Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏDƏF

[ Aktual / 3110 dəfə baxılıb ]   
|
 
Həzrəti Məhəmməd (sallalahu aleyhi və səlləm) dünyaya gəlmədən atası Abdullah bu dünyadan köçmüşdü. Altı yaşında anası Aminə vəfat etdi və kiçik Muhammədi babası Abdulmuttalib himayəsinə götürdü. Səkkiz yaşında isə babası Abdülmüttəlib həyatını dəyişdi, əmisi Əbu Tlaib onu himayəsinə götürdü. İyirmi yaşında ticarətə ilk addımını atdı. İyirmi beş yaşında Həzrəti Xədicə ilə gözəl bir ailə qurdu. Qırx yaşında ikən Rəsulullaha Hira mağarasında ilk vəhy nazil oldu, lakin təbliğini gizli həyata keçirdi. Qırx üç yaşında ilk açıq təbliğə başladı, lakin ilk qarşı çıxan əmisi Əbu Ləhəb oldu. Qırx beş və qırx altı yaşlarında tərəfdarlarından 116 nəfəri onlara verilən əziyyətdən qurtulmaları üçün Həbəşistana hicrətə göndərdi. Qırx yeddi yaşında düşmənləri Ona və tərəfdarlarına qarşı üç il davam edən sosial və iqtisadi boykota tətbiq etdilər. Əlli yaşında Taifə gedib təbliğini oradakılara da bildirdi, lakin onlardan pis rəftar gördü-daşlandı. Əlli bir yaşında tanımadığı Mədinəlilər onun təbliğini müsbət qarşıladılar. Əlli iki yaşında öz doğma yurdu – Məkkədən istəməyərək ayrıldı və Mədinəyə hicrət etdi. Əlli beş yaşında Uhud müharibəsində qalib vəziyətdə ikən məğlub oldular. Altımış iki yaşında tərk etmək məcburiyyətində qaldığı Məkkəni fəth etdi. Altımış üç yaşında vəfat etdi.

Yuxarıda həyatının bəzi dövrlərini verdiyimiz Həzrət Məhəmmədin nə qədər çətin həyat keçirdiyinin şahidi oluruq. Heç birimiz onun kimi əziyyətlərə düçar olmadı. Heç birimiz ibadət edərkən onun qədər təhqir olunmadı. Əmisi Əbu Talibin ölümündən sonra “Yoxluğunu nə tez his etdirdin” deməsi Ona edilən əziyyətlərin daha da artdığını göstərirdi. Dinini təbliğ edərkən Ona edilən təhqirlərə dözməyib arxasınca ağlayaraq gələn qızı Həzrət Fatiməyə “Narahat olma, Allah atanı müvəffəq edəcək” deməsi Onun bir hədəfinin olduğunu və bunun da əvvəl axır Allahın izni ilə həyata keçəcəyinə inandığını göstərirdi. Onun hədəfi Allahın dinini insanlara yaymaq idi. Bu yolda nə qədər çətinliklərlə üzləşsə də hədəfindən dönmədi və məqsədi üçün var gücü ilə çalışdı. Sonunda Allah da onu müvəffəq etdi. Əgər desəniz o peyğəmbər idi, onsuz da Allah onu müvəffəq edəcəkdi bu səhv olardı. Çünki bir çox peyğəmbər nə qədər bu uğurda çalışsa da, Allah onlara ümmət nəsib etməmişdir.
Bizim də hədəflərimiz olmalıdır, çünki hədəfi olmayan birisi zifiri qaranlıqda işıqsız, fənərsiz gəzən şəxsə bənzər. Seçdiyimiz hədəf ümmətimizə, millətimizə fayda verməlidir. Məqsədimiz uğrunda əlimizdən gələni etməliyik. Peyğəmbərimizin ən yaxın səhabələrindən biri olan Musab b. Ümeyr Məkkənin ən zəngin ailələrindən birində böyümüşdü. O məqsədi uğrunda hər şeydən keçdi və şəhid olan bədəni torpağa tapşırılarkən mübarək bədənini örtməyə heç nə tapılmadı. Onun hədəfi İslamı yaymaq idi. Onun hədəfi Rəsulullahı qorumaq idi.

Yolumuzun qarşısındakı maneələr bizi ümidsizliyə sövq etməməlidir. Necə ki, Peyğəmbərimiz heç vaxt ümidsizliyə düşməmişdir. Həzrəti Yunis sadəcə bir dəfə ümidsizliyə düşdü, onda da Allah onu xəbərdar etdi. Allah ümidsizliyə düşəndə bizləri də xəbərdar edir, lakin çox vaxt biz bunu başa düşə bilmirik. Həmçinin unutmamalıyıq ki, ümüdsüzlük maddi və mənəvi bütün tərəqqilərin qarşısındakı ən böyük əngəl, ən böyük maneədir.

Məqsədimizə çatdığmızda da bütün müvəffəqiyyətlərin Allahdan olduğunu bilməli, heç bir qürur hissi keçirməməliyik. Çünki insana hər şeyi bəxş edən Allahdır.


İntiqam GÜLƏHMƏDOV-İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka