Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Zərərli vərdişlərin və hipodinamiyanın qarşısının alınmasında namaz profilaktik vasitə kimi

[ Aktual / 5166 dəfə baxılıb ]   
|
 
Son zamanlar cəmiyyət üçün tibbi sosial problem olan zərərli vərdişlər (siqaret çəkmək, spirtli içki, uyuşdurucuların qəbulu və s.) sosial dezadaptasiya nəticəsində gənc nəslin sağlamlığında pisləşməyə doğru meyl qeyd olunur ki, bu da onlarda funksional imkanların, dəyərli yaradıcılıq fəaliyyətinin azalması, hərbi xidmətə yararsızların və əlillərin sayının artmasına səbəb olur. Sosial dezadaptasiya gənclər arasında bir sıra xəstəliklərin – narkomaniya, toksikomaniya, QİÇS, dəri – zöhrəvi və s. xəstəliklərin yayılmasına şərait yaradır.

Tütün çəkmək, alkoqol və narkotiklərin qəbulu hər il minlərlə insanın həyatına son qoyur. Onu da qeyd etmək lazımdır ki, siqaret çəkmək başqa narkotiklərdən istifadə və onlardan asılılığı artıran, həmçinin qanyaradıcı və tənəffüs orqanlarının xroniki xəstəlikləri, onkoloji xəstəliklərin formalaşmasında risk amilidir. 50% - dən çox uşaqlar və gənclər valideynləri və dostları tərəfindən passiv siqaret çəkməyə məruz qalırlar. Zərərli vərdişlər nəticəsində yaranan xroniki intoksikasiya müxtəlif xəstəliklərin və zədələnmələrin inkişafının və vaxtındanqabaq əlilliyin, ölümün ən əsas səbəblərindən biri olur. Keçən əsrin 60 – 70 – ci illərində ABŞ – da narkomaniya sürətlə yayılsa da Azərbaycanda belə vəziyyətə tək – tək hallarda rast gəlinirdi.

Məlumdur ki, tədricən formalaşdırılmış yüksək etiqad, dini ayinlərə doğru, düzgün riayət, orqanizmin qeyri-spesifik rezistentliyinin yüksəldici faktoru olmuşdur. Yəni, orqanizmin müxtəlif zədələyici amillərin təsirinə qarşı müqavimətinin artırılması – reaktivliyin inkişaf etdirilməsi baxımından dini ayinlərin rolunun qiymətləndirilməsi aktuallıq kəsb edir.
Tədqiqat işinin əsas məqsədinə müvafiq olaraq, bu mənəvi təfəkkürə bağlı həyat tərzi keçirənlərin sağlamlıq göstəricilərinin gözlənilən səviyyədə qənaətbəxş olması ehtimalı ilə respondentlər-dini ayinlərə riayət edənlərlə etməyənlər arasında müqayisəli təhlilin aparılması ictimai sağlamlıq indeksini (İSİ) – sağlam və qeyri sağlam həyat tərzi faktorlarının xüsusi çəkisini müəyyənləşdirməyə əsas verir.

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) eksprtlərinin həyat tərzinin risk amilləri sırasına daxil etdikləri zərərli vərdişlər-alkоqоldan hədsiz istifadə, siqaretçəkmə və narkotiklərin qəbulu əhalinin sağlamlığına mənfi təsir göstərir. Anket cavablarında dini ayinlərin zərərli vərdişlərdən çəkinməyə təsirinin əks olunması bu amillər arasında asılılığın öyrənilməsini tələb edir (Cədvəl-1).



Cədvəldə dini ayinlərə riayət etmə vəziyyətini qeyd edən 725 nəfərdən (97,1%) 386-sı (53,3%) zərərli vərdişlərdən çəkinmə vəziyyətini əks etdirmişdir. Zərərli vərdişlərdən çəkinənlər arasında dini ayinlərə tam riayət edənlər – 256 nəfər (66,3±2,4%), hissəvi riayət edənlər 118 nəfər (30,6±2,3%) və riayət etməyənlər 12 nəfər (3,1±0,8%) olmuşdur. Cədvəldən göründüyü kimi, zərərli vərdişlərdən çəkinməyə dini ayinlərə riayət etmə intensivliyinin nəzərəçarpacaq təsiri vardır.

Namaza başladiqdan sonra hansi zərərli vərdişlərdən çəkinmisiniz sualına respondentlərin cavabları belə olmuşdur: Namaza tam riayət edənlər (n=353) arasında spirtli içkilərdən çəkinənlərin payı (13,6±1,8), siqaret və spirtli içkilərdən çəkinmə (9,3±1,5), təsadüfi cinsi əlaqələrdən (5,9±1,3), narkotik vasitələrdən (0,6±0,4), hamısından (55,8±2,6) və digər zərərli meyllərdən çəkinmə (14,7±1,9) olmuşdur.

Namazı icra etməyənlərin hansı zərərli vərdişlərdən asılılığı öyrənilərkən sorğu cavablarından aşağıdakı məlumat əldə olunmuşdur.

Belə ki, 21 nəfər (13,5±2,7) siqaretə, 10 nəfər (6,5±2,0) spirtli içkilərə, 5 nəfər (3,2±1,4) qeyri-qanuni cinsi münasibətlərə, 1 nəfər (0,6±0,6) narkotik vasitələrə, 100 nəfər (64,5±3,8) qeyd olunan zərərli vərdişlərin hamısına, 18 nəfər (11,6±2,6) digər zərərli vasitələrə aludə olduğunu ğöstərmişlər.

Mütləq rəqəmlərin (hər iki qrupda-namaz qılanlarla qılmayanlar) müqayisəsindən görünür ki, ayin olaraq namazın zərərli vərdişlərdən uzaqlaşdırmaqla sağlam həyat tərzi formalaşdırmada təsiri vardır. Bu da Quranda əks olunan ifadənin məntiqi doğruluğunu özündə əks etdirir:

Həqiqətən, namaz (insanı) çirkin və yaramaz işlərdən çəkindirir. (əl-Ənkəbut 29/45)

Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir. (Loğman 31/17).

Yüksək iradə tələb edən namazin icrası ilə eyni zamanda həyat tərzində risk amili sayılan hipodinamiyanın, yəni aşağı fiziki aktivliyin profilaktik olaraq qarşısının alınmasını ehtimal etmək olar.

İnsanın fiziki aktivliyi (FA) mürəkkəb biososial hadisə olmaqla sağlamlıqla əlaqədar davranış kimi qeyd edilir.
Geniş anlayış kimi fiziki aktivlik – yalnız idmanla məşğuliyyət deyildir. Demək olar ki, əhalinin az bir qismi idmanla məşğul olur. Yəni bu fəaliyyət heç də bütün kütləni əhatə etmir. İdmançılar da məşqləri, yarışları gündəlik deyil, müəyyən zamanda icra edirlər. Halbuki fiziki aktivlik orqanizmin gündəlik tələbatıdır. Belə ki, orqanizmdə toplanmış qida enerjisinin sərfinin (piylənmənin qarşısının alınmasının) ən səmərəli, qənaətli üsulu əhalinin fiziki aktivliyinin artırılmasıdır. Digər tərəfdən texniki tərəqqi müasir insanın fiziki aktivliyini məhdudlaşdırmaqla “sivilizasiya xəstəlikləri”ni yaratmışdır.

Orta dərəcəli fiziki aktivliyin (FA) vəxtındanəvvəl ölüm riskini, həmçinin ürəyin işemiya xəstəliyinin və insultun, arterial hipertoniyanın, depressiyanın və 2 tip şəkərli diabetin inkişaf riskini azaltdığı qeyd olunur.

Həftədə 150 dəqiqədən 300 dəqiqəyədək (5 saat) davam edən məşğələ sağlamlıq üçün fayda verir: yoğun bağırsağın və süd vəzisinin inkişaf riskini, həmçinin artıq bədən çəkisinin əmələ gəlməsinin riskini azaldır.

Namazda müəyyən fiziki hərəkətlərin olması, gün ərzində icra edilən bu ayinin tərkib elementləri-rükətlərinin (rükət-namazın qiyam, rüku və iki səcdəni özündə birləşdirən tam bir hissə; qiyam-namaza başlarkən əllərin döş qəfəsi üzərində birləşdirilməsi; rüku-əllər dizlərə qoyulmaqla önə əyilmə; səcdə-əyilərək başı, əlləri yerə qoymaq) miqdarı üzrə sərf olunan zamanın hesablanmasını şərtləndirir (cədvəl-2).
Qeyd olunur ki, aerob fiziki aktivliyinin bir məşğələsinin davametmə müddəti 10 dəqiqədən az olmamalı və ən yaxşısı 1 həftə ərzində bərabər paylanmalıdır.




Namaz vaxtlarını 1 rükətə 4 dəqiqə zaman sərfi etibarilə hesablasaq müvaviq qiymətlər əldə olunar. Deməli, gündəlik vacib namazlara 68 dəqiqə, əlavə namazlara 64 dəqiqə sərf olunur ki, bunların cəmi 132 (33X4) dəqiqə edər. Yekun rəqəm həftə üzrə 924 dəqiqə edər. Buradan belə bir nəticəyə gəlmək olar ki, orta statistik dindar gündəlik namaza sərf etdiyi vaxtla məşğələ üçün tövsiyyə olunan normanı (həftədə 150 dəqiqədən 300 dəqiqəyədək (5 саат) namazın tam icrası ilə 3 dəfə artıq ödəmiş olur. Təbii ki, bu rəqəmlər nisbidir; namazın icrası fərdi xarakter kəsb edir. Birində namaza az vaxt sərf edilirsə, digərində bu müddət artıq ola bilər. Beləliklə, həftə ərzində bərabər paylanmaqla namazın davamlı icrasını, sağlamlıq üçün ən əlverişli, münasib vasitə hesab etmək olar.


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. AR SN QİÇS – lə MM-nin 2007 – ci ilin yekunlarına görə PRESS – RELİZİ, Bakı, 2008; RND, 2008.
2. Babayev K.Ə. Qurani-Kərimdə sosial – ictimai mühit və insan sağlamlığı problemi (tibbi-fəlsəfi aspekt), tibb üzrə fəls. dokt. ... дис., Бакы, 2012, 187 s.
3. Gürzəliyev S.A., Məmmədova Z.B., İsmayılova Z.Q. və b., Zərərli vərdişlər nəticəsində yaranan xəstəliklər və profilaktikası // Sağlamlıq Jurnalı, 2008, № 9. s.181
4. Musayev Ə. Qurani-Kərim. Bakı, 2008, 823 s.
5. Respublika Narkoloji Dispanserin (RND) məlumatları, Bakı, 2008.
6. Бальсевич В.К. Онтокинезиология человека. Теория и практика физкультуры. М., 2000, 275 с.
7. Богатырев С.Н., Симонова Г.И., Малютина С.К. Физическая активность жителей Новосибирска: тенденция 80-90-х годов // Профилактика заболеваний и укрепление здоровья, 2000, №5, с. 23-27.
8. ВОЗ. Здоровье для всех: основы политики для Европейского региона ВОЗ. Обновление 2005 г. Факты и цифры. Копенгаген. ЕРБ ВОЗ, 2005.
9. Ильченко И.Н. Эколого-эпидемиологические технологии оценки ущерба здоровью детского и взрослого населения для научно-обоснованного планирования профилактических программ: Автореф. дис. … докт. мед. наук. М., 2001.
10. Потемкина Р.А. Рекомендации по коррекции физической активности. Часть 2 // Проф. забол. и укрепл. здоровья, 2006 б, №3, с. 28-38.
11. Albright C.L. Incorporating Physical Activity Advice into Primary Care. Physician-Delivered Advice within the Activity Counseling Trial // Am. J. Prev. Med., 2000, No3, p. 225-234.
12. Caspersen C.J., Pereira M.F., Curran K.M. Changes in physical activity patterns in the United States, by sex and cross-sectional age // Med. Sci. Sport Exerc., 2000, v.32, p. 1601-1609.
13. Dishman R.K., Sallis J.F. Determinants and interventions for physical activity and exercise. Physical activity, fitness, and health: International proceedings and consensus statement. Champaign: Human Kinetics, 2004, p. 214-256.
14. FAGA. Physical Activity Guidelines for Americans. Be active, healthy and happy! 2008.
15. King A.C. Determinants of physical activity and interventions in adults // Med. Sci. Sport Exerc., 2002, v.24, 221-236.
16. Long B. Project PACE. Physician Manual. Physician-based Assessment and Counseling for Exercise. Centre for Disease Control health Branch. Atlanta, Georgia, 2002.
17. Macura M. Eastern and Western Europes fertility and Partnerahip in Europe. geneva, WHO, 2002, p. 86.
18. WHO. Preventing chronic disease: a vital investment, 2005.

Kamran BABAYEV,
ATU, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası, Assistent/AZERISLAM.com


Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka