ 3 rükət ]18:28
İŞA [ 4 rükət ]19:53
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka