Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANİ-KƏRİMİN ECAKARLIĞI VƏ ÜSLUBU

[ Elm / 4579 dəfə baxılıb ]   
|
 
Peyğəmbərlər tarixinə nəzər saldıqda hər peyğəmbərə öz ümmətini imana gətirməsi üçün müəyyən möcüzələrin və digər insanlarda müşahidə olunmayan bəzi üstünlüklərin verildiyini görürük. Məsələn, İsa peyğəmbərə (əleyhissəlam) müxtəlif zöhrəvi xəstəlikləri müalicə etmək, korların gözünə nur gətirə bilmək möcüzəsi (əl-Bəqərə 2/253, Ali–İmran 3/55, Nisa 4/157) verildiyi halda, Musa peyğəmbərə sehrbazlığın yayıldığı bir cəmiyyətdə əsanı əjdahaya çevirmə bacarığı, eləcə də bəlağətli danışıq qabiliyyəti, əsası ilə qeyri-adi şəkildə öz qövmü üçün su təmin etməsi qabiliyyəti (əl-Bəqərə 2/60, 92, əl-Əraf 7/105, 115, 117), Allahın sonuncu elçisinə isə yaşadığı bəlağətli nitqin geniş yayıldığı cəmiyyətdə ərəbləri söz deməkdə aciz qoyan Qurani-Kərim verilmişdi (Rad 13/37, Nəhl 16/103, Zümər 39/28).

Sonuncu peyğəmbərin (Xatəmül-ənbiya) ən böyük möcüzəsi sayılan Qurani-Kərimin ecazkarlığı o dövrki ərəb cəmiyyətində bədahətən və olquqca bəlağətli şəkildə nitq söyləmək qabiliyyətinə malik şairləri ilahi kəlamın qarşısında söz söyləməkdən aciz qoymuşdur. Quran ilahi kəlam kimi Peyğəmbərin ən böyük möcüzəsi idi. Belə ki, müxtəlif dövlərdə müqəddəs kitaba bənzər kitablar yazılmağa dəfələrlə cəhd olunsa da bu cəhdlər heç bir nəticə verməmiş, hətta islam düşmənləri onun bir surəsinə bənzər mətn qələmə almaqda belə aciz qalmışlar.

Peyğəmbərin insanları İslama dəvət edərkən dövrün bir sıra məşhur müşrik şair və xətibləri Qurana qarşı əsərlər qələmə almağa nə qədər cəhd etsələr belə Uca Allahın ayələri qarşısında aciz olduqlarını dərk etmişlər. (Şevqi Dayf, Mucizatul Quran, s.43).

“De ki; “Əgər bütün insanlar və cinlər Quranın bir bənzərini ortaya qoymaq üçün toplaşsalar, nə qədər bir-birlərinə kömək etsələr də onun bir bənzərini gətirə bilməzlər. (İsra 17/88).

Qurani-Kərimin ecazkarlığı dedikdə onun hətta bir ayəsinə bənzər cümlə qurmaq xüsusunda acizlik, habelə ayə və surələrdəki ahəngdarlıq, ilahi kəlamı dinləyənlərin onlar üçün şəfa mənbəyi olması (İsra 17/82, Fussilət 41/44), Yaradanın Öz elçisinə əvvəlki peyğəmbərlərə dair qissələri və digər qeyb aləmindən olan xüsusları bildirməsi, müqəddəs kitabın bəlağəti, qorunan misilsiz məna cövhəri və digər xüsusuiyyətləri başa düşülür.

Həmçinin, Quranın ecazkarlığından söhbət açarkən nazil olduğu vaxtdan qiyamətədək bütün sonrakı dövrlərə, cəmiyyətlərə və insanlara müraciət etməsi də qeyd olunmalıdır. Tarix boyu ilahi kəlamın ecazkarlığına etiraz edənlərin Quran əleyhdarlığı istiqamətində fəaliyyətləri daim uğursuzluqla nəticələnmişdir. Axı haqq daim qalibdir! (Nuaym Hamsi, Fikrətul İcazul Quran, s.462-463)/
Mənbələrdə ərəb ədəbiyyatın ustadlarından və müşriklərin başçılarından olan Vəlid ibn Muğirənin Qurandan təsirləndiyi, onun məlum heç bir ədəbi növə bənzəmədiyini və rəqabət aparılması qeyri-mümkün üstünlüyə sahib olduğunu etiraf etdiyi, buna baxmayaraq, təkəbbüründən dolayı ilahi kəlamı sehr və bir insanın sözü olduğunu iddia etdiyi öz əksini tapmışdır (Müddəsir 74/11-25).

Quranın ecazkarlığının yalnız Peyğəmbərin İslama dəvəti dövrünü əhatə edib sonrakı dövrlərdə bənzərini gətirmənin mümkün olduğu fikri irəli sürülsə də başda tanınmış alim Baqillani olmaqla bir çox alim və mütəfəkkir müqəddəs kitabın ecazkarlığının qiyamətədək davam edəcəyini bildirmişlər. Onlar fikirlərini Allahın Öz kitabında meydan oxuduğu vaxt zaman məhdudiyyəti bəyan etməməsi ilə əsaslandırmışlar. Habelə bu görüşü irəli sürən alimlər Peyğəmbərin gətirdiyi dinin qiyamətədək bütün bəşəriyyət üçün haqq din olacağını, bu səbəbdən, Qurani-Kərimin də ən böyük möcüzə və ecazkar kəlam olaraq qalacağını bildirmişlər (Ankəbut 29/51).

Quranın üslubu bütün ədəbi formalardan fərqlənməsi, onda həm nəzmin, həm də nəsrin çalarlarının olması, az ifadə ilə mənanı çatdırması (Peyğəmbərin hədislərində də müşahidə edilən bu xüsus hədis ədəbiyyatında “cəvame əl-kəlim adlanır) kimi xüsusiyyətlərinə görə də möcüzədir, ecazkardır. Rummaninin də qeyd etdiyi kimi mənanı gözəl kəlmələrlə zehnə çatdırması, dində “avam” (İslamda alimlik mərtəbəsinə çatmayan bütün müsəlmanlar – tərcüməçinin qeydi.) “xavas”ı qane etməsi, əmr və qadağalarının bütün insanlara ünvanlanması, tilavəti ilə qəlblərin dərinliklərinə nüfuz etməsi, istər müsəlmanlara, istərsə də kafirlərin qəblərini riqqətə gətirməsi, qeyri-müsəlmanların İslamı qəbul etməsinə səbəb olması, insanlarla yanaşı, cinləri də heyran qoyması və s. amillər Quranın üslubuna xarakterikdir (Maidə 5/83; Ənfal 8/2; Zümər 39/23): “Biz ecazkar, doğru yolu göstərən bir Qurana qulaq asdıq və ona iman gətirdik” (Cin 72/1-2)

Quranın müəyyən bir surədə müxtəlif mövzu və məsələlərdən bəhs etməsi, mövzular arasındakı keçid və bəlağətliliyi də onun üslubunun ecazkarlığındandır. Belə ki, ovaxtkı ərəb cəmiyyətində şair və xatiblər döyüş, içki, qəhramanlıq, tərif və tənqid kimi müxtəlif mövzulara dair əsərlər yazsalar belə bir şair bu növlərin hamısında uğur qazana bilməmişdir. Müqəddəs kitabda isə bir surənin ayələri arasında məna və ifadəlilik ahəngi qorunub-saxlanmış, mövzudan mövzuya keçiddə rabitəsizlik müşahidə edilməmişdir. Bu cür ədəbi təsvir onun məhz bəşər sözü deyil, ilahi kəlam olduğunun göstəricilərindədir. Quranın üslubuna nəzər yetirmək istəyən kəs onun ayələri arasında harmoniyaya da diqqət yetirməli, onun ədəbi təsviri xüsusunda doğru qənaətə gəlmək üçün surələrdəki ayələri kompleks şəkildə dəyərləndirməlidir.

Quranın ecazkarlığı və üslubunu müqəddəs kəlamın fərqli cəhətlərini vurğulayaraq, asanlıqla əsaslandırmaq mümkündür. Ancaq müqəddəs kitabın ecazkarlığının başlıca səbəbi onun məhz Allahın kəlamı olmasından qaynaqlanır. Kəlamın sahibi özünü əmanəti göylərə, yerə və dağlara təklif edən (Əhzab 33/72), bir yarpağın belə ancaq onun icazəsi ilə düşdüyü (Ənam 6/59) hər şeyə qadir qüvvə kimi tanıdır...
Qurani-Kərimin ecazkarlığı, üslubu, ədəbi təsvir üsulu və digər xüsusiyyətləri müsəlmanlarla yanaşı, bir çox şərqşünasın da həqiqəti etiraf etməsinə səbəb olmuşdur. Kitaba dair şərqşünasların saysız-hesabsız tərifləri əslində tərif deyil, həqiqətin etiraf edilməsi xarakteri daşıyır. Görən gözə bir zərrə də işarə, həqiqəti görməyənlərə isə günəş də dəva olmaz.

Sənan ƏZİMOV - İlahiyyatçı/AZERISLAM.com

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka