Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Muta məsələsi və İslamda evlilik

[ Müxtəlif / 4289 dəfə baxılıb ]   
|
 
Evlənmək, ailə sahibi olmaq hər bir gəncin arzusudur. Bu, ailə quran cütlük qədər bütövlükdə cəmiyyət və bəşəriyyət üçün də əhəmiyyətlidir. Elə İslam dininin də ailə həyatının qurulması və nizamına dair bir çox əmr, tövsiyə və qadağaları ehtiva edən öz doktrinası vardır. Əksər hallarda evlənə biləcək yaşa çatmış gənclər ailə qurmaq istədikdə bir sıra çətinlik və maneələrlə üzləşirlər.
İslam gəlməzdən qabaq cahiliyyə dövrü ərəb cəmiyyətində müxtəlif evlənmə növləri vardı, lakin İslam bu cür evlilik növlərini qadağan edərək, yalnız daimi nikah adlandırılan evlənmə formasını qüvvədə saxladı. Vaxt ötdükcə müsəlmanlar arasında evlilik xüsusunda fərqli görüş ortaya çıxmağa başladı. Bu, şiə məzhəbində daimi nikahla yanaşı, qüvvədə olduğuna inanılan digər bir evlənmə forması – mütə (müvəqqəti evlilik).

Əhli-Sünnənin görüşünü mənimsəyənlər isə Peyğəmbərin dövründə yalnız daimi evliliyə icazə verildiyi qənaətində idilər. Oxuduğunuz məqalədə müsəlmanlar arasında ixtilafa səbəb olan sözügedən mövzunu tədqiq edəcəyik.

Mütə nədir?
Mütə kəlməsi ərəbcə “təməttu” sözündən törəyib, “faydalanma” və “həzz, zövq alma” kimi mənalara gəlir. Siğəni, yəni, mütə nikahını daimi nikahdan fərqləndirən başlıca məqam burada evlilik müddətinin qabaqcadan konkret şəkildə təyinidir. Sözügedən müddətdə keçən evlilik başa çatdıqdan sonra qadın daimi nikahda olduğu kimi müəyyən müddət iddət saxlamalı, başqa bir fərdlə evlənməməlidir. Gözləmə müddəti başa çatdıqdan sonra isə qadının yenidən müvəqqəti və ya daimi şəkildə evlənməsinə icazə verilir.
Şiə məzhəbindəki görüşə görə, siğə Quran ayəsi ilə halal buyrulmuşdur. Həmçinin, bu cür evliliyin halal olduğunu bildirən şiə üləması Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatınadək mütə nikahını qadağan etmədiyi fikrini irəli sürürlər. Şiə məzhəbinin Quranda hökmü sabit olduğunu mütə (siğə) ayəsi “ən-Nisa” surəsinin 24-cü ayəsidir: “Mutə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra, aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz! Allah hər şeyi biləndir, hikmət sahibidir”. Cəfəri məzhəbinə mənsub alimlər ayədə “aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz!” – buyurulmaqla evliliyin deyil, siğə müqabilində ödəniləcək məbləğin nəzərdə tutulduğu görüşünü mənimsəmişlər. Habelə onların fikrincə, ayədə ifadə olunan “istimna” (faydalanma) kəlməsi ilə nikah kimi şərh olunmalıdır. Əhli-sünnə məzhəblərinə bağlı alimlər isə ayənin həm əvvəlində, həm də sonunda nikahdan bəhs olunduğunu, burada faydalanma dedikdə mütə deyil, nikah vasitəsilə ilə faydalanma nəzərdə tutulduğunu bildirmişlər. Həmçinin, onlar ayədə qeyd olunan “ücrət” kəlməsinin mütə müqabilində verilən müəyyən məbləğ pul deyil, mehr olduğu qənaətindədirlər. Alim səhabələrdən İbn Abbas: “Zövcə və cariyə istisna olmaqla, hər bir dişi kişiyə haramdır”, - demişdir. Mütə isə qadının üzvündən istifadə üçün bağlanılan kirayə aktıdır. Mütə (siğə) aktı səhabələrin uzaq səfərdə xanımları yanlarında olmadığı vaxt Peyğəmbərin onların günaha yol verə biləcəklərindən ehtiyatlanaraq, verdiyi rüxsət idi ki, daha sonra bilavasitə Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən haram qılınmışdır. Belə ki, hədislərə nəzər saldıqda Həzrəti Peyğəmbərin Məkkənin fəthinədək bir neçə dəfə, lazım gəldiyi təqdirdə mütə nikahına icazə verdiyi, lakin sonra birdəfəlik qadağan etdiyi məlum olur.
Bu tarixi faktı əldə əsas tutan şiə üləması müxtəlif dəlillər irəli sürür, “Mütə nikahı əxlaqsızlıqdırsa, məgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz səhabələrini əxlaqsızlığamı sövq edirdi?” – deyə soruşurlar. Ancaq onlar görüşlərini bu formada əsaslandırmağa çalışarkən zərurət yarandığı təqdirdə şəriətin bəzi xüsuslarda rüxsət xarakterli hökmçıxarma metodunun olduğunu unudurlar.
Mövzuya məntiqi nəzər saldıqda səhabələrin Mədinədə belə bir nikaha üstünlük verdiklərinə dair rəvayətlərə rast gəlinməyib yalnız səfərdə ikən bəzi hallarda mütə nikahı etdikləri tarixi və dini mənbələrdə öz əksini tapımışdır.

Digər tərəfdən, əgər siğənin halal olduğunu güman etsək, onda nə üçün şəriət müsəlman kişiyə 4 qadınla evlənə bilmə imkanı verib? Əgər siğə halal olaraq qalsaydı, onda 4 qadınla evliliyə nə lüzum vardı?

Əbu Həmzə belə rəvayət edir: “(Bir gün) İbn Abbasdan qadınların mütəsi (mütə nikahı ilə qadınlardan faydalanmaq) haqda soruşdum. O, bu cür nikaha icazə və rüxsət verildiyi dedi. (Bu zaman) bir xidmətçisi ona: “Bu hökm sıxıntı, qadınların az olduğu və digər oxşar hallarda icra oluna bilər, elə deyilmi?” – deyə soruşduqda İbn Abbas: “Bəli, elədir” – cavabını verdi...

Hazırkı dövrdə siğə əxlaqsızlığın ilk mərhələsidir. Daimi nikahdan fərqli olaraq, siğədə ailə anlayışı da mövcud deyildir. Ailə vacibdir, dəyərli müəssisədir və İslam bu dəyərə ciddi yanaşmışdır. İslam mədəniyyətini Qərb mədəniyyətindən fərqləndirən başlıca amillərdən biri də bu dinin ailəyə verdiyi dəyər-qiymətdir. Siğə isə bu dəyərləri aradan qaldırır. Kişi və qadının evlənərək sağlam ailə qurmasını hədəf seçən İslam bunun təmini üçün doğru yolu göstərmişdir. Sünni üləması və alimləri və şiə Zeydiyyə məzhəbi İslamın ilk dövrlərində müharibə üçün səfərə çıxarkən bəzən qısa müddət üçün keçərli olmaqla icazə verilən belə bir evlilik formasının Məkkənin fəth edilməsindən sonra Hzərəti Peyğəmbər və ya xəlifə Ömər İbn əl-Xəttab (r.a) tərəfindən qadağan olunduğu görüşünü mənimsəmişlər.

Digər tərəfdən, mütə nikahının zinadan bir o qədər də fərqlənmədiyini desək, yanılmarıq. Belə ki, mütə nikahı yalnız insanın şəhvət duyğusunun təmini üçün olub burada nəslin mühafizəsi və artırılması kimi dəyərlərdən söhbət getmir. Mütə nikahının elə Peyğəmbər tərəfindən qadağan olunmasının hikmətlərindən biri də bu cür evliliyin nikahın davamlı olması kimi amili aradan qaldırması idi. Allahın elçisinin mütə nikahına yalnız zərurət yarandığı təqdirdə icazə verdiyini qeyd edən alimlər bu cür evlənmə formasının murdar, ölmüş heyvanın ətinin yeyilməsi və ya şərab içmək kimi haram, ancaq, başqa əlacı qalmayan insanların ölməməsi üçün rüxsətli halala bənzədiyini ifadə etmişlər. Rəvayət olunduğuna görə Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurub: “Ey insanlar! Sizə qadınlarla mütə nikahı etməyinizə icazə vermişdim. Şübhəsiz ki, Allah bunu qiyamətədək haram etmişdir. Mütə nikahında olanlar xanımlarını sərbəst buraxsın. Onlara verdiyiniz heç nəyi də geri almayın”.

Sonda qeyd etmək istəyirik ki, pul müqabilində müvəqqəti vaxt keçirmə sayıla biləcək mütə nikahı ilə bir arada olma ailə müəssisəsi ilə müqayisə edilə bilməz. Fikrimizcə, belə bir “evlilik” zinadan fərqlənmir. Çünki zina da mütə kimi müəyyən müddət ərzində pul əvəzində qadından faydalanmaq deməkdir. Nəfsimizi qorumaq diləyi ilə...

Nigar İSMAYILOVA-İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka